TQDK sənəd qəbulu başladı

TQDK sənəd qəbulu başladıMagistraturaya sənəd qəbul fevralın 12-dək davam edəcək

Təhsil Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2015/2016-cı tədris ili üçün respublikanın ali təhsil müəssisələrinin magistraturalarına qəbul elan edir.

Qəbul imtahanında iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsi ilə aparılır. İmtahanda iştirak etmək üçün bakalavr 2015-ci il fevralın 3-dən 12-dək TQDK-nın internet saytının müvafiq səhifəsinə (eservices.tqdk.gov.az/erizemag/erize) daxil olaraq şəxsiyyət vəsiqəsindən (seriyasından, nömrəsindən və PIN kodundan) və TQDK-nın virtual ödəmə kartındakı iş nömrəsi və şifrdən istifadə etməklə oradakı "Bakalavrın elektron ərizəsi" formasını doldurub, onu özü təsdiq edir.

Virtual ödəmə kartını internet ödəmə və ya bütün mobil operatorlardan 7725 nömrəsinə boş SMS göndərməklə əldə etmək olar (ətraflı məlumat eservices.tqdk.gov.az/erizemag/erize səhifəsindəki aktual keçidlərdə verilmişdir).

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici ölkələrdə ali təhsil almış Azərbaycan Respublikasının vətəndaşları imtahanda iştirak etmək üçün "Bakalavrın elektron ərizəsi" formasını doldurduqdan sonra tələb olunan sənədləri şəxsən təqdim etməklə elektron ərizələrini TQDK-da təsdiq etdirməlidirlər (Ünvan: Yasamal rayonu, M. Müşfiq küçəsi, 1A).
Qəbul imtahanı test üsulu ilə iki mərhələdə keçirilir. Birinci mərhələdə bakalavrların ümumi intellektinin (məntiqi təfəkkürünün) inkişaf səviyyəsi, informatika fənnini və xarici dili bilmə səviyyəsi, ikinci mərhələdə isə onların seçdikləri qəbul proqramı əsasında ixtisas üzrə bilikləri yoxlanılır. Hər iki mərhələdə bakalavrın hər bir test tapşırığına düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir.

İmtahanın birinci mərhələsi 2015-ci il fevralın 22-də keçiriləcək və bakalavrlara ümumi intellektin (məntiqi təfəkkürun) inkişaf səviyyəsinin yoxlanılması üçün 50 (o cümlədən açıq tipli 5), informatika üzrə 25 (o cümlədən açıq tipli 5) və xarici dil üzrə 25 (o cümlədən açıq tipli 5) test tapşırığı təqdim olunacaqdır.

Birinci mərhələdəki nəticələri TQDK tərəfindən qoyulmuş minimal tələbləri ödəyən bakalavrlar proqram seçiminə buraxılırlar. Həmin bakalavrlar 2015-ci il aprelin 1-dən 10-dək olan müddətdə elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramını seçib təsdiq etməlidirlər ("İxtisaslaşma seçimi cədvəli" və qəbul proqramları "Magistr" jurnalının 2015-ci il tarixli 3-cü sayında veriləcəkdir).

İmtahanın ikinci mərhələsi 26 aprel 2015-ci il tarixində keçiriləcəkdir. Bu mərhələdə bakalavrların ixtisas üzrə bilikləri seçdikləri proqrama əsasən test üsulu ilə onlara 50 test tapşırığı təqdim olunmaqla yoxlanılacaq.

Bir sıra qəbul proqramlarını seçən bakalavrlar ixtisas üzrə test tapşırıqlarının əvəzinə, yazılı imtahan verməlidirlər ("Magistr" jurnalının 2015-ci il tarixli 3-cü sayında qəbul proqramları dərc olunanda bu barədə məlumat veriləcək).

Yazı işləri 50 ballıq şkala üzrə qiymətləndirilir. İmtahan suallarının cavablandırılmasına imtahanın birinci mərhələsində 2 saat 30 dəqiqə, ikinci mərhələsində isə 1 saat 30 dəqiqə vaxt ayrılır.

