Təhsil haqqları arta bilər

Təhsil haqqları arta bilərAzərbaycanda 2016-cı ildən ali və orta ixtisas təhsil müəssisələrinə ödənişli təhsil üzrə qəbul planı ləğv ediləcək.

Bu, ölkə təhsil sisteminin dünya təhsil siteminə uyğunlaşdırılması, təhsil sisteminin beynəlxalq təcrübəyə uyğunlaşdırılması baxımından atılan addım kimi qiymətləndirilir. Lakin ölkədə təhsil sitemində şəffaflığın yaradılmasına, yeni inteqrativ prseslərinin genişləndirilməsinə daha böyük ehtiyac var.

Ali və orta ixtisas müəssisələrində ödənişli təhsil üzrə qəbul planının ləğvi cəmiyyətdə müxtəlif cür yozulur. İndi ödənişli planın ləğvinin mahiyyəti nədən ibarətdir, necə həyata keçiriləcək, tələbə qəbulu üçün limit, eləcə də təhsil haqqı necə olacaq, ödənişsiz dövlət təhsilinə təsir göstərəcəkmi və s. suallara cavab axtarılır.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə bildirib ki, "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planına əsasən, Nazirlər Kabineti 2015-2016-cı illər ərzində mülkiyyət formasından asılı olmayaraq, ali və orta ixtisas təhsili müəssisələrinə ödənişli təhsil üzrə qəbul planının ləğv edilməsini və dövlət sifarişinin yalnız ixtisaslar üzrə müəyyənləşdirilməsini nəzərdə tutan yeni qəbul və yerləşdirmə mexanizminin hazırlanmasını və təsdiq üçün təqdim olunmasını təmin etməlidir.

Burada nəzərdə tutulmur ki, ali məktəblərin qəbul yerlərinə məhdudiyyət olmayacaq. Sadəcə, hər bir ali təhsil müəssisəsində hansı sayda tələbənin oxuması müəyyənləşdiriləcək. Yəni hansı ixtisas üzrə nə qədər bakalavr, magistr hazırlamaq mümkün olacaq. Bunlar dəqiq bilinəndən sonra ali məktəblərə qəbul planı təsdiqlənəcək.

Ödənişli təhsil planı ilə bağlı məhdudiyyətin götürülməsi təhsil haqqına təsir göstərib göstərməyəcəyinə gəlincə, TQDK rəsmisi söyləyib ki, təhsil haqqı ilə bağlı indidən fikir söyləmək olmaz, bunu gələcək göstərəcək. Qiymət məsələsi ali təhsil müəssisləri tərəfindən təklif kimi verilir və TQDK buna baxdıqdan sonra təsdiqlənir.

E.Nağıyev deyib ki, ixtisas seçimini abituriyent özü edəcək və ödənişli təhsil üzrə qəbul üçün minimum bal müəyyənləşdiriləcək. Yəni keçid balını toplamaqla ali və orta ixtisas təhsili müəssisələrinə ödənişli qəbul mümkün olacaq. Yer məhdudiyyəti isə aradan qalxacaq. Plan yerləri yalnız ödənişsiz şəkildə oxumaq istəyənlərə şamil ediləcək. İxtisas seçimində abituriyentlər əsasən ölkədə daha çox inkişaf etmiş sahələr üzrə işlə təmin olunma imkanını və perspektivini, yəni əmək bazarının mövcud tələblərini nəzərə alırlar.

Onun fikrincə, hazırda BDU-da, ATU-da tələbə sayı artır, bunların maddi-texniki bazası möhkəmlənir. Ən çox tələb olunan ixtisaslar əsasən iqtisadiyyatın müxtəlif sahələrinə, eləcə də İKT üzrədir. Bir sözlə, məhdudiyyətin aradan götürülməsini müsbət amil kimi qiymətləndirmək olar.

Təhsil üzrə ekspert Etibar Əliyev isə məsələyə fərqli yanaşır. O izah edib ki, əvvəllər ali məktəb hər hansı ixtisas üzrə müəyyən sayda tələbənin təhsilini təmin etmək üçün Nazirlər Kabinetinə müraciət edirdi. Nazirlər Kabineti dövlət hesabına təhsil üçün ali məktəbə müəyyən sayda yer ayırırdı, yerdə qalan say ödənişli təhsilə aid edilirdi. Artıq bu say götürüləcək. Yəni ali məktəb özünün maddi-texniki bazasını, professor-müəllim heyətini, auditoriya fondunu əsas götürərək məhdud sayda yox, imkan çərçivəsində istədiyi qədər ödənişli əsaslarala tələbə qəbul edəcək.

