Özünü ölü hiss edən qız 3 ildən sonra dirildi - FOTO

ABŞ-ın Alabama ştatının sakini 17 yaşlı Heyli Smit uzun müddətdir ki, özünün ölü olduğunu zənn edib. İş ondadır ki, Heyli 3 il "yeriyən ölü sindromu" kimi tanınan nadir xəstəlikdən əziyyət çəkib.

Elmi adı Kotar sindorumu olan xəstəliyə yoluxan insanlar adətən özlərini ölü sayır və ya bədəninin hər hansı bir hissəsinin fəaliyyətdən qaldığını düşünür. Nəticədə, bu nadir xəstəliyə tutulan bəzi insanlar psixologiyası pozulur və onlar yemək yeməyi mənasız hesab etdikləri üçün acından ölürlər.

Maraqlıdır ki, Heyli terapevtin və "Disney" filmlərinin köməkliyi ilə sağalıb.

Bipolyar şizofreniyanın bir növü olan Kotar sindromu psixi pozuntu hesab olunur. Bu diaqnozlu xəstələr qanlarının tükəndiyini düşünür və hansısa bədən üzvlərinin və ya orqanlarının olmadığını deyirlər.
Sağaldıqdan sonra Heyli öz təəssüratlarını belə bölüşür: "Valideynlərim boşandıqdan sonra çətinliyin öhdəsindən gələ bilmirdim. Günlərin birində ingilis dili dərsində oturarkən özümün qəfildən ölü olduğumu zənn etdim. Əl-qolumu tərpədə bilmirdim".

Qız həkim yanına getsə də, onda heç bir problem aşkar edilməyib.
O söyləyir: "Bir gün dərsdən qayıdarkən qəbiristanlığa gedib digər ölülərlərin yanında olmaq barədə düşünürdüm. Lakin fikrimdən daşınaraq evə getdim və yatdım".

Heyli yuxudan oyandıqdan sonra ölülər haqqında fikirləri beynindən çıxarmağa çalışıb. Lakin bir neçə gündən sonra bu hal yenidən təkrarlanıb. Sağaldıqdan sonra qız deyir: "Bazarlıq edən zaman qəfil yenə ölü olduğumu zənn etdim. Bütün bədənim quruyub qalmışdı. Əlimdə saxladığım çantaları yerə ataraq mağazadan uzaqlaşdım. Getdikcə dəli olduğumu düşünməyə başlayırdım".

Ən pisi isə odur ki, bu qəribə fikirlər bu dəfə onun beynindən çıxmayıb. Nəticədə, Heyli məktəbi atıb, səhər yatıb gecələr oyaq qalmağa başlayıb.

O xatırlayır: "Mən qəbiristanlıqda piknik qurmaq haqda planlar cızırdım. Vaxtımın çoxunu qorxulu filmlərə baxmağa sərf edirdim. Daha çox zombi haqda olan filmlərə baxırdım, çünki düşünürdüm ki, onlar mənim ailəmdir və onların yanında olmalıyam. Sonradan isə hər şeyi yeməyə başladım. Çünki ölü olduğum üçün heç nə məni kökəldə bilməzdi".
Heyli dostları ilə əlaqəsini də pozmalı olub. Lakin Heyli sonda öz sirrini yaxınlarından birinə etiraf edib: "Mən bu xəbəri tanışıma dedikdə, elə bildim ki, məndən qorxacaq. O isə sakit dayanaraq mənə qulaq asırdı. Bu mənə dərdimi atama demək üçün əminlik verdi".

Heyli vəziyyəti atasına danışdıqda onun sindroma yoluxmasından artıq 2 il keçmişdi. Ata onu həkimə apardıqdan sonra həkimlər Heyliyə Kotar və ya "Yeriyən ölü sindromu" diaqnozu qoyub. Həkim onun xəstəlik tarixçəsini araşdırdırdan sonra məlum olub ki, sən demə, Kotar xəstələri qəbiristanlıq və ölülər haqda filmləri izləməyi xoşlayır.

Həkim qıza "Disney" istehsalı olan filmlərə baxmağa tövsiyə edib. Heyli deyir: "Həqiqətən də, Disney filmləri mənə sağalmağa kömək etdi. Çünki mən o filmlərə baxdıqda canlı və xoş təəssüratlar alırdım".

Heylinin sağalaraq özünə gəldiyi üçün "Ələddin", "Yatmış gözəl", "Su pərisi" kimi animasiya filmlərinə borcludur.

Qeyd edək ki, Kotar sindromu 1788-ci ildən elmə məlumdur. Xəstəlik fransız nevpatoloqu Jül Kotarın şərəfinə adlandırılıb.
Belə bir xəstəlik 2008-ci ildə 53 yaşlı Nyu-York sakinində də aşkar edilib. Belə ki, o, özünün ölü olduğunu iddia edərək, balıq kimi iyləndiyini deyirmiş.

publika.az

Özünü ölü hiss edən qız 3 ildən sonra dirildi - FOTOÖzünü ölü hiss edən qız 3 ildən sonra dirildi - FOTOÖzünü ölü hiss edən qız 3 ildən sonra dirildi - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 23446   Tarix: 17 yanvar 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018
.

Bu üçəmlər "TikTok"da səs salıb, amma oğlanlar... - FOTO-VİDEO

İngiltərənin Qreyvzend şəhərindən olan 18 yaşlı Şerena, Keyli və Eliza Terri üçəmləri aktiv "TikTok" istifadəçiləridirlər. BİG.AZ xəbər verir ki, onlar barədə "Daily Mirror" yazır. Qızlar əks cinslə münsibətlərindən danışarkən bildiriblər ki, oğlanlar çox vaxt bacıların gözəlliyin

16.09.2021 3201
.

On ildən sonra övladı doğuldu, tearda baş verənlər ölümünə səbəb oldu - Arzusu ürəyində qalan Xalq artistimiz

BİG.AZ -a istinadən Xalq artisti İlham Əsgərov haqqında maraqlı faktları təqdim edir. İlham Təvəkkül oğlu Əsgərov 16 iyul 1958-ci ildə Masallı rayonunun Xançobançı kəndində anadan olub. Hələ uşaqlıq illərindən teatra həvəs göstərib. Məktəb illərində ilk dəfə səhnəyə 9-cu sinifdə çıxıb. O, Abbas Səhəti

11.09.2021 2055
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

13.09.2021 1580
.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.

Yeni Zelandiyanın adı dəyişdirilir?

Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən "Maori" partiyası ölkənin rəsmi adının dəyişdirilməsi üçün parlamentə təqdim edəcəyi petisiyanı onlayn imza üçün açıb. -a istinadən xəbər verir ki, petisiyada ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi, şəhərlərin, qəsəbələrin və yerləri

15.09.2021 1222
.

Gecə paltarı ilə yatmayın - SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların

16.09.2021 3554
.

İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini

13.09.2021 2197