əş-Şərh surəsinin izahı

əş-Şərh surəsinin izahıMənbə: http://zikr.az

Mərhəmətli və Rəhmli Allahın adı ilə!
1. Məgər Biz sənin üçün köksünü açmadıqmı?
2. Yükünü səndən götürmədikmi?
3. Onlar belini bükürdü.
4. Biz adını sənə görə ucaltmadıqmı?
5. Sözsüz ki, hər çətinliyin ardınca asanlıq gəlir.
6. Sözsüz ki, hər çətinliyin ardınca asanlıq gəlir.
7. İşlərini qurtaran kimi Allah yolunda çalış!
8. Ancaq Rəbbinə üz tut!

əş-Şərh (Açma) surəsinin izahı 
Məgər Biz sənin üçün köksünü açmadıqmı?
Bu sualın mənası təsdiqdir. Qurani Kərimdə bu cür suallara tez-tez rast gəlmək olur. Ayədə verilən sualın mənasına gəlincə, burada Uca Allah Peyğəmbərin – ona və ailəsinə Allahın salavatı və salamı olsun - köksünü açdığını təsdiq edir. Burada açmaq sözü genişlətmək deməkdir. Köksün genişlənməsi dedikdə söhbət hissi genişlənmədən deyil, mənəvi genişlənmədən gedir. Uca Allah başqa bir ayədə belə buyurur: "Allah kimi doğru yola yönəltmək istəsə, onun köksünü İslam üçün açar" (əl-Ənam, 125). Sonra Allah buyurur:

Yükünü səndən götürmədikmi?
Yəni, sənin günahlarını bağışladıq və səni əfv etdik. Uca Allah Qurani Kərimdə Öz peyğəmbərinə belə buyurur:
"Həqiqətən, Biz sənə aydın bir zəfər bəxş etdik ki, Allah sənin əvvəlki və sonrakı günahlarını bağışlasın, sənə olan nemətini tamamlasın, səni düz yola yönəltsin və Allah sənə böyük bir qələbə ilə kömək etsin" (əl-Fəth, 1-3).
Həmçinin, Muğira ibn Şobə demişdir: "Bir dəfə Rəsulullah gecə namazını qıldı və o qədər ayaq üstə durdu ki, hətta, ayaqları şişdi. Sonra ona: "Nə üçün özünü bu ağır yüklə yükləyirsən?! Axı Allah sənin keçmiş və gələcək günahlarını bağışlamışdır"– deyildi. Onda o: "Şükür edən bir qul olmayımmı?!" – deyə cavab verdi."

Onlar belini bükürdü
Yəni, onlar sənə ağırlıq gətirirdi. İnsanın beli bədəninin dayaq yeridir. Əgər yük beli yorursa, onda digər bədən üzvlərini necə yorur?! İnsanın beli ən güclü bədən üzvüdür. Belində və əlində yük daşımağına baxsan, bunun fərqini görə bilərsən. Sonra Allah buyurur:

Biz adını sənə görə ucaltmadıqmı?
Şübhə yoxdur ki, Uca Allah Peyğəmbərin adını ucaltmışdır. Birincisi, hər bir fərz namaza yüksək yerdən azan verildikdə; ikincisi, hər bir fərz namazda şəhadət verdikdə; üçüncüsü, hər bir ibadətin qəbul olunması üçün iki əsas şərti tətbiq etməklə Peyğəmbərin adını ucaltmışdır. Bu iki şərt bunlardır:
1. İxlas. İbadəti yalnız Allah rizası üçün etmək.
2. Peyğəmbərin buyurduğuna uyğun şəkildə etmək.

Sözsüz ki, hər çətinliyin ardınca asanlıq gəlir. Sözsüz ki, hər çətinliyin ardınca asanlıq gəlir
Bu ayə Allahın Peyğəmbərə və onun ümmətinə olan müjdəsidir. Yəni, sənin üçün köksünü açıb yükünü səndən götürməklə və adını sənə görə ucaltmaqla sənə bu böyük nemətləri verdiyimiz kimi sənə üz verən çətinliyin ardınca mütləq asanlıq veriləcəkdir. Bu iki ayə haqqında görkəmli təfsir alimi İbn Abbas: "Bir çətinlik iki asanlığa üstün gələ bilməz" – demişdir. Bu iki ayədə çətinlik və asanlıq sözləri hərəsi iki dəfə işlənir, lakin ərəb dilinin qaydalarına görə çətinlik sözü müəyyənlik artikli ilə, asanlıq sözü isə qeyri-müəyyənlikdə işləndiyinə görə bir çətinlik və iki asanlıq ifadə olunur. Odur ki, çətinliyə məruz qaldıqda asanlıq gözlə. Həmçinin, bu asanlıq şəriətin buyurduğu ibadətlərdə də özünü göstərir. Məsələn, namaz ayaq üstə qılınır, bacarmadıqda oturan yerdə, onu da bacarmadıqda uzanan yerdə qılmağa icazə verilir. Habelə, oruc, həcc və başqa ibadətlərdə də asanlıq görə bilərsən. Həmçinin, müsibətə düçar olduqda, güzəranın və köksün daraldıqda məyus olma, çünki hər bir çətinliyin ardınca asanlıq gəlir. Allah sənə səbir etməyə yardım etməklə çətin işin asanlaşır. Bu o demək deyildir ki, çətinlik həmişə tamamilə götürülür. Bu o deməkdir ki, Allah sıxıntını aradan qaldırır, səbir etməyə yardım edir və çətinlik insan üçün asanlığa çevrilir. Sonra Allah buyurur:

İşlərini qurtaran kimi Allah yolunda çalış!
Yəni, işlərini qurtaran kimi digər xeyirxah əməllər etməyə çalış və dünyanın bər-bəzəyinə aldanıb özünü yaxşı işlər görməkdən məhrum etmə. Zaman insanın üzərindən keçib getməkdədir və onu tutub saxlamaq mümkün deyildir. Ona görə də aqil insan vaxtının qədrini bilərək həyatını çalışmaqla sürər. Sonra Allah buyurur:

Ancaq Rəbbinə üz tut!
Yəni, bütün işlərini yalnız Allahın rizasını qazanmaq üçün et!


