İlk mikroskop

İlk mikroskopMikroskop (yunanca " mikros " – kiçik, " skopeo " – görürəmsözlərindəndir) gözlə görünməyən mümkün olmadığı kiçik obyektlərin və onların hissələrinin nəzərdən keçirilməsini təmin edən optik cihazdır.

Əyri səthlərin bir sıra optik xüsusiyyətlərə malik olması hələ çox qədim zamanlardan Evkilid (Miladdan öncə 300) və Ptolomeyə ( Miladdan öncə 127 – 151 ) də məlum idi. Lakin mikroskopun ixtirası XVI – XVII əsrlərdə optikanın sürətli inkişafından sonra mümkün oldu. XVI əsrdə Leonarda da Vinçi göstərdi ki, kiçik obyektləri lupanın köməyi ilə daha yaxşı görmək mümkündür.

1590 – cı ildə hollandiyalı Zaxari və Hans Yansenlər ilk mikroskopu düzəltdilər. Bu cihaz borunun içərisinə yerləşdirilmiş iki linzadan ibarət idi: onlardan biri görüntünü böyüdür, digəri isə böyüdülmüş görüntünü təkrar böyüdür. Yansenlərin mikroskopu 3 dəfədən 10 dəfəyədək böyütmə qabiliyyətinə malik idi.

Görkəmli ingilis fiziki və botaniki Robert Huk ( 1635-1703 ) 1674-cü ildə daha güclü böyüdücü cihaz yaratdı. O öz mikroskopunda nazik mantar kəsiyinə baxarkən onun arı pətəyinə oxşar ayrı-ayrı gözcüklərdən təşkil olduğunu gördü və onu "hüceyrə" adlandırdı.

Hollandiyalı Antoni van Levenhuk (1632-1723) atası və babası kimi yun alveri ilə məşğul olurdu. Lakin Levenhukun elmi axtarışları olmasaydı, bu gün adi bir taciri heç kim yada salmazdı.

Levenhuk hər gün boş vaxtlarında yaşadığı evin arxa otağında oturub qapını bağlayırdı ki, heç kəs ona mane olmasın. Burada o, böyüdücü şüşələri – linzaları cilalayır və onların köməyi ilə ağac qabığına, bitkilərin yarpaqlarına baxırdı. Bir gün qabarıq linzanın altında gölməçədən götürülmüş bir yağış damcısına baxarkən onun qarşısında bütöv bir canlı aləm açılırdı. Burada – kiçik bir damcıda külli miqdarda xırda "heyvanlar" yaşayırdı. Bəziləri dəyirmi, bəzilər isə vintşəkilli idi. Levenhuk gördüklərinin hamısını ətraflı surətdə təsvir etdi və dəqiq şəkillərini çəkdi.

Levenhuk insanlara məlum olmayan, lakin təbiətdə və insan həyatında mühüm rol oynayan canlı aləmi – mikroorqanizmləri kəşf etdi. Hollandiyalı yun alverçisinin kəşfləri Avropanın məşhur alimlərinin marağına səbəb oldu. London Kral Cəmiyyətinin (İngiltərə Elmlər Akademiyası), üzvləri dahi İsaak Nyutonun özü və məşhur fizik Robert Boyl Levenhukun məlumatlarına diqqətlə qulaq asırdılar. Əvvəllər də gözlə görünməyən və təhlükəli yoluxucu xəstəliklərə səbəb olan sadə varlıqların mövcudluğu haqqında fikirlər söylənmişdi. Lakin Levenhuk mikrobları gözlə görən ilk alim idi. Əlbəttə bu, hələ mikroskop deyildi. Bir neçə linzadan ibarət olan mürəkkəb cihazlar-mikroskoplar sonralar kəşf edilmişdi. Levenhukun "mikroskop" u isə əslində 300 dəfə böyüdə bilən çox güclü lupa idi.

