Siyasətçilərimiz və sevimli futbol komandaları

Siyasətçilərimiz və sevimli futbol komandalarıFutbolla maraqlanmayan çox az adam tapmaq olar. Futbol, xüsusilə kişilərin ən çox sevdikləri idman növüdür.

Bəs, görəsən Azərbaycanda siyasətçilər, millət vəkilləri futbolu izləyirlərmi və onların azarkeşlik etdikləri klublar hansılardır?

Millət vəkili Rasim Musabəyov futbolla maraqlandığını və oyunları izlədiyini vurğulayıb. "Barselona" klubuna azarkeşlik edən millət vəkili, Azərbaycan klublarından "Qarabağa" azarkeşlik edir. Onun sözlərinə görə, "Barselona" və "Qarabağ"ın bütün oyunlarını izləyir, "Neftçi"ni isə Avropa liqasında iştirakı zamanı izləyir, Azərbaycan çempionatına baxmır. "Qarabağ"ın oyunlarını canlı izləyən millət vəkilinin "Barselona"nın oyununu canlı izləmək imkanı olmayıb.

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu isə futbolla maraqlanmadığını deyib:

"Mənim artıq 60 yaşım var, böyük ömrüm qalmayıb. Ona görə vaxtımı daha çox elmi, siyasi fəaliyyətə yönəltmişəm. Hazırda Qurani-Kərimin izahı ilə bağlı kitab yazıram. Bütün günümü araşdırmaya, oxumağa, eyni zamanda siyasi fəaliyyətə sərf edirəm. Ona görə idman, konsert, teatr, bədii kitab oxumağa vaxtım qalmır.

Digər tərəfdən meydanda 50-60 yaşında futbolçu yoxdursa, sənin yaşıdın oynamırsa, 50-60 yaşlı adam niyə futbolla maraqlanmalıdır. Uşaqlıq, gənclik illərimdən futbol azarkeşi olmamışam. Ümumiyyətlə, futbol da daxil olmaqla idman oyunları mənim üçün baş qatmaq kimi bir şeydir".

Millət vəkili Aydın Mirzəzadə özünü tam futbol azarkeşi hesab etmədiyini deyib:

"Futbol oyunlarına arada baxıram. Millimizin bəzi oyunlarına, dünya futbolunun həlledici oyunlarına baxıram".

A.Mirzəzadənin xüsusi azarkeşlik etdiyi klub da yoxdur: "Bütün Azərbaycan klublarını sevirəm. Hər biri Azərbaycan üçün çalışır və bütün klublar mənim üçün əzizdir. Mən maraqlı oyunları izləməyi xoşlayıram".

Millət vəkili illər əvvəl məhlələrində keçirilən komandalararası yarışı canlı izlədiyini vurğulayıb. Amma xaricdə hansısa oyunu izləməyi də arzu edir:

"Çox arzulayıram ki, canlı hansısa bir oyuna, yaxud məşhur müğənninin konsertinə baxım. Bu, ilk növbədə şərait və imkandan asılıdır".

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev isə bildirib ki, futbolla kifayət qədər maraqlanır.

Onun sözlərinə görə, vaxtilə Azərbaycan yığmasının sınaq heyətində olub. "Barselona" futbol klubuna, Türkiyə yığmasına və "Qarabağ" klubuna azarkeşlik edir, Messini isə futbol tarixinin ən güclü oyunçusu hesab edir. Sevdiyi komandalardan yalnız "Qarabağ"ın oyununu canlı izləmək imkanı olub.

Millət vəkili Fuad Muradov da futbolla maraqlanır və oyunları izləyir. Onun sevimli klubu "Qarabağ"dır. "Neftçi"nin də oyunlarını izlədiyini deyən millət vəkili, xarici klublardan "Barselona", "Real", "Mançester"ə azarkeşlik edir. "Qarabağ" və "Neftçi"nin oyunlarını canlı izləyən millət vəkili, xarici klubların oyununda olmayıb.

"Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli düşünür ki, Azərbaycanda futbolla maraqlanmayan az sayda kişi tapmaq olar. O, dünya, Avropa, UEFA çempionatlarını daim izləməyə çalışdığını bildirib. Azərbaycanın xarici klublarla oynayan bütün komandalarına azarkeşlik edir. Sevimli klubu "Qarabağ" və "Barselona"dır.