BiG.Az Telegramda izləyin instagramda izləyin
İslam   Baxılıb: 1766   Tarix: 02 mart 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İslam - Yolxucu xəstəlikdən qorunmağın 10 yolu

Uca Allah buyurur: "İnsanların öz əlləri ilə et­diyi əməllərinin nəticəsi ola­raq qu­ru­da və də­nizdə fə­sad törə­yir ki, Allah onlara, etdik­lə­ri­nin bir qis­mi­ni daddırsın. Bəl­kə, onlar haqqa qayıdalar. De: "Yer üzünü gəzib do­laşın və əvvəlkilərin aqibəti­nin ne­cə ol­duğuna baxın. On­ları

26.03.2020 5917
.

Həccə gedə bilməyənlərin pulları qaytarılır

Həcc ziyarətinə getmək üçün sənəd verənlərin səfər üçün ödədidyi məbləğ geri qaytarılır. Qafqaz Müsəlmanları İdarəsindən -a verilən məlumata görə, hazırda pulunu geri almayan çox az adam qalıb. Qeyd edək ki, bu il koronavirus pandemiyası səbəbindən Həcc ziyarəti xaricdən getmək istəyənlər üçün mümkü

06.08.2020 2390
.

Aya Sofya 86 ildən sonra ibadətə açıldı

Türkiyənin İstanbul şəhərində yerləşən Aya Sofya məbədi bu gündən ibadətə açılıb. Aya Sofyada 86 ildən sonra cümə namazı qılınacaq. İbadət zamanı məbəddəki rəsmlərin üzəri örtüləcək. Yerli və əcnəbi turistlərin ziyarəti zamanı isə məbəddəki rəsmlərin üzəri açılacaq. Xatırladaq ki, Türkiyə məhkəməsi İstanbuldak

24.07.2020 3182
.

İslamı və Məhəmməd peyğəmbəri təhqir edən şəxs həbs olundu

Türkiyədə sosial şəbəkələrdə İslamı və Məhəmməd peyğəmbəri təhqir edən şəxs saxlanılıb. BİG.AZ-ın "Anadolu"ya istinadən verdiyi xəbərə görə, İstanbul Baş Prokurorluğunda Məhəmməd peyğəmbərin, təhqiramiz olduğu təsbit olunan karikaturası ilə əlaqədar istintaq başladılıb. "Peyğəmbərimiz

16.07.2020 3594
.

Qədr gecəsində necə dua etmək lazımdır?

Qədr gecəsi elə fəzilətli gecədir ki, bəndənin istəkləri yerinə yetər və hacətləri həyata keçər. Bəs necə dua edək ki, bu dualarımız qəbul olsun?. Unikal.org xəbər verir ki, Həmmad ibni Osman nəql edir: "Ramazan ayının 21-ci gecəsində İmam Sadiqin (ə) xidmətinə getmişdim və mənə buyurdu: "E

01.05.2021 4146
.

Ramazanın 20-ci gününün duası - İmsak və iftar vaxtı

Sabah Ramazan ayının 20-ci günüdür. Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 14-də imsak saat 03:40, iftar isə saat 20:04-dədir. Ramazan ayının 20-ci gününün duası:. "Allahummə vəffir fihi həzzi min bərəkatih. Və səhhil səbili ila xeyratih. Və la təhrimni qəbul

02.05.2021 2822
.

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi?

Əgər ailədə pul qazanan yalnız kişidirsə, qadın icazəsiz onun pulundan götürə bilməz. Bu, düzgün hərəkət deyil və halal sayılmır. Ailə hər şeydən əvvəl qarşılıqlı anlaşma, düzgünlük, səmimiyyət üzərində qurulmalıdır. Ailə üzvlərinin bir-birinin mülkünə icazəsiz müdaxilə etmələri yanlış hərəkətdir. Əlbəttə

02.02.2020 3775
.

Fitrə zəkatı necə çıxarılmalıdır? - VİDEO

Fitrə zəkatı daxili və mənəvi dünyanın təmizliyinə dəlalət edir. Fitrə özəlliklə Ramazan ayının son günü, bayram namazına qədər çıxarılmalıdır. İlahiyyatçı Ağa Hacıbəyli deyir ki, fitrə verərkən həmin insana "bu firtədir" demək də məqsədəuyğun sayılmır. "81 qram qızıldan artıq imkanı ola

23.05.2020 3532
.

Heydər məscidində Qurban bayramı namazı qılınıb

Heydər məscidində Qurban bayramı namazı qılınıb. "Report" xəbər verir ki, namazda bir neçə nəfər iştirak edib. Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsi koronavirus pandemiyasına görə bayram namazını evdə ailə ilə birlikdə qılmağı tövsiyə edib

31.07.2020 2512