Prezident və xanımı parkda - FOTO

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakının Nərimanov rayonunun Koroğlu Rəhimov küçəsində yeni salınan istirahət parkında yaradılan şəraitlə tanış olublar.

BiG.AZ saytı anspress.com saytına istinadən bildirir ki, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev parkın tikintisi ilə bağlı dövlətimizin başçısına məlumat verib.

Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq əhalinin istirahətini təmin etmək və abadlıq-yaşıllıq işlərinin aparılması məqsədilə Nərimanov rayonu Koroğlu Rəhimov küçəsi 3a ünvanında hazırda son tamamlama işləri aparılan 7 mərtəbəli yaşayış binasının qarşısındakı ərazidə yeni istirahət parkı salınıb. Birinci mərhələdə akademik Həsən Əliyev, Əlövsət Əbdülrəhimov və Koroğlu Rəhimov ünvanlarındakı istismar müddəti başa çatmış yaşayış binalarının sakinləri müasir tipli yeni binalara köçürülüblər. Sökülən binaların yerində isə parkın birinci hissəsi salınaraq sakinlərin istifadəsinə verilib.

Layihənin ikinci mərhələsində Fətəli xan Xoyski və Koroğlu Rəhimov küçələrində yerləşən 2 yaşayış binasının sakinləri Atatürk prospektində yeni inşa olunan binalara köçürülüblər. Koroğlu Rəhimov küçəsi 3a ünvanında yeni tikilən yaşayış binasının qarşısında sakinlərin istirahəti və asudə vaxtlarının səmərəli təşkili üçün 3 hektardan artıq ərazidə ikinci park salınıb. Yeni salınan parkda sakinlərin mənalı istirahəti və asudə vaxtlarının səmərəli təşkili üçün hər cür şərait var. Burada görülən işlər ölkədə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının tərkib hissəsi olmaqla paytaxtımızın daha da gözəlləşməsinə xidmət edir. Bu, bir daha təsdiq edir ki, Bakıda aparılan quruculuq işləri çərçivəsində park və xiyabanların salınması diqqətdən kənarda qalmır.

Parkda abadlıq-quruculuq işləri yüksək zövqlə həyata keçirilib, geniş yaşıllıq tədbirləri görülüb. Parkın salınması zamanı milli memarlıq üslubu ilə müasirlik tam uzlaşdırılıb, istirahət məkanı orijinal elementlər və formalarla zənginləşdirilib. Parkın ərazisində müxtəlif fəvvarələr quraşdırılıb. Bu da istirahət məkanına əlavə gözəllik verir.

Dövlətimizin başçısının tapşırığı ilə Bakı şəhərində parkların və xiyabanların əsaslı şəkildə yenidən qurulması və yeni parkların salınması, sakinlərin və şəhərimizin qonaqlarının rahatlığı üçün müasir istirahət guşələrinin yaradılması istiqamətində son illərdə paytaxtda ardıcıl tədbirlər davam etdirilir. Yeni parkların və yaşıllıq zolaqlarının salınması, əhaliyə xidmət göstərən müasir infrastrukturun yaradılması Bakının dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməsi istiqamətində həyata keçirilən əhəmiyyətli tədbirlərdəndir. Nərimanov rayonu ərazisində yeni salınan bu park da Bakı şəhərinin simasının daha da gözəlləşməsi və paytaxt sakinlərinin istirahəti baxımından olduqca əhəmiyyətlidir.

Parkın altında ikimərtəbəli avtomobil dayanacağı da inşa edilib. Yeraltı dayanacağa enmək üçün iki lift və müasir eskalatorlar quraşdırılıb.

Dövlətimizin başçısı və xanımı burada yaradılan şəraitlə də tanış oldular. 650 avtomobil tutumuna malik yeraltı dayanacaq "Safe Life" şirkəti tərəfindən ən müasir texniki avadanlıqla təchiz olunub. 24 saat açıq olacaq yeraltı avtomobil dayanacağında təhlükəsizlik sistemlərindən olan su ilə avtomatik söndürmə, ünvanlı yanğın siqnalizasiya, havalandırma və tüstüsovurma, yanğın səsləndirmə və təxliyənin idarə olunması, videonəzarət, park naviqasiya, park ödəmə sistemləri və istiqamət lövhələri qurulub. Bu sistemlərdə dünyanın qabaqcıl şirkətlərinin ən keyfiyyətli avadanlığından istifadə olunub.

Yeraltı avtomobil dayanacağına, texniki və xidməti otaqlara vizual nəzarət etmək üçün videonəzarət sistemindən istifadə edilib. Sistem sayəsində dayanacaq ərazisinə və giriş-çıxışa tam nəzarət etmək, insan gözündən yayına biləcək vəziyyətlərə belə diqqət yetirmək mümkün olacaq. Yeraltı dayanacaqda avtomobillərin təhlükəsizliyi ən yüksək səviyyədə nəzərə alınıb.

