İnsanı daha güclü edən psixoloji məsləhətlər

İnsanı daha güclü edən psixoloji məsləhətlərÖz güclü və zəif cəhətlərinizi etiraf edin və buna uyğun olaraq məqsədlərinizi dəqiqiləşdirin.

Nəyin sizin üçün qiymətli olduğunu, nəyə inandığınızı, öz həyatınızı necə görmək istədiyinizi qətiləşdirin. İrəliləyiş olanda bundan yararlanmaq üçün planlarınızı analiz edin və onları bu günün nöqteyi-nəzərdən qiymətləndirin.

Hər bir şeyin kökünə varın. Keçmişinizi təhlil edərək sizi bu vəziyyətə gətirib çıxaran halları araşdırın. Sizi əzab çəkməyə məcbur edən və ya kömək göstərə biləcəyi halda etməyən adamları anlamağa və bağışlamağa çalışın. Keçmiş səhvlərinizi, yanlışlıqlarınızı, günahlarınızı özünüzə bağışlayın. Əzablı xatirələrinizdən faydalı nəsə əldə edəndən sonra onları birdəfəlik yaddaşınızdan silin və bir daha onlara qayıtmayın. Pis keçmiş yaddaşınızda siz onu xatırlayana qədər yaşayır. Yaxşısı budur ki, yaddaşınızı baş vermiş ən kiçik uğurlarla bağlı xatirələr üçün boşaldın.

Günahkarlıq hissi və xəcalət sizə uğur qazanmağa mane olur. Onların badına getməyin.

Davranışınızın səbəblərini şəxsiyyətinizdə deyil, hazırki situasiyanın fiziki, sosial, iqtisadi və siyasi aspektlərində axtarın.

Unutmayın ki, hər bir hadisəni müxtəlif cür qiymətləndirmək olar. Reallıq hər bir kəsin ayrı-ayrılıqda gördüyü deyil. Reallıq şeylərin müəyyən adlarla çağırılması haqda insanların öz aralarında razılaşmasının nəticəsindən başqa bir şey deyil. Belə yanaşma sizə imkan verir ki, insanlara daha səbirlə yanaşısınız və alçaldıcı görünən hallara ürəyiaçıqlıqla tab gətirəsiniz.

Heç vaxt özünüz haqqında pis danışmayın. Ələlxüsus özünüzə "səfeh", "eybəcər", "bacarıqsız", "bəxtigətirməyən", "yönsüz" və s. kimi mənfi keyfiyyətləri özünüzə aid etməyin.

Sizin hərəkətləriniz konstruktiv tənqidə məruz qalarsa, müxtəlif cür qiymətləndirilə bilər. Rifahınız üçün bundan istifadə edin və başqalarının sizin şəxsiyyətinizi tənqid etməyə imkan verməyin.

Unutmayın ki, bəzən məğlubiyyət uğurdur. Bu məğlubiyyət sizi məcbur edəcək ki, göstərdiyiniz səylərə dəyməyən yanlış məqsədlərdən nəticə çıxarasınız və sonrakı daha böyük uğursuzluqlardan yaxa qurtarmış olasınız.

Natamamlığınızı hiss etməyə məcbur edən adamlar, məşğuliyyətlər və şəraitlərlə barışmayın. Əgər onları və ya özünüzü dəyişdirə biləcək qədər özünüzə inam hiss etmirsinizsə, onda sadəcə olaraq bütün bunlardan üz çevirin.

Özünüzü boşaltmağa, ürəyinizin səsini dinləməyə, təklikdə olanda ruhunuza yaxın olan işlə məşğul olmağa imkan tapın. Belə olsa, özünüzü daha yaxşı anlaya bilərsiniz.

Ünsiyyətdə olun. Bir-birinə bənzəməyən, özünəməxsusluğu ilə seçilən adamlarla, bacı və qardaşınızla ünsiyyətdə olarkən enerji mübadiləsindən zövq almağa çalışın. Təsəvvür edin ki, onlar da qorxu, inamsızlıq hissi yaşaya bilərlər və onlara yardım etməyə çalışın. Onlardan nə istədiyinizi və onlara nə verə biləcəyinizi dəqiqləşdirin. Sonra isə bu cür mübadiləyə hazır olduğunuzu onlara da anlatmağa çalışın.

"Mən"inizi həddən ziyadə qorumayın, çünki o, siz düşündüyünüzdən də möhkəm və plastikdir. O, "əyilir", amma "sınmır". "Mən"inizin qısamüddətli emosional zərbə alması daha yaxşıdır, nəinki fəaliyyətsizlikdə və izolyasiyada olması.

Özünüz üçün bir neçə uzaq və ciddi məqsədlər seçin ki, onlara gedən yolda kiçik və aralıq məqsədlərdən keçərsiniz. Aralıq məqsədlərə nail olmaq üçün hansı məqsədlərdən istifadənin daha zəruri olmasını ölçüb-biçin. Hər bir uğurunuzu diqqət mərkəzində saxlayın, özünüzü ruhlandırmağa və tərifləməyi unutmayın. Qeyri-təvazökar olmaqdan qorxmayın, çünki sizi heç kim eşitmir.

