Putin raketləri Qərbə tuşlayıb

Putin raketləri Qərbə tuşlayıb"Əgər Danimarka NATO-nun raketdən müdafiə sipərinə qoşularsa, Rusiya nüvə raketlərini bu ölkənin gəmilərinə yönəldəcək".

Bu barədə Rusiyanın Danimarkadakı səfiri Mixail Vanin bildirib.

O, "Jyllands-Posten" qəzetinə müsahibəsində deyib ki, danimarkalılar bu proqrama qoşulmağın onlar üçün mümkün nəticələrini lazımınca təsəvvür etmirlər: "Əgər, bu, baş verərsə, Danimarkanın hərbi gəmiləri Rusiyanın nüvə raketləri üçün hədəf olacaq. Danimarka Rusiyaya qarşı hədənin bir hissəsinə çevrilə bilər və onun Rusiya ilə münasibətləri tamamilə pozular. Rusiya sözü gedən sipəri yarmağa qabil raketlərə malikdir."

Danimarkanın xarici işlər naziri Martin Lidegaard bu bəyanatı hədə adlandırıb və bunun yolverilməz olduğunu açıqlayıb: "Rusiyanın bəyanatı qəbulolunmazdır. Rusiya NATO sipərinin onu hədəfləmədiyini yaxşı bilir."

NATO-nun nümayəndəsi Oana Lungescu deyib ki, Moskvanın bəyanatı sülhə xidmət etmir. Danimarkanın raketdən müdafiə sipəri İran kimi ölkələrdən gələn raket təhlükəsini önləmək məqsədi güdür. Danimarka şimal alyansının sədaqətli üzvüdür və müttəfiqlər onu müdafiə etməyə hazırdır: "NATO-nun raketdən müdafiə sipəri Rusiyaya qarşı deyil, bütün raket hədələrinə qarşı yönəlib. Bu sistemin yaradılması barədə qərar çoxdan qəbul edilib və ona görə də indi səfirin bəyanatının vaxtı və tonu başa düşülmür."

NATO komandanı, ABŞ-ın Hərbi Hava Qüvvələri generalı Filip Breedlove bazar günü Brüsseldə keçirilən konfransa bildirib ki, Moskvanın hədələri sipərə qoşulan ölkələrə qarşı kampaniyada yeni mərhələdir. Rusiya eyni hədələri vaxtilə Rumıniya və Polşaya qarşı da səsləndirib. Görünür, gələcəkdə də bu sistemə qoşulmaq istəyən ölkələr eyni siyasi təzyiqlərlə üzləşəcəklər.

Xatırladaq ki, Danimarka ötən ilin avqustunda özünə aid bəzi hərbi gəmilərin radarlarını raketdən müdafiə sisteminin xidmətinə təhvil verəcəyini elan edib. Moskva isə bu sistemin yaradılmasına etiraz edir və bildirir ki, bu sipər onun özünü, nüvə cəbbəxanası baxımından Qərblə qeyri-bərabər vəziyyətə salacaq.

anspress.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1296   Tarix: 24 mart 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ermənistanın silahlandırılmasındakı əsas məqsəd: Bu dəfə baş rolda Vaşinqtondur - TƏHLİL

Cənubi Qafqazda Fransanın sülh və sabitliyə əngəl olan destruktiv fəaliyyəti fonunda vəziyyəti daha da qəlizləşdirən yeni təzyiq dalğasını müşahidə etməkdəyik. Bu dəfə baş rolda Vaşinqtondur. Hansı ki, bir müddət əvvələ qədər Vaşinqtonun Azərbaycan və Ermənistan arasında aparılan sülh danışıqlarınd

28.04.2024 207
.

İstanbul aeroportu Avropanın ən işlək hava limanı oldu

İstanbul aeroportu Avropanın ən işlək hava limanı olub. Bu barədə Avropa Hava Naviqasiyasının Təhlükəsizliyi Təşkilatının ("Eurocontrol") 15-21 aprel tarixləri üzrə Avropa Aviasiya Hesabatında bildirilib. Məlumata görə, İstanbul Hava Limanı bu müddət ərzində gündə orta hesabla 1424 uçuş həyat

28.04.2024 236
.

Ukrayna Almanya şirkətindən 800-dən çox "Vektor" kəşfiyyat aparatı tələb edib

Ukrayna Almaniyanın pilotsuz uçuş aparatı istehsalçısı "Quantum-Systems GmbH"dən 800-dən çox Vektor kəşfiyyat aparatı tələb edib. "Report" xəbər verir ki, bu barədə "Der Spiegel" jurnalı məlumat yayıb. Nəşr vurğulayıb ki, ötən həftə Almaniyanın "Quantum-Systems GmbH"

28.04.2024 251
.

BMT: "Altı ayda Qəzzada 13 min uşaq ölüb"

BMT-nin Fələstinli Qaçqınlara Yardım üzrə Agentliyinin (UNRWA) baş komissarı Filip Lazzarini bildirib ki, son altı ayda Qəzza zolağında öldürülən uşaqların sayı 13 minə çatıb. O qeyd edib ki, müharibə şəraitində dəqiq məlumat əldə etmək çox çətindir. "Ancaq məncə, dərc olunan rəqəmlər dəhşətlidir

28.04.2024 173
.

Azərbaycan Ukraynada daha 4 mülki obyekti bərpa edəcək

Ukraynanın İrpen şəhərində dağılmış daha 4 mülki obyekt Azərbaycan tərəfindən yenidən qurulacaq. Bunu "Report"un Şərqi Avropa bürosuna açıqlamasında İrpen şəhərinin meri Oleksandr Markuşin bildirib. "Elə bu gün Azərbaycan tərəfindən səfirlik vasitəsilə təsdiq aldım. Belə ki, Azərbayca

28.04.2024 244
.

Britaniya özünün hipersəs raketlərini hazırlamağı planlaşdırır

Böyük Britaniya 2030-cu ilə qədər hipersəs qanadlı raketləri hazırlamağı və ordunun istifadəsinə verməyi planlaşdırır. "Report" xəbər verir ki, bu barədə "Daily Telegraph" qəzeti məlumat yayıb. Qeyd olunub ki, Britaniya ordusu raketlərin sürətlə hərəkət edə bilməsini, yeni silahları

28.04.2024 215
.

Tailandın xarici işlər naziri istefa verib

Tailandın baş nazirinin müavini və xarici işlər naziri Parnpri Bahiddha-Nukara hökumətin kabinet dəyişikliyini elan etməsindən sonra istefa verib. BİG.AZ xəbər verir ki, bu barədə "Bangkok Post" qəzeti məlumat yayıb. Parnpri açıqlamasında kabinet dəyişikliyinin onun performansı ilə heç bi

10:10 104
.

Bayden Tramp barədə: "Altı yaşlı uşaqla rəqabət aparıram"

ABŞ Prezidenti Co Bayden C-SPAN kanalında yayımlanan Ağ Ev Müxbirlər Assosiasiyasının illik qəbulunda zarafatla keçmiş Prezident Donald Trampı "altı yaşlı yuxulu Don" adlandırıb. "Qonaqpərvərliyiniz üçün təşəkkür edirik. Amma lütfən sakit olun, Donald dinləyir. Mən altı yaşlı uşaqla yarışa

28.04.2024 203
.

Antoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib

Aprelin 28-də ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. "Report" xəbər verir ki, Antoni Blinken ilk növbədə Ermənistan ilə Azərbaycan arasında sərhədlərin delimitasiyası sahəsində əldə olunmuş razılaşma ilə bağlı təbriklərini çatdırıb, bunu

28.04.2024 282