Atamın ölümündə günahkar Putindir

Atamın ölümündə günahkar PutindirQətlə yetirilmiş rusiyalı müxalifət lideri Boris Nemtsovun qızı atasının qətlində Putini günahlandırıb.

Janna Nemtsova atasının dəfnindən dərhal sonra xaricə gedib və onun BBC-yə müsahibəsi İtaliyada yazılıb.

O, müsahibəsində atasının qətlinin siyasi məsuliyyətini Rusiya prezidenti Vladimir Putinin üzərinə qoyub: "Janna atasının ölümündə Rusiya prezidentinin siyasi mənada günahkar olduğunu deyib: "Bəli, siyasi mənada günahkardır".

"Onlar mənim atamı öldürüb, mən susa bilmərəm. Atam Putinin ən əsas tənqidçisi olub. O, Rusiya müxalifətinin ən güclü lideri olub. O, Putinlə mübarizə edib, başqa heç kəslə yox. Atamın qətlinə hər hansı ayrı-ayrı epizodlar səbəb olmayıb, özünüzü aldatmayın. Sadəcə, onun mövqeyi – o, heç vaxt hakimiyyətlə heç bir kompromisə getməyib. O, öz prinsiplərinə dəqiq əməl edirdi. Məhz buna görə də öldürülüb", - Nemtsovun qızı hesab edir.

"Mənim bu araşdırmaya heç inamım yoxdur. Mən bilirəm ki, bəzi qərb siyasətçiləri – bunun nə qədər ciddi olduğunu deyə bilmərəm – beynəlxalq araşdırma keçirmək istəyirlər. Məncə, yəqin bu düzgün olar, çünki Rusiyada haqq-ədalət, müstəqil məhkəmə və heç bir müstəqil araşdırmalar yoxdur", - o bəyan edib.

Onun sözlərinə görə, Rusiya KİV-ində Nemtsovun qətlində sifarişçi olmadığı, Zaur Dadayevin isə şəxsi təşəbbüsü ilə hərəkət etdiyi barədə istintaqa istinadən yayılan informasiya onu heyrətə gətirib. Janna Nemtsova müstəntiqlərin onunla heç ifadə almaq üçün əlaqə saxlamadıqlarını, lakin həlak olan atasının artıq qətl gecəsi hüquq-mühafizə orqanları tərəfindən bütün texnika və sənədlərin yığışdırıldığı mənzilinə buraxılmadığını bildirib.

"Onlar həqiqətin müəyyən edilməsində maraqlı deyil" - deyən Janna, həbs edilən Zaur Dudayevin qatil olduğuna inanmadığını bildirib: "Zaur Dadayevin özü deyib ki, dostu Ruslan Yusupovun azadlığa buraxılması müqabilində etiraf ifadəsinə məcbur edilib. O, İctimai Nəzarət Komissiyası nümayəndələrinin istintaq təcridxanasına səfəri zamanı həbs edildikdən sonra qəddarcasına rəftara məruz qaldığından şikayətlənib. Guya Zaur Dadayev Moskvanın mərkəzində, xüsusi keşik çəkilən bir zonada, qətl zamanı nədənsə hansısa kameralar işləmədiyi yerdə, bax burada o, atamı öldürüb. Yox, mən buna inanmıram. Hətta qətli icra edən belə o olsa, nədən birdən-birə onun beyninə belə bir ideya gəlib – Nemtsovu öldürmək... Motivi nədir? Mən motiv görmürəm".

Onun fikrincə, cinayətin dini zəmində törədildiyinə dair istintaqın versiyası da tənqidə layiq deyil: "Atama Çeçenistanda hörmət edirdilər. Dağıstanda, İnquşetiyada hörməti olub. O, Çeçenistanda müharibəni dayandırmağa kömək edib və orada bunu doğurdan da xatırlayırlar. Çeçenlər onun 90-cı illərdə orada hərbi münaqişənin inkişafının qarşısını almaq yönündə fəaliyyətinə görə çox minnətdardırlar", - deyə Nemtsova fikrini əsaslandırıb.

anspress.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2438   Tarix: 14 mart 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888