"Qarabağ işğaldan azad olunan qədər sevimli klubum məhz "Qarabağ" olacaq. Sonra fərqli seçim etmək olar", - E.Mirzəbəyli əlavə edib.

O, son dəfə "Barselona" – "Atletko Madrid" oyununu izləyib. "Qarabağ"ın oyununa canlı baxıb, amma "Barselona"nın oyunlarını canlı izləmək imkanı olmayıb.

Millət vəkili Qənirə Paşayevanın isə Azərbaycanda azarkeşlik etdiyi komandalar "Turan" və "Qarabağ"dır:

"Amma klublarımızdan hansısa beynəlxalq yarışlarda iştirak etsə, onlara da azarkeşlik edirəm".

Azərbaycan millisinə də azarkeşlik edən millət vəkili, xarici millilərdən Türkiyə, daha sonra Argentina, Braziliya, İtaliya, İspaniya millilərinin oyunlarına daha çox baxır:

"Sevdiyim klublar da var. "Qalatasaray", "Fənərbaxça", "Beşiktaş", "Barselona" və s. Azərbaycan millisinin oyunlarına və azarkeşlik etdiyim klubların "Qarabağ" və "Turan"ın bir sıra oyunlarını canlı izləmişəm. Qardaş Türkiyənin də sevdiyim bəzi klublarının oyunlarını imkan düşəndə izləmişəm. Qadınlardan ibarət yığmamıza da azarkeşlik edirəm".

Millət vəkili Zahid Oruc 90-cı ilə qədər bütün futbol oyunlarını izlədiyini bildirib: "Hətta SSRİ miqyasından da irəli gedərək, beynəlxalq yarışları da izləyirdim. Sonrakı dönəmdə həyat qayğıları, baş verən proseslər təbii ki, ardıcıl izləməyi belə desək əlimizdən aldı. Hazırda "Qarabağ" klubunun oyunlarını izləyirəm. Deyə bilmərəm ki, İspaniyadan başlayıb, İtaliyadan keçib, İngiltərəyə qədər bütün futbolçular barədə ətraflı məlumata malikəm".

Z.Oruc "Qarabağ" klubunun azarkeşi olduğunu, Madrid "Real"ının oyunlarını izlədiyini deyib. Onun sözlərinə görə, 2014-cü ildə "Qarabağ" öz fəaliyyəti ilə Azərbaycan adına uğurlara imza atıb. "Qarabağ" beyin və ayaqlardakı sindromu, "Azərbaycanda futbol yoxdur" fikrini dağıdıb. Millət vəkili yerli stadionlarda olsa da, xaricdə futbol oyunu canlı izləməyib.

Azərbaycan Sosial-Demokrat Partiyasının sədri Araz Əlizadə futbolla maraqlansa da, sevdiyi, azarkeşlik etdiyi klub yoxdur:

"Mən qəşəng oyunlara baxmaqdan zövq alıram. Həftədə bəlkə 10 oyun izləyirəm. Futbolda mənim üçün əsas olan oyunun gözəl olmasıdır".

Futbola evdə baxmağı xoşladığını deyən siyasətçi səbəb də göstərib:

"Artıq 20 ildir stadionlara getmirəm. Bu da azarkeşlərin özlərini çox pis aparmaları ilə bağlıdır. Oyunları televizordan izləyirəm".

gün.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 1196   Tarix: 30 yanvar 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Futbolda BU DA OLDU: Baş məşqçi...

Avropa Liqasına düşən klubun baş məşqçisi jurnalistlərin qarşısına paltarsız çıxdı. Belçikanın "Antverpen" klubunun baş məşqçisi Brayan Priske Pedersen Avropa Liqasının qrup mərhələsinə düşdükdən sonra jurnalistlərin yanına paltarsız gəlib. -ın -a istinadla verdiyi xəbərə görə, mütəxəssis mətbua

27.08.2021 1769
.

