Yararsız mallar məhv edildi

Yararsız mallar məhv edildiNazirlik istehlaka yararsız məhsullar satışdan çıxarıb

Hesab Vaxtı İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən növbəti monitorinq keçirilib.

monitorinq zamanı Abşeron rayonunda - Masazır qəsəbəsi, Ə.Vahid küçəsində Əskinaz Abbasovaya məxsus mağazada saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların, Bakının Sabunçu rayonunda - Maştağa qəsəbəsi, Seyid İbad Ağa küçəsi, 71A ünvanında Əliyulla Qurbanquluzadəyə məxsus mağazada,
Bakıxanov qəsəbəsində - Məmmədağa Həmzəliyevə məxsus mağazada və Mübariz Quliyevə məxsus "Astoriya" restoranında, Binəqədi rayonunda - Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi, 59 ünvanında Məhəbbət Feyzullayevə məxsus mağazada, S.Bəhlulzadə küçəsində Urqiya Quliyevaya məxsus mağazada, Yasamal rayonunda - H.Cavid prospekti, 8 ünvanında Samrat İbrahimova məxsus "Shaurma №1" kafesində, Ə.Haqverdiyev küçəsi, 570-ci məhəllə, 2 ünvanında Seyidəli Həsənova məxsus mağazada, Xəzər rayonunda - Buzovna qəsəbəsi, N.Əliyev küçəsində Cahangir Mirzəyevə məxsus mağazada, Xətai rayonunda - N.Rəfiyev küçəsi, 12 ünvanında Azər Rzayevə məxsus mağazada, General Şıxlinski küçəsi, 39 ünvanında Sahib Bəxşəliyevə məxsus mağazada, N.Əliyev küçəsi, 1130-cu məhəllədə Hüseyn Əliyevə məxsus mağazada, Q.Məmmədov küçəsi, 2947-ci məhəllədə Ədalət Nəzəriyə məxsus mağazada normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların, Əhmədli qəsəbəsi, Sadıqcan küçəsi, 15 ünvanında Sevinc Ələkbərovaya məxsus mağazada saxta məhsullar tapılıb.

Eləcə də Sumqayıt şəhərində - Corat qəsəbəsində Səkinə Mahmudovaya məxsus mağazada, Abşeron rayonunda - Xırdalan şəhərində Südabə Əhmədovaya məxsus mağazada, Gəncə şəhərində
- Yeni Gəncə qəsəbəsində Nazim Mehdiyevə məxsus mağazada, Qazax rayonunda - Daş Salahlı kəndində Ağakişi Pirməmmədova məxsus mağazada, Şirvan şəhərində - 28 May küçəsində Gülüm Hüseynovaya məxsus mağazada, Ucar şəhərində - H.Əliyev prospekti, 140 ünvanında Namiq Mehdiyevə məxsus mağazada, Siyəzən şəhərində - Azadlıq prospektində Anar Quliyevə məxsus mağazada, H.Əliyev küçəsində Nərmin Quliyevaya məxsus mağazada, Qobustan şəhərində - Laçın Musayevə məxsus mağazada, Lənkəran rayonunda - Osaküçə kəndində Güləfşan Kazımovaya məxsus mağazada saxlama müddəti ötmüş malların satıldığı aşkarlanıb.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda, 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və İqtisadiyyat və Sənaye Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə məlumat vermələri xahiş olunur.

anspress.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 512   Tarix: 08 fevral 2011  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda əsgərlərə verilən maaş 345 manata QALDIRILSIN - TƏKLİF

Bu gün təklif olnan məsələlərdən biri də əsgərlərə verilən maaşın qaldırılmasıdır. Çünki hərbi xidmətdə olan əsgərlərə verilən maaş onların ehtiyaclarını tam olaraq ödəmir. Hətta bəzən müvafiq ləvazimat aldıqları üçün onlara verilən məbləğ özlərinə çatmır. Bu baxımdan hərbi xidmətdə olan əsgərlərin maaş

14:21 377
.

