Türkiyə parlamenti ATƏT-in Minsk qrupunun formatının dəyişdirilməsini məqbul sayır

Türkiyə parlamenti ATƏT-in Minsk qrupunun formatının dəyişdirilməsini məqbul sayır"Dağlıq Qarabağ problemi ATƏT-in Minsk qrupunun indiyə qədərki yarıtmaz fəaliyyəti üzündən heç bir şəkildə nəticə verməyib. Niyə nəticə vermədi? Çünki bir tərəfdə Rusiya, bir tərəfdə Fransa, o biri tərəfdə də ABŞ var. Bu üçündə də güclü erməni diasporu var. Bu üç ölkə də ermənilərin təzyiqi altında olduğu üçün heç bir şəkildə bu problemi həll etməyə çalışmadı". Bu barədə Trend-ə açıqlamasında Türkiyə Böyük Millət Məclisinin üzvü Sinan Oğan deyib.

S.Oğan hesab edir ki, indiki mərhələdə problemi həll etmək lazımdır. Bunun üçünsə güclü beynəlxalq təşkilata ehtiyac var: "ATƏT-in Minsk qrupu təəssüf ki, hörmətini tamam itirib. Bu təşkilatın yenidən nüfuzlu olması üçün millət vəkili Azay Quliyevin təklif etdiyi "5-lik Sədrlər Şurası" ideal bir formatdır. Niyə idealdır? Bir tərəfdən Avrasiya coğrafiyasının lideri Türkiyə, o biri tərəfdə Avropa coğrafiyasının lideri olan Almaniya var. Bu iki ölkə bu qrupda yer alsa, tarazlıq əmələ gələcək. Və ATƏT-in Minsk qrupu, ümumiyyətlə, ATƏT-in bu anlamda problemi həll etməkdə göstərəcəyi təşəbbüs olacaqdır. Bu problemin ilk dəfə bu format çərçivəsində həll edilməsi məsələsi üzə çıxacaqdır".

Onun sözlərinə görə, Türkiyənin Minsk qrupunda olması "Olmazsa olmaz" prinsipidir. Bu, Avropanın iqtisadi lideri olan Almaniyanın burada olmasına da aiddir: "Almaniya və Türkiyə də bu işə böyük həvəslə qatılmaq istəyəcəklər. Bu, Azərbaycan və Türkiyə adına vacib, düşünülmüş, hesablanmış, önəmli bir strateji addım olacaq. Çünki biz bu məsələni sadəcə Azərbaycanın problemi olaraq yox, həm də Türkiyənin problemi olaraq görürük. Bilirsiniz ki, Almaniyada güclü türk diasporu var. Almaniya iqtisadi cəhətdən çox güclüdür, amma siyasət olaraq təəssüf ki, bu tip qurumlarda ön plana çıxmayıb. Bu, Almaniyanı da Azərbaycanın yanına çəkəcək, Almaniyanı da bu məsələdə ön plana çıxaracaq. Düşünün ki, Azərbaycan bu planı ilə əslində Almaniyanın beynəlxalq siyasətdə də qarşısını açacaq, bu baxımdan da Almaniya bu işə sahib çıxacaq. Əminəm ki, Almaniya öz imkanlarından istifadə etməyə başlayacaq ki, Almaniyanın bu mövzuda imkanı açılsın".

Türkiyəli millət vəkili bildirib ki, Türkiyə də buna razı olacaq. Bu mövzu Türkiyədə də ciddi qarşılanır: "Və bundan sonra məsələ daha çox səs-küy qaldıracaq. İnanıram ki, Almaniyada da bu vəziyyətdir. Yəni ilk dəfə bəlkə də bu format çərçivəsində ATƏT-in Minsk qrupu bir şey edə biləcəkdir. Sadəcə, Dağlıq Qarabağ problemini deyil, bu format ətrafda meydana gələcək, regionumuzdakı digər problemlər üçün də bəlkə bir çarə ola biləcəkdir. Bu, çox önəmli təklifdir, bu təklifi dəstəkləyirik. Bunu bundan sonrakı müddətdə də dəstəkləyəcəyik".

S.Oğan qeyd edilən məsələ ilə bağlı təkliflər də irəli sürüb: "Bu təklif də Türkiyə XİN tərəfindən işlənməlidir. Türkiyə öz imkanları ilə bu mövzunun üzərində çalışmalı, Almaniya tərəfdən də bu məsələnin işlənməsinə çalışmalıyıq. Azərbaycanın da geniş diplomatik missiyaları var. Türkiyə ilə Azərbaycan birgə bu mövzunu beynəlxalq səviyyəyə çıxarmalıdır. Azərbaycanın Türkiyə ilə deyil, Almaniya ilə də çox gözəl münasibətləri var. Azərbaycanın Rusiya ilə də xüsusi münasibətləri var. ABŞ və Fransa ilə əlaqələri də var. Hər iki ölkə öz imkanlarını dövriyyəyə salaraq bu yeni formatı beynəlxalq arenaya çıxarmalıdır. İnanıram ki, bu mövzuda bacarıqlı olacağıq. Əgər bacarıqlı olsaq, Dağlıq Qarabağ problemini ədalətli şəkildə həll etmək imkanına malik olacağıq. Çünki artıq dəqiq şəkildə bəllidir ki, mövcud fəaliyyəti ilə ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ problemini həll etmək iqtidarında deyil. Bu yeni format daha balanslı, daha tarazlaşdırılmış bir quruluşla problemi həll edəcək. Sadəcə, bu problemi deyil, bölgədəki bir çox münaqişələri də - Ukrayna, Krım - həll edəcək".

Qeyd edək ki, ATƏT PA-da Siyasi məsələlər və təhlükəsizlik komitəsi sədrinin müavini, deputat A.Quliyev mediaya ATƏT PA-nın gələn ay Vyanada keçiriləcək qış sessiyasında həm Almaniyanın, həm də Türkiyənin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Minsk həll prosesinə yaxından cəlb edilməsi və hazırda 3 ölkədən ibarət həmsədrlik institutunun dəyişdirilərək "5-lik Sədrlər Şurası" (SŞ) ilə əvəz olunması haqqında məsələ qaldırmağı planlaşdırdığını açıqlayıb.

publika.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 516   Tarix: 01 fevral 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888