İsraildən qalmaqallı addım - VİDEO

İsraildən qalmaqallı addım - VİDEOAğ evin xəbərdarlığına baxmayaraq Konqresin dəvətini qəbul edərək Birləşmiş Ştatlara səfərə gələn İsrailin Baş naziri Benyamin Netanyahunun qalmaqallı səfəri nəhayət başlayıb. Nəyə görə qalmaqallıdır? Çünki onun ölkəsində Netanyahu məhz Amerika-İsrail münasibətlərinə xələl gətirməkdə ittiham olunur.

Bundan başqa İsrail Amerika-İran yaxınlaşmasından ciddi narahatdır. İndidən bəllidir ki, Obama onunla görüşməyəcək. Con Kerri ümumiyyətlə ölkədən gedib.

Vaşinqton bürosunun məlumatına görə, İsrailin baş naziri Benyamin Netanyahu İranla nəzərdə tutulan nüvə razılaşması ilə bağlı ABŞ-a gəlib. Baş nazir aparacağı danışıqlar nəticəsində rəsmi Vaşinqtonu Tehranla nüvə proqramı sahəsində əldə olunacaq sazişdən daşındıracağına inanır.

Netanyahu Birləşmiş Ştatlara səfərini mühüm və tarixi missiya adlandırıb. Bura gəlməmişdən əvvəl o, bəyan edib ki, yaxın vaxtlarda böyük dövlətlərlə İran arasında imzalanması ehtimal edilən çərçivə razılaşması, rəsmi Tehranı nüvə silahı hazırlamaqdan saxlamayacaq. Bu isə ilk olaraq İsrailin təhlükəsizliyinə mane olur.

Sabah Netanyahunun ABŞ Konqresi qarşısında çıxışı gözlənilir. İsrailin hökümət başçısı Konqresdəki çıxışında İranın nüvə proqramı ilə bağlı rəsmi Tehrana qarşı daha sərt sanksiyaların tətbiqi və nüvə razılaşmasından geri çəkilmək üçün Amerika ictimaiyyətindən dəstək istəyəcək. 30 demokrat Netanyahunun çıxışını baykot edəcəyini açıqlayıb.

ABŞ mətbuatının məlumatına görə, İsrail rəsmisinin səfəri ölkə prezidenti Barak Obama tərəfindən narazılıqla qarşılanıb. Obama bir müddət əvvəl İsraildə seçkilər keçiriləcəyi üçün Netanyahunun səfərinə razı olmadığını bildirmişdi. Bu narazılıq Barak Obamanın və dövlət katibi Con Kerrinin Netanyahu ilə görüşünün olmayacağından da sezilir.

Bundan başqa ABŞ Nümayəndələr Palatasının başçısı Con Bonerin İsrail Baş nazirini Vaşinqtona dəvət etməsi, Konqreslə Ağ ev arasında gərginliyə səbəb olub. Nümayəndələr Palatasının başçısının Ağ evlə məsləhətləşmədən Netanyahunu ABŞ-a dəvət etməsi Obamaya qarşı gediş kimi dəyərləndirilir. İran mövzusunda İsrailin mövqeyinə daha yaxın olan Konqres, müzakirələrə soyuq yanaşır və Tehrana yeni sanksiya tətbiq olunmasını istəyir. Prezident Barak Obama isə müzakirələri sonuna qədər aparacağını və Konqresdən gələcək hər hansı bir sanksiya qərarını veto edəcəyini bildirir.

İranla Amerika arasında həmin o razılıq məsələsi martın 31-dən əvvələ planlaşdırılıb. Digər tərəfdən isə martın 17-də İrsaildə seçkidir. Belə düşünənlər də var ki, Netanyahu bu səfərlə özünə xal qazanmaq istəyir.

anspress.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1171   Tarix: 04 mart 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Mehriban Əliyeva Azərbaycanın pravoslav xristian icmasını təbrik edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Pasxa bayramı münasibətilə paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "Azərbaycanın bütün xristian icmasını müqəddəs Pasxa bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm

05.05.2024 241
.