Qəbul imtahanı Bakı, Naxçıvan, Gəncə və Lənkəran şəhərlərində keçirilir. Bakalavrın imtahan verəcəyi şəhər TQDK tərəfindən bakalavrın ərizəsində göstərdiyi faktiki yaşadığı məntəqəyə görə, bu məntəqə göstərilmədiyi halda, onun qeydiyyatda olduğu məntəqəyə görə təyin edilir.

anspress.com


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2377   Tarix: 03 fevral 2015  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ürəyi 45 dəqiqə dayanan qadın danışdı: "Həkimlər deyirlər ki, iki dəfə olub"

Şirvan Şəhər Mərkəzi Xəstəxanasında cərrahi əməliyyatdan təxminən bir həftə sonra ürəyi dayanan qadın 45 dəqiqəlik reanimasiya tədbirlərindən sonra həyata qaytarılıb. Hadisədən sonra özünə gələn pasiyent yaşadıqlarından danışıb. Belə ki, altı uşaq anası Sevinc Əliyeva öd kisəsindəki daş səbəbindən əməliyya

01:19 371
.

Paytaxt restoranlarında Yeni il qiymətləri

Bəzi insanlar Yeni il gecəsini evdə yox, restoranlarda qeyd etməyi sevirlər. Bu baxımdan restoranların 31 dekabr gecəsi üçün qiymətləri daim maraq doğurur. Bakıda elə əyləncə mərkəzləri var ki, Yeni il gecəsi üçün bir nəfərlik qiymət 400 manat təşkil edir. Bəzi obyektlərdə isə 150-200 manat arasıdır

16:18 106
.

Kamboca Tailandla bütün sərhəd keçidlərini bağlayıb

Kamboca gərginləşən münaqişə fonunda Tailandla bütün sərhəd keçid mətəqələrini bağlayıb. "Report"un məlumatına görə, bu barədə Kamboca Daxili İşlər Nazirliyi bəyanat yayıb. Nazirlik qeyd edib ki, bu qərar "sərhəddə Tailand tərəfinin Kambocanın suverenliyinə qarşı təcavüz aktları törətdiy

17:00 51
.

Biləsuvarda sürücü 15 yaşlı qohumunu avtomobillə vurdu

Biləsuvar rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, hadisə rayonun Nərimankənd kəndi ərazisində qeydə alınıb. Belə ki, kənd sakini Xəyal Quliyevin idarə etdiyi "Niva" markalı avtomobil hərəkətdə olarkən qəfil yola çıxan 2010-cu il təvəllüdl

16:10 88
.

Naim Qasem: "Hizbullah" İsrailin şərtlərini qəbul etməyəcək və ABŞ-yə təslim olmayacaq

İsrail ilə Livan arasında atəşkəs razılaşması qüvvəyə minəndən sonra başqa yanaşma tələb olunan yeni mərhələ başlayıb. "Report" xəbər verir ki, bunu "Hizbullah"ın baş katibi Naim Qasem "Al-Manar TV"nin canlı yayımında bildirib. Onun sözlərinə görə,Livan hökuməti ölkəni

14:40 103
.

Ölkədə istehsal olunan siqaret və spirtli içkilərlə bağlı statistika açıqlandı

2025-ci ilin yanvar-noyabr aylarında ölkədə 15 milyard 700.4 milyon ədəd siqaret və siqar istehsal olunub. rəsmi statistikaya istinadən xəbər verir ki, bu əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 15.3 faiz çoxdur. Cari ilin dekabr ayının 1-nə siqaret və siqar üzrə hazır məhsul ehtiyatı 1 milyard 16.

16:30 75
.

Qızıl, gümüş və mis konsentratının hasilatı artıb

Bu ilin yanvar-noyabr aylarında ölkədə metal filizlərinin hasilatında artım qeydə alınıb. rəsmi statistikaya istinadən xəbər verir ki, hesabat dövründə Azərbaycanda 2 min 815 kq qızıl və 3 min 505.5 kq gümüş hasil edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə qızıl hasilatı 9.7 faiz və ya 247.8 kq, gümü

11:20 119
.

Donald və Melaniya Tramp Lukaşenkoya şəxsi mesaj göndəriblər

ABŞ Prezidenti Donald Tramp və həyat yoldaşı Melaniya Belarus Prezidenti Aleksandr Lukaşenkoya şəxsi müraciət göndəriblər. bu barədə "Vremya Pervoqo" "Telegram" kanalına istinadən xəbər verir. Məlumata görə, şəxsi müraciətin alınmasını Belarus prezidentinin mətbuat katibi Nataly

12:20 121
.

Yeni il bayramında qar yağacaq? - AÇIQLAMA

Yeni ilə sayılı günlər qalmışkən, paytaxt sakinlərini ən çox maraqlandıran suallardan biri Bakıya qarın yağıb-yağmayacağıdır. Xüsusilə 2015-2016-cı illərin məşhur qarlı günlərini xatırlayanlar bu dəfə də eyni ab-havanın olacağına ümid edirlər. Bəs qarşıdan gələn bayram günlərində ölkə ərazisində hav

00:07 302
.

TOP MP3