1933-cü ildə alman alimi Maks Kroll və Ernst Ruska elektron mikroskopu ixtira etdilər. Bu mikroskopun vasitəsi ilə ən kiçik zərrəcikləri belə görmək mümkündür

tarix.info


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1185   Tarix: 26 yanvar 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Braziliyada daşqınlar nəticəsində ölənlərin sayı 29-a çatıb

Braziliyada güclü yağışlar zamanı daşqınlar nəticəsində ölənlərin sayı artıb. BİG.AZ xəbər verir ki, ölənlərin sayı 29-a, itkin düşənlərin sayı isə 60 nəfərə çatıb. Bu barədə Ştatın Mülki Müdafiə nazirliyi bəyanat yayıb. Açıqlamada qeyd edilib ki, yağışlar 154 qəsəbədə ciddi fəsadlar törədib. Daşqınları

03.05.2024 144
.

Uşaq Birliyinin rəhbərinin intihar iddialarına RƏSMİ CAVAB - FOTO

Bu gün paytaxtın Əmircan qəsəbəsində yerləşən 97 saylı orta məktəbin Uşaq Birliyi rəhbəri Nərminə İsmayılova sosial şəbəkə hesabında intihar anonsu verib. "Qafqazinfo" xəbər verir ki, 2014-cü ildən həmin məktəbdə birlik rəhbəri vəzifəsində çalışan N.İsmayılova iş yerində sıxışdırıldığını iddi

03.05.2024 513
.

Türkiyə İsraillə bütün ticarəti dayandırıb

Türkiyə İsraillə bütün ticarəti dayandırıb. xəbər verir ki, bu barədə Bloomberg News məlumat yayıb. Ötən ay Türkiyə Qəzzadakı müharibə səbəbindən İsrailə ixracı məhdudlaşdırmışdı

03.05.2024 250
.

Hava ilə bağlı daha bir - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında mayın 5-i axşamdan 7-si səhərədək şimal-qərb küləyinin əsəcəyi, küləyin sürətinin 15-20 m/s, bəzi yerlərdə arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, 5-i axşam bəzi yerlərdə yağış yağacağ

03.05.2024 1662
.

"Azərbaycan vətəndaşları Şengen vizasının alınmasında maneələrlə üzləşirlər" - Turizm eksperti

"Şengen vizasının alınmasında ciddi qaydalar tələb olunur və Azərbaycan vətəndaşları həmin ölkələrə gedərkən maneələrlə üzləşirlər. Azərbaycan vətəndaşı Almaniya və ya Polşaya gedərkən saatlarla səfirliyin qarşısında dayanır,bəzi hallarda tamamilə imtina alır". Bu sözləri turizm eksperti Sami

03.05.2024 410
.

143 milyonluq yeyintiyə görə daha bir zabit həbs edildi

Müdafiə Nazirliyinin müxtəlif hərbi hissələrində maliyyə xidmətin rəisi vəzifəsində işləmiş Elvin Cəfərov həbs edilib. APA xəbər verir ki, ona Cinayət Məcəlləsinin 179.4-ci (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham olunub. Elvin Cəfərov 143 milyonluq mənimsəmə üzrə cinayət işində təqsirl

03.05.2024 355
.

İraqın şimalında 32 terrorçu zərərsizləşdirilib - VİDEO

İraqın şimalında yerləşən Haftanin, Qara, Hakurk və "Klaw-Lock" əməliyyatı keçirilib. BİG.AZ xəbər verir ki, ümumilikdə 32 PKK terrorçusu zərərsizləşdirilib

03.05.2024 222
.

Mətanət Əsədova: "Üzümə gülüb can-can deyir, amma məni toylardan "vurdurur""

"Elə bir dövrdə yaşayırıq ki, feyk səhifələrdən yazanları 5 dəqiqə içində hüquq-mühafizə orqanları tapırlar. Bir müğənni var, məni görəndə üzümə gülüb can-can edir, amma sosial şəbəkələrdə pulnan adam tutub məni söydürür". -ın xəbərinə görə, bu fikirləri "Kanal S"də yayımlanan verilişlərdə

03.05.2024 369
.

Ailəsinin beş üzvünü qətlə yetirən Əhməd Əhmədov hazırda harada saxlanılır?

Ailəsinin beş üzvünün qətlinə görə saxlanılan Əhməd Əhmədovun cinayət işi üzrə istintaq davam edir. APA xəbər verir ki, bunu Xətai rayon prokuroru Sərdar İmanov jurnalistlərə açıqlamasında deyib:. "Hazırda həmin iş üzrə istintaq davam edir. İlkin ekspertiza rəyi alınıb. Əlavə komission psixiatriy

03.05.2024 819