Ağamirzədən ŞOK açıqlamalar: Pərviz Bülbülə mənim oğlumdur

Ağamirzədən ŞOK açıqlamalar: Pərviz Bülbülə mənim oğlumdurTanınmış meyxana ustadı Ağamirzənin müsahibəsi

- Ağamirzə müəllim, necəsiniz, yaradıcılıqda hansı yeniliklər var?
- Şükür, salamatçılıqdır. Toy mövsümü deyil, hava soyuqdur, evdə oturmuşuq. Hərdənbir məclislərimiz olur. İnşallah, yeni meyxanalarımızı tamaşaçılara təqdim edəcəyik.

- Artıq səsyazma prosesi başa çatıb?
- Bəzilərini yazdırmışam, bir-ikisi qalıb, onları da yazdıracağam.

- Həmin meyxanalardan hansınasa klip çəkdirmək fikriniz var?
- Klip çəkdirmək fikrim yoxdur, amma sosial şəbəkələr vasitəsilə yayılacaq.

- Son vaxtlar efirdə az-az görünürsünüz. Dəvət etmirlər, yoxsa özünüz efirə çıxmaq istəmirsiniz?
- Maşallah, efirlərdə çox oluram. Ola bilər ki, sizə rast gəlməyib.

- Bəzi verilişlərdə sizin səbrinizi sınağa çəkiblər. Hiss olunur ki, yetərincə təmkinlisiniz. Amma meyxana deyəndə həddən artıq emosional təsir bağışlayırsınız...
- Düz deyirsiniz, meyxana deyəndə çox emosional oluram. Amma adi həyatda çox təmkinliyəm, hadisələrə səbirli yanaşmağı bacarıram.

- Toyların az olması dolanışığa necə təsir edir?
- Mənim 52 yaşım var, Allah-təala bu 52 ildə məni bir dəfə darda qoymayıb. Heç ağlıma gəlməyən yerdən ruzimi yetirib. Bu günümə min şükür. Təki həmişə belə olsun. Məclislər az olsa da, dolanırıq.

- Son illər meyxana toylarımızın ayrılmaz hissəsinə çevrilib. Bir çox meyxanaçılar, xüsusən də gənclər insanların meyxanaya olan marağından istifadə edib yüksək qonorar tələb edirlər. Əvvəlcə onu soruşum ki, məclisə gedəndə qiyməti əvvəldən danışırsınız?
- Elə toy olur danışırıq, elə olur qiymət deməyib gedirik.

- Bir-iki saatlıq çıxış üçün nə qədər qonorar tələb edirsiniz?
- Üç yüz manat. Söhbət Bakıdakı məclislərdən gedir.

- Toya sizdən baha gedən meyxanaçılar var? (Vəziyyətdən hali olsam da, bu sualı qəsdən verirəm – İ.V)

- Bir kişi daş daşıyırmış. Oğlu gəlir ki, ata, neçə daş daşımısan? Deyir ki, üç yüz əlli. Səhəri gün oğlu yenə gəlib soruşur, atası cavab verir ki, əlli daş. Atası ondan soruşanda deyir ki, mən bu gün iki yüz əllisini daşıya bildim. Növbəti gün atası soruşur, məlum olur ki, oğlu bir dənə də olsun, daş daşıya bilməyib. Atası deyir ki, oğlum, amma mən bu gün də əlli daş daşımışam. Yəni elə yeməlisən ki, həmişə yeyəsən. Camaatı da başa düşmək lazımdır. Millətin boynunu vurmaq olmaz. Hamımız birtəhər dolanırıq, şükür. Elə qiymət deməliyik ki, məclis sahibi də narazı qalmasın. Daş daşımırıq, sement daşımırıq. Gedib yeyib-içirik, məclisin ən yaxşı yerində oturdurlar, cibimizə pul basırlar. Camaata əziyyət vermək lazım deyil. Allah hər şeyi görür. Görürsən ki, kimsə nazlanır, toy yiyəsinin əsəblərini korlayır. Toy yiyəsi zəng vurur ki, sizi məclisimizə dəvət etmək istəyirik. Deyir ki, bir saatdan sonra zəng vur, yarım saatdan sonra yığ... Gah cavab vermirlər, gah telefonu söndürürlər. Bu söz hamısına aid deyil. Allaha şükür, mən bu işlərin hamısından uzağam.

