Yaponiyada səfir olmaq istəyirəm - FOTO

Yaponiyada səfir olmaq istəyirəm - FOTO"Şou-biznesin yazılmamış qanunları var"

Müğənni Tünzalə Ağayeva bir müddət əvvəl `Bakı-2015` Olimpiya Oyunlarında atıcılıq idman növü üzrə səfir seçilmişdi. Onunla söhbətimizə də elə buradan başladıq:

- Bəziləri başqa idman növünü istəyirdi, amma seçdiyi zərfdən istəmədiyi idman növü çıxırdı. Atıcılıq idman növü mənim də istədiyim idman növü idi. İdmanla bağlı bir neçə layihəm olub, atıcılıq üzrə çepionumuz Zemfira Meftəhəddinovanı da yaxşı tanıyıram. Bundan sonra da bu çərçivədə onunla görüşlərimiz olacaq.

- Bəs özünüz atıcılığı bacarırsınız?

- Bir az bacarıram. Ara-sıra məşğul olmuşam (gülür).

Yaponiyada səfir olmaq istəyirəm - FOTOSəfir olmağınızı gözləyirdiniz?

- Mən 2014-cü il Milli Olimpiya Komitəsinin Fəal, Sağlam Ailəm kampaniyası çərçivəsində onsuz da səfir seçilmişdim. Belə deyək, o səfirlik statusunu 2014-cü ildən daşıyıram və bəzi söhbətlərdən, insanların davranışlarından artıq nə isə gözləyirdim, hiss edirdim ki, səfir seçiləcəyəm. Həm də səfirlik təcrübəsini keçmişdim. Hətta mən ikiqat səfirəm. Bakı-2015 Olimpiya oyunlarının könüllülərinin səfiriyəm. Yəni, iki ad daşıyıram. Könüllülərin səfiri və Ulduz səfir.

- Səfirlik əlavə məsuliyyətdir. Müğənnilik fəaliyyətinizlə paralel necə çatdıracaqsınız? Sizə təklif gələndə bunları düşünüb işlərinizi necə planlaşdırdınız?

- Yox, düşünmədim. Çünki bu tarixi hadisə bütün ölkəmizə aiddir. Bizim hər birimizin orada töhfəsi olmalıdır. Ulduzun ulduz, vətəndaşın vətəndaş, təşkilatçının da təşkilatçı töhfəsi olmalıdır. Bir sözlə, bu, təkcə idmançılara aid olan hadisə deyil. Bu, ölkəmizin bayramıdır. Hesab etdim ki, niyə də mənim qatqım olmasın? Bu təklifi əlavə iş hesab etmədim. Amma artıq bilirəm ki, iyun ayına qədər harada olacağam, saat neçədə olacağam.

Yaponiyada səfir olmaq istəyirəm - FOTO- Əgər diplomat kimi fəaliyyət göstərsəydiniz, hansı ölkədə səfir kimi işləmək istərdiniz?

- İstərdim ki, maraqlı ölkələrdən biri olan Yaponiyada çalışım. Orada səfir olmaq istərdim. Onların mədəniyyəti mənə çox maraqlıdır. Qardaş Türkiyəni də sevirəm və orada da səfir olmaq istəyərdim.

- Sizin millət vəkili olmaq istəyiniz barədə şayiə yayılmışdı...

- Bu, mənim ən qıcıqlandığım mövzudur. Mən bu haqda heç düşünmədiyim halda nədənsə media nümayəndələri bu sualı mənə tez-tez verir. Allah işlərini avand eləsin. Bizim həmkarlardan hansı bu istəkdə olubsa, mən ancaq onlara uğur arzu edirəm. Amma bu suallar niyə mənə ünvanlanır, başa düşmürəm. Belə çıxır ki, millət vəkili olmağımı mən yox, insanlar istəyir. (gülür).

Yaponiyada səfir olmaq istəyirəm - FOTOBu cür xəyalla yaşamamışam, yaşamıram da. Sadəcə, bir həqiqət var: Heç vaxt `heç vaxt` demə. Həyat məni hara gətirəcək, bunu zaman göstərəcək. Bir vaxtlar mən oxumaq, müğənni olmaq istəmirdim. Amma indi mən müğənni kimi müsahibə verirəm. Bilmirəm gələcəkdə kim olaraq müsahibə verəcəyəm. Öz sənətimin vəkili, diplomatı, səfiri, oğlu, qızıyam.

- Ümumiyyətlə, hansısa vəzifə sizi sənətdən uzaqlaşdıra bilərmi?

- Mənim vəzifəmin içində bütün vəzifələr var. Səhnəyə çıxanda səfir oluram, mədəniyyətimi təmsil edirəm.

- Belə görünür ki, məmurluğa meyilli deyilsiniz...

- Qətiyyən yox.

Yaponiyada səfir olmaq istəyirəm - FOTO- Sizcə, şou-biznesin rəsmi qaydaları olmalıdırmı?

- Şou-biznesin bu gün-sabah 100 illiyini qeyd etmək lazımdır. Onun qurulmuş sistemi var. O sistem də onun hədəfindən asılıdır. Hədəf nədir? Bu, gözəl görünüşü və bir az səsi olan insandan para qazanmaqdır. Bunu da kim qazanır? Müğənni özü-özünə qazandıra bilməz. Ona şərait qurub, sərmayə qoyurlar. Bu da şou-biznesin qaydalarıdır.

