Milyonları güldürən qalmaqallı adam - FOTO

Milyonları güldürən qalmaqallı adam - FOTO"Mister Bin" adı, yəqin ki, hər kəsə tanışdır. Bu gün, mimika və jestlərlə milyonları güldürməyi bacaran bu cənabın doğum günüdür. "Mister Bin" haqda yazını təqdim edirik.

"Mister Bin" kimi tanıdığımız dünya şöhrətli aktyorun əsl adı Rouendir. Rouen Atkinson müasir dünya kinematoqrafiyasının əfsanələrindən birinə çevrilib. Onun özünəməxsus yumoru dünyanın müxtəlif ölkələrindən özünə çoxsaylı pərəstişkar tapmağa nail olub.

Bəs biz onu kifayət qədər tanıyırıqmı? Rouen Atkinsonun karyerası hansı mərhələlərdən keçib? O, bu cür məşhurluğa necə nail olub? Bütün bu suallara bu gün cavab axtaracağıq.

Rouenin uşaqlığı və ailəsi

Rouen Sebastiyan Atkinson 6 yanvar 1955-ci ildə İngiltərənin Dürhem qraflığına aid, o qədər də böyük olmayan Konsett şəhərində dünyaya göz açıb. Fermer Erik Atkinsonun üç övladından ən kiçiyi olan Rouenin anası Ella Beynbric evdar qadın olub.

Qeyd edək ki, Rouen bu ailənin məşhurluq əldə edən tək övladı deyil. Onun qardaşı Rodni İngiltərənin məşhur siyasətçisi və iqtisadi ekspertidir. Uşaqlıq dostlarının dediyinə görə, Rouen həmişə belə şən və gülərüz olmayıb. Uşaqlıqda o, qərarsız, özünə yer tapa bilməyən, hər şeydən narazı olan biri imiş. Rouen hər kəslə dalaşmağı, hamını danlamağı çox sevirmiş.

Milyonların kumirinə çevrilmiş aktyor orta təhsilini tamamladıqdan sonra elektromühəndislik üzrə təhsil almaq qərarına gəlir. O, ali təhsilini Nyukasl Universitetində alır. Bundan sonra isə o, həm də Oksford Universitetində öz təhsilini davam etdirir.

Milyonları güldürən qalmaqallı adam - FOTOGördüyünüz kimi, aktyorun təhsili heç də hazırki fəaliyyətinə yaxın deyil. Məhz Oksford Universitetində təhsil alarkən Atkinson onu böyük səhnəyə aparacaq uğur yoluna ilk addımlarını atır.

O, ilk dəfə Oskford Universitetinin Dramaturgiya Cəmiyyətində öz aktyorluq istedadını nümayiş etdirməyə müvəffəq olur. Onun yumoristik səhnələri çoxlarının xoşuna gəlir. Bu kiçik səhnəciklərlə çoxlarının marağına səbəb olan gənc aktyor sonralar müxtəlif yumor festivallarına dəvət alır və əlbəttə ki, bu təkliflərin hamısını dəyərləndirir.

Sözügedən dövrdə aktyora ən böyük dəstəyi dostu Riçard Kertis verir. Onların dostluğu iş sahəsində daha da möhkəmlənir və Riçard, Atkinsonun filmlərinin rejissoru olaraq fəaliyyət göstərməyə başlayır. Bundan sonra tərəflərin əməkdaşlığı və dostluğu uzun illər davam edir.

Milyonları güldürən qalmaqallı adam - FOTOŞöhrətə aparan yol

"Mister Bin" adı ilə milyonların qəlbində taxt quran aktyora ilk dəfə böyük şöhrət gətirən çıxışı 1976-cı ilə təsadüf edir. Bu tarixdə "Mister Bin" Edinburq festivalında çıxış edir və yüzlərlə insanı güldürməyə müvəffəq olur.

Festivaldakı çıxışından bir neçə dəqiqə sonra jurnalistlər ona yaxınlaşır və çoxsaylı suallar ünvanlayırlar.

Sözügedən layihədən sonra Rouen ilk dəfə məşhurluğun nə olduğunu hiss edir. BBC kanalının prodüserləri onunla maraqlanır, müxtəlif qəzetlər Rouendən müsahibə alır.

Çox keçmir ki, BBC-nin prodüserləri "Mister Bin"lə əlaqə saxlayıb, ona öz şəxsi layihəsini yaratmasını təklif edirlər.

Təbii ki, gənc aktyor bu təklifi qəbul edir. Layihədə yer alan bütün səhnəciklərin müəllifi Rouen Atkinson özü və dostu Riçard Kertis olur.

Bir müddət sonra "Atkinsonun adamları" adı alan layihədə aktyorun başqa bir dostu –Anqus Deyton da yer alır. Anqus Deytonla "Mister Bin" dünyanın müxtəlif ölkələrini birgə gəzir, qastrollarda çıxış edirlər.

Milyonları güldürən qalmaqallı adam - FOTO"Atkinsonun adamları" layihəsi aktyora kifayət qədər uğur və şöhrət gətirir.