- Nə əcəb prodüseriniz, köməkçiniz yoxdur?
- Mənə nə köməkçi, nə də prodüser lazım deyil. Özüm özümün həm prodüseriyəm, həm də köməkçisi.

- Əksər sənət adamlarının əlavə biznesi var. Sizdə bu mənada vəziyyət necədir?
- Qapıda iki balaca "budkam" var, ərzaq satırıq. Min şükür, toy olmayanda oradan dolanırıq.

- Yəqin ki, toy qonorarınızda olduğu kimi, orada da insaflısınız.
- Əlbəttə, onsuz da günün birində bu dünyada sahib olduğumuz hər şeyi qoyub gedəcəyik.

- Mərhum meyxana ustadı Ağasəlim Çildağ sizin doğmaca dayınızdır. Nə əcəb onun haqqında xatirələrinizi yazmırsınız?
- İndiyə kimi etməmişəm, amma düz deyirsiniz, bu barədə fikirləşmək lazımdır. Çox maraqlı olardı.

- Gənc meyxanaçılar, məsələn, deyirlər ki, ustadım Kərimdir, Mehman Əhmədlidir. Bu, doğru yanaşmadırmı? Ümumiyyətlə, kiməsə meyxana öyrətmək olarmı?
- Belə şey doğru deyil. Məsələn, Ağasəlim bizə meyxana öyrətməyib. Biz ondan qabiliyyət, qanacaq, insanlarla davranış qaydalarını öyrənmişik. Meyxana isə canda, qanda olmalıdır.

- Fikir verirsinizsə, hazırda Azərbaycanda meyxanaçı ordusu yaranıb.
- Onlar ordu kimi gəlirlər, ordu kimi də yox olurlar. Bineyi-qədimdən belə şeylər olub, olacaq da. Lazım olanda on beş nəfər super meyxana deyən tapa bilmirik.

- Sosial şəbəkələrdə söyüşlü meyxanalarınız var. İndi də elə meyxanalar deyirsiniz?
- Daha söyüşlü meyxanaya tövbə eləmişəm. Bu telefon çıxardanı lənətləyirəm. Üç-dörd nəfər dost oturub meyxana deyirsən, görürsən ki, yazdı telefona. Ayağının ayağının üstünə aşırırsan, çəkir, burnunu qurdalayırsan, çəkir, buraxır internetə. Amma əvvəllər zarafatımız olan meyxanaçılarla elə meyxanaları çox demişik. Kimlərsə alçaqlıq edib o meyxanaları internetə yayırlar.

- Son beş-altı ildə üzə çıxan meyxanaçılardan kimləri bəyənirsiniz?
- Rəşad Dağlı, Vüqar Biləcəri, Elşən Balaxanı, Valeh Lerikli, Orxan Lökbatanlı, Pərviz Bülbüləni bəyənirəm. Pərviz mənim oğlumdur, onu oğulluğa götürmüşəm. Əhmədlidən Vasif də yaxşı deyir, Mehmanın tələbəsidir. Maştağadan Ələkbər, Tərlan var.

- Bayaq dediniz ki, lazım olanda 15 nəfər tapa bilmirik. Ancaq xeyli adlar çəkdiniz.
- Bunlar cavan meyxana deyənlərdir. Mən yaşlıları deyirdim.

- Ağa, Azərbaycanda meyxanaçı deyəndə ağıla başqa fikirlər gəlir. İnsanlar düşünürlər ki, meyxanaçıdırsa, nəşə çəkir, başqa işlərlə məşğuldur. Bu, mənfi imici meyxananın və meyxanaçıların üzərindən götürmək üçün hansı işləri görürsünüz?
- Mən ibadət əhliyəm. Nə fikirləşirlərsə, qoy fikirləşsinlər. Müğənni deyəndə başqa, jurnalist deyəndə başqa şey fikirləşirlər. Nə düşünürlər, özləri bilər. Meyxana bu gün əla vəziyyətdədir.

- Öz tələbəniz var? Kimlər sizdən bəhrələnirlər?
- Cavanların hərəsi bir adamın yoluyla gedir.

- Sizin yolunuzla gedənlərdən kimlər var?
- Çoxları. Birini deyərəm, biri inciyər. Kimlər mənə ustad deyirlər, onlar da mənim tələbələrimdi. Amma meyxanada öyrətdi yoxdur.