Prezident və xanımı parkda - FOTOPrezident və xanımı parkda - FOTOPrezident və xanımı parkda - FOTOPrezident və xanımı parkda - FOTOPrezident və xanımı parkda - FOTOPrezident və xanımı parkda - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1621   Tarix: 29 dekabr 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Braziliyada daşqınlar nəticəsində ölənlərin sayı 29-a çatıb

Braziliyada güclü yağışlar zamanı daşqınlar nəticəsində ölənlərin sayı artıb. BİG.AZ xəbər verir ki, ölənlərin sayı 29-a, itkin düşənlərin sayı isə 60 nəfərə çatıb. Bu barədə Ştatın Mülki Müdafiə nazirliyi bəyanat yayıb. Açıqlamada qeyd edilib ki, yağışlar 154 qəsəbədə ciddi fəsadlar törədib. Daşqınları

11:52 115
.

İsraildə həbsdə olan 53 fələstinli jurnalist var

İsrail həbsxana və təcridxanalarında saxlanılan 53 fələstinli jurnalist var. xəbər verir ki, Fələstinli Məhbuslar Dərnəyi Dünya Mətbuat Azadlığı Günü münasibətilə fələstinli jurnalistlərin vəziyyəti ilə bağlı yazılı açıqlama verib. Bəyanatda həmçinin 7 oktyabr 2023-cü il tarixindən sonra 70 fələstinl

20:30 112
.

Roza Zərgərli "Son" adlı yeni layihəsini təqdim edib - VİDEO

Müğənni Roza Zərgərli "Son" adlı yeni layihəsini təqdim edib. Sözləri və musiqisi Emil Bayramova aid olan nəğmə bütün musiqi platformalarında dinləyicilərin ixtiyarına verilib. Eyni zamanda, R. Zərgərli sözügedən mahnını ekranlaşdırmaq qərarına da gəlib. Bunun üçün o, Röyal Səfərova (Eresmoon

18:15 260
.

Həbsdə olan generalın müraciəti geri qaytarıldı

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülməsi ilə bağlı məhkəməyə müraciət edib. APA xəbər verir ki, bu gün Xəzər rayon Məhkəməsində keçirilən prosesdə Elçin Quliyevin məntəqə tipli cəzaçəkmə müəssisəsin

20:26 170
.

Mətanət Əsədova: "Üzümə gülüb can-can deyir, amma məni toylardan "vurdurur""

"Elə bir dövrdə yaşayırıq ki, feyk səhifələrdən yazanları 5 dəqiqə içində hüquq-mühafizə orqanları tapırlar. Bir müğənni var, məni görəndə üzümə gülüb can-can edir, amma sosial şəbəkələrdə pulnan adam tutub məni söydürür". -ın xəbərinə görə, bu fikirləri "Kanal S"də yayımlanan verilişlərdə

15:43 310
.

Filippində 5,7 bal gücündə zəlzələ baş verib

Filippində 5,7 bal gücündə zəlzələ baş verib. xəbər verir ki, ABŞ Geoloji Xidməti (USGS) zəlzələnin episentrinin Balangiqa şəhərindən 28 kilometr cənub-qərbdə olduğunu açıqlayıb. Zəlzələ 7,9 kilometr dərinlikdə qeydə alınıb

20:15 125
.

Türkiyə İsraillə bütün ticarəti dayandırıb

Türkiyə İsraillə bütün ticarəti dayandırıb. xəbər verir ki, bu barədə Bloomberg News məlumat yayıb. Ötən ay Türkiyə Qəzzadakı müharibə səbəbindən İsrailə ixracı məhdudlaşdırmışdı

20:45 129
.

Bu gün bəzi ərazilərdə qaz olmayacaq

Bu gün Bakının bəzi ərazilərində qaz olmayacaq. Bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb. Bildirilib ki, "Nardaran QPS" ölçü qovşağından qidalanan "Hacı Seyfəl" orta təzyiqli qaz kəməri üzərində ölçü qovşağının təftiş olunması və aşkar olunmuş qaz sızmasını

10:10 329
.

Keniyada daşqınlarda ölənlərin sayı 188-ə çatıb

Keniyada təxminən 2 həftədir ki, güclü yağışların səbəbindən daşqın olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində həyatını itirənlərin sayı 188-ə çatıb. Bu barədə Keniya Səhiyyə qurumu məlumat yayıb. Məlumata əsasən, ölənlərdən 37-si uşaqdır. 90 nəfərin isə itkin düşdüyü bildirilib. Qeyd edək ki, gücl

11:44 96