Bu gün Malıbəyli və Quşçuların işğalından 23 il ötür
İşğal zamanı təxminən 50 nəfər dinc sakin Ermənistan ordusu tərəfindən vəhşicəsinə öldürüldü
Azərbaycan Bu gün Şuşanın Malıbəyli və Quşçular kəndlərinin işğalı günüdür. Yuxarı Quşçular – Azərbaycan Respublikasının Şuşa rayonunun inzibati ərazi vahidində kənddir. 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib.
Yuxarı Quşçular kəndinin tarixi 18-ci yüzillikdə buraya yerləşən əhali ilə başlayır. Bu əhali Tovuz ərazisindən köç edib. Əhalinin mənşəyi Orta Asiyadan köç etmiş Kuşun tayfasındandır. Qarabağ müharibəsinin başlanğıcında Ermənistan qüvvələri Qarabağın ermənilər yaşayan hissələrini tamamilə ələ keçirdikdən sonra, azərbaycanlılar yaşayan məntəqələrə hücum etməyə başladılar.
1992-ci ilin yanvar ayında ermənilər Xankəndi şəhərindəki Azərbaycan XTPD qüvvələrini sıxışdıraraq çıxardılar. Bundan sonra ermənilər Şuşa şəhərinin işğal edilməsi məqsədilə onu mühasirəyə almağa başladılar. Bu proses zamanı onlar eyni vaxtda, 1992-ci ilin fevralın 12-də Şuşa rayonunun Malıbəyli və Quşçular kəndinə hücum etdilər.
Kəndlərin hər ikisi bir günün içində işğal edildi, işğal nəticəsində təxminən 50 nəfər dinc sakin Ermənistan ordusu və muzdlu əsgərləri tərəfindən vəhşicəsinə öldürüldü. Yerdə qalan əhali qaçmaqla canını qurtara bildi, kəndlərin hər ikisi isə tamamilə yandırıldı.
Malıbəyli - 1986-cı il əhalinin siyahıya alınması göstəricilərinə görə kənddəki əhalinin sayı 280 nəfər olub. Onların hamısı milliyətcə azərbaycanlıdır. 1992-ci il 11 fevral tarixində Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. Malıbəyli yaşayış məntəqəsi XVIII əsrin axırları və XIX əsrin əvvəllərində sahibkar Malıbəyə məxsus ailələrin Malıbəy kəndindən köçüb, bu ərazidə məskunlaşması nəticəsində yaranıb.
Oykonim Malıbəy və -li komponentlərindən düzəldilibdir. Kustar üsulu ilə ip əyirilməsi, xalça toxunulması ilk günlərdən bu kəndin əhalisinin qadınlarının əsas məşğuliyyəti olub. Demək olar ki, bir çox ailələrdə toxucu dəzgah (hana və yer hanası) var idi. Onlar hazırladıqları yun, pambıq iplərdən xalça, kilim, palaz, fərməş, xurcun, şəddə və digər məmulatlar toxumağı bacarırdılar. Palıddan və vələsdən xarratlar müxtəlif məişət əşyaları hazırlayırdılar.
Qab-qacaq, o cümlədən təhnə, tabaq, nehrə, cəhrə, çanaq, qollu tərəzi, daraq (yun daramaq üçün), hana (xalça toxumaq üçün), yer hanası (şəddə, örkən toxumaq üçün) belə əşyalara misal ola bilər. Bu kənd xalçaçılıq məhsullarının istehsalı ilə məşhurdur:
Çuval, xurcun, məfrəş, yəhər üstü örtük və s. Bunlar məişətdə və kənd – təsərrüfatında geniş istifadə olunurdu. Yaxın zamanlaradək Malıbəylidə naxışlı keçələr də toxunurdu, onun naxışları orta əsrlərdə Orta Asiyanın dekorativ incəsənət əsərlərinin naxışları ilə oxşardır.
Malıbəyli kəndi Qarqarçayın sahilində, Şuşa şəhərindən 15 km şimalda, dağətəyi ərazidə yerləşir. Əsasən azərbaycanlılardan ibarətdir. Əhalinin əksəriyyəti hal-hazırda Sabunçu rayonu ərazisində 2007-ci ildə salınmış Ramana-450 qəsəbəsində məskunlaşıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1970 Tarix: 11 fevral 2015
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Yusif az qala, Şəkinin yarısını alıbmış... - Evlər, obyektlər, maşınlar...
