16 milyard illik vaxtı dəqiqliklə göstərən saat

16 milyard illik vaxtı dəqiqliklə göstərən saatYaponiya alimləri 16 milyard il ərzində vaxtı səhvsiz göstərə bilən yüksək dəqiqliyə malik atom saatı hazırlayıblar. Bu müddət ərzində saat işləyərkən cəmi bir saniyə səhvə yol verir.

Tokio Universitetinin professoru Hidetosi Katorinin rəhbərliyi ilə mütəxəssislər qrupunun hazırladığı yeni qurğunun əsasını lazer şüalarından ibarət optik şəbəkəyə yerləşdirilən soyudulmuş stronsium atomlarının matrisası təşkil edir. Stronsium atomlarının temperaturu Selsi üzrə mənfi 180 dərəcəyə bərabərdir. Vaxt intervallarının ölçülməsi kəmiyyətini bu kimyəvi elementin hissəcikləri ilə sərf edilən işıq tezliyi həyata keçirir. Yeni texnologiyalar gözlənilməz dəqiqliyə nail olmağa və hazırda bu göstərici üzrə tətbiq edilən "etalon" saatları min dəfədən çox ötməyə imkan verib. Yaponiya alimlərinin kəşfi Yerin qravitasiya sahəsinin ölçülməsi üçün istifadə oluna bilər. Zamanın gedişi qravitasiya potensialının yüksək olduğu yerlərdə zəifləyir. Bu yolla əldə olunan informasiya insanın Yer qabığında baş verən proseslər barədə biliyini xeyli artırmağa, eləcə də təbii fəlakətlər haqqında proqnozları daha dəqiqliklə verməyə imkan verəcək. Bundan başqa, yeni texnologiyalar faydalı qazıntıların axtarış üçün faydalı olacaq. Onları qlobal mövqe sistemlərində də tətbiq etmək mümkündür. H.Katorinin sözlərinə görə, o və onun həmkarları ümid edirlər ki, yaxın gələcəkdə beynəlxalq vaxtın ölçülməsi standartlarına yenidən baxılacaq və onların kəşfi dünya elmində layiqli yerini tutacaq.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1289   Tarix: 27 fevral 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Gürcü ekspert: Qərb və ABŞ ölkəmizdə çevriliş niyyətindədir - RƏY

Gürcüstan hazırda müstəqilliyini qorumaq üçün mübarizə aparır. "Xarici təsirin şəffaflığı haqqında" qanunu da məhz buna görə qəbul etmək istəyir. Azərbaycan nümunəsi isə tək Gürcüstan yox, bütün dünya üçün örnəkdir. Azərbaycan öz milli maraqlarını hər şeydən üstün tutur. Bu sözləri "Report"u

04.05.2024 185
.

İtaliyalı nazir Makronu tənqid edib: Ukraynada gərginliyi artırır

Fransa Prezidenti Emmanuel Makronun NATO-nun Ukraynaya qoşun göndərilməsi ilə bağlı açıqlamaları gərginliyi artırır. "Report" xarici KİV-ə istinadən xəbər verir ki, bunu İtaliyanın müdafiə naziri Quido Qrozetto deyib: "Mən belə bəyanatların məqsədini və faydasını başa düşmürəm". Naziri

10:40 90
.

Norveçli səyahətçi: Qarabağda minalardan çirklənmənin nə qədər ciddi olduğunu təsəvvür edə bilməzdim

Qarabağda mina çirklənməsinin səviyyəsini ancaq bura gəlməklə dərk etmək olar, çoxları bunu şişirtmə kimi qəbul edir. "Report" xəbər verir ki, bunu norveçli səyahətçi Ulyerqen Vastveyt bildirib. "Mən heç təsəvvürümə də gətirmirdim ki, bu qədər mina basdırılıb, Qarabağda minalardan çirklənm

04.05.2024 185
.

Qaxda mağaza sahibinin pulunu oğurlayan müştəri saxlanıldı

Qax şəhərində yerləşən mağazaların birindən oğurluq edilib. Obyekt sahibi içərisində pul, bank kartları və sənədlər olan pulqabısının oğurlanması barədə polisə məlumat verib. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb. Bildirilib ki, rayon polis şöbəsini

04.05.2024 202
.

Sabah Bakıda bəzi küçələr bağlı olacaq - SİYAHI

"Bakı Marafonu 2024" ilə əlaqədar sabah səhər saat 09:00-dan 14:00-dək yürüşlə əlaqədar bəzi küçə və prospektlərdə iştirakçıların təhlükəsizliyinin təmin olunması məqsədilə yollarda hərəkət tam məhdudlaşdırılacaq. Bu barədə Bakı Şəhər Dövlət Yol Polis İdarəsi məlumat yayıb. Bildirilib ki, Bayra

04.05.2024 362
.

Braziliyada daşqınlar nəticəsində ölənlərin sayı artıb

Braziliyanın cənubundakı Rio-Qrandi-du-Sul ştatında baş verən güclü daşqınlar nəticəsində 39 nəfər ölüb, 68 nəfər itkin düşüb. Rio-Qrandi-du-Sul həftənin əvvəlindən güclü yağışlar davam edir. Bu günə qədər 350 mindən çox insan təbii fəlakətdən zərər çəkib. Hazırda onminlərlə yerli sakin evlərini tər

04.05.2024 189
.

Küçədə qadının boğazını kəsib öldürdü

Türkiyədə qadın küçədə öldürülüb. yerli mediaya istinadla bildirir ki, hadisə Ankara şəhəri Sincan qəsəbəsində baş verib. 34 yaşlı S.K. ilə 28 yaşlı Edanur K. arasında naməlum səbəbdən mübahisə yaranıb. Mübahisə zamanı oğlan bıçaqla qızın boğaz və bədəninin müxtəlif yerlərinə xəsarətlər yetirib. Həmçini

10:00 187
.

Namiq Qaraçuxurlu: "Ayrılığı çətin keçirirəm"

Meyxanaçı Namiq Qaraçuxurlu bahalı avtomobillərindən danışıb. bildirir ki, bu barədə sənətçi "Zaurla Günaydın" verilişində açıqlama verib:. "Heç vaxt kredit götürməmişəm. Qorxuram. Elməddin həmişə mənim maşınımla maraqlanırdı. Zəng edib soruşurdu ki, Namiq nə maşını sürür. Bir avtomobili

01:49 3762
.

Azərbaycanda güllələnərək öldürülən həkimin GÖRÜNTÜLƏRİ - TƏFƏRRÜAT

Şəkidə həmkəndlisi tərəfindən güllələnərək qətlə yetirilən həkim İsrafil Məmmədsoyun görüntüləri yayılıb. -ın məlumatına görə o, Baş Şabalıd Tibb Məntəqəsinin müdiri vəzifəsində çalışıb. 19:38. Şəkidə baş verən silahlı insidentin yeni təfərrüatı məlum olub. -ın əldə etdiyi məlumata görə, hadisə otla

04.05.2024 904