- Meyxanadan əlavə hobbiniz var?
- Futbola da azarkeşlik edirəm, bilyard da oynayıram. Vaxt olanda bilyard salonuna gedirəm.

publika.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 4750   Tarix: 27 fevral 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Yeni tədqiqat qaranlıq maddə haqqında anlayışımızı dəyişə bilər

İrvindəki Kaliforniya Universitetinin alimləri qaranlıq maddənin varlığına dolayı ilə də olsa yeni sübutlar təqdim ediblər. Tədqiqat iki növ maddənin kompüter simulyasiyalarını əhatə edib: sadə və qaranlıq. Bu, ulduzların və kosmik qazın hərəkət sxemləri kimi həqiqi qalaktikaların tədqiqi zamanı müşahid

05.05.2024 294
.

Avropanın ən gözəl çimərliyi AÇIQLANDI - SİYAHI

Maltanın Mellieha kəndi yaxınlığındakı "Ghajn Tuffieha Bay" çimərliyi 2024-cü ildə Avropanın ən gözəl çimərliyi kimi tanınıb. xəbər verir ki, bu nəticə dünyanın müxtəlif ölkələrindən Avropada istirahətə üstünlük verən səyahətçilərin sorğusu əsasında tərtib edilib. Çimərlik turistlərə yüksə

05.05.2024 267
.

Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü

Aviasiya tarixində dayanmadan və yanacaq doldurmadan dünya ətrafında ilk uçuş edən Dik Rutan 85 yaşında Aydaho (ABŞ) xəstəxanasında vəfat edib. Məlumata görə, pilot ağır ağciyər infeksiyası keçirdikdən sonra oksigendən imtina etmək qərarına gəlib. Dik öz nailiyyətinə ikinci pilotu Cina Yiger ilə imz

05.05.2024 257
.

Bakıda kuryoz olay-VİDEO

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ərazisində vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. -ın xəbərinə görə, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri əraziy

28.04.2024 481
.

Polşalı morja yaxınlaşdı, 1100 dollarından oldu

Polşadan olan turist Norveçin Şpitsbergen arxipelaqında morja çox yaxınlaşdığı üçün cərimələnib. O, buz örtüyünün üzərinə düşərək heyvana yaxınlaşıb. Turist yerli hakimiyyət orqanları tərəfindən "buz örtüyü üzərində uzanmış morjun narahatlığına səbəb olmaqda" ittiham edilib. Arxipelaqda qüvvəd

28.04.2024 456
.

Azərbaycanda qəribə kənd adları: Mırtı, Potu, Soğanverdilər və s...

Azərbaycanın bəzi rayonlarında olan kənd adları insanlarda maraq doğurur. Onlardan bəziləri insanlarda gülüş doğurur, bəzi toponimlərin adı isə başa düşülmür. Onlara misal olaraq İnəkboğan, Mırtı, Potu, Tövlə, Ətyeməzli, Soğanverdilər, Qızqayıtdı kimi kəndlərin adını çəkmək olar. Daha ətraflı Xəzər TV-ni

28.04.2024 427
.

"Titanik" sərnişinlərindən birinin saatı rekord qiymətə satılıb

Okeanda 112 il əvvəl batan məşhur "Titanik" gəmisinin sərnişinlərindən birinin qızıl cib saatı Böyük Britaniyada hərracda rekord qiymətə satılıb. -ın xəbərinə görə, bu barədə "Henry Aldridge & Son" hərrac evi məlumat yayıb. Həmin aksessuar amerikalı milyoner Con Ceykob Astor

28.04.2024 370
.

İcma nümayəndəsi: Azərbaycanda olan birlik, tolerantlıq bütün dünyaya nümunədir

Azərbaycanda olan birlik, tolerantlıq bütün dünyaya nümunədir. Bunu "Report"un Qəbələyə ezam olunmuş əməkdaşına "Vineyard Azərbaycan" Xristian Dini icmasının nümayəndəsi Nəzakət Məmmədova deyib. "Əslində bu gün pravoslav kilsələrinin Pasxa bayramıdır. Lakin biz də bu gün buray

05.05.2024 353
.

Ofis mebeli seçərkən nələrə diqqət yetirilməlidir ?

Müasir dövrdə ən çox tələb olunan mebellər sırasında ofis mebelləri də var. Ofis mebelləri dedikdə bura müxtəlif mebellər daxildir. ofis kreslosu, ofis divanı, ofis masaları, qeydiyyat şöbəsi üçün masa, müdir kresloları, salon kreslosu, kompüter masası, sənəd dolabı və ofis stol-stulu aiddir. Ofis mebellər

08.05.2024 186