Azərbaycan Respublikasının Dövlət Himni, Gerbi və Dövlət Bayrağı haqqında

Azərbaycan Respublikasının Dövlət Himni, Gerbi və Dövlət Bayrağı haqqında

Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyi rəmzidir.

Azərbaycan Respublikasında Dövlət bayrağı ilk dəfə 1918-ci il noyabr ayının 9-da Azərbaycan Demokratik Cümhuriyyətinin qərarı ilə qəbul edilmişdir. 1920-ci il aprelin 28-də Demokratik Cümhuriyyətin süqutundan və Sovet Hakimiyyəti qurulduqdan sonra bu bayraqdan imtina edilmişdir.
Bu bayraq ikinci dəfə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Resbublikası Ali Məclisinin qərarı ilə Muxtar Respublikanın Dövlət bayrağı kimi qəbul edilmişdir. Eyni zamanda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında bu bayrağın Azərbaycan Respublikasının rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsadət qaldırmışdır. 1991-ci il fevral ayının 5-də Azərbaycan Respublikası Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsadətinə baxmış və bu bayrağın Azərbaycan Respublikasının Dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar qəbul etmişdir.
Azərbaycan Respublikasının Dövlət bayrağı bərabər enli üç üfqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir və qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir.
Rəmzi Mənası:
Göy rəng - Türklük;
Qırmızı rəng - Müasirlik və demokratiya;
Yaşıl rəng - İslam;
Aypara və ulduz - aya və günəşə işarə olub, əbədilik, dünyəvilik rəmzidir.

Azərbaycan Respublikasının Dövlət Himni, Gerbi və Dövlət Bayrağı haqqında

Azərbaycan Respublikasının Dövlət Gerbi

Azərbaycan Respublikasının Dövlət gerbi Azərbaycan Dövlətinin müstəqilliyi rəmzidir.
Azərbaycan Respublikasının Dövlət gerbi haqqında Azərbaycan Demokratik Cümhuriyyəti 1920-ci il yanvarın 30-da müsabiqə elan etmiş və müsabiqədən keçəcək gerb nümunəsinin həmin il mayın 28-də qəbul ediləcəyi haqqında qərar çıxarmışdır. Lakin 1920-ci il aprel ayının 28-də Azərbaycan Demokratik Cümhuriyyətinin süqut etməsi nəticəsində gerb qəbul edilməmişdir.
1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Dövlət gerbi ilə bağlı yeni müsabiqə elan etmişdir. 1993-cü il fevral ayının 23-də Azərbaycan Respublikasının Milli Məclisi Dövlət gerbi haqqında qərar qəbul etmişdir.
Azərbaycan Respublikasının Dövlət gerbi palıd budaqlarından və sünbüllərdən ibarət qövsün üzərində yerləşən şərq qalxanının təsvirindən ibarətdir. Qalxanın üstündə Azərbaycan Respublikası Dövlət bayrağının rəgləri fonunda səkkizguşəli ilduz, ulduzun mərkəzində alov təsviri vardır.
Azərbaycan Respublikasının Dövlət gerbinin rəngli təsvirində ulduz ağ, alov qırmızı, palıd budaqları yaşıl, sünbüllər sarı rəngdədir. Qalxanın və ulduzun sağanaqları, habelə qalxanın düymələri və palıd qozaları qızılıdır.
RƏMZİ MƏNASI
Qalxan - müdafiə;
Üçrəngli dairəvi xətlər - bayraq;
Dairəvi xətlərin üstündəki səkkizguşəli ulduz - günəş;
Səkkizguşəli ulduzun ortasındakı alov dilləri - Odlar Yurdu;
Sünbüllər - bolluq;
Palıd budaqları - uzunömürlülük rəmzidir.

Azərbaycan Respublikasının Dövlət Himni, Gerbi və Dövlət Bayrağı haqqında

Azərbaycan Respublikasının Dövlət Himni

Musiqisi: Üzeyir Hacıbəyovun,
Mətni: Əhməd Cavadındır.

Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üçrəngli bayrağınla məsud yaşa!
Minlərlə can qurban oldu!
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu!
Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət,
Sinəmdə tutmuş məkan!
Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə,
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən! Şanlı Vətən!
Azərbaycan! Azərbaycan!


