Xardalın müalicəvi xüsusiyyətləri
Xardal və onun xeyirli xüsusiyyətləri insanlara qədim vaxtlardan məlumdur.
Xardal tək qidaya əlavə kimi yox, müalicəvi vasitə kimi geniş istifadə olunur.
Xardal toxumları (məhz onlardan ənənəvi xardal sousu istehsal olunur) efir yağları, vitaminlər (E, D, A, B), mikroelementlər (kalium, sink, dəmir, maqnezium, kalsium), polidoymamış turşular, fermentlər, qlikozidlər və s. xeyirli maddələrlə zəngindir. Xardalın bir çox xeyirli xüsusiyyətləri var. İlk növbədə xardal mədə-bağırsaq sistemi üçün çox xeyirlidir - iştahanı artırır, həzm prosesləri yaxşılaşdırır, yağların parçalanmasını sürətləndirir, mübadilə prosesləri aktivləşdirir. Xardal antiseptik, antimikrob, göbələkəleyhinə, iltihabəleyhinə təsirinə malikdir. Bizim həzm sistemimizdə yaşayan əksər ziyanlı mikroorqanizmlər xardaldan "qorxur". Xardal mədə-bağırsaq sistemi üçün sanki təmizləyici vasitədir.
Təbii ki, yandırıcı təsir edən xardal sosundan süi-istifadə etmək olmaz ki, həzm sisteminin selikli qişaları yanmasın. Mədə-bağırsaq sistemində ciddi pozulmaları olan (xüsusilə xora xəstəliyi və s.) insanlar üçün xardalın qəbulu əks göstəriş sayılır. Bundan əlavə allergiyadan və vərəmdən əziyyət çəkən insanlar da xardalın qəbulundan çəkinməlidir.
Piylərin parçalanmasını sürətləndirən xardal artıq çəkini yığmağa mane olur.
Soyuqdəymə xəstəlikləri, öskürək, laringit zamanı orqanizmə qızdırıcı təsir edən və qan dövranı sürətləndirən xardalın qəbulu xüsusilə xeyirlidir. Uzunsürən güclü zökəm zamanı axşam yatmazdan əvvəl xardal əlavə edilmiş isti ayaq vannaları qəbul etmək çox xeyirlidir. Digər üsul - yatmazdan əvvəl corablara xardal tozu tökün, corabları geyinin və yatmağa gedin.
Bronxit, revmatizm, nevralgiya, radikulit, podaqra, nevrit zamanı xardal kağızları müalicəvi vasitə kimi geniş istifadə olunur.
Xardal kişilərdə potensiyanı artırır.
Xardalın qəbulu beyində qan dövaranı stimullaşdırır, yaddaşı və zəkanı gücləndirir.
Xardal yağlı dəri və yağlı saçlar üçün olan kosmetik maskalarda istifadə olunur.
Yağlı dəri üçün olan kosmetik maska belə hazırlanır: 1 çay qaşığı quru xardal tozu 1 xörək qaşığı su və 2 xörək qaşığı ilıq zeytun yağı ilə qarışdırılır və üz dərisinə çəkilir. 15 dəqiqədən sonra maskanı ilıq su ilə yuyun. Həftədə 1 dəfə olmaqla bu maskadan istifadə etmək olar. (Əvvəl bu maskanı dərinin kişik hissəsinə çəkin, allergik reaksiya olmadıqda, bütün üz dərisinə çəkmək olar.)
Yağlı saçlar üçün olan maska: 2 stol qaşığı quru xardal, 2 stol qaşığı zeytun yağı, bir qədər şampun qarışdırılır və yumazdan əvvəl saçların köklərinə sürtün. 30 dəqiqədən sonra maskanı yumaq lazımdır.
saglamolun.az
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1336 Tarix: 03 yanvar 2015
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Yaddaşı gücləndirməyin üsulları
Yaşın irəliləməsi ilə yaddaşın zəifləməsi, tez-tez unutqanlıq və diqqət dağınıqlığı kimi problemlər ortaya çıxa bilər. Bu cür halların qarşısını almaq məqsədilə xalq təbabətində bir sıra təsirli üsullardan istifadə olunur. "Qafqazinfo"nun məlumatına görə, ilk olaraq qanda hemoqlobin səviyyəsini
17.12.2025 282 Tarixin ən uzun uçuşu: quşlar eniş etmədən nə qədər uça bilər?
