Kiçiklərin böyükləri - FOTO

Güclülər arasında zəif olmaq, yoxsa zəiflər arasında güclü? Hansını seçərdiz? Dünya futbolunun bir çox ulduzu bu sualla üz-üzə qalıb. Öz gücünə güvənib nəhəng klublara gedərək özünü doğruldanlar da olub, özü ilə eyni səviyyəli futbolçular arasında adiləşənlər də. Bəzi futbolçular da var ki, onlar öz kiçik klublarında böyüməyi daha üstün tutublar. Güclülər arasında adi futbolçu olmaqdansa, kiçik klubların əfsanəsi olmağı seçiblər.

Sizə kiçiklərdə "divləşən" bir neçə futbolçunu təqdim edirik.

Pol Qaskoyn

İçki düşkünü, intizamsız, çılğın amma... çox bacarıqlı sözü elə bil Pol Qaskoyn üçün deyilib. Pol məhz futbolçu bacarığına görə hər bir klubun arzuladığı bir oyunçu olub. Ancaq intizamına görə heç bir klub onu istəməzdi. Onun şıltaq hərəkətlərinə də yalnız ulduza ac olan ortabablar dözə bilərdi. Qaskoyn bir kluba bağlı olan oyunçu tiplərindən deyildi. O, karyerasını bir neçə ortababla bağladı. Bu klublar arasında hansılar vardı? İtaliyadan "Latsio", İngiltərədən "Nyukasl", "Everton", "Tottenhem", Şotlandiyadan "Reyncers" və s. Maraqlıdır ki, dünya divlərində oynamamasına baxmayaraq, o, İngiltərə millisinin daimi üzvlərindən idi. Təsadüfi deyil ki, Qaskoyn 10 il şərəfini qoruduğu millidə (1988-1998) 57 oyuna çıxıb, 10 qola imza atıb.

Kiçiklərin böyükləri - FOTOMetyu Le Tissye

Həmyerlisi Qaskoyndan fərqli olaraq, Tissye bir komandaya bağlı idi. O, yetirməsi olduğu "Sautqempton"u karyerasının son illərinədək heç bir iddialıya dəyişmədi. Hücumçu 1986-cı ildə debüt etdiyi "Sautqempton"da nə az nə çox, düz 16 il keçirdi. Bu müddətdə sevimli klubunun heyətində çıxdığı 540 oyunda 209 dəfə rəqib qapılarına yol tapdı. "Müqəddəslər"dən fərqli olaraq, Tissyenin İngiltərə millisində işləri yaxşı getmədi. O, millidə cəmi 8 oyuna çıxdı. 1989/90 mövsümündə ilin ən yaxşı gənc futbolçusu seçilən Tissyeyə millidə yer tapılmadı. Qari Lineker, Alan Şirer, Teddi Şeringem kimi futbolçuların yer aldığı hücum xəttində Tissye lazım olmadı. Millidə əfsanəyə çevrilməsə də, o , "Müqəddəslər"in azarkeşlərinin qəlbində əbədi "taxt" qurdu.

Kiçiklərin böyükləri - FOTOAlan Şirer

O, dünya futbol tarixinin ən güclü hücumçularından biridi desək, yanılmarıq. Tissye kimi "Sautqempton"un yetirməsi olan Şirer, burda 4 il forma geyindikdən sonra başqa bir ortabab "Blekbern"ə transfer olur. "Göy-ağlar"ın da heyətində 4 il keçirən hücumçu, nəhayət, özünə doğma olan klubu tapır. Bu, "Nyukasl" idi. Alan nə az nə çox, düz 10 il "Sağsağanlar" üçün çalışır. Bu müddətdə dəfələrlə Premyer Liqanın bombardirlər siyahısında olan, İngiltərə millisinə daim çağırılan futbolçunu nəhənglərin formasında görən olmur. Şirer karyerasını 9 il öncə bitirsə də, Premyer Liqanın bombardirliyi adını hələ də özündə saxlayır. Belə ki, hələ heç bir futbolçu Şirerin 260 qolluq səddinə çata bilməyib.

Kiçiklərin böyükləri - FOTOAntonio Di Natale

Zəif və ya ortabablarda parlayan futbolçular böyüklərin maraq dairəsinə düşən kimi klubundan onu göndərməyi tələb edir. Bu, qəbul edilmədikdə isə futbolçunun bacarığında süni geriləmə özünü büruzə verir. Bu geriləmə futbolçu hər hansı varlı kluba satılmasına qədər davam edir. Ancaq bu məsələdə bəzi istisnalar var. İtalyan Antonio Di Natale kimi. İtaliya A seriyasının zirzəmisində qərarlaşan "Empoli"nin yetirməsi olan Di Natale düz 8 il bu klubun şərəfini qorudu. Arada "Göy-ağlar" tərəfindən aşağı liqa klunlarına icarəyə verilən futbolçu, klub A seriyasında çıxış edərkən vurduğu qollarla diqqət mərkəzinə düşdü. Nəhənglərin olmasa da, ortababların ən çox istədiyi oyunçular siyahısına düşən forvard nəhayət, 2004-cü ildə cəmi 100 min avroya başqa ortabab "Udineze"yə satılır. Udine təmsilçisi cəmi 100 min avroya heyətinə qatdığı futbolçunun xeyirini hələ də görməkdədi. Dəfələrlə İtaliya nəhənglərinin diqqət mərkəzinə düşən futbolçu klub rəhbərliyinə satılmasıyla bağlı heç bir təzyiq göstərmədi. Artıq karyerasının qürub dövrünü keçirən futbolçu hələ də "Ağ-qaralar"ın əsas üzvlərindən biridi. "Udineze" tarixinin ən sərrast bombardiri olan Di Natale, həmçinin bu klubda ən çox oyun keçirən futbolçudur. Antonio A seriyasının ən sərrastlarındandır. Hesabında 203 qol olan 37 yaşlı forvard İtaliya A seriyasının tarixinin ən sərrast 7-ci futbolçusudur.