Azərbaycan Paralimpiyada ilk qızıl medalını qazandı

Azərbaycan idmançısı Paralimpiya Oyunlarında ilk qızıl medalını qazanıb. xəbər verir ki, Azərbaycanın paracüdoçusu Şahanə Hacıyeva finalda fransız rəqibinə qalib gələrək paralimpiya çempionu olub. O, finalda Sandrin Martini (Fransa) vaza-ari ilə məğlub edərək Azərbaycana ilk qızıl medalı qazandırıb

27.08.2021 1074
.

İbrahimoviçin qayıdacağı vaxt bilindi

"Milan"ın zədəli futbolçusu Zlatan İbrahimoviçin yaşıl meydanlara qayıdacağı vaxt məlum olub. İsveçli hücumçu milli komandalara görə yaranan fasilədən sonra əsas komanda ilə məşqlərə qoşulacaq. Bu barədə "Milan"ın baş məşqçisi Stefano Pioli klubun mətbuat xidmətinə açıqlamasında deyib

23.08.2021 954
.

Paralimpiya Oyunları: Azərbaycandan altıncı qızıl medal - FOTO

Azərbaycan Tokio Yay Paralimpiya Oyunlarında altıncı qızıl medalı qazanıb. -ın xəbərinə görə, buna kişi cüdoçumuz Hüseyn Rəhimli (-81 kq) nail olub. O, finalda Davurxan Kəramətovla (Özbəkistan) qarşılaşıb. Tərəflər əvvəlcə bir-birinə qarşı uğurlu fənd edərək vaza-ari xalı alıb. Daha sonra Hüseyn Golde

28.08.2021 736
.

Yerkökü yeyərkən çənəsini sındırdı - FOTO

Niderlandın "Herenven" klubunun futbolçusu Rami Kaib kuryoz hadisə yaşayıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, isveçli müdafiəçi yerkökü yeyərkən çənəsini sındırıb. Bu barədə "Herenven" klubunun rəsmisi yerli mətbuata açıqlamasında deyib. Kaib bir müddət əvvəl çənəsində

13.09.2021 1755
.

Həbib Nurməhəmmədov yeznəsinin niyə azərbaycanlı rəqib seçdiyini açıqladı - FOTO/VİDEO

"Çoxlarına maraqlıdır ki, niyə Əbdülmanafın xatirəsinə həsr olunan belə turniri biz AMC FNG (Fight Nights Global) ilə birgə keçiririk?. "Divardan divara" turnirini keçirmək atamın ideyası olub. Bütün turniri belə keçirmək alınmaz, amma bir neçə döyüş olacaq. Atamın düşüncələrin

23.08.2021 2064
.

Azərbaycanın daha bir paracüdoçusu qızıl medal qazandı

Azərbaycanın qadın paracüdoçusu Sevda Vəliyeva Tokio-2020 Yay Olimpiya Oyunlarında final görüşünə çıxıb. xəbər verir ki, 57 kq çəki dərəcəsində mübarizə aparan idmançı qızıl medal uğrunda qarşılaşmada Pərvinə Səməndərova ilə üz-üzə gəlib. Rəqini 1:0 hesabı ilə məğlub edən Vəliyeva paralimpiya çempion

28.08.2021 647
.

Hacı Əliyev əməliyyat olunacaq

Sərbəst güləş üzrə ikiqat Olimpiya mükafatçımız, üçqat dünya və üçqat Avropa çempionumuz Hacı Əliyev oktyabrda Norveçin paytaxtı Osloda keçiriləcək dünya çempionatında iştirak etməyəcək. -ın xəbərinə görə, məşhur idmançımız gözündə yaranan problemə görə əməliyyat olunacaq. Qeyd edək ki, əməliyyat sentyabrd

30.08.2021 1023
.

Lamiyə Vəliyeva: "Özümlə fəxr edirəm"

"Çox sevinirəm ki, ikinci medalımı əldə etdim və bu, "qızıl" oldu. Özümlə fəxr edirəm. Rəqiblərim güclü idi, amma qalib gəldim". "Report"un məlumatına görə, bu fikirləri Tokio-2020 Yay Paralimpiya Oyunlarında qızıl medal qazanan Azərbaycan para-atleti Lamiyə Vəliyeva deyib

04.09.2021 1126