Tezliklə Rouen, Riçard və Anqus birlikdə digər layihələr üzərində də çalışmağa başlayırlar. Bu layihələrdən birincisi isə "Qalay gülüş" layihəsi olur. Sözügedən veriliş İTV kanalında yayımlanır.

"Not the Nine O'Clock News" ( "Saat doqquz xəbərləri yox" )verilişindən sonra isə Rouen öz dostları ilə yollarını ayırır və tək işləmək qərarına gəlir.

O, sözügedən verilişdə həm aktyor kimi, həm də ssenarist kimi fəaliyyət göstərir.

1983-cü ildə istedadlı aktyor ilk dəfə bir filmdə rol alır: "Heç vaxt heç vaxt demə" filmi "Ceyms Bond" seriyalarının qeyri-rəsmi davamı idi.

Sözügedən filmdə "Mister Bin"in partnyoru olaraq Şon Kenneri yer alır. Film çəkilişlərindən sonra şotland aktyor "Mister Bin"in pərəstişkarına çevrildiyini bildirir.

Milyonları güldürən qalmaqallı adam - FOTOQeyd etmək lazımdır ki, 1983-cü il ingilis aktyorunun həyatında mühüm əhəmiyyətə malikdir. Bu periodda o, öz şəxsi kinokomediyasına çəkilir. Həmçinin bu ildə o, kult layihəsi hesab olunan "Qara gürzə"yə start verir. Sözügedən layihə televiziyada yayımlandığı vaxtdan qısa müddət sonra çox böyük uğura imza atır.

Öz adını daşıyan teleserialı yaradarkən "Mister Bin" yenidən öz köhnə dostu Riçard Kertislə birgə işləməyə başlayır. Riçard çəkilən hər seriyanın ssenari müəllifi olur. Teleserial o qədər uğur və şöhrət qazanır ki, layihənin müddəti altı ilə qədər uzadılır. Hətta komediya janrında ekranlaşdırılan bu teleserial "Britaniyanın ən yaxşı 100 teleproqramı" mükafatlandırılma mərasimində on altıncı yerdə qərarlaşır.

Bir sözlə, sözügedən teleserial böyük bir fırtına qoparır və Roueni bütün dünyada tanınan bir ulduza çevirir. Bu səbəbdən sözügedən teleserialdan sonra Rouenin aldığı bütün film təkliflərində ona baş rollar təklif olunur. Belə filmlərə "İfritələr", "Yekəpər" və digərlərini nümunə göstərmək olar.

Aktyorun daha böyük uğurlar qazandığı layihələri isə bir-birinin ardıyca 90-cı illərdə başlayır.

1990-cı illərin əvvəllərində "Mister Bin" komediyası ekranlaşdırılır. Sözügedən komediya on dörd seriyadan ibarət olur.

Qeyd edək ki, hazırda bu komediya İngiltərənin komediya kultu hesab olunur.

1997-ci ildə "PolyGram Filmed" kompaniyası "Mister Bin"in macəraları ilə bağlı yeni bir film çəkir. Və film yüksək məbləğdə gəlir əldə edir.

Doqquz il sonra – 2007-ci ildə Rouen bütün dünyanı güldürməyə müvəffəq olur. Onun yeni filmi – "Mister Bin istirahətdə" filmi izləyicilərə təqdim olunur.

Aktyor təkcə bu filmlə kifayətlənmir. Müxtəlif filmlərdə yaratdığı özünəməxsus rolları ilə izləyiciləri güldürməyə davam edir. Bu filmlərə "Hər şey mümkündür", "İsti başlar – 2", "Dörd toy və bir dəfn" kimi filmləri misal göstərmək olar. Sadaladığımız bu filmlər Britaniya kinematoqrafiyasında bir ilkə imza atıb. Bu filmlər Britaniya kinematoqrafiyasında ən çox qazanc əldə edən filmlər siyahısında liderlik edir.

Milyonları güldürən qalmaqallı adam - FOTOAktyorun son illərdəki fəaliyyətindən danışarkən onun "agent Conni İnqliş" obrazından da söz açmaq lazımdır. Sözügedən obraz məşhur "Ceyms Bond"un parodiyasıdır.

2011-ci ildə izləyicilərə təqdim olunan "Conni İnqliş" aktyorun son filmlərindəndir.

2013-cü ildə Rouen Atkinson yalnız teatrlarda səhnələrə çıxıb. O, "Mister Bin" serialının çəkilişləri ilə bağlı hələ ki, məlumat verməyib.

Milyonları güldürən qalmaqallı adam - FOTORouen Atkinsonun şəxsi həyatı

"Mister Bin"in vizajist kimi fəaliyyət göstərən Sunetra Sastri ilə evliliyindən Bendji və Lili adlı iki övladı var. Aktyor hal-hazırda Böyük Britaniyada yaşayır. Aktyorun şəxsi varidatının yüz milyon funt civarında olduğu deyilir.

İllərdir müxtəlif komediyalardan əldə etdiyi pulu hazırda aktyor avtomobil kolleksiyalarına xərcləməkdən böyük bir zövq aldığını deyir.

kult.az


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 6187   Tarix: 11 yanvar 2015  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Alimlər zəhərə davamlı qurbağa növü aşkar atdilər

Alimlər gözlənilməz dərəcədə güclü zəhər dözümlülüyünə malik və təhlükəli iynələrinə baxmayaraq, mütəmadi olaraq eşşəkarısı ilə qidalanan qurbağa növü aşkar ediblər. xəbər verir ki, tədqiqatçıların fikrincə bu növ heyvanlarda zəhərə tolerantlığın necə formalaşdığını öyrənmək üçün faydalı bir model ol

07.12.2025 403
.

Dünyanın ən yaxşı 100 mətbəxi açıqlandı: Azərbaycan neçəncidir?

Dünyanın ən yaxşı mətbəxləri açıqlanıb. Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, beynəlxalq qiymətləndirmələrə görə, ləzzət sıralamasında aşağıdakı 100 ölkə yer alıb. Siyahıda Azərbaycan və ona sərhəd ölkələr - Türkiyə, Qazaxıstan, Rusiya, İran, Ermənistan və Gürcüstan yer alıb. Həmin siyahın

08.12.2025 1957
.

Tarixin ən uzun uçuşu: quşlar eniş etmədən nə qədər uça bilər?

Təxminən bir sutka davam edən Avstraliyaya uçuş uzun səfər kimi görünə bilər, lakin uzunqanad adlanan quşun bacardığı ilə müqayisədə bu, xırda bir məsələdir. Bir çoxumuz bir neçə saatdan sonra narahat olmağa başlayırıq, özü də yerimizdə oturduğumuz halda. İndi isə təsəvvür edin ki, havada qalmaq üçü

15.12.2025 473
.

Troya müharibəsi həqiqətən olubmu?

Qədim yunan əfsanəsinə görə, Troya müharibəsi troya şahzadəsi Parisin evli olan Sparta gözəli Yelenaya aşiq olması ilə başlayıb. Yelenanın əri Menelay bunu öyrənəndə qisas almağa qərar verir. Qaynarinfo "Sky News"a istinadən xəbər verir ki, Menelay - Sparta şəhər-dövlətinin hökmdarı - Troyay

08.12.2025 526
.

Einşteyn haqlı çıxdı: Marsda zaman daha sürətlə keçir

Alimlər kəşf ediblər ki, Marsda zaman, Dünyaya nisbətən daha sürətlə keçir. xəbər verir ki, orta hesabla, hər 24 saatda Marsda saatlar 477 mikrosaniyə (saniyənin milyonda biri) daha sürətli işləyir. Bu fərq, Marsın Dünyadan zəif kütlə cazibəsinə malik olması ilə bağlıdır. Daha zəif cazibə zamanı sürətləndirir

14.12.2025 461
.

Ekrana zərər vermədən televizoru necə təmizləmək olar?

Müasir televizorlar əvvəlki modellər qədər toz çəkməsə də, ekran yenə də gözləniləndən tez çirklənir. Toz yalnız təsvirin keyfiyyətini aşağı salmır, həm də cihazın korpusunun içinə düşdükdə işinə təsir edə və xidmət müddətini azalda bilər. Buna görə ekranın müntəzəm təmizlənməsi vacibdir. Ekranı nə il

07.12.2025 485
.

Hamamda mütləq şam saxlayın - Qeyri-adi səbəb - VİDEO

Vanna otağında ən tez çirklənən yer su kranlarıdır. xəbər verir ki, kranların üzərində yaranan su ləkələri qısa müddətdə eybəcər görüntü yaradır. Bu ləkələri kimyəvi təmizləyicilər ilə asanlıqla silmək mümkündür. Ancaq təqdim etdiyimiz üsul ümumiyyətlə ləkələrin yaranmamasına hesablanıb. Belə ki, kranları

13.12.2025 312
.

Həkimlər evə yolladı, süni intellektdən soruşdu - dərhal xəstəxanaya qaçdı

Norveçdə yaşayan 49 yaşlı kişi şiddətli qarın ağrısı ilə xəstəxananın Təcili yardım şöbəsinə müraciət edib. İlkin müayinədən sonra həkimlər onun vəziyyətinin ciddi olmadığını bildirərək mədə turşuluğuna qarşı dərman yazıb evə göndəriblər. Lakin ağrıları səngiməyən xəstənin həyatını bu dəfə süni intellek

07.12.2025 649
.

Bakıda bəylə gəlin toyu RİNQƏ ÇEVİRDİ - VİDEO

Bakıda keçirilən toy məclisindən sosial şəbəkələrdə maraq doğuran görüntülər yayılıb. xəbər verir ki, kadrlar qısa zamanda gündəmə çevrilərək minlərlə istifadəçi tərəfindən izlənilib. Görüntülərdə bəy və gəlinin məclisin düz ortasında boks əlcəklərini taxaraq məşq elementləri yerinə yetirdiyi əks olunur

14.12.2025 1081
.

TOP MP3