"Qumar kralı" kimi tanınan Yusif Baqiyevin böyük sərvətə yiyələndiyi üzə çıxıb. Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən ifşa edilən Baqiyevin təxminən 10 milyon manat dəyərində əmlakı istintaq nəzarətinə götürülüb. "Qafqazinfo" Şəkili Yusifin üzərin
11:25 0 Aytən Səfərova və qızı Ayza - FOTO
Aytən Səfərova qızı Ayza ilə birgə çəkilmiş fotosunu sosial şəbəkədə izləyiciləri ilə bölüşüb. "Yeni Sabah" xəbər verir ki, aparıcı sözügedən görüntünü şəxsi instaqram hesabında yayımlayıb. Ayza hazırda Türkiyədə təhsil alır. Aparıcının ondan başqa 2 oğlu var
17.12.2025 515 Müştəriləri aldadan şadlıq sarayı Xəlil Göyüşovun imiş
Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bakıda qanunsuz fəaliyyət göstərən "Ramin-Nur" şadlıq sarayının camış ətini dana əti adı ilə təqdim edərək istehlakçıları aldatdığını aşkarlayıb. "Qafqazinfo"nun əldə etdiyi xəbərə görə, sözügedən "Ramin Nur" şadlıq sarayı "Körp
17.12.2025 388 Avropa İttifaqı Şurası: Gürcüstanın üzvlük prosesi dalana dirənib
Avropa İttifaqı Şurası bəyan edib ki, Gürcüstanın Aİ-yə inteqrasiya prosesi ölkə hakimiyyətinin avrointeqrasiyaya sarsılmaz sadiqliyini nümayiş etdirənədək dayandırılıb. Bizim.Media xəbər verir ki, bəyanatda demokratiya, insan hüquqları və hüququn aliliyi sahələrində ciddi geriləmənin müşahidə edildiy
17.12.2025 229 İsrail Hizbullah terror təşkilatının mövqelərini bombalayıb
İsrail ordusu Livanın cənubunda Hizbullah terror təşkilatına məxsus hədəflərə zərbələr endirdiyini açıqlayıb. BİG.AZ Sky News-a istinadən xəbər verir ki, İsrail Müdafiə Qüvvələrinin məlumatına görə, hücumlar təşkilatın hərbi infrastrukturu və silah anbarlarına qarşı həyata keçirilib. Bildirilir ki, əməliyya
17.12.2025 176 Ölkə başçısının növbəti humanist addımı
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra keçən 34 il ərzində ölkədə 12 dəfə amnistiya aktı qəbul edilib və həmin aktlar ümumilikdə 70 min şəxsə şamil olunub. İlk amnistiya elə Azərbaycanın müstəqilliyinin bərpası münasibətilə qəbul edilmişdi. Bu amnistiya aktlarının əksəriyyəti İlham Əliyevi
10:31 101 Naxçıvanda bu qurumlar birləşdirildi
Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan bir sıra qurumlar birləşdirilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov fərman imzalayıb. Fərmana əsasən, nazirliyi
17.12.2025 213 Ölkəmizdə humanizm ənənələri inkişaf etdirilir
Ölkəmizin demokratik və vətəndaş cəmiyyəti quruculuğu istiqamətində atdığı addımlar və onların uğurlu nəticələri göz qabağındadır. İnsanların konstitusion hüquqlarından istifadə etmələrinə lazımi şərait yaradılıb. On minlərlə vətəndaşa şamil edilən əfv fərmanları, Amnistiya Aktları beynəlxalq birli
10:33 82 "Mələklər deyirdi ki, arvadın səni aldadır, mən də öldürdüm" - MƏHKƏMƏ
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə həyat yoldaşını qətlə yetirməkdə ittiham edilən Natiq Məhərrəmovun cinayət işi üzrə məhkəmə iclası keçirilib. xəbər verir ki, təqsirləndirilən N. Məhərrəmov sərbəst ifadə verib. O ifadəsində deyəcəkləri üçün qınanılmamasını
17.12.2025 285