Fransa haqqında
Fransa Respublikası (fransızca:République Française) yaxud qısaca Fransa - Belçika, Lüksemburq, Almaniya, İsveçrə, İtaliya, Monako, Andorra və İspaniya ilə qonşu olan Qərbi Avropada ölkəsi.
Fransa Avropa İttifaqının qurucu üzvüdür. Rusiya və Türkiyədən sonra Avropanın ən böyük 3-cü ölkəsidir.
Fransa həm coğrafi, həm də təbii şəraitinin müxtəlifliyinə görə fərqlənir. Fransanın geniş dəniz sərhədləri və Avropanın ən iri nəqliyyat magistralı Reyn çayının onun ərazisində axması, ölkənin iqtisadi əlaqələrinin inkişafında olduqca əlverişli şərait yaratmışdır. Faydalı qazıntılarla, xüsusilə yanacaq resursları ilə kasad olmasına baxmayaraq (uran istisna olmaqla), Fransa zəngin hidroenerji sərvətlərinə (Alp və Prineydə), məhsuldar torpaqlara, mülayim və subtropik iqlimə malikdir.
Keçmiş müstəmləkə imperiyası olmuş, bir vaxtlar iqtisadi gücünə görə dünyada Böyük Britaniyadan sonra II yeri tutan Fransa indi bir sıra göstəricilərinə görə, xüsusilə sənaye istehsalının ümumi həcminə görə, ABŞ, Yaponiya və Almaniyadan xeyli geridə qalır.
Fransanın təsərrüfatının ərazi strukturu əsasən XIX əsrdə sənaye çevrilişindən sonra formalaşmışdır. Bu dövrdə əlverişli coğrafi mövqeyinə görə və mineral ehtiyatlarına (xüsusilə dəmir filiz və kömür) malik olan şimal və şərq rayonları daha sürətlə inkişaf etmişdir. Nəticədə ölkənin sənayesi getdikcə daha çox bu rayonlarda təmərküzləşmişdir. İndi də Fransanın 60%-dən çoxu və sənaye məhsulları istehsalının 75%-ə qədəri Havr-Marsel xəttindən şərqdə yerləşir. Ən iri sənaye mərkəzləri Paris, Marsel, Havr, Dünkerk, Lill, Strasburq, Lion, Bordo, Nant, Tuluzadır.
Paris ölkənin paytaxtı olmaqla yanaşı, həm də onun ən mühüm iqtisadi mərkəzidir. Fransanın sənaye məhsullarının 30%-i Paris şəhərində təmərküzləşmişdir. Burada emaledici sənayenin (avtomobilqayırma, təyyarəqayırma, kimya sənayesi və s) 100-ə qədər iri müəssisəsi, başlıca olaraq ən müassir elmtutumlu sahələr yerləşir.
İstehsalın ənənəvi yerləşdirmə xüsusiyyətləri ilə yanaşı yeni amillər meydana gəlmişdir. Sənayenin yeni sahələrinin (neft-kimya, neft emalı) sürətli inkişafı, eləcə də köhnə sahələrin (qarametallurgiya və s.) idxal xammala keçməsi dənizsahili rayonların təsərrüfat potensialının güclənməsinə səbəb olmuşdur.
Fransanın təsərrüfatında aqrar bölmənin İngiltərə və Almaniyaya nisbətən mühüm əhəmiyyəti var. Kənd təsərrüfatında heyvandarlıq üstünlük təşkil edir. Ət, süd məhsulları istehsalına, buğda, şəkər çuğunduru yığımına görə Fransa Qərbi Avropada 1-ci yeri, üzüm yığımına və şərab istehsalına görə isə dünyada ilk yerlərdən birini tutur. Fransa kənd təsərrüfatı məhsullarının iri istehsalçısı olmaqla yanaşı, həm də onun iri ixracatçısıdır.
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 18641 Tarix: 18 aprel 2011
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Xidmetler.AZ - IT, internet, SMM xidmətləri
ın IT, İnternet və SMM bölməsi ən çox baxılan bölmələrdəndir. Xidmətə instaqram və tiktok panel xidməti, 1C proqramı servisi, proqram təminatı, proqramların yazılması, telefon proqramlarının yüklənməsi, oyunların yüklənməsi, mini ATS-lərin quraşdırılması, veb sayt dizaynı, İT support xidməti, mobil əlavələri
04.04.2026 370 "WhatsApp"da profil rəngləri BUNU GÖSTƏRİRMİŞ - Sizi blok edənlər, az danışdığınız və...
