Mübariz Mənsimovun gəmisi həbs olunub

Mübariz Mənsimovun gəmisi həbs olunubTürkiyədə mənzillənən azərbaycanlı oliqarx, "Palmali" şirkətlər qrupunun sahibi Mübariz Mənsimovun gəmilərindən biri həbs olunub.

BiG.AZ saytı atvxeber.az saytına istinadən bildirir ki, "Palmali Denizçilik" şirkətinin mülkiyyətində olan, 6 min ton ağırlığında kimyəvi maddə daşımaq üçün nəzərdə tutulmuş "M/T ARMADA EXPLORER" tankerinə Rumıniyanın Köstence limanında həbs qoyulub.

Gəmiyə dəniz daşımalarına dair Paris Memorandumu çərçivəsində aparılan yoxlamalar çərivəsində həbs qoyulduğu bildirilir. Əldə edilən məlumata görə tanker dekabrın 27-də Köstence limanına yan alıb, Rusiya bayrağı altında üzən tankerdə Rumıniyanın dəniz müfəttişləri yoxlama aparıblar.

Yoxlamaların nəticəsi olaraq gəmidə texniki və idarəetmə problemləri meydana çıxıb. Nəticədə Rumıniyanın dəniz müfəttişləri tankeri həbs qoyub.

"Armada Explorer" tankerinin keçmiş adı "Bakı" olub, tanker maye halda olan kimyəvi maddələr və neft daşımaq üçün nəzərdə tutulub. 4 min 534 ton yük daşıya bilir, su tutumu 6 min 526 tondur. Uzunluğu 138 metrdir. Rusiyanın Dənizçilik Reyestrində qeydiyyatdan keçib, 2006-cı ildə inşa edilib. Gəmi "Palmali Shipping Service" şirkəti tərəfindən istismar olunur.

Bu ilin əvvəllərində "Palmali" şirkətlər qrupuna məxsus "Bakı" tankeri Liviyanın yaraqlıların nəzarətində olan limanından qaçaq neft yükləmək cəhdi zamanı bu ölkənin sahil mühafizə qüvvələri tərəfindən atəşə tutulmuşdu. Malta bayrağı altında üzən tanker atəşdən yayınmağa imkan taparaq tam sürətlə Maltaya tərəf istiqamət almışdı.İndi Rumıniya limanında həbs olunan tankerin həmin "Bakı" tankeri ola biləcