"Zəlzələ" surəsinin izahı

"Zəlzələ" surəsinin izahıMənbə: http://zikr.az

Mərhəmətli və Rəhmli Allahın adı ilə! 
1. Yer titrəyib lərzəyə gələcəyi zaman;
2. Yer öz yükünü bayıra atacağı
3. və insan: "Ona nə olub?"– deyəcəyi zaman –
4. həmin gün yer öz əhvalatlarını danışacaqdır.
5. Çünki Rəbbin ona vəhy edəcəkdir.
6. O gün insanlar əməllərinin onlara göstərilməsi üçün dəstə-dəstə gələcəklər.
7. Zərrə qədər yaxşılıq edən əvəzini alacaqdır.
8. Zərrə qədər pislik edən də əvəzini alacaqdır.
əz-Zəlzələ (zəlzələ) surəsinin izahı

Yer titrəyib lərzəyə gələcəyi zaman
Bu ayədə Qiyamət günü baş verəcək zəlzələ nəzərdə tutulur. Uca Allah buyurur: "Ey insanlar! Rəbbinizdən qorxun! Həqiqətən, o Saatın sarsıntısı müdhiş bir şey olacaqdır. Onu görəcəyiniz gün hər bir əmzikli körpəsi olan qadın əmizdirdiyini unudacaq, hər bir hamilə qadın bətnindəkini salacaqdır. İnsanları sərxoş görəcəksən, halbuki onlar sərxoş olmayacaqlar. Allahın əzabı hədsiz şiddətlidir" (əl-Həcc, 1-2).
Qiyamət günü misli görünməmiş böyük zəlzələ olacaqdır. O gün insanlar özlərini itirəcək və sərxoş kimi görünəcəklər, halbuki onlar sərxoş olmayacaqlar. İnsanlar baş verənlərin dəhşətindən nə edəcəklərini bilməyəcəklər. Sonra Uca Allah buyurur:

Yer öz yükünü bayıra atacağı və insan: "Ona nə olub?"– deyəcəyi zaman
Yəni, Yer qəbirdə olanları üzə çıxardacaq. Uca Allah buyurur: "Sur üfürüləcək və Allahın istədiyi kimsələrdən başqa göylərdə və yerdə kim varsa, hamısı öləcəkdir. Sonra bir daha ona üfürülən kimi onlar qalxıb baxacaqlar" (əz-Zumər, 68).
İnsanlar çaşqınlıq içərisində "Yerə nə olub ki, bu zəlzələ baş verib?" deyəcəklər.

həmin gün yer öz əhvalatlarını danışacaqdır
Qiyamət günü Yer, insanların etdikləri xeyir və şər əməllər barəsində xəbər verəcək. Pey­ğəmbər - sallallahu aleyhi və səlləm - demişdir: "Müəzzinin səsini eşidən elə bir cin, elə bir insan və elə bir məx­luq yoxdur ki, Qiyamət günü ona şahidlik etməsin." (əl-Buxari, 609).
Beləliklə, insanların etdikləri xeyir və şər əməllər barəsində Yer şahidlik edəcəkdir. Bu şahidlik Uca Allahın ədalətini, yəni insanların ancaq etdikləri əməllərə görə mühakimə olunmalarını bəyan etmək üçün edilir. Belə ki, hər şeyi öz elmi ilə əhatə edən Allahın bəndələrinə sadəcə "Filan, filan əməlləri etdiniz" deməsi onların mühakimə olunmaları üçün kifayət edərdi. Bu ona görə edilir ki, ədalət tam bərqərar olsun və heç bir günahkar öz günahını inkar edə bilməsin. Çünki, Qiyamət günü bəzi günahkarlar Allaha şərik qoşduqlarını inkar etməyə cürət edəcəklər. Uca Allah buyurur:
"O gün onların hamısını bir yerə toplayacaq, sonra isə şərik qoşanlara deyəcəyik: "İddia etdiyiniz şərikləriniz haradadır?" Sonra onların: "Allaha – Rəbbimizə and olsun ki, biz müşrik olmamışdıq!"– demələrindən başqa bir bəhanələri qalmayacaq. Bax gör onlar özlərinə qarşı necə yalan söyləyirlər. Uydurduqları bütlər isə onlardan uzaqlaşıb yox olacaqlar" (əl-Ənam, 22-24).
O gün müşriklər tək Allaha ibadət edən tövhid əhlinin əzabdan xilas olmasını gördükdə xilas olsunlar deyə Allaha şərik qoşduqlarını inkar edəcəklər. Lakin onların ağızlarına möhür vurulacaq və əlləri törətdikləri əməllər barəsində danışacaq, ayaqları, dəriləri və dilləri şahidlik edəcəkdir. Belə olan təqdirdə onlara günahlarını etiraf etməkdən başqa çıxış yolu qalmayacaq.

