Tarixin yalançı ixtiraları

Tarixin yalançı ixtiralarıİtaliyalı Qalileo Qaliley – tarixə astronom, fizikaçı və riyaziyyatçı alim kimi düşüb. Bütün dərsliklərdə də ilk teleskopu Qalileyin icad etdiyi qeyd olunur. Ancaq əslində ilk teleskopu 1608-ci ildə hollandiyalı alim Xans Lipperşey düzəldib. Ancaq o, bu ixtirasına patent ala bilməyib. Qaliley Lipperşeyin "hollandiya borusu" adlanan teleskopu əsasında 1609-cu ildə öz teleskopunu düzəldib. Qalileyin teleskopu Lipperşeyin teleskopundan daha böyük ölçüyə malik idi. Qeyd edək ki, Qaliley də öz teleskopuna görə patent ala bilməyib. Ancaq nədənsə tarixçilər ilk teleskop ixtiraçısı kimi Qalileyi göstəriblər.

Aleksandr Fleminq – pensilinin ilk ixtiraçısı. əslində isə Fleminqə qədər Şimali Afrikada Ernest Duçesne adlı zooloq heyvanlarda səpgi xəstəliyinin qarşısını almaq üçün penisillium qlaukoma kifindən istifadə edib. Ancaq o zamanlar alimlər onun bu uğurunu dəyərləndirmədilər və lazımsız iş adlandırmışdılar. Fleminq isə pensilinin ixtiraçısı sayılsa da o, bu sahədə apardığı işlərin lazımsız olduğu qərarına gəlib və təcrübələrini yarıda dayandırıb. Daha sonrakıdövrlərdə isə Hovard Florey, Norman Hitli, Endryi Moyer və Ernst Çeyn kimi alimlərin zəhməti sayəsində pensilin hazırki formasını alıb.

Aleksandr Qraham Bell – telefonun ixtiraçısı. Bell bütün həyatı boyu kar insanlarla məşğul olub. Hətta onun anası və xanımı qulaqdan əlil olublar. Bu səbəbdən onun telefonu icad etməsi bir az təəccüblü görünür. Belldən əvvəl italyalı Antonio Meuççi 1860-cı ildə ilk telefon aparatı icad edib. O, öz ixtirasını "teletrofon" adlandırırdı. ABŞ-da kasıb immiqrant həyatı sürən Antonio 1874-cü ildə bu ixtirasına patent almaq üçün 10 dollar tapa bilməmişdi. Ondan iki il sonra Qraham Bell öz telefonuna patent aldı və şöhrət qazandı. Ancaq əsl ixtiraçı Antonio Meuççi yoxsulluq içində və tanınmadan vəfat edib.

Tomas Edison – dünyanın ən məşhur ixtiraçısı. Edison rekord sayda,1093 ədəd patentə sahib yeganə ixtiraçıdır. Onun ən məşhur ixtiralarından biri elektrik lampasıdır. Ancaq bir fakt unudulur. 1854-cü ildə ilk közərən elektrik lampasını alman Henrix Gebel düzəldib. O, bu ixtirasını Edisona satmaq istəyib. Ancaq, Edison bu ixtiranın heç bir işə yaramadığını deyərək onun təklifini qəbul etməyib. Henrix Gebelin ölümündən sonra Tomas Edison onun xanımından çox aşağı qiymətə bu ixtiranı satın alıb. Edison bu ixtiranın patentini də almaqla öz adını tarixə yazdırıb.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 4824   Tarix: 24 aprel 2011  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

Binanın qarşısından keçən qadının üstünə armatur düşdü – ANBAAN VİDEO

Türkiyənin Çorum şəhərində qadın tikintisi davam edən binanın qarşısından keçərkən ciddi təhlükə ilə üzləşib. -a istinadən xəbər verir ki, hadisə anbaan inşaat meydançasının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə qadının onun üstünə düşən armatur dirəklərdən yayınmağa çalışdığ

14.09.2021 1946
.

Prokuror küçədə çılpaq vəziyyətdə gəzdi: Sakinlər polisə şikayət etdi - FOTO

Polşanın cənub-şərqində yerləşən Svidnitsa şəhərində prokuror küçədə çılpaq vəziyyətdə gəzib. Ətrafdakı insanların çəkdiyi fotolarda çılpaq vəziyyətdə olan kişinin əlində dörd pivə butulkası ilə ərzaq mağazalarını gəzdiyi əks olunub. Digər görüntülərdə prokurorun tamamilə çılpaq bir vəziyyətdə küçələr

12.09.2021 1423
.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960
.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.

Peyvənd olunana pulsuz dönər təklifi

Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin

16.09.2021 1185
.

Nərimanov rayon Montin qəsəbəsində tam təmirli mənzil satılır!

TƏCİLİ ŞƏXSİ ƏMLAKIMI SATIRAM !Nərimanov rayonu Montin qəsəbəsi, Murtuza Nağıyev küçəsində yeni tikili 16 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Tikili sahəsi 52 kv.m olan mənzil yataq otağı, zal+studio mətbəx, sanitar qovşaq, dəhliz və iki eyvandan ibarətdir. Qaz, su, işıq daimidir. İstilik sistem

15.09.2021 1181
.

Yatağına ilan girən kişinin qorxu dolu anları - VİDEO

Hindistanda az qala faciə ilə nəticələnəcək hadisənin görüntüləri yayılıb. Kadrlar Racastanda, Bansvar məbədində qeydə alınıb. -a istinadən xəbər verir ki, videodan göründüyü kimi, kobra ilanı yerdə yatan insana tərəf sürünür. Sonra o, odeyalın altına girir. Bu vaxt kişi qəfil ayılaraq yerindən sıçrayır

10.09.2021 1704
.

TOP MP3