Yanacaq, spirtli içki və tütünlə bağlı yeni qərar təsdiqləndi

Yanacaq, spirtli içki və tütünlə bağlı yeni qərar təsdiqləndiMartın 1-də "Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri"nin yeni redaksiyası qüvvəyə minib.

Nazirlər Kabineti 29 yanvar 2015-ci il tarixdə 2005-ci il 15 noyabrda təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri"ni yeni redaksiyada təsdiq edib və qərarda yeni aksiz dərəcələrinin 30 gün sonra, yəni martın 1-də qüvvəyə minəcəyi qeyd olunub.

Dəyişiklik spirtli içkilər, tütün, zinət əşyaları və yanacağın müxtəlif növlərinə (benzin və s.) aksiz vergisi tətbiq edilməsi barədə "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 10 yanvar tarixli 436 nömrəli fərmanı ilə bağlıdır. "Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri"nin yeni redaksiyasına əsasən 1 litr ölçü vahidi götürülməklə səməni pivəsi üçün 1 manat, təbii üzüm şərabları, spirt qatılmışlar daxil olmaqla, üzüm suslosu üçün 2 manat, şampan şərabı üçün 2,5 manat, qıcqırma prosesində və ya spirt əlavə edilməkdən fərqli üsulla dayandırılmış qıcqırma ilə alınmış digər üzüm susloları üçün 0,1 manat, vermutlar və bitki və ya aromatik ekstraktların əlavəsi ilə digər təbii üzüm şərabları üçün 2 manat, digər qıcqırdılmış içkilər (sidr, perri və ya armud sidri, ballı içki), qıcqırdılmış içkilərin qarışıqları və qıcqırdılmış içkilərlə spirtsiz içkilərin qarışıqları üçün 2 manat, denaturasiya olunmamış etil spirti, 80 həcm faiz və ya çox spirt qatılığı üçün 2 manat, üzüm çaxırının və ya üzüm puçallarının distillə edilməsi nəticəsində alınan spirtli tinkturalar üçün 6 manat, viski üçün 6 manat, rom və digər spirtli tinkturalar, şəkər qamışının qıcqırdılmış məhsullarının qovulması nəticəsində alınanlar üçün 6 manat, cin və ardıc tinkturası üçün 6 manat, araq üçün 6 manat, likörlər üçün 6 manat, digər spirtli içkilər üçün 6 manat, həcm faizi 80-dən az qatılığı olan denaturatlaşdırılmamış etil spirti üçün 2 manat aksiz dərəcələri tətbiq olunacaq.

Ölçü vahidi olaraq 1000 ədəd götürülməklə, tərkibində tütün olan siqarlar, ucları kəsilmiş siqarlar və siqarillalar üçün 10 manat, tərkibində tütün olan siqaretlər üçün 4 manat, digər siqaretlər və siqarillalar üçün 4 manat aksiz dərəcəsi müəyyənləşib. Ölçü vahidi 1 ton olmaqla yüngül distilyatlar və məhsullar (emalın spesifik prosesləri) üçün 80 manat, yüngül distilyatlar və məhsullar üçün 1 manat aksiz dərəcələri tətbiq olunacaq. Yanacağa gəlincə, ölçü vahidi 1 ton olmaqla xüsusi benzinlər (uayt-spirit) 1 manat, digər xüsusi benzinlər üçün 1 manat, aviasiya benzinləri üçün 1 manat, mühərrik benzinləri, aviasiya benzinləri istisna olmaqla, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 95-dən az oktan ədədi ilə benzinlər üçün 200 manat, mühərrik benzinləri, aviasiya benzinləri istisna olmaqla, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 95 və ya daha çox, lakin 98-dən çox olmayan oktan ədədi ilə benzinlər üçün 80 manat, mühərrik benzinləri, aviasiya benzinləri istisna olmaqla, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 98 və ya çox oktan ədədi ilə benzinlər üçün 120 manat, mühərrik benzinləri, aviasiya benzinləri istisna olmaqla, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox, 95-dən az oktan ədədi ilə benzinlər üçün 200 manat, mühərrik benzinləri, aviasiya benzinləri istisna olmaqla, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox benzinlər üçün 80 manat, mühərrik benzinləri, aviasiya benzinləri istisna olmaqla, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox, 98 və ya çox oktan ədədi ilə benzinlər üçün 120 manat, reaktiv benzin yanacağı üçün 1 manat, digər yüngül distilyatlar üçün 1 manat, orta distilyatlar (emalın spesifik prosesləri) üçün 80 manat, orta distilyatlar (proseslərdə kimyəvi çevrilmələr) üçün, 1 manat, digər məqsədlər üçün kerosin üçün 80 manat, digər məqsədlər üçün digər orta distilyatlar üçün 80 manat, qazoyllar üçün 80 manat, maye yanacaq üçün 1 manat aksiz dərəcəsi tətbiq olunacaq.

Ölçü vahidi 1 ton olmaqla sürtkü yağları və digər yağlar (emalın spesifik prosesləri) üçün 1 manat, sürtkü yağları və digər yağlar: proseslərdə kimyəvi çevrilmələr üçün 1 manat, mühərrik yağları, kompressor sürtkü yağı, turbin sürtkü yağı üçün 50 manat, hidravlik məqsədlər üçün mayelər üçün 1 manat, açıq rəngli yağlar, vazelin yağı üçün 1 manat, dişli çarxlar üçün yağ və reduktorlar üçün yağ üçün 1 manat, metalların emalı üçün tərkiblər, qəliblərin yağlanması üçün yağlar, antikorroziya yağları üçün 1 manat, elektrik izolyasiya yağları üçün 50 manat, digər sürtkü yağları və digər yağlar üçün 1 manat, qazoyllar üçün 80 manat, maye yanacaq üçün 1 manat, digər neft məhsulları üçün 50 manat, neft vazelini üçün 10 manat, neft koksu, neft bitumu və neftin və ya neft məhsullarının emalından qalan, o cümlədən bitumlu minerallardan alınmış digər qalıqlar üçün 24 manat, təbii bitum və asfalt (bitumlu şistlər və ya neftli şist və bitumlu qum daşı; asfaltitlər və asfalt süxurları) üçün 1 manat, təbii asfalt, təbii bitum, neft bitumu, mineral qatranlar və ya mineral qatranların peki (məsələn, bitumlu mastika, yol örtükləri üçün asfalt qarışıqları) əsasında bitumlu qarışıqlar üçün 1 manat aksiz dərəcələri tətbiq olunacaq.

apa.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3255   Tarix: 02 mart 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774