Bu sanki narkotikdir - FOTO

Bu sanki narkotikdir - FOTOBu sanki narkotikdir - FOTO"Mən bəxtimi sınamaq istədim".

Bakının ən hündür binalarından birində - "Flame Towers"da şəkli yayılan oğlan sosial şəbəkə istifadəçilərinin böyük marağına səbəb oldu.

Bir çox istifadəçilər iddia edirdilər ki, bu, photoshop və ya montajdır. Sonra məlum oldu ki, şəkillərdəki "Flame Towers"ın şüşələrini təmizləməklə məşğul ola peşəkar alpinistdir. Fotonu isə onun dostu, digər alpinist çəkib.

Vladimir, sənaye alpinizmi ilə məktəb vaxtından məşğul olduğunu bildirdi.

"Hələ uşaqlıqda Mərdəkanda bizə təmənnasız olaraq qayaya dırmanma üzrə müəllim dərs keçirdi. O, dərnək yaratmışdı, bütün arzu edənlər yazıla bilərdilər. Mən də özümü sınamaq istədim, çox xoşuma gəldi. Müəllim əsl vətənpərvər idi, Bakıda alpinizmi inkişaf etdirmək istəyirdi. O, bizi Qobustana, Nardarana aparırdı, biz qayalara dırmanırdıq. Maraqlı idi. Bax beləcə məndə maraq yarandı".

Vladimir alpinizmlə əsgəri xidmətə qədər məşğul olub. Əsgəri xidmətdən sonra isə işləmək məcburiyyətində qalıb və o artıq sevdiyi işlə məşğul ola bilməyib.

"Hərbi xidmətdən sonra işləmək lazım idi. Harada gəldi işləyirdim, heç bir işdən çəkinmirdim: tikinti, alüminium zavodu, plastik sexi, yaşıllaşdırma və landşaft dizaynı, texniki avadanlıq satıcısı və s.. Amma bunların heç biri ürəyimdən deyildi.

Bir dəfə tanış uşaqlar aeroportda istehsalat alpinisti işi olduğunu dedilər. Mən də bəxtimi sınamaq istədim. Orada mənim tərifnamələrimi gördülər, işə götürdülər. 2 il aeroportda, həftə sonları isə "kənarda" qazanmağa başladım. Alpinistlər arasında tanındım və "Flame Towers"da şüşə təmizləmək işi meydana çıxanda Bakıda ən yaxşı alpinistlər arasında seçim başladı. Mənə dəvətnamə yolladılar. Mən hər şeyi atıb Bakının ən hündür binalarından birində işə düzəldim.

Bilirsiz, bu, sanki narkotikdir, bəzən elə olur ki, bir neçə gün işsiz oturursan və elə bil nə isə çatışmır. Amma işə çıxan kimi hər şey öz qaydasına düşür. Mən öz işimi çox sevirəm və hər gün işə sevinclə gedirəm.

Dünyada ən hündür binanın - Azərbaycan Tower-ın (1050 metr hündürlükdə) tikilməsini gözləyirəm və mən böyük məmnuniyyətlə orada işləyəcəm".

oxu.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1664   Tarix: 28 yanvar 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İnsanın ömrünü 50 il uzatmaq mümkün olacaq? - Yapon təcrübələri əsasında YENİ TEXNOLOGİYA

Dünyanın ən varlı adamı, Amazon -un qurucusu "Jeff Bezos", ölümsüzlüyə qədər qocalma ilə mübarizə texnologiyaları yaradan "Altos Labs" startapının sərmayəçisi olub. Bu barədə "MIT Tech Review" məlumat yayıb. Şirkət yaşlanma prosesini öyrənir və qocalmanı məğlub etmək üçü

11.09.2021 2356
.

Peyvənd olunana pulsuz dönər təklifi

Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin

16.09.2021 1185
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ

14.09.2021 1051
.

Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd

15.09.2021 660
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018
.

Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm

11.09.2021 659
.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

14.09.2021 1495
.

Aygün Kazımovanı arxada qoydu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı

Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilir və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlayır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsi

12.09.2021 3724
.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121