Səni teatrdan çıxartdıracam

Səni teatrdan çıxartdıracamAkademik Milli Dram Teatrında növbəti qalmaqal yaşanıb.

BiG.AZ-ın axsam.az-a istinadən məlumatına görə, qalmaqal "Nazirin xanımı" tamaşası zamanı, səhnədə baş verib. Belə ki, tamaşada xalq artisti Bəsti Cəfərova ilə eyni səhnəni bölüşən aktyor Vüsal Mustafayev və Rada Nəsibovanın tamaşaçılar tərəfindən xüsusi alqışlanmaları tərəflər arasında narazılığa səbəb olub. Sonradan Vüsal Mustafayev və Rada Nəsibovanın tamaşaçılarla əl verib görüşmələri isə Bəsti Cəfərovanı özündən çıxarıb. O, ayaqqabılarını çıxardaraq, Rada Nəsibovaya "Səhnədən çıxın, yoxsa, gəlib bunu başınıza vuracam" deyib.
Sonra isə o səhnənin arxasına keçərək bərkdən, hamının eşidəcəyi tonda Rada Nəsibovaya onu teatrdan qovduracağını deyib:

"Səni teatrdan, bu obrazdan çıxartdıracam".
Xalq artistinin ürəyi bundan da soyumayaraq direktora şikayət edib. Və bu insidentə görə Rada Nəsibovaya töhmət verilib.
Teatrdan onu da əlavə ediblər ki, Rada Nəsibova "Nazirin xanımı" tamaşasında əlacsızlıqdan rol almayıb:

"Həmin rolu teatrın aktrisası Məsmə Aslanqızı oynayır. Məsmə xanım uşaq dünyaya gətirdiyinə görə işə çıxmır. Ona görə də həmin obrazı Rada xanım oynayıb. Bəsti Cəfərova bir müddət öncə Tofiq Hüseynovu da tamaşaçı tərəfindən tərifləndiyinə görə roldan çıxartdırıb".

Rada Nəsibova bu məsələ ilə bağlı danışmaq istəmədiyini bildirib. Xalq artisti Bəsti Cəfərova isə yalnız "sağ olun" sözlərini deyərək telefonu söndürüb.

Qeyd edək ki, yazıçı-dramaturq Branislav Nuşiçin eyniadlı pyesi əsasında səhnələşdirilən "Nazirin xanımı" tamaşasının quruluşçu rejissoru Xalq Artisti Mərahim Fərzəlibəyovdur. Tamaşada əsas rolları Xalq artistləri Bəsti Cəfərova, Hacı İsmayılov, əməkdar artistlər Tofiq Hüseynov, Şəlalə Şahvələdqızı, Aslan Şirinov, Məsmə Aslanqızı, aktyorlar Vüsal Mustafayev, Ləman İmanova, Əminə Babayeva və başqaları ifa edirlər.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 5385   Tarix: 11 fevral 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Əfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...

Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi

12.09.2021 1875
.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə

16.09.2021 877
.

Bakıda dördəm doğulub - VİDEO

Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları

15.09.2021 942
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.

Peyvənd olunana pulsuz dönər təklifi

Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin

16.09.2021 1185
.

Prokuror küçədə çılpaq vəziyyətdə gəzdi: Sakinlər polisə şikayət etdi - FOTO

Polşanın cənub-şərqində yerləşən Svidnitsa şəhərində prokuror küçədə çılpaq vəziyyətdə gəzib. Ətrafdakı insanların çəkdiyi fotolarda çılpaq vəziyyətdə olan kişinin əlində dörd pivə butulkası ilə ərzaq mağazalarını gəzdiyi əks olunub. Digər görüntülərdə prokurorun tamamilə çılpaq bir vəziyyətdə küçələr

12.09.2021 1423
.

Cənazə mərasiminə açıq geyimdə getdi - Cəsədə yaxınlaşıb... / FOTO

Sosial mediada yayılan görüntülər müzakirələrə yol açıb. Reddit portalında paylaşılan məlumata görə, qız babasının cənazə mərasiminə açıq geyimdə qatılıb. Qohumların etirazlarına baxmayaraq, qız paltarını dəyişməyib. O cəsədə yaxınlaşıb və bildirib ki, babası sağ olub onu bu göyümdə görsəydi etiraz etməzdi

12.09.2021 2549
.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960
.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

14.09.2021 1495