Sosial mediada "WhatsApp" istifadəçiləri arasında maraqlı bir iddia sürətlə yayılıb. Paylaşımlarda tətbiqdə görünən profil rənglərinin istifadəçilər arasındakı münasibətləri əks etdirdiyi irəli sürülür. İddialara görə, "WhatsApp"da profil şəkli olmayan kontaktların fon rəngləri təsadüf
04.04.2026 391 2026-cı ildə uşaqlara daha çox hansı adlar verilib?
2026-cı ilin ilk 3 ayında yeni doğulan körpələrə ən çox hansı adların verildiyi məlum olub. Trend Ədliyyə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, 2026-cı ildə yeni doğulan oğlan uşaqlarına ən çox Uğur adı qoyulub. Belə ki, 105 ailə bu addan istifadə edib. Bundan əlavə Hüseyn 82, Raul 76
01.04.2026 579 Qapınızı əsla 3 dəfə kilidləməyin - Səbəbini ustalar açıqladı
Kilid ustaları (çilingərlər) oğruların polad qapıları necə asanlıqla açdıqlarını izah edirlər. Sən demə, polad qapılar bu şəkildə kilidləndikdə oğrular üçün şərait yaradırmış. xəbər verir ki, müasir dövrdə demək olar ki, bütün evlərdə polad qapılardan istifadə olunur. Lakin oğrular müxtəlif üsullarl
04.04.2026 185 Ucuz Telefon satışı elanları Tezbazar.Az-da
Ucuz telefon satışı elanları ilə maraqlananlar üçün yaxşı fürsət! Müxtəlif markaların ucuz telefonları bir arada!. Daha hansısa mağazaya getməyinizə ehtiyac yoxdur! Seçiminizi onlayn qaydada da həyata keçirə bilərsiniz. -a daxil olsanız, maddi imkanınıza uyğun, satışa çıxarılan telefonlarla da qarşılaşacaqsınız
31.03.2026 3181 İllər keçdikcə dodaqlar niyə incəlir? - Mümkün səbəblər açıqlandı
Dodaqların həcmi yalnız estetik məsələ deyil: bu, dərinin vəziyyəti, onun nəmlənməsi və üz quruluşu ilə sıx bağlıdır. Qaynarinfo xəbər verir ki, "Egeszseg Kalauz" nəşrinin məlumatına görə, bir-biri ilə əlaqəli bir sıra bioloji dəyişikliklər zamanla dodaqların görünüşünü dəyişir. Dodaqları
30.03.2026 425 Bakıda yeni "moll" TİKİLİR
Azərbaycanda yeni "moll" tikintisinə start verilib. BİG.AZ Bakıvaxtı.az-a istinadla xəbər verir ki, Əhmədli qəsəbəsində yerləşən "Bravo" hipermarketi ərazisində inşa olunması planlaşdırılan yeni ticarət mərkəzi ilə bağlı ilkin hazırlıq işlərinə artıq başlanılıb. İddialara əsasən
04.04.2026 216 Nə sirkə, nə də soda: Ərpli kranı saniyələr içində parladır
Təmizlik mütəxəssisləri hamam və mətbəx kranlarında zamanla yaranan daşlaşmış ərp və sabun qalıqlarını təmizləmək üçün sirkə və sodadan daha effektiv olan üsulu paylaşdılar. xəbər verir ki, kran suyunun tərkibindəki mineralların zamanla səthlərdə toplanması, xüsusilə sabun qalıqları ilə birləşdikdə "sabu
29.03.2026 816 Yapon cütlüklər ayrı yatırlar: Sən demə, SƏBƏBİ BU İMİŞ
Yaponiyada cütlüklər arasında ayrı çarpayılarda və ya otaqlarda yatmaq vərdişi sürətlə yayılır. Böyük şəhərlərdə daha tez-tez rast gəlinən bu yeni həyat tərzi ənənəvi "birlikdə yatmaq" anlayışına alternativ bir münasibət modeli təqdim edir. xəbər verir ki, Yaponiyada evli cütlüklər arasınd
04.04.2026 199