Mən sənə ilk baxışdan aşiq oldum
Yazıçı-publisist, tərcüməçi Mahir Qabiloğlu Azərbaycan prezidentinin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın növbəti şeirinin tərcüməsini Modern.az saytına təqdim edib. "Mən sənə ilk baxışdan aşiq oldum..." adlı şeiri oxucuların ixtiyarına veririk.
Mən sənə ilk baxışdan
aşiq oldum, ay sənəm.
Saçların, dodaqların,
baxışların bir aləm.
Mən sənə ilk baxışdan
Vuruldum...
İnan ki, sən,
Başqa cürə vurulmaq
Mümkün deyil, biləsən.
Mən sənə bərk vuruldum!
"Nə üçün, nəyə görə?" –
bu cür yersiz suallar
qoy gəlməsin dilinə...
Mən sənə aşiq oldum
ilk baxış, ilk görüşdən.
Bəlkə ilk baxışlardır,
Məhəbbətə güc verən?!
İstəyirsən, sus, dayan
ya da bağır –
duymaram.
Bircə, dodaqlarının
tərpənişi görünər...
Mən özümü heç sənsiz
təsəvvür eləmərəm...
Tanrıya və sevgiyə
Təkinanclı bəndəyəm...
Olsun ki, öncələr də
vurulmuşam. – Nə olsun?
İndi aşiq olmuşam,
dərd-qəmi unutmuşam,
Günün günorta çağı
Ayın əsarətindən
qurtulan Gün olmuşam...
İstərsən ağla-sızla,
mən də sənlə ağlaram.
Gülmək istəsən əgər
Yalnız və yalnız mənlə
şənlənib, gülməlisən..!
Mən sevgi şərabını
içib xumar olmuşam.
Qaranlıqdan həzz alan
Ay təki parlayıram.
Sənin incə əllərin... –
bütün bu Yer üzünün
ən gözəl əlləridir...
O əllər bir əlacdır
darıxanda, qəlbimə.
Divara çökən kölgən,
sanki bir ikonadır –
Baxıram, hey baxıram,
doymuram itaətdən...
Tanrıdan tək istəyim
Bircə bilsəydin nədir? –
Deyirəm, qüvvət versin,
səni heç itirməyim!
Ruhum sevgi doludur –
nəfəs alır, yaşayır...
Ürək təlaşa gəlir, –
Yenə, yenə də sevda
qəza tək başa gəlir...
Mən sənə vurulmuşam
sən ki, bunu bilirsən...
amma sən bilməyirsən
gücünü bu sevginin...
Məni gündə yüz kərə
öldürüb, dirildirsən.
Yalnız sənin yanında
Acizləşir ölüm də...
Ölərəmsə, qoy ölüm -
dizlərinin üstündə..!
Yalnız bu cürə ölüm –
diləyirəm özümə!..
Qanımla yazacağam
bunları divarlara,
Yanında olmayanda,
Oxuyasan tək-tənha...
Mən sənə ilk baxışdan
vuruldum, aşiq oldum..!
Elə o an kor oldum,
həmişəlik – ömürlük..!
Əgər istəyirsənsə
Yaşa mənsiz, nə deyim?..
Amma ki, o dünyada,
qayıt yanıma, gülüm.
Təkcə budur istəyim,
yalnız budur ümidim...
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 3749 Tarix: 01 fevral 2015
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBakıda dördəm doğulub - VİDEO
Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları
15.09.2021 942 Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO
Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib
14.09.2021 2001 Gecə paltarı ilə yatmayın - SƏBƏB
Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların
16.09.2021 3554 DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdı
Bolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb. Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb. Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başın
15.09.2021 1292 Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!
16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604
13.09.2021 1018 Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO
ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd
15.09.2021 660 Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?
Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar
16.09.2021 817 Bu köpəkbalığı donuza oxşayır - FOTO
İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə
10.09.2021 1424 3 milyon dəyərində sendviç hazırlandı - Ən bahalı qidalar
Dünyanın ən bahalı sendviçi hazırlanıb. Axşam.az-a istinadən xəbər verir ki, sendviç almaniyalı rəssam Tim Bengel tərəfindən saf qızıl istifadə olunaraq düzəldilib. Həmin qida 3 milyon dollar dəyərində qiymətləndirilib. Qeyd edək ki, bu ilk belə baha qida məhsulu deyil. Dünyanın ən bahalı yeməklərin
17.09.2021 877