Təxminən bir sutka davam edən Avstraliyaya uçuş uzun səfər kimi görünə bilər, lakin uzunqanad adlanan quşun bacardığı ilə müqayisədə bu, xırda bir məsələdir. Bir çoxumuz bir neçə saatdan sonra narahat olmağa başlayırıq, özü də yerimizdə oturduğumuz halda. İndi isə təsəvvür edin ki, havada qalmaq üçü
15.12.2025 450 Azərbaycanda təsirli hadisə - Pişik uşağı ölümdən xilas etdi
Bu yaxınlarda Mingəçevirdə qəribə hadisə baş verib. Zirzəmiyə atılan azyaşlını pişik xilas edib. Bunu Sosial Xidmətlər Agentliyinin Valideyn himayəsindən məhrum olmuş uşaqlarla iş departamentinin müdiri Cavid Şahmalıyev bildirib. "Zirzəmiyə atılan 1-2 yaş arasında olan uşağı polislər 4 gündən sonr
13.12.2025 336 Məşhur türk serialında "Tərəkəmə" rəqsi - VİDEO
Məşhur türk serialı "Veliaht"ın 13-cü bölümündə "Tərəkəmə" musiqisi səsləndirilib. xəbər verir ki, görüntülər həm Türkiyənin, həm də Azərbaycanın sosial şəbəkələrində böyük maraqla qarşılanıb. Həmin görüntülər sosial mediada sürətlə paylaşılaraq geniş reaksiyalar doğurub. Qeyd edə
13.12.2025 272 Bir il ərzində hər kəsi ələ keçirdi: Süni intellektin gizli təhlükəsi
Süni intellekt əsaslı söhbət robotlarının gündəlik dilimizə və onlayn mühitə təsiri o qədər güclənib ki, artıq özümüzün yazdığı mətnlərin belə "robot məhsulu" kimi qiymətləndirilib-qiymətləndirilməyəcəyi sual altındadır. xəbər verir ki, süni intellekt tərəfindən öyrədilən və formalaşdırıla
12.12.2025 355 Ən bahalı 10 Yeni il şam ağacı - SİYAHI
Amerikada ənənəvi bir şam ağacının qiyməti orta hesabla 30-150 ABŞ dolları arasında dəyişir. Lakin bəzən bəzi şəhər və müəssisələr Yeni il ağaclarını bəzəmək və nümayiş etdirmək üçün milyonlarla dollar xərcləyirlər. BİG.AZ -a istinadla qiyməti 1 milyon dollardan artıq olan bu 10 ağacı təqdim edir. 10
09.12.2025 610 "Yolka"nızı evin bu 3 yerində qəti qurmayın
Bayramların əsas rəmzi olan şam ağacını düzgün yerdə yerləşdirmək təhlükəsizliyə görə son dərəcə vacibdir. Canlı ağac bir neçə saniyəyə alışa, süni ağac isə qızmış işıqlar və ya istilik mənbələri yaxınlığında qısa zamanda təhlükə yarada bilər. Buna görə də ağacı harada quracağınızı əvvəlcədən düşünmə
14.12.2025 460 Xidmetler.az - Bütün Xidmətlər bir saytda
XİDMETLER.AZ saytinda sizi narahat edən hər məsələ ilə bağlı kömək almaq imkanınız var!. Gündəlik işlər üçün icraçı və ya daimi iş sifarişi axtaran, saytımızda tapar. Siz də qoşulun və lazım olan insanları tapın! Saytımız üzləşdiyiniz problemləri bir göz qırpımında həll edəcək. İstənilən usta axtarışın
09.12.2025 324 Yeni il niyə yanvardın 1-i qeyd edilir? - maraqlı FAKTLAR
31 dekabrdan 1 yanvara keçən gecə təbii bir başlanğıc nöqtəsi kimi qəbul olunur. xəbər verir ki, tarixi baxımdan ilin başlanğıcı dəfələrlə dəyişib və bizə tanış olan tarix nisbətən gec formalaşıb. Rusiyada Yeni ilin 1 yanvarda qeyd olunmasına yalnız 1700-cü ildə I Pyotrun fərmanı ilə başlanılıb. Onda
14.12.2025 833