Başqa bir məqam ondan ibarətdir ki, bu, ali məktəblərin qapısının açıq olacağı, say məhdudiyyəti olmadığına görə keçid balını toplayan abiturientlərin ali məktəbə üz tutacaq anlamına gəlməməlidir. Təhsil Nazirliyi Nazirlər Kabineti planı təsdiqləməmişdən əvvəl ali məktəblərin nə qədər tələbə oxutmaq imkanlarını araşdırmalıdır. Burada ali məktəblərin imkanları mütləq nəzərə alınmalıdır.

Onun sözlərinə görə, əvvəl bir ali məktəb hansısa ixtisas üzrə 100 tələbə oxutmaq imkanına malik idi. İndi ali məktəblər hesab edirlər ki, ödənişli təhsil planı ləğv olduğu üçün istənilən qədər tələbə qəbul edə bilərlər. Ancaq bunun üçün onların imkanı olmalıdır. Yəni, keçid balı toplayan, lakin ödənişli təhsil almaq istəyənlər heç şübhəsiz ki, bundan bəhrələnəcəklər. Ola bilsin ki, Bakı Dövlət və Dillər universitetlərinə müxtəlif ixtisaslar üzrə böyük tələbə kütləsi üz tutsun, amma tələbəni oxutmaq imkanları mütləq nəzərə alınmalıdır.

E.Əliyev deyib ki, əslində, bu, ödənişli təhsil imkanlarının genişləndirilməsinə xidmət edir. Bizim universitetlərin böyük əksəriyyəti yalnız tələbənin və dövlətin ayırdığı vəsait hesabına yaşayırlar. Ona görə, ödənişli təhsil almaq istəyən tələbələrin sayı çoxaldıqca, ali məktəblərin imkanları, maddi-texniki bazası möhkəmlənəcək. Amma burada mütləq keyfiyyət məsələsinə diqqət yetirilməlidir.

Ekspert bir mühüm məsələyə də aydınlıq gətirib: "İndi bəzi vətəndaşlar elə başa düşürlər və sevinirlər ki, ödənişli təhsil ləğv olunub. Qətiyyən belə deyil, əksinə, ali məktəblərin ödənişli təhsil imkanları genişləndirilib. Ancaq ali məktəblərin infrastrukturu - professor-müəllim heyəti, auditoriya, İKT fondları, kitabxana, yataqxana - mütləq nəzərə alınmalıdır.

O vurğulayıb ki, belə addımlarla təhsilin səviyyəsini, keyfiyyətini yüksəltmək mümkün deyil. Bu, daha çox keçid balını adlayan və maddi imkanı olan şəxslərin təhsilə cəlb olunması prosesidir. Təhsilin keyfiyyətinin artırılması üçün başqa kriterlər lazımdır.

Qiymət məsələsinə gəlincə, mütəxəssis diqqətə çatdırıb ki, buna dövlət nəzarəti olmalıdır. Azərbaycanda qiymət aşağı salınmalıdır. Çünki, birincisi, təhsilin keyfiyyətində ciddi dəyişiklik omadığı üçün təhsil haqqı aşağı düşməlidir. İkincisi, bizim ali məktəblər akkreditasiyadan keçməyiblər, yəni təhsilin keyfiyyəti qiymətləndirilməyib. Belə olan halda yüksək təhsil haqqının müəyyənləşdirilməsi doğru deyil.

Vaxtilə məktəblərdə təhsil haqqı az olanda dövlət, xüsusilə özəl ali məktəblərə axın var idi. İndi 4000-4500 manat təhsil haqqı var. Nəticədə maddi imkana görə tələbə xeyli azalıb, yerlər boş qalır. Yerlər boş qaldıqca aşağı bal toplayanların ali təhsil almağa meyli çoxalır. Təbii ki, aşağı bal toplayanlardan yüksək səviyyəli mütəxəssis yetişdirmək çətin məsələdir.

Bu qərar həm də ödənişsiz planın azalmasına təsir göstərə bilər. Bütün ali məktəblər ödənişli təhsilə meyllidir. Çünki, bu, nəğd pul formasıdır. Dövlət də müəyyənləşdirdiyi kvota əsasında ayırdığı vəsaiti hesaba köçürür. Ümumiyyətlə, Azərbaycanda ödənişsiz təhsil, yəni dövlət hesabına təhsil 17-20 faiz təşkil edir. Yəni ali məktəb üçün ayrılan 100 yerin 20-si dövlət sifarişidir. Ali məktəblər bunu 10 nəfərə salır və deyirlər ki, bizə gələcəkdə 10 nəfər lazım olacaq. Yerdə qalan 90 abiturient ödənişli əsaslarla qəbul edirilər. İndi plan silindi, ali məktəb gücü çatan qədər tələbə qəbul edəcək. Amma buna mütləq nəzarət olmalıdır. Əgər tələbənin oturmağa stolu olmayacaqsa, müəllim çatmayacaqsa, bunun ödənişli, ya ödənişsiz təhsil almasının bu dövlətə, vətəndaşa heç bir xeyri olmayacaq.