Siz passiv obyekt deyilsiz ki, bütün xoşagəlməzliklər üstünüzə tökülsün, ot deyilsiniz ki, həyəcanla tapdalanmağınızı gözləyəsiniz. Siz kamillik piramidasının zirvəsiniz, valideynlərinizin ümidlərinin təcəssümüsünüz, Allahın yaratdığı mükəmməl varlıqsınız. Siz təkrarolunmaz şəxsiyyət, həyatınızın aktiv yaradıcısınız. Əgər siz özünüzə inamlısınızsa, onda maneə sizin üçün çağırışa çevrilir, çağırış isə sizi fəaliyyətə təhrik edir. Bu zaman utancaqlıq geri çəkiləcək, ona görə ki, "necə yaşamaq lazımdır fikri" ilə narahatlıq keçirmək əvəzinə siz həyatın qaynarlığına baş vuracaqsınız.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2030   Tarix: 23 fevral 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İsmayıllı meşələrində bitən pəl bitkisi: Həm faydalıdır, həm də ucuz - VİDEO

İsmayıllı rayonunda müalicəvi əhəmiyyəti olan bir sıra bitkilər bitir. Onlardan biri də insan sağlamlığı üçün əhəmiyyətli olan pəl bitkisidir. Baharda bitən pəl insanlar arasında geniş istifadə olunmaqdadır. Həmçinin, onun qiymətinin də ucuz olduğu bildirilir. Daha ətraflı APA TV-nin materialında:

27.04.2024 330
.

Braziliyada qadın ölmüş qohumunu banka gətirdi: İmzası ilə kredit almaq istədi - VİDEO

Braziliyanın Rio-de-Janeyro şəhərində qadın ölmüş dayısını banka gətirib və onun imzasından istifadə edərək kredit əldə etmək istəyib. Kişinin solğun və hərəkətsiz görüntüsü bank işçilərinin diqqətini cəlb edib. Qadından bunun səbəbini soruşduqda o, kişinin başını dik tutaraq, onun əli ilə öz adına kredi

21.04.2024 982
.

Sevgilisini evdə abort etdirdi

Rusiyanın Sankt-Peterburq şəhərində 25 yaşlı Özbəkistan vətəndaşı sevgilisinin təkidi ilə kortəbii abort etdirib. yerli mediaya istinadla bildirir ki, qadın hamilə olduğunu 2023-cü ilin oktyabrında bilib. Amma Əli adlı sevgilisi bu xəbərə mənfi reaksiya verib. Uşağın dünyaya gəlməsinin qarşısını alma

27.04.2024 862
.

Kondisioner alarkən nələrə diqqət etməliyik? - VİDEO

Havaların istiləşməsi ilə kondisionerlərə tələbat artıb. -ın məlumatına görə, elektronika mağazalarında kondisioner qiymətləri 700 manatdan 2 900 manata qədər dəyişir. Mütəxəssislər bildiriblər ki, kondisioner alarkən ilk önəm verilməli məsələ otağın ölçüsüdür. Ətraflı süjetdə:

21.04.2024 400
.

36 tarakan yeyib rekord qırdı

İnsanlar sırf məşhur olmaq və tarixə düşmək üçün çox şey edəcəklər. İdmançılar, musiqiçilər və ya rəssamlar - burada hər şey sadədir və istedadın olması ilə tənzimlənir. Əgər istedad yoxdursa, o zaman sadəcə sərt reallıqlara uyğunlaşmalı və normal insanların heç vaxt cəsarət edə bilməyəcəyi şeyləri etməlisən

28.04.2024 408
.

Meyiti kim daşımalıdır: Təcili tibbi yardım avtomobili, yoxsa qəzanı törədən maşın?

İki gün öncə baş verən yol-nəqliyyat hadisəsində qəribə bir hal yaşanıb. Hadisə nəticəsində dünyasını dəyişən şəxsi onu vuran avtomobilin yük hissəsinə qoyublar. Halbuki, əraziyə təcili tibbi yardım briqadası cəlb olunub. Bu görüntülər sosial şəbəkə istifadəçiləri tərəfindən tənqidlə qarşılanıb. insanla

27.04.2024 518
.

Bundan sonra telefon danışığı zamanı emoji göndərmək mümkün olacaq - VİDEO

"Google" şirkəti "Android" üçün "Audio Emoji" funksiyasını ehtiva edən xüsusi "Google phone"un yeni versiyasını buraxmağa hazırlaşır. Bu barədə "9to5Google" portalı xəbər verir. Bildirilir ki, yenilik istifadəçilərə animasiya emojiləri göndərməyə imka

10:20 142
.

Heç kimin qarşısında əyilməyən aktyor: Anası onu necə dünyaya gətirmişdisə, eləcə də dünyadan köçdü

"Mən bu sənətə pul xətrinə gəlməmişəm. Yadıma gəlir ki, ilk dəfə burada 40 manat maaş almışam. Sonra olub 60, 70 və yavaş-yavaş qalxıb… Yəni bura varlanmaq üçün gəlməmişəm. Mən özümü bu sənətin fanatı sayıram. Elə bil teatr mənim üçün dənizdir və özümü bu dənizdə balıq kimi hiss edirəm". Akademi

11:20 174
.

Bu ölkədə qumardan asılılığa qarşı mübarizə aparılır

Ukraynada 2,5 mindən çox qumar oyunları saytına giriş bloklanıb. -ın xəbərinə görə, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb. Aprel ayında qanunsuz qumar oyunlarının təşkilinə görə 450 cinayət işi açılıb, 21 nəfərə qarşı ittiham irəli sürülüb. Keçən il bununla əlaqədar 169 qanun pozuntusu aşkarlanıb

28.04.2024 295