Bu sözləri dilimizdə işlədə biləcəyik - SİYAHI

Bu sözləri dilimizdə işlədə biləcəyik - SİYAHIAzərbaycan dilinə daxil ediləcək yeni sözlərin lüğəti hazırlanır.

BiG.AZ Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova artıq mütəxəssislər tərəfindən 1271 yeni söz müəyyənləşdirilib: "Yeni sözlərin müəyyənləşdirilməsi istiqamətində aparılan işlər hazırda da davam etdirilir. Yeni sözlər arasında informasiya texnologiyaları sahəsinə aid olan sözlər çoxluq təşkil edir. Yeni sözlər "Veboman", "Verilənlər bazası", "Vestübel", "Vibrasiya ilə sıxlaşdırma", "Vibrasiya söndürən", "Vizual nəzarət", "Kidneppinq", "Kleym" və s-dir. Burada bu sözlərin hər biri anlayışı bildirir. Yeni sözlərin bəziləri dilimizdə tamam başqa mənalarda işlədilir. Burada isə bu sözlər yeni anlayışda təqdim edilir. Məsələn, "veboman" sözü internet konfransları və çatların iştirakçısı, internet nəşrlərinin müəllifi mənalarında təqdim edilir".

S.Sadıqova bildirib ki, bu sözlər indiyədək nə Azərbaycan dilinin orfoqrafiya, nə də izahlı lüğətlərinə daxil edilməyib. Yeni sözlərin müəyyənləşdirilməsi başa çatdıqdan sonra onların gələcəkdə hazırlanacaq orfoqrafiya lüğətlərinə daxil edilməsi planlaşdırılır.

Yeni sözlərin bəzilərini mənaları ilə birgə təqdim edirik:

KEMPİNQ – 1) avtoturistlər üçün xüsusi yay düşərgəsi. 2) əsasən, şəhərlərarası yol üstündə yerləşən, gecələmək üçün şəraiti olan yığcam, birmərtəbəli taxta və ya daş ev, kiçik hotel.

KİBERCİNAYƏTKARLIQ - kompüter sistemlərinin və şəbəkələrinin köməyi ilə, yaxud kompüter sistemlərinə və şəbəkələrinə qarşı həyata keçirilən istənilən cinayət əməlidir. Başqa sözlə, virtual mühitdə həyata keçirilən istənilən cinayət növünü "kibercinayət" adlandırmaq olar.

KİDNEPPİNQ – Uşaq oğurluğu. Ümumiyyətlə, adam oğurluğu da bu sözlə ifadə olunur.

KİOSK – interaktiv informasiyanın avtonom mərkəzi (multimedia sistemlərində).

KLEYM – 1) alıcının ona satılmış malın keyfiyyətinin pis olduğuna görə satıcıya tələbi; 2) iddia, reklamasiya.

İSTERİKA – nevroz qrupundan xəstəlik; tutmalar, əsəbi gülüş, göz yaşları ilə müşayiət olunan psixi pozğunluq.

İZOBAT – xəritədə dəniz dibinin bərabər dərinliklərində nöqtələri birləşdirən xətt. Kontinental şelfin xarici hüdudunun müəyyənləşdirilməsinin distansiya meyarının növmüxtəlifliyi kimi tətbiq edilir.

İZOKVANTA – müəyyən edilmiş həcmdə məhsul istehsalını mümkün edən müxtəlif xərc kombinasiyalarını bildirən xətt.

JAVA – elektron hesablama maşınında (EHM-də) mövcud proqramlaşdırma dillərindən biri. Yeni, müasir dillərdən hesab olunur. Əksər kompüterlərdə işləyir. Bu dildə yazılan proqramların ölçüsü xeyli kiçik, lakin sürət aşağıdır. Odur ki, bu dildə yazılan proqramlar daha çox internetdə və mobil telefonlarda geniş yayılıb.

JİM – çıxış vəziyyətindən ayaq üstə, uzanaraq, çömbəlməklə bədənin hər hansı bir hissəsinin köməyi olmadan ştanqı sinəyə və ya çiyinlərə düz qollarla yuxarı qaldırma.

JÜLEN – fransız mətbəxinə aid olan yemək növü: pendirin altında bişirilmiş göbələklər. Həmçinin jülen toyuq ətindən və dəniz məhsullarından hazırlanır.

KALKULYASİYA – istehsal edilən məhsulun və ya xidmətin maya dəyərinin hesablanması; bu məqsədlə tələb olunan bütün xərclərin pul ilə ifadəsi.

KAMBİO – borc məktubu, veksel.

KAMBİST – veksel əməliyyatları və sikkə ticarəti ilə məşğul olan şəxs.

KANTE – Ağac şəkilli sintaktik təsvirdə tərəfləri birləşdirən xətlər.

KARDİOCƏRRAHİYYƏ - Ürək cərrahiyyəsi.

azvision.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1548   Tarix: 11 fevral 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089