Beynimizi necə format edə bilərik?

Beynimizi necə format edə bilərik?Yaşadığımız travmatik hadisələrdən sonra bir çoxumuz bu xatirələrin yaddaşımızdan necə silinəcəyi haqqında düşünürük. "Silinsin və bir də heç vaxt bu haqda düşünməyim, gözümün önünə gəlməsin" deyirik. Yadımıza düşdükcə daha çox stress yaşayırıq; ruhumuz ağrıyır; özümüzü günahlandırırıq; sosial həyatımızda istər-istəməz məhdudiyyətlər yaşayırıq və s. Yaxşı, bəs bütün bunları yaddaşımızdan bir düyməyə basarmış kimi silmək mümkündürmü?

Beyində əsas üç yaddaş bölgəsi var: ön yaddaş, ana yaddaş və ictimai/sosial yaddaş. Ön yaddaşın beynin hipokampus bölgəsində olduğunu təxmin edilir. Burada bəhs etdiyimiz gicgah bölgələrindəki (temporal və pariatal loblar) ana yaddaşlara və ön tərəfdəki (frontal lob) sosial yaddaşa davamlı hafizə transferi məsələsidir. Ön yaddaş qısamüddətli hafizədən məsuldur. Yaşanılmış ya da öyrənilmiş xatirələr burada 5-10 dəqiqəliyinə saxlanılır, sonra vacibliyinə və ciddiyyətinə görə ya buxarlaşaraq itir, ya da ana yaddaş və sosial yaddaş zonasına ötürülür. Məsələn: bircə dəfə üçün lazım olan telefon nömrəsindən istifadə etdikdən sonra onu heç vaxt xatırlamırıq. Öyrənilmiş vacib məlumatlar və xatirələr ana yaddaş zonasına alınaraq hafizə təbəqələri formasında depolaşdırılır. Ən son əldə edilən məlumatlar ən üstdə qeydə alındığı üçün rahat yada düşür.

Sosial yaddaş, həm də psixoloji dünyamızın mərkəzi olan sol frontal (beynimizin sol ön bölgəsi) bölgədə yerləşir. Yaşadığımız ağrılı, üzüntülü hadisələr ana yaddaşla yanaşı, sosial yaddaşda da qeydə alınır. Bu zonaya adətən xoşbəxt, gözəl xatirələr deyil, acı xatirələr depolanır. Ona görə də yaşadığımız xoşagəlməz hadisələri xoşbəxt anlarımızdan daha yaxşı xatırlayırıq. Çünki xoş xatirələr sadəcə ana yaddaşa köçürülürsə, acı xatirələr həm ana yaddaşa həm də sosial yaddaşımıza depolanır. Sosial yaddaş fərdin cəmiyyətdə davranışlarını, əxlaqi quruluşunu təşkil edir. Məsələn: antisosial, psixopatik şəxslərdə sosial yaddaş pozuqluğu var. Sosial yaddaş davranışlarımızda əsas rol oynayır. Hətta mədə və bağırsaq kimi daxili orqanların da işləmə sistemilə əlaqəlidir. Yaşanılan travmalar bir yandan sosial hafizəyə həkk olunduğu üçün eyni zamanda daxili orqanlarımızın işinə də təsir edir. Məsələn: imtahan əvvəlində tələbədə mədə və bağırsaq funksiyaları pozula bilər, ürək çırpıntıları yaşaya, qan təzyiqində enmə və ya yüksəlmə ola bilər. Bunlar ruhi gərginliyin bədən psixosomatik əksolunmasıdır. Başqa cür desək, psixosomatik xəstəliklər, yaşanılmış travmaların mədə və bağırsaq funksiyaları üzərində uzunmüddətli mənfi təsirlərindən qaynaqlanır.

Sosial yaddaşa həkk olunan xatirələr şüuraltında da özünə yer edir. Fərd yaşadığı travmaları çoxdan şüurundan çıxarmış olsa da, sosial yaddaş zamanla fiziki dillə bunu xatırlaya bilir. Bu səbəblə də sol frontdaki sosial hafizəyə həkk olunmuş xatirələrin, şüurdankənar fiziki reaksiyalarla xatırlanmağı panik ataklara, uzunmüddətli xronik fiziki reaksiyalar isə psixosomatik pozuntulara (mədə xorası, spastik kolon, xronik qəbizlik və ya diareya kimi) səbəb olur.

Araşdırmalar göstərir ki, heç bir üsulla hafizəyə həkk olunan xatirələri bir blok şəklində silmək mümkün deyil. Ancaq bəzən beyin bunu fiziki və psixi sağlamlığı qorumaq üçün avtomatik olaraq edə bilir. Məsələn, yaşanılmış hansısa ağır travmatik bir hadisə sonrası şəxs hadisə anını xatırlaya bilmir.