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 61420   Tarix: 24 aprel 2011  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

"Kızılcık Şerbeti"nin aktrisasına cinayət işi açıldı

Bir neçə ay əvvəl narkotik maddə sifariş etdiyi üçün saxlanılan "Kızılcık Şerbeti" serialının aktrisası Feyza Civelek barəsində cinayət işi açılıb. Axşam.az xəbər verir ki, məhkəmə Feyza Civelekə qarşı narkotik saxlamaq ittihamı ilə İstanbul Respublika Baş Prokurorluğuna cinayət işi qaldırıb

12:07 366
.

Pensiyalarla bağlı SON RƏQƏMLƏR - 535 AZN və 572 AZN olacaq - RƏSMİ

"Nəvbəti il əmək pensiyalarının maliyyələşdirilməsi üçün 7,2 manatlıq vəsait nəzərdə tutulub. Bu, cari ilin göstəricisinə nisbətən 686 milyon manat daha çoxdur". xəbər verir ki, bu sözləri Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Himalay Məmişov bildirib. O əlavə edib ki

11:33 2696
.

Qız üstündə dava ölümlə nəticələndi

Türkiyənin İzmir bölgəsində dostlar arasında qız üstündə dava düşüb. türk mediasına istinadən xəbər verir ki, dava 8 nəfər arasında baş verib. Odlu silahdan açılan atəş nəticəsində 4 nəfər həyatını itirib. Çevrədəki şəxslər tərəfindən hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım həkimləri çağırılıb

16:35 169
.

Noyabrın son günü hava necə olacaq?

Noyabrın 30-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə çiskin olacaq, şimal-qər

12:36 207
.

21 ildir axtarılan terrorçu TUTULDU: o, ABŞ kəşfiyyatını necə aldatdı?

FTB və Britaniya polisi uzun müddətdir ABŞ-ın ən çox axtarılan terrorçular siyahısında olan 46 yaşlı fərarinin tutulması üçün birgə əməliyyat keçirib. xarici mediaya istinadla bildirir ki, tanınmış heyvan haqları müdafiəçisi və vegan olan Daniel San Dieqo, ipoteka ilə satın alınan 425.00 funt sterlin

28.11.2024 359
.

Vladimir Putin Angela Merkeldən üzr istəyib: "Sizin itlərdən qorxduğunuzu bilmirdim"

Heyvan fobiyası ilə tanınan Almaniyanın keçmiş kansleri Angela Merkelin xatirələrindən ibarət kitab işıq üzü görüb. xarici mediaya istinadən xəbər verir ki, məşhur memuarda Merkelin Rusiya prezidenti Vladimir Putinlə bağlı bəzi açıqlamaları diqqət çəkib. 2007-ci ildə Rusiya prezidenti Vladimir Putinl

16:07 168
.

Sərvətinin 60 milyon dollar olduğu deyilən məşhurdan açıqlama

Türkiyənin məşhur müğənnisi Murat Bozun 60 milyon dollar sərvəti olduğu sosial mediada açıqlanıb. türk mediasına istinadən xəbər verir ki, bu mövzu ilə bağlı danışan müğənni sərvətinin şişirdildiyini qeyd edib. Murad Boz "Bu qədər puldan söhbət gedə bilməz. Kaş ki, 60 milyon dollarım olardı"

17:08 135
.

Ova gedən şəxs qurban oldu

Türkiyənin Sakarya bölgəsində ovçuluq etməyi sevən Hüseyn Karaoğlan səhər saatlarında meşəyə yollanıb. türk mediasına istinadən xəbər verir ki, ovçuluq edən zaman Karaoğlanın dostu bilmədən onun kürəyinə odlu silahdan atəş açıb. Çevrədəki şəxslər tərəfindən hadisə yerinə təcili tibbi yardım həkimlər

16:26 174
.

"Yoldaşıma mənə bir daha çiçək alma dedim" - Sibel Taşçıoğlu

"Heç romantik biri deyiləm". xəbər verir ki, bu sözləri aktrisa Sibel Taşçıoğlu deyib. "Bir gün yoldaşım Murad evə çiçəklə gəldi. "Mənə bir daha çiçək alma, hədiyyə də alma" dedim. Bunları lazımsız sayıram" ,- deyə o bildirib. [hh4-unikal]

28.11.2024 724
TOP MP3