İtaliyalı nazir Makronu tənqid edib: Ukraynada gərginliyi artırır

Fransa Prezidenti Emmanuel Makronun NATO-nun Ukraynaya qoşun göndərilməsi ilə bağlı açıqlamaları gərginliyi artırır. "Report" xarici KİV-ə istinadən xəbər verir ki, bunu İtaliyanın müdafiə naziri Quido Qrozetto deyib: "Mən belə bəyanatların məqsədini və faydasını başa düşmürəm". Naziri

05.05.2024 180
.

Xoşqədəmlə Doğuş efirdə əkizlərinə ad günü etdi - VİDEO

Aparıcı Xoşqədəm Hidayətqızı və türkiyəli müğənni Doğuşun əkiz övladlarının 8 yaşı tamam olub. xəbər verir ki, cütlük oğulları üçün "Günaydın Azərbaycan" verilişində ad günü ediblər. Həmin görüntüləri təqdim edirik:

05.05.2024 1009
.

Asiya İnkişaf Bankının prezidenti: Regional mərkəzin yaradılmasında Gürcüstanı dəstəkləyirik

Asiya İnkişaf Bankı regional mərkəzin yaradılması prosesində Gürcüstanı dəstəkləyir. "Report"un Gürcüstan bürosu xəbər verir ki, bu barədə bankın prezidenti Masatsuqu Asakava bildirib. "Asiya İnkişaf Bankı Gürcüstanı bölgədə ticarətin rəqəmsallaşdırılması, regional əlaqə, maliyyə inklüzivliyi

05.05.2024 157
.

Borreldən etiraf: "ABŞ hegemon statusunu itirib"

"ABŞ hegemon statusunu itirib". Bu fikri Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Jozep Borrel Böyük Britaniyada mühazirə ilə çıxış edərkən deyib. Borrel Soyuq Müharibə dövründən sonra yaranan beynəlxalq sistemin indi praktiki olaraq mövcudluğunu dayandırdığın

04.05.2024 224
.

"Financial Times": "Makronu sarsıdıcı məğlubiyyət gözləyir"

"Makronun mərkəzçi ittifaqı iyunda keçirilən Avropa Parlamenti seçkilərində ağır məğlubiyyətlə üzləşəcəklər ki, bu da onun karyerasının ən sarsıdıcı məğlubiyyəti olacaq". Bu barədə "Financial Times" yazır. Nəşrin fikrincə, əsas problem Fransada yaşayışın bahalaşması, eləcə də 5,5%-li

05.05.2024 163
.

Nigeriyanın ştatında bir həftə ərzində 42 nəfər qızılcadan ölüb

Nigeriyanın şimal-şərqindəki Adamava ştatında, demək olar, bir həftə ərzində 42 nəfər qızılcadan ölüb. "Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə ştatın səhiyyə departamentinin rəhbəri Feliks Tanqvami açıqlayıb. Onun sözlərinə görə, alovlanmanın episentri iki rayon olub

05.05.2024 174
.

Latviyada təyyarə magistral yola qəza enişi edib

Latviyanın Tallin şossesində mühərriki nasaz olan təyyarə məcburi eniş edib. "Report" xəbər verir ki, bu barədə "La.lv" portalı məlumat yayıb. Belə ki, göyərtəsində iki nəfərin olduğu kiçik mülki aviasiya təyyarəsi Tallin şossesində Adazi yaxınlığında məcburi eniş edib. Latviya Təyyar

05.05.2024 172
.

Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var

Avropa Komissiyasının Qonşuluq və Genişləndirmə Danışıqları üzrə baş direktoru Qert Yan Kupman (Gert Jan Koopman) Cənubi Qafqaza səfərindən sonra Türkiyəyə gedəcək. "Report" xəbər verir ki, bu barədə diplomat "X" səhifəsində yazıb. "Qarşıda bütün regiona fayda verəcək perspektivl

05.05.2024 147