Çünki Rəbbin ona vəhy edəcəkdir
Yəni, Uca Allah yerə şahidlik etmək üçün izin verəcək.

O gün insanlar əməllərinin onlara göstərilməsi üçün dəstə-dəstə gələcəklər
O gün insanlar əməllərinə görə haqq-hesab olunmaları üçün dəstə-dəstə Allahın hüzuruna gələcəklər. Hər kəsə əməl dəftəri ya sağ tərəfindən, ya da sol tərəfindən veriləcək. Möminə gəlincə, Uca Allah onunla xəlvətdə danışacaq və o, günahlarını etiraf edəcək. Uca Allah ona: "Filan, filan günahları etdin" – deyəcək, o da günahlarını etiraf edəcək. O, məhv olacağını güman etdikdə isə Allah buyuracaq: "Mən sənin dünyada ikən günahlarını ört-basdır etdim, bu gün də günahlarını bağışlayıram".
Kafirə  gəlincə, onunla bu cür rəftar edilməyəcək. O bütün şahidlərin qabağına çağrılacaq. Uca Allah kafirlər haqqında buyurur:
"Allaha qarşı yalan uyduran kəsdən daha zalım kim ola bilər? Onlar Rəbbinin hüzuruna gətiriləcək və şahidlər: "Bunlar Rəbbinə iftira yaxanlardır"– deyəcəklər. Allahın lənəti olsun zalımlara!" (Hud, 18).      
Haqq-hesab olunduqdan sonra hər kəs öz layiq olduğu məskənə üz tutacaq. Cənnət əhli Cənnətə yollanacaq, Cəhənnəm əhli isə Cəhənnəmə sürüklənəcək. Uca Allah buyurur:
"O gün Biz müttəqiləri Mərhəmətli Allahın hüzuruna hörmətli nümayəndələr kimi toplayarıq. Günahkarları isə Cəhənnəmə susamış olduqları halda qovub apararıq" (Məryəm, 85-86).

Zərrə qədər yaxşılıq edən əvəzini alacaqdır. Zərrə qədər pislik edən də əvəzini alacaqdır
"Zərrə" sözü kiçik qarışqa deməkdir. Qurani-Kərimdə və səhih hədislərdə istifadə edilən "zərrə" sözü müasir dövrdə hamı tərəfindən qəbul edilmiş "atom" mənasını ifadə etmir. Çünki həmin dövrdə bu anlayış olmamışdır. 
Qiyamət günü insanın bütün əməlləri, hətta kiçik qarışqa və ya xardal dənəsi ağırlığında etdiyi xeyir və şər əməlləri tərəzidə çəkiləcək. Allah təala buyurur:
"Biz qiyamət günü ədalət tərəziləri ilə haqq-hesab çəkəcəyik. Heç kimə hər hansı bir şeydə ədalətsizlik edilməyəcəkdir. Görülmüş iş bir xardal dənəsi mislində olsa belə, onu gətirib tərəziyə qoyacağıq. Biz haqqı araşdırmağa bəs edərik" (əl-Ənbiya, 47).
Bu surədə Uca Allah insanlara həm xəbərdarlıq edir, həm də onları xeyirxah əməllərə təşviq edir, həmçinin, kiçik qarışqa ağırlığında olsa belə heç bir əməlin əvəzsiz qalmayacağını bildirir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
İslam   Baxılıb: 2449   Tarix: 12 yanvar 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Din xadimləri dünya ictimaiyyətinə müraciət etdi

Din xadimləri dünya ictimaiyyətinə, dini liderlərə və beynəlxalq təşkilatlara müraciət ünvanlayıb. Bu barədə -a Qafqaz Müsəlmanları İdarəsi məlumat verib. Müraciət mətnində deyilir:. "Biz - Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri iyulun 12-də Ermənistan Silahlı Qüvvələrini

24.07.2020 2475
.

