Azərbaycan Respublikasının Dövlət Himni, Gerbi və Dövlət Bayrağı haqqında

Azərbaycan Respublikasının Dövlət Himni, Gerbi və Dövlət Bayrağı haqqında

Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyi rəmzidir.

Azərbaycan Respublikasında Dövlət bayrağı ilk dəfə 1918-ci il noyabr ayının 9-da Azərbaycan Demokratik Cümhuriyyətinin qərarı ilə qəbul edilmişdir. 1920-ci il aprelin 28-də Demokratik Cümhuriyyətin süqutundan və Sovet Hakimiyyəti qurulduqdan sonra bu bayraqdan imtina edilmişdir.
Bu bayraq ikinci dəfə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Resbublikası Ali Məclisinin qərarı ilə Muxtar Respublikanın Dövlət bayrağı kimi qəbul edilmişdir. Eyni zamanda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında bu bayrağın Azərbaycan Respublikasının rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsadət qaldırmışdır. 1991-ci il fevral ayının 5-də Azərbaycan Respublikası Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsadətinə baxmış və bu bayrağın Azərbaycan Respublikasının Dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar qəbul etmişdir.
Azərbaycan Respublikasının Dövlət bayrağı bərabər enli üç üfqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir və qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir.
Rəmzi Mənası:
Göy rəng - Türklük;
Qırmızı rəng - Müasirlik və demokratiya;
Yaşıl rəng - İslam;
Aypara və ulduz - aya və günəşə işarə olub, əbədilik, dünyəvilik rəmzidir.

Azərbaycan Respublikasının Dövlət Himni, Gerbi və Dövlət Bayrağı haqqında

Azərbaycan Respublikasının Dövlət Gerbi

Azərbaycan Respublikasının Dövlət gerbi Azərbaycan Dövlətinin müstəqilliyi rəmzidir.
Azərbaycan Respublikasının Dövlət gerbi haqqında Azərbaycan Demokratik Cümhuriyyəti 1920-ci il yanvarın 30-da müsabiqə elan etmiş və müsabiqədən keçəcək gerb nümunəsinin həmin il mayın 28-də qəbul ediləcəyi haqqında qərar çıxarmışdır. Lakin 1920-ci il aprel ayının 28-də Azərbaycan Demokratik Cümhuriyyətinin süqut etməsi nəticəsində gerb qəbul edilməmişdir.
1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Dövlət gerbi ilə bağlı yeni müsabiqə elan etmişdir. 1993-cü il fevral ayının 23-də Azərbaycan Respublikasının Milli Məclisi Dövlət gerbi haqqında qərar qəbul etmişdir.
Azərbaycan Respublikasının Dövlət gerbi palıd budaqlarından və sünbüllərdən ibarət qövsün üzərində yerləşən şərq qalxanının təsvirindən ibarətdir. Qalxanın üstündə Azərbaycan Respublikası Dövlət bayrağının rəgləri fonunda səkkizguşəli ilduz, ulduzun mərkəzində alov təsviri vardır.
Azərbaycan Respublikasının Dövlət gerbinin rəngli təsvirində ulduz ağ, alov qırmızı, palıd budaqları yaşıl, sünbüllər sarı rəngdədir. Qalxanın və ulduzun sağanaqları, habelə qalxanın düymələri və palıd qozaları qızılıdır.
RƏMZİ MƏNASI
Qalxan - müdafiə;
Üçrəngli dairəvi xətlər - bayraq;
Dairəvi xətlərin üstündəki səkkizguşəli ulduz - günəş;
Səkkizguşəli ulduzun ortasındakı alov dilləri - Odlar Yurdu;
Sünbüllər - bolluq;
Palıd budaqları - uzunömürlülük rəmzidir.

Azərbaycan Respublikasının Dövlət Himni, Gerbi və Dövlət Bayrağı haqqında

Azərbaycan Respublikasının Dövlət Himni

Musiqisi: Üzeyir Hacıbəyovun,
Mətni: Əhməd Cavadındır.

Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üçrəngli bayrağınla məsud yaşa!
Minlərlə can qurban oldu!
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu!
Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət,
Sinəmdə tutmuş məkan!
Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə,
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən! Şanlı Vətən!
Azərbaycan! Azərbaycan!