İranda zəlzələ olub

İranın cənub-şərqində yerləşən Kirman vilayətində zəlzələ olub. BİG.AZ xəbər verir ki, zəlzələ 4,7 bal gücündə baş verib. Bu barədə Tehran Universitetinin Geofizika İnstitutunun Milli Seysmologiya Mərkəzi məlumat yayıb. Zəlzələnin ocağı 9 km dərinlikdə yerləşib. Zəlzələ nəticəsində ölən və yaralananla

14:55 151
.

Müğənninin aylıq gəliri ŞOKA SALDI – VİDEO

ATV-nin "Rəngarəng Səhər" proqramının növbəti qonağı gənc müğənni Camilla olub. xəbər verir ki, maraqlı keçən verilişdə aparı gənc müğənniyə "Aylıq gəliriniz nə qədərdir?" sualını ünvanlayıb. Camilla isə buna cavab olaraq "Şou proqramlara getmirəm" deyərək, ayda 10-15 mi

11:56 940
.

Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - VİDEO

Ötən il dekabrın 26-da itkin düşən Rasim Xankişiyevin aylardır davam edən axtarışları heç bir nəticə verməyib. İstintaq işi İmişli Rayon Prokurorluğu tərəfindən davam etdirilsə də, istintaq hərəkətlərində də heç bir nəticə əldə olunmayıb. 11 yaşlı Rasimin ailəsi inanır ki, ərazidə yerləşən kameraları

10:17 713
.

Qəzzada ölənlərin sayı 34 396 nəfərə çatıb

Qəzzada ölənlərin sayı artıb. BİG.AZ xəbər verir ki, İsrail ordusunun 209 gündür Qəzzaya hücumları davam edir. Ölənlərin sayı son 24 saat ərzində 28 nəfər artaraq 34396 nəfərə çatıb. Bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb. İsrail ordusunun son 24 saat ərzində Qəzza zolağına hücumları nəticəsind

12:55 146
.

Sabah bu ərazilərdə qaz olmayacaq

"Nardaran QPS" ölçü qovşağından qidalanan "Hacı Seyfəl" orta təzyiqli qaz kəməri üzərində ölçü qovşağının təftiş olunması və aşkar olunmuş qaz sızmasının aradan qaldırılması, həmçinin Səbail rayonu, Badamdar qəsəbəsinin 3-cü yaşayış massivində yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəy

23:15 0
.

"Tələbələrimin hamısı yuxarıdan tapşırılır" - Təyyar Bayramov

Əməkdar artist Təyyar Bayramov "Xoş gəldim" verilişində qonaq olub. Axşam.az xəbər verir ki, xanəndə aparıcının "Tələbələrinizi tapşıranlar olur?" sualını cavablayıb. "Məni çox şey əsəbiləşdirir. Tələbə sarıdan, üzərində əziyyət çəkməyən uşaq. Əziyyət çəkən isə elə bil, gözümü

12:13 664
.

Vətəndaşlar Şuşada fərdi yaşayış evləri tikə bilərmi? - AÇIQLAMA

8 mayda işğal olunmuş mədəniyyət paytaxtımıza məhz bu ərəfədə geri dönüş başlayır. "Böyük Qayıdış" prosesi çərçivəsində artıq Şuşa şəhərinə də köç başlayır. Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatında bildirilir ki, Şuşa şəhərinə ilkin mərhələdə köçürüləcə

15:44 281
.

Bakıda bağ evlərinin kirayə qiyməti: 10,15 və 18 min manat

Yay fəsli yaxınlaşdıqca bağ evlərinə tələbat artır. Tələbatın artması isə qiymətlərə də təsir göstərir. Hazırda elan saytlarında günlük qiyməti 200-250 AZN, aylıq qiyməti isə 5, 10, 15 və 18 min manata olan bağ evləri mövcuddur. Bəs görəsən, bu qiymətə olan bağ evlərinə tələbat varmı?. Əmlak məsələlər

15:27 373