Xatırladaq ki, ödənişli təhsil üzrə tələbə qəbulu planı ləğv edildikdən sonra prosesə təhsil siyasətini aparan və formalaşdıran mərkəzi orqan kimi Təhsil Nazirliyi nəzarət edəcək. Hazırda Strategiyanın həyata keçirilməsi ilə bağlı geniş fəaliyyət planı hazırlanır və təhsilin inkişafı üzrə bir sıra müddəaların həyata keçirilməsinə başlanılıb.

anspress.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1511   Tarix: 11 fevral 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Bu mövsümün ən dəbli cins şalvarları

Rusiyalı stilist Natalya Temiralieva bu ilin cins dəblərindən danışıb. "Enli ayaqlı, yüksək belli cins şalvarlar ən dəbli modellərdən birinə çevrilib", - deyə stilist bildirib. Stilistin sözlərinə görə, bu model ayaqlarını vizual olaraq uzatmaq və daha incə göstərmək istəyənlər üçün idealdır

10:40 269
.

Gözəl təbəssüm, diş sağlamlığınız üçün həkim-stomatoloq Dr.Şövkət-i SEÇİN

Hər yaşdan olan insanlar üçün gözəl təbəssüm, diş sağlamlığı və daha yaxşı ağız keyfiyyəti önəmlidir. Breket müalicəsi, diş və ya çənə birləşməsindəki pozğunluqları və dişlərin sıxlığını aradan qaldırmaq üçün tətbiq olunan müalicə üsuludur. Dünya əhalisinin 90%-ə qədəri dişlərinin düz olmamasından şikayətlənir

12:45 133
.

İlk fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi sınaqdan keçirilir

İngiltərədə dəri xərçənginin ən ölümcül növü olan melanomaya qarşı dünyada ilk fərdiləşdirilmiş mRNT peyvəndinin sınaqları keçirilir. xəbər verir ki, Keçən avqust ayında baş dərisində cərrahi yolla çıxarılan melanoma böyüməsi olan 52 yaşlı Stiv Yanq peyvəndi sınaqdan keçirən ilk xəstələrdən biridir

26.04.2024 244
.

İlham Əliyev bir qrup sahibkarı təltif etdi - SİYAHI

Prezident İlham Əliyev Sahibkarlıq fəaliyyəti sahəsində fərqlənən şəxslərin "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb. Bununla bağlı məlumat yayıb. Azərbaycan Respublikasının iqtisadi inkişafına verdikləri töhfəyə və sahibkarlıq sahəsində səmərəli fəaliyyətlərinə gör

15:13 0
.

Peskov: "Bakı və İrəvan arasında təmasların davam etdirilməsinin tərəfdarıyıq"

"Rusiya bütün mübahisəli məsələlərin həlli, həmçinin sülh müqaviləsinin imzalanması üçün Azərbaycan və Ermənistan arasında təmasların davam etdirilməsinin tərəfdarıdır". Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistanda delimitasiya prosesinə etirazlara münasibət bildirərkə

15:40 0
.

Əhməd Əhmədovun qətlə yetirdiyi anasının yerinə yeni təyinat - FOTO

Fevralın 13-də qətlə yetirilən Bakı şəhəri 59 nömrəli tam orta məktəbin direktoru Pikə Əhmədovanın yerinə yeni təyinat olub. xəbər verir ki, bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, sözügedən məktəbin vakant olan direktor vəzifəsin

26.04.2024 943
.

ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb

İşğaldan azad edilmiş Şuşa rayonunun Qaybalı kəndi ərazisində 2024-cü il 27 aprel tarixində mina hadisəsi baş verib. BİG.AZ xəbər verir ki, bu barədə Azərbaycan Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətləri birgə məlumat yayıb. Məlumata görə, Agentliyi

13:26 155
.

"Filosof Atakan" 5 ildən sonra... - Foto

Türkiyədə 5 il öncə "Filosof Atakan" adı ilə tanınan Atakan Kayalar illər sonra yenidən gündəmə gəlib. "Qafqazinfo" xəbər verir ki, onun barəsində Türkiyə mətbuatı məlumat yayıb. Hazırda 15 yaşı olan Kayalar məşhurlaşdığı vaxtdan danışıb:. "Birdən-birə məşhurlaşanda özümü yorğu

10:59 287
.

SAXAL-ın hücumu nəticəsində "Hizbullah"ın aparıcı fiqurlarından biri ölüb

İsrail Müdafiə Ordusunun (SAXAL) Livanın cənubuna endirdiyi aviazərbələr nəticəsində "Hizbullah"ın hərbi-siyasi qruplaşmasının aparıcı şəxslərindən sayılan və "Sacid" ləqəbi ilə fəaliyyət göstərən şeyx Fərəcullah Hammud ölüb. "Hizbullah" məlumatı təsdiqləyib. Həmçinin məlu

15:50 0