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 61420   Tarix: 24 aprel 2011  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

ABŞ-də güclü zəlzələ oldu

ABŞ-nin Alyaska ştatının sahillərində 5,6 bal gücündə zəlzələ baş verib. AZƏRTAC-a istinadən bildirir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat verib . Məlumata görə, zəlzələnin episentri Adak adasından 68 kilometr cənub-şərqdə, ocağı isə 22,7 kilometr dərinlikdə yerləşib. Daha əvvəl Kamçatkanın cənub-şər

13:30 205
.

"Reuters": Qara dənizdə Türkiyə sahillərində 3 tanker hücuma məruz qalıb

Qara dənizdə, Türkiyənin şimal sahilləri yaxınlığında 3 tankerə pilotsuz uçuş aparatları (PUA) ilə hücumlar qeydə alınıb. "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə "Tribeca" gəmiçilik agentliyi bildirib. Məlumata görə, Palau bayrağı altında üzən "James II"

14:00 190
.

Küveytə raket hücumu ilə İran müharibəsində kövrək atəşkəs yenidən pozulma təhlükəsi ilə üz-üzə qalıb

ABŞ ordusu İranı mövcud atəşkəs rejimini pozmaqda ittiham edib. Bu ittiham Küveytin raket hücumuna məruz qaldığını bildirməsindən sonra səsləndirilib və regionda gərginliyin yenidən artdığına işarə edib. xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığı bildirib ki, Küveyt gecə saatlarında İran tərəfindən atıla

19:15 45
.

Ukrayna və İsveç müdafiə sahəsində yeni sazişlər hazırlayır

Ukrayna və İsveç böyük müdafiə yardımı paketi və "Gripen" qırıcıları barədə qərar hazırlayır. "Report"un məlumatına görə, bu barədə İsveçə işgüzar səfərdə olan Ukrayna prezidenti Volodimir Zelenski bildirib. "Biz Ukrayna üçün böyük müdafiə yardımı paketi və döyüş aviasiyamız

16:00 170
.

Keniyada məktəbdə yanğın olub, azı 15 şagird ölüb

Keniyada məktəbdə baş verən yanğın nəticəsində azı 15 şagird ölüb. Bu barədə "Reuters" agentliyi yerli polisə istinadən məlumat yayıb. Məlumata görə, hadisə gecə saatlarında Keniyanın Rift Valley bölgəsindəki qızlar məktəbinin yataqxanasında baş verib. Yanğın zamanı azı 15 şagird həyatını itirib

15:45 162
.

ABŞ İranı atəşkəs rejiminin "kobud şəkildə pozulmasında" ittiham edib

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İranı ballistik raket və pilotsuz uçuş aparatlarının (PUA) istifadə edildiyi gecə hücumlarından sonra atəşkəs rejiminin "kobud şəkildə pozulmasında" ittiham edib. "Report" "Sky News"a istinadən xəbər verir ki, CENTCOM-d

18:00 123
.

ABŞ daha tez hərəkətə keçməlidir, kömək istəyirik

ABŞ daha tez hərəkətə keçməlidir. Təcili olaraq "Patriot" üçün daha çox PAC-3 raketinin ayrılmasında kömək istəyirik. xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib. "Patriot"dan başqa Ukraynanın ballistik raketləri ələ keçirmək üçün başqa təsirli vasitələri yoxdur

17:45 135
.

İlham Əliyev Xankəndidə Zəfər tağının önünə gül dəstələri düzüb

Azərbaycan Prezidenti İlham Əliyev Müstəqillik Günü münasibətilə mayın 28-də Xankəndi şəhərindəki Zəfər parkında ucaldılan Zəfər tağının önünə gül dəstələri düzüb. "Report" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb

14:30 210
.

Ukrayna səfiri Azərbaycanı təbrik edib

Ukrayna səfiri Yuri Husyev Azərbaycanı 28 May - Müstəqillik Günü münasibətilə təbrik edib. APA xəbər verir ki, bu barədə səfir "X" hesabında paylaşım edib. "Müstəqillik Günü münasibətilə Azərbaycanı ürəkdən təbrik edirik! Bu çətin dövrdə Azərbaycanın dostluğuna, həmrəyliyinə və sarsılma

15:30 173
.

TOP MP3