Yaponiyada səfir olmaq istəyirəm - FOTODüzdür, bizdə müğənni özü-öz başına hərəkət edir. Özü yaşayır, həll edir, qərar verir. Baxmayaraq, bu gün Türkiyədə də deyirlər ki, onlarda da stereotiplər sınmağa başlayır. Müğənnilər özləri özlərilə işləməyə başlayır. Şirkətlərlə çox az şərtlərlə müqavilə bağlayırlar. Məsələn, albomu burax, vəssalam. Klip çəkilişinə və s. işlərə qarışma. Bu gün biz də peşəkar şəkildə elə işləyirik. Konserti bir təşkilatçı, klipi bir agentlik, səfərini bir başqası hazırlayır. Belə işləməyə məcbursan. Bir sözlə, şou-biznesin öz yazılmamış qanunları var.

Yaponiyada səfir olmaq istəyirəm - FOTOazvision.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 2086   Tarix: 29 yanvar 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Tünzalə Ağayevanın formada qalma sirri - Fotolar

Xalq artisti Tünzalə Ağayeva son günlər görünüşündəki dəyişikliklərlə gündəmə gəlir. Axşam.az xəbər verir ki, müğənni əvvəlcə sarı saçlarını tünd rəngə boyadı. Daha sonra isə onların düz görünüşünü buruqlu düzümlə əvəzləyib. T.Ağayeva eyni zamanda cəsarətli geyimləri ilə də gündəmdən düşmür. İfaçı İnstaqramı

17.09.2021 2993
.

Rumıniyanın ən gözəl qadını seçilən azərbaycanlı... - "Miss Playboy"

Andrea Mantea - Bir gün Buxarestdə ofisiant işlədiyi restoranda tanımadığı müştəri ona modellik təklif edir, fikirləşmədən bununla razılaşır. Beləliklə, şöhrətin qapıları bu yeniyetmə qız üçün aralanır. "Libertatea" qəzetində "Ən seksual qız" seçildikdə mətbuatın diqqətini çəkir

17.09.2021 1704
.

Səyyad Əlizadə başqa xəstəxanaya köçürülüb

Səyyad Əlizadə müalicə olunduğu Zığ qəsəbəsində yerləşən modul tipli xəstəxanadan Mərkəzi Gömrük hospitalına köçürülüb. Bu barədə sənətçinin qohumu Razim Qasımov məlumat verib. Qeyd edək ki, müğənni Səyyad Əlizadə bir müddət öncə koronavirusa yoluxub. Hazırda vəziyyəti ağırdır

16.09.2021 2690
.

Özcan Dəniz hakim qarşısına çıxdı

Keçmiş həyat yoldaşı Feyza Aktana şiddət göstərməsi səbəbi ilə məhkəməlik olan türkiyəli aktyor Özcan Dəniz hakim qarşısına çıxıb. Axşam.az-a istinadən xəbər verir ki, 1 il 6 ay həbsi tələb olunan aktyor Feyza Aktanın yalan dediyini bildirib:. "Övladımın qəyyumluğunu istədiyim üçün məni çətin vəziyyət

16.09.2021 1271
.

Beyonsun 500 milyonluq özəl günü - Fotolar

Amerikalı məşhur müğənni Beyons yeni yaşını lüks yaxtasında həyat yoldaşı Cey-Z və övladları ilə birlikdə qeyd edib. Axşam.az xarici mediaya istinadən xəbər verir ki, ifaçının 40 yaşı tamam olub. O, 500 milyon dollarlıq yaxta ilə səyahətə yollanaraq özəl gününü qeyd edib. Kirayəsi həftəlik 4 milyon dollar

16.09.2021 2230
.

Gülay Zeynallı koronavirusa yoluxdu: "7 gün sistem qoşdular"

Müğənni Gülay Zeynallı koronavirusa yoluxub. BİG.AZ xəbər verir ki, bu haqda ifaçı özü bildirib. Sənətçi xəstəliyi çox da ağır keçirmədiyini və tez zamanda əvvəlki sağlığına qovuşduğunu deyib:. "Bəziləri deyir ki, çoxlu dərmanlar əbul etdim amma xeyri olmadı. Açığı məndə belə olmadı. 7 gün davaml

18.09.2021 4164
.

Günel yenə İMİCİNİ DƏYİŞDİ - VİDEO/FOTOLAR

Müğənni Günel Zeynalovadan xəbər var. xəbər verir ki, Günel sosial media hesabında yeni fotolar paylaşıb. Fotolarda müğənninin yeni imici izləyicilərin diqqətin çəkib. O, saçlarının rəngində və formasında dəyişiklik edib. İzləyiciləri onun yeni görünüşünü bəyəniblər. Həmin görüntüləri təqdim edirik:

17.09.2021 3949
.

Orxan Gəncəbayın oğlu evləndi - VİDEO

Bu gün türkiyəli müğənni Orxan Gəncəbayın oğlu Gökhan Gəncəbay ailə həyatı qurub. Axşam.az-a istinadən xəbər verir ki, Gökhan uzun müddətdir eşq yaşadığı Seda Hanla Çırağan Sarayında nikah masasına əyləşib. Cütlüyün xoş günündən görüntülər sosial şəbəkədə yayılıb

16.09.2021 3352
.

Türkan Şoray son görünüşü ilə GÜNDƏM OLDU - FOTO

Türkiyə kinosunun ulduzu Türkan Şoray 76 yaşını tamamlayıb. Aktrisanın 20 kilo arıqlayaraq əvvəlki formasına qayıtması diqqətdən yayınmayıb. Onun fransız üsulu ilə (üzün saplarla dartılması) arıqlaması da bildirilir. Qatıldığı bir məclisdə cazibədar aktrisanı görənlər heyrətlərini gizlədə bilməyiblər

18.09.2021 4536