Kiçiklərin böyükləri - FOTOXoakin Sançes

Əslində ispan futbolçunun oynadığı klubları (Malaqa, Valensiya, Fiorentina) heç də zəiflərdən saymaq olmaz. Ancaq 5 ilə yaxın müddətdə İspaniya millisinin əsas heyət üzvü olan (2002-2007) yarımmüdafiəçinin İspaniyanın iki nəhəng klubu olan "Real" və "Barselona"da oynamaması maraqlıdı. Xoakin karyerasının böyük hissəsini "Betis"ə və "Valensiya"ya həsr edib. Hazırda isə 33 yaşlı futbolçu İtaliyanın ortababı "Fiorentina"nın uğurları üçün çalışır.

Kiçiklərin böyükləri - FOTOpublika.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 1514   Tarix: 24 mart 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

"Qarabağ"ın futbolçusunun şəhərdə dönər kefi - VİDEO

Ağdamın "Qarabağ" klubunun braziliyalı futbolçusu Olavio Juninyo diqqət mərkəzinə düşüb. -in məlumatına görə, "Qarabağ"ın ulduz futbolçusunun şəhərdə dönər almasının görüntüsü yayılıb. Futbolçu lavaşda dönər aldıqdan sonra onu elə küçədəcə yeməyə başlayıb. Xatırladaq ki, "Qarabağ"

02.04.2024 559
.

Kaxaber Tsxadadze: "Kimsə pis məşqçi olduğumu desə, əsəbiləşəcəyəm"

"Deyiləcək çox şey yoxdur. Oyunçular xarakter göstərməli idilər, amma göstərmədilər. Sonradan meydana daxil olanlar oyunu gücləndirə bilmədi. İkinci qol kuryoz oldu. Bir oyunçu 4 nəfəri aldadıb keçir. Gənc oyunçu Şahin Şahniyarov bu gün özünü yaxşı tərəfdən göstərdi. Ona uğurlar arzulayıram"

14.04.2024 266
.

"Mançester Yunayted" Çempionlar Liqasında oynamayacaq - SƏBƏB

"Mançester Yunayted" növbəti mövsüm Çempionlar Liqasında oynamaq üçün riyazi şansını itirib. Belə ki, komanda İngiltərə Premyer Liqasının 35-ci turunda "Börnli" ilə heç-heçə edib - 1:1. İngiltərə çempionatının 34 oyunundan sonra Erik ten Haqın rəhbərliyi altında "Mançester Yunayted"

28.04.2024 211
.

"Çelsi"nin keçmiş baş məşqçisi "Portu"nun prezidenti olub

Portuqaliyalı futbol məşqçisi Andre Villaş-Boaş "Portu"nun prezidenti olub. "Report" xəbər verir ki, bu barədə Portuqaliya klubunun mətbuat xidməti məlumat yayıb. "Andre Villaş-Boaş "Portu"nun yeni prezidentidir. 26 876 üzv qurumun 32-ci rəhbərini seçib", – məlumatd

28.04.2024 162
.

"Bavariya"nın baş məşqçisi postuna əsas namizədin adı açıqlanıb

Almaniya yığmasının baş məşqçisi Yulian Nagelsman "Bavariya"dan Tomas Tuxelin gedişindən sonra komandaya rəhbərlik etmək üçün idman direktoru Maks Eberlin əsas favoritidir. Eberl 2024-cü ilin martında "Bavariya"ya gəlib. O, Almaniya Futbol Assosiasiyasında Rudi Föllerin roluna bənzə

13.04.2024 289
.

Azərbaycanda cüdo ilə məşğul olanların sayı 18 min nəfəri ötüb

Azərbaycan Cüdo Federasiyasının (ACF) növbəti konfransı keçirilib. "Report" ACF-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, iclasda gənclər və idman naziri Fərid Qayıbov, ACF-nin prezidenti Rəşad Nəbiyev, konfrans üzvləri və digər rəsmilər iştirak ediblər. Tədbir Azərbaycanın dövlət himnini

21.04.2024 199
.

Ten Haq "Mançester Yunayted"dən mümkün gedişinə münasibət bildirib

Niderlandlı baş məşqçi Erik Ten Haq İngiltərə təmsilçisi "Mançester Yunayted"dən mümkün gedişinə münasibət bildirib. "Report" xəbər verir ki, 54 yaşlı mütəxəssis "Sky Sports"a açıqlamasında belə xəbərlərə əhəmiyyət vermədiyini vurğulayıb. "Hazırda bu barədə düşünmürəm

30.03.2024 334
.

Mbappe vədinə xilaf çıxdı

PSJ-nin prezidenti Nasser Əl-Xəlaifi hücumçu Kilian Mbappeyə əsəbiləşib. Məlumata görə, Mbappe avqustda Əl-Xəlaifiyə PSJ ilə müqaviləni uzadacağına söz verib. Bununla belə, fransız forvardın yay transfer pəncərəsində parisliləri tərk edərək karyerasını "Real Madrid"də davam etdirməsi qərar

21.04.2024 417
.

"Formula 1": Ferstappen Çin Qran-prisinin sıralama turunda birinci olub

"Formula 1" üzrə Çin Qran-prisində sıralama turu başa çatıb. "Report"un məlumatına görə, "Red Bull"un niderlandlı pilotu Maks Ferstappen birinci olub. Onun komanda yoldaşı Serxio Peres ikinci, "Aston Martin"dən Fernando Alonso üçüncü pillədə qərarlaşıb. Qeyd edə

20.04.2024 255