Söz tapa bilməyəcəyik - II HİSSƏ

Söz tapa bilməyəcəyik - II HİSSƏ

Çoxları elə düşünür ki, kondisioner ustası olmaq boş şeydir!

Çoxları elə düşünür ki, kondisioner ustası olmaq boş şeydir. Siz nə danışırsınız!? Həyatımın 32 ilini bu peşəyə sərf eləmişəm, əvvəllər zavodda işləmişəm, sonra bütün zavodları bir-bir bağladılar. İndi isə lap çətindir, yeni kondisionerlər istehsal olunur, köhnələrini isə alan yoxdur. Mən kondisioner ustası ola-ola insan həyatını xilas eləmişəm.

- "Deməli, neçə il bundan əvvəl gecə saat 11-də iş yerimin qapısını bağlayanda bir nəfər gəldi ki, kondisioneri xarab olub, düzəltmək lazımdır. Evlərinə daxil olanda gördüm ki, balaca bir otaqdır, pəncərə, nəfəslik də yoxdur və həyətda bir hamilə qadın oturub. Otaqda istidən nəfəs almaq mümkün deyildi, qadın evə girə bilmirdi. Buna göz yuma bilmədim, elə gecənin yarısı iş yerinə gəlib lazımi materialları götürüb o evə qayıtdım. Gecə artıq saat 1-2 olardı ki, kondisioneri artıq düzəltmişdim, hazır idi..."

Bu yaxınlarda isə yanında iki 13 yaşlarında uşaqlarla bir kişi mənə yaxınlaşdı və dedi: "Məni xatırladın? Gecə gəlib kondisionerimizi düzəltmişdin. Evdə hamilə qadın var idi, bax bu, həmin uşaqlardır". (Usta göz yaşlarını saxlaya bilmədi)
Mən kondisioner ustası olmağımla qürur duyuram və mənə qarşı nə qədər haqsızlıq olsa da həmişə çalışmışam ki, imkansız insanlar üçün təmiri pulsuz edim. Hər peşənin öz dəyəri var! ©

- İsrafil Qurbanov

Söz tapa bilməyəcəyik - II HİSSƏ

"CANLI SVETAFOR"

Gözəl vətəndaşlarımızı tanıyaq!

Xalid maraqli insandır, Əmircanda ona "canlı svetafor" deyirlər, neçə ildir tamənnasız uşaqları yoldan keçirir ki maşın vurmasın.

Mən XII qrup əmək veteranıyam, Qarabağ savaşında bir qardaşımı itirmişəm. Daha sonra dövlət tərəfindən verilən kiçik bir köşkdə maşın yağı, sabun, şampun və məktəbli ləvazimatları satmışan. Bilirsiz , Mən yolu keçmək istəyən hər kəsə köməklik etməkdən zövq alıram. Əynimdə xüsusi jileti yol polisi tərəfindən verilib və bu işə olan sevgimi birə-beş artırıb. Düz 1997-ci ildən bu işi təmənnasız olaraq görmüşəm. Gündə 138 uşağı yolun bir tərəfindən digər tərəfinə keçirirəm. Yolu keçirdiyim uşaqların çoxu məktəblilərdir.
- Bəs nəyə görə "canlı svetofor? sualına isə o gülərək cavab verdi. "Bu adı mənə ilk dəfə Aytən adlı balaca məktəbli qız verib: "O, yolun qarşı tərəfində durub məni çağırdı ki, ay "canlı svetofor", gəl məni yoldan keçir. Bundan əvvəl də uşaqları yoldan keçirirdim. Çox adam heç adımı da bilmir. Hər kəs mənə "canlı svetofor" deyir". Məktəbnən üzbəüz bir butka açdım məktəblilərə yol hərəkat qaydalarını öyrədirəm"

Və ən əsası yolun kənarına "Sürücülər ehtiyatlı olun! Qarşınıza öz övladınız çıxa bilər!" - şüarını lövhəyə yazıb vurmuşam! Biz insan olaraq bir birimizə kömək etməliyik, bir birimizin qədrini bilməliyik! ©

- Xalid Musayev

Qeyd: "Kəndin ensiz dar yolundan hər gün yüzlərlə məktəblini qarşı tərəfdəki 114 saylı məktəbə yola salan Xalid kişi böyükdən-kiçiyə hər kəsin sevimlisinə çevrilib"

Söz tapa bilməyəcəyik - II HİSSƏ

HƏR DƏFƏ PENSİYAMI ALANDA....

Hər dəfə pensiyamı alanda gedirəm 50 qəpiklik yem alıb gəlirəm bura, quşları yemləyirəm. Demək olar ki, həftədə 3-4 dəfə bunları görürəm. Mənə çox doğmadılar: sanki mən uşaq baxçasında müəllim, onlar isə mənim uşaqlarım. Və göyərçinlər dən yeyəndə onları qoruyuram ki, kimsə quşların üstünə qaçıb onları uçurtmasın. Hərdən mənə sual verirlər ki, bəs ,ay nənə, çörək pulunu necə çatdırırsan? Mənim bir cavabım olur: "Hər bir insan 40-50 köpük xərcləməklə nə varlı, nə də ki, kasıb olur". Məni yaşadan bu quşlardır.... ©


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1566   Tarix: 21 yanvar 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini

13.09.2021 2197
.

Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO

Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd

11.09.2021 1188
.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi

15.09.2021 1571
.

Peyvənd olunana pulsuz dönər təklifi

Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin

16.09.2021 1185
.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164
.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə

16.09.2021 877
.

Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA

MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur

14.09.2021 364
.

Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd

15.09.2021 660
.

Ofis daxilində yaranan havasızlıq işçilərin yaddaşına və diqqətinə təsir edir

Mütəxəssislərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, işçilərin ofisdə iş zamanı yorğunluğunun və halsızlığının əsas bir vacib səbəbi var. Belə ki, bu səbəb təkcə işçilərin işləmək istəməməsi ilə əlaqədar deyil. Söhbət iş yerində olan havasız şəraitdir. ABŞ-dan olan tədqiqatçılar işçiləri

12.09.2021 489