Evim maşınım hər şeyim var

Evim maşınım hər şeyim var- Sevilən aktyorlardan birisən. Gülüş sənə görə nə deməkdir?
- Mənə görə gülüş həyat, sağlamlıq deməkdir. Mən həyatda da gülən və güldürən insanam. Güldürmək yumoristik aktyorun işidir. Elə insanlar var ki, onların üzündə gülüş, təbəssüm yoxdur. Bunlar aciz insanlardır. Allah ondan elə bir şeyi əsirgəyib ki, qismən də olsa, buna görə üzülürəm. Elə özümüzdən götürək. Səhər yuxudan duranda maraqlı bir şeyə baxırıq, üzümüzdə təbəssüm yaranır, əhval-ruhiyyəmiz yaxşı olur. Mən də bir aktyor kimi insanların üzündə təbəssüm, gülüş yarada bilirəmsə, bu mənim üçün şərəfdir, mənim uğurumdur.

- İnsanları güldürmək yoxsa ağlatmaq asandır?
- Biz güldürmək üçün çox əziyyət çəkirik. Əgər aktyor professionaldırsa, bu onun üçün çətin deyil. Hətta bilirik ki, filmin hansı yeri daha çox gülüşə səbəb olacaq. Bildiyiniz kimi, axırıncı filmimiz - "My name is İntiqam" nümayiş olundu. Filmin montajı bitdikdən, kinoteatra verdikdən sonra çox gözəl bilirdik ki, insanlar filmin hansı yerinə daha çox güləcək. Fikrimizdə də yanılmadıq. Eyni zamanda filmdə güldürmək ssenaristdən də asılıdır. İndi bacarıqlı ssenaristlər azdır. Ağlatmağa qalsa onu bacarmaq asandır. Onsuz da kövrək xalqıq, kim nə yalan desə, ona inanıb ağlayırıq. Güldürməyi isə istedadsız adam bacara bilməz.

- Sağlam zarafat nə üçün lazımdır?
- Məncə, bizim hamımıza sağlam gülüş lazımdır. Bunun üçün də normal, sağlam zarafat lazımdır. Düzdür, elə olur ki, zarafatın özünə xoş, qıraqdakılara isə pis gəlir. Bu, istənilən yumoristik aktyorda olub. Yazırsan, ilk öncə özün bəyənirsən, sonra baxırsan ki, şit alınıb. Öz-özünə deyirsən, kaş bunu yazmazdım. Xalq arasında buna boğazdan keçməyən zarafat" deyirlər. Amma zaman keçdikcə, təcrübə artdıqca bilirsən ki, hansı zarafatlar bəyəniləcək.

- İndiki zarafatların səviyyəsinin aşağı düşməsi nədən asılıdır?
- Baxır sən kim və hansı komanda ilə işləyirsən. Təbii ki, elə verilişlər, seriallar var ki, orada ucuz zarafatlardan istifadə edirlər. Burada sizinlə razıyam. Bizdə bilirsiniz zarafatların səviyyəsi niyə aşağı düşür? İnandırım sizi ssenaristlər yoxdur. Mən özüm iki ssenarist - Ənvər Abbasov və Fariz Əliyev ilə çalışıram. Bu iki insanın zarafatları hər kəs tərəfindən bəyənilir. Farizin zarafatlarına heç kəs şübhə ilə yanaşa bilməz. Elə zarafatlar var ki, açıq-saçıq zarafatlardır. Bunları bayağı adlandırmaq düzgün deyil. Qonşu ölkələrdə - Rusiyada, Türkiyədə göbəkdən aşağı zarafatlar edirlər. Bunlar ikibaşlı zarafatlardır. Bir mənalı şəkildə yanaşmaq düzgün deyil. Bunlar normal proseslərdir.

- Özünə gülürsən?
- Elə bir şeylər var ki, siz ona güləndə mən, mən güləndə isə siz gülmürsünüz. Təbii ki, harada yaxşı yumoristik veriliş, serial varsa, mən də gülürəm. Mən heç vaxt özümü sıxıb demirəm ki, gülməli deyil.

- Səhnəyə gəldiyin ilk günü necə xatırlayırsan?
- Mən o zamanlar Mədəniyyət və İncəsənət Universitetində oxuyurdum. İlk dəfə efirə "Tək səbir" verilişi ilə çıxmışam. Bu verilişdən sonra məşhur olmağa başladım. Bu verilişdə məndən başqa Elməddin, Fərda, Talıb, Ramiz də vardı. Biz hamımız bu verilişin yetirmələriyik. Tale elə gətirdi ki, bizim yollarımız ayrıldı, hərə öz yolunu tutmağa başladı. Belə də məsləhətiymiş. Əvvəlki günlərimiz - yaşam tərzimiz, maaşımız çox ağır idi. Şükür Allaha, o günlər artıq arxada qaldı.

- Əvvəlki Müşfiq üçün darıxırsan?
- Təbii ki, insan yaşa dolduqca əvvəlki günlər üçün darıxır. Lakin o günlərin ağrılı-acılı keçdiyini düşünəndə qayıtmaq istəmirsən. Əvvəlki Müşfiqə gəldikdə isə o da başqa bir aləm idi. Yaşa dolduqca o Müşfiq üçün darıxıram. Çünki bilirsən ki, üzü o tərəfə gedirsən.

- "Tək səbir", "Tam sərbəst". Yenə belə layihələr olacaq?
- Hər ikisi zamanında çox sevilən verilişlər idi. Elə indi də " YouTube" kanalında izlənilir. O biri yoldaşlarımı deyə bilmərəm, mənim ürəyim filmlə, kino ilə çırpınıb. Birinci filmim çox uğurlu oldu. İnşallah, ardı gələcək. Belə layihələrə gəldikdə isə hələ ki, fikrim yoxdur.

- Bir az da bu üç dostun tanışlığından danışaq. Müşfiq, Fərda, Elməddin dostluğu necə yaranıb?
- Biz ümumiyyətlə "Tək səbir" verilişində tanış olmuşuq. Amma Fərda Xudaverdiyevlə tanışlığım "KVN"də baş tutub. Fərda orada "AZAL" komandasına hazırlaşırdı. Daha sonra onunla birlikdə "Tək səbir"ə gəldik.

- Bildiyimizə görə, əvvəllər kirayədə qalırdınız. Bəs indi?
- Mən dostlarım arasında ən gec ev alan olmuşam. Bilirsiniz necədir, cavanlıq, şəhər mühiti insanı bir az dəyişir. Qazancımız olub, amma onu səmərəli istifadə etməmişəm. İndi şükürlər olsun, evim, maşınım, hər şeyim var.

- Əvvəlki Müşfiq ilə indiki arasında dəyişməyən xüsusiyyətlərdən biri də subay olmağındı. Evlənmək fikrin yoxdur?
- İnandırım sizi günümün ən aktual mövzularından biri də evlənməklə bağlıdır. Evdəkilər, dostlarım, həmkarlarım hamısı nə vaxt evlənəcəyimi soruşur. Düzdür, yaş da öz sözünü deyir. Qismətdən çox şey asılıdır.

- "My name is İntiqam" cəmiyyət tərəfindən bəyənildi?
- Bəli. Şükürlər olsun ki, çox bəyənildi. Bu yaxınlarda "My name is İntiqam-2" filminin çəkilişlərinə başlayacağıq.

- İntiqamla Müşfiq arasında oxşarlıq var? İntiqamı sənin prototipin kimi sezmək olar?
- Müəyyən dərəcədə oxşarlıq var. Həyatımda yaşadığım elə anlar olub ki, onlar İntiqamın həyatı ilə uyğunlaşır. Mən də onun kimi 10-15 il bundan əvvəl rayondan - Lənkərandan gəlmişəm, o da. (gülür)

- Aktyor olmaq istəyən gənclərə nələri məsləhət görərdin?
- Çox gözəl sualdır, çünki bu olduqca vacibdir. Bu iş asan deyil. Qıraqdan baxanlar üçün güldürmək asan gəlir, amma belə deyil. Elələri var ki, iki dənə zarafat edirlər və mən bunu bacarıram deyirlər. Bu sahədə təcrübə və bacarıq mühümdür. Çalışmaq lazımdır ki, şablon zarafatlardan - kimisə parodiya etmək kimi şeylərdən istifadə etməyəsən.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1973   Tarix: 25 yanvar 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Serenaya görə Umutu sildi

Aktrisa Melisa Şenols keçmiş sevgilisi iş adamı Umut Evirgeni instaqramda izləmədən çıxarıb. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb cütlük ayrıldıqdan sonra Umutun aktrisa Serenay Sarıkaya ilə eşq yaşaması iddiaları olub. O, bütün birlikdə çəkdirdikləri fotoları da hesabından silib. Umut is

17.09.2021 2293
.

"Kalp yarası"nda yeni aktyor - Foto

Reytinqlərdə ilk sırada yer alan "Kalp yarası" serialına yeni aktyor daxil olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işində Görkem Mertsöz rol alacaq. Aktyor serialda psixoloq obrazına həyat verəcək

17.09.2021 3104
.

"Polislər bizi mühasirəyə alıb, şöbəyə apardı"

"Yaxşı maşınım, gəlirim, evim, yaşayışım var. Çox yaxşı yaşayıram. Pulunu yaxşı şeylərə xərcləməsən, heç vaxt yerinə gəlməyəcək. Mən də yaxşı şeylərə, xeyriyyəyə xərcləyirəm. Eləsi olur ki, pulu var, amma xeyriyyəçilik etmir. Kimsə yaxşılığa xərcləmirsə, canına xərcləyəcək". Axşam.az xəbə

16.09.2021 3763
.

AzTV-nin Ceyranı ad günü etdi - Fotolar

AzTV-nin aparıcısı, uzun illərdir efirdən uzaqlaşan Ceyran Rəhimovanın ad günü olub. Axşam.az-a istinadən xəbər verir ki, o, özəl gününü yaxınları ilə qeyd edib. Ad günündən şəkilləri Xalq artisti Nəzakət Teymurova sosial şəbəkədə paylaşıb. Qeyd edək ki, C.Rəhimova AzTV-dən uzaqlaşdıqdan sonra televiziy

18.09.2021 9970
.

Əməkdar artistdən şok açıqlama: "Oğlan adı ilə mənlə danışırdı…" - VİDEO

Əməkdar artist Gülüstan Əliyeva açılaması ilə diqqət çəkib. -a istinadən xəbər verir ki, "Onun sirri" proqramına qonaq olan sənətçi, məşhur prodüserlərdən birinin oğlan adı ilə ona tez-tez zəng vuraraq telefonla danışdığını bildirib:. "Mənə tez-tez zəng edirdi. Oğlan adı ilə danışırdı

16.09.2021 4875
.

Özcan Dəniz hakim qarşısına çıxdı

Keçmiş həyat yoldaşı Feyza Aktana şiddət göstərməsi səbəbi ilə məhkəməlik olan türkiyəli aktyor Özcan Dəniz hakim qarşısına çıxıb. Axşam.az-a istinadən xəbər verir ki, 1 il 6 ay həbsi tələb olunan aktyor Feyza Aktanın yalan dediyini bildirib:. "Övladımın qəyyumluğunu istədiyim üçün məni çətin vəziyyət

16.09.2021 1271
.

Toyunda ürəkdən "hə" deməsi minlərlə baxış sayı topladı - VİDEO

4 ilə yaxındır sevgili olan tanınmış müğənni Ece Seçkin və pilot Çağrı Terlemez cütlüyü özünə toy edib. xəbər verir ki, bu barədə ifaçı instaqram hesabında bildirib. Seçkinin toyda geyindiyi iki fərqli gəlinlik böyük marağa səbəb olub. Bundan başqa, müğənninin nikah mərasimində "Çağrı Terlemezl

16.09.2021 1693
.

Pandemiyada ikinci restoranını açdı

Aşıq Zülfiyyə pandemiya ərəfəsində biznesini gücləndirib. Axşam.az-a istinadən xəbər verir ki, sənətçi bundan əvvəl yaşadığı binada restoran açmışdı. Bir neçə gün əvvəl isə aşıq yenidən restoran açıb. Onun açılış mərasiminə sənət dostları da qatılıblar. Qeyd edək ki, Zülfiyyə bundan əvvəl daha bir restoranını

17.09.2021 3697
.

"Ata tərəfim Azərbaycandandır" - Acun Ilıcalı

"TV 8"in rəhbəri, aparıcı Acun Ilıcalı "Müge ve Gülşen’le 2.Sayfa" proqramının qonağı olub. Axşam.az-a istinadən xəbər verir ki, aparıcılar Acuna gənc qalmasının sirrini soruşublar. O, isə söhbət zamanı ata tərəfinin Azərbaycan köklü olduğunu deyib. Acun bildirib ki, gənc qalmasını

16.09.2021 2120