Yaddaşı təmizləmək mümkün deyilsə də, acı xatirələrin təsirini azaltmaq mümkündür. "Kaş yaşanmasaydı" dediyiniz travmatik hadisələri xatırlamağınız əngəllənməyə bilər, lakin psixoterapiya vasitəsilə onun sizə verdiyi ağrı azaldıla, təsirsizləşdirilə bilər. Bunun üçün psixoloji dəstək almağınız kifayətdir.

ailem.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 538   Tarix: 31 dekabr 2008  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Toyota Prius"ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək? - VİDEO

"Toyota Prius"ların qiymətində az qala hər həftə ucuzlaşma müşahidə olunur. Son zamanlar əsasən taksidə istifadə edilən, yaşı 15-dən yuxarı olan "Prius"ları kütləvi satışa çıxarırlar. Bunun əsas səbəbi yeni qaydalara görə, iyulun 1-dən yaşı 15-dən yuxarı olan avtomobillərin taks

21.04.2024 330
.

Nəhəng insanlar yer üzündən necə yox oldular? - ARAŞDIRMA + VİDEO

Baku TV-nin əməkdaşı Gülnar Muradovanın təqdimatında "Yer kürəsinin nəhəngləri" adlı araşdırma efirə gedib. Araşdırmada qədim yazılarda adı keçən nəhəng insanlar, div cüssəli varlıqlardan bəhs olunub. Qeyd olunub ki, İncildə Nuhun gəmisinə rişxənd edən qövm haqqında pritça var. Onlar elə zən

21.04.2024 455
.

8 yaşlı qızın beynindən bir metr tük çıxarıldı

Şiddətli baş ağrısı ilə xəstəxanaya müraciət edən 8 yaşlı qızın beynindən təxminən bir metr uzunluğunda tük götürülüb. xarici mediaya istinadən xəbər verir ki, Qırğızıstanın Cəlal-Abad vilayətindən olan qız şiddətli baş ağrısı şikayəti ilə xəstəxanaya müraciət edib. Həkimlər 8 yaşlı uşağın MRT-sini çəkənd

21.04.2024 516
.

Məşhur rejissor Baydenin seçki kampaniyasına qatılıb

Rejissor Stiven Spilberq ABŞ-nin hazırkı Prezidenti Co Baydenin seçki qərargahı ilə avqustda keçirilməsi planlaşdırılan Demokratik Milli Konvensiyanın strategiyasını hazırlamaq üçün əməkdaşlıq edir. Uzun müddət Bayden tərəfdarı olan Spilberq artıq konvensiyanın təşkilatçıları ilə görüşlərdə fəal iştira

28.04.2024 336
.

ABŞ alimlərindən ŞOK: "İnsan öləndən sonra ruh yaşamağa davam edir"

ABŞ-nin Arizona Universitetindən bir qrup alim britaniyalı həmkarları ilə birlikdə insan ölümündən sonra "yaşamağa" davam edən ruhun mövcudluğunu eksperimental olaraq təsdiqləyiblər. Doktor Stüart Hameroff və fizik Rocer Penrouz şüurun insan beyninin hüceyrələrindəki "mikroborucuqlardan"

21.04.2024 435
.

Xidmət sifarişi üçün Xidmet.az saytı

saytı Azərbaycanda müxtəlif xidmətləri təklif edən saytdır. Bakıda və və ölkənin digər regionlarında fəaliyyət göstərən xidmətləri saytında tapa bilərsiz. Sayt istifadəçilərə lazım olan bütün xidmətlər bir saytda toplayaraq, asan və rahat sifariş imkanı yaradır. ilə siz, peşəkar xidmətləri ən ucuz qiymətlərl

23.04.2024 240
.

Gündəlik 10 manata sığmayan tələbə həyatı: Gənclər hansı güzəştləri gözləyirlər?

Bu il ali təhsil müəssisələrinə sənəd qəbulu aprelin 15-dən başlayıb. İndiyə qədər 50 minə yaxın abituriyent qeydiyyatdan keçib. Bir sıra xarici ölkələrdə ali təhsilə dəstək məqsədilə dövlət tərəfindən tələbələrə müəyyən güzəştlər verilir. Məsələn, İtaliyada tələbələr kitab mağazalarında, gözəllik salonlarında

28.04.2024 440
.

Eynəyi cızıqlardan xilas edən təbii üsul

Eynək istifadə edən insanların ən böyük problemi şübhəsiz ki, şüşələrin cızılmasıdır. Bu səbəbdən sahibləri linzaları tez-tez dəyişdirmək məcburiyyətində qalırlar. Lakin türkiyəli mütəxəssislər bunun ev şəraitində təbii üsulla həllini göstəriblər. Onların sözlərinə görə, soda və duz eynəklərdəki cızıqlar

27.04.2024 604
.

Britaniyada II Elizabetin heykəli açılacaq: Mərasimə 50 it gətiriləcək

Şərqi Midlend ştatının Rutland şəhərində açılacaq. Kraliçanın üç sevimli korgi cinsindən olan itinin obrazları da heykəl kompleksində yer alır. Bu, II Elizabetin 2022-ci ilin sentyabrında ölümündən sonra ucaldılan ilk heykəlidir. Əsərin müəllifi, heykəltaraş Hivel Pretli 1950-ci illərin sonu - 1960-c

21.04.2024 278