Qərbin şərqdən götürməli olduğu 5 QAYDA - Azərbaycanda yaşamış ukraynalı qızın etirafı

Təmizliyin şərqdən gəldiyi barədə deyim bir çoxlarına məlumdur. İslam dini mənəvi paklıqdan əlavə, cismani təmizliyi də imandan bilir və ibadət üçün "qüsl", "dəstəmaz" kimi yuyunma prosesini vacib buyurur. BİG.AZ takprosto.cc saytına istinadən bir müddət Türkiyə və Azərbaycanda yaşaya

27.04.2020 3495
.

"Təzəpir" məscidində bayram namazı qılındı

"Təzəpir" məscidində bayram namazı qılınıbBakıda Qurban bayramı namazı qılınıb. "Report"a istinadən xəbər verir ki, Bakının "Təzəpir" məscidində icra olunan dini ayin Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin imamətliyi ilə keçirilib. Namazd

21.07.2021 1701
.

Məscidlər açılır? - Hacı Şahin DANIŞDI

Azərbaycanda karantin rejiminin yumşaldılmasından sonra məscid və ziyarətgahların fəaliyyəti ilə bağlı qadağa hələ də qüvvədədir. Oktyabr ayının əvvəlindən məscidlərin fəaliyyətinə müəyyən şərtlərlə icazə verilməsi gözlənilir. Operativ Qərargah qonşu ölkələrdəki praktikadan istifadə edərək məscid v

18.09.2020 3732
.

İslam - Yolxucu xəstəlikdən qorunmağın 10 yolu

Uca Allah buyurur: "İnsanların öz əlləri ilə et­diyi əməllərinin nəticəsi ola­raq qu­ru­da və də­nizdə fə­sad törə­yir ki, Allah onlara, etdik­lə­ri­nin bir qis­mi­ni daddırsın. Bəl­kə, onlar haqqa qayıdalar. De: "Yer üzünü gəzib do­laşın və əvvəlkilərin aqibəti­nin ne­cə ol­duğuna baxın. On­ları

26.03.2020 5917
.

Niyə insanın qulağında acı su var?

İmam Kazım (ə) buyurur: "Həqiqətən, Allah Təala bir-biri ilə bağlı olan iki aləm xəlq etmişdir. Onlardan biri Ulyadır, o birisi isə Suflidir. Hər iki aləmin yaradılışını insanda icad etmişdir. Necə ki, bu aləmi kürəvi şəklində xəlq etmişdir, insanın başını da kürəvi şəklində xəlq etmişdir. İnsanı

02.05.2021 3283
.

Fitrə zəkatı necə çıxarılmalıdır? - VİDEO

Fitrə zəkatı daxili və mənəvi dünyanın təmizliyinə dəlalət edir. Fitrə özəlliklə Ramazan ayının son günü, bayram namazına qədər çıxarılmalıdır. İlahiyyatçı Ağa Hacıbəyli deyir ki, fitrə verərkən həmin insana "bu firtədir" demək də məqsədəuyğun sayılmır. "81 qram qızıldan artıq imkanı ola

23.05.2020 3532
.

Nəyə görə ayaqyoluna sol ayaqla girib sağ ayaqla çıxmaq tövsiyə edilir?

Tibb elmi buna cavab verir. İnsan ayaq yoluna sağ ayağı ilə daxil olduğu zaman ürək tutması və ya iflic olarsa bu zaman o arxası üstə yerə düşmüş olur. Əgər sol ayaqla daxil olduğu zaman ürək tutması və ya iflic olarsa bu zaman o üzü üstə ayaq yoluna düşmüş olur. Heç bir müsəlman ayaq yolunda nəcis ola

11.01.2020 5697
.

Ramazan ayının 26-cı gününün imsak, iftar və namaz vaxtları

Sabah Ramazan ayının 26-cı günüdür. Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 9-də imsak vaxtı saat 03:47-də, iftar vaxtı isə 19:59-dadır. Mayın 9-u üçün namaz vaxtları:. Sübh azanı 03:57. Zöhr azanı 12:37. Əsr azanı 17:37. Məğrib azanı 19:59. İşa azanı 21:11. 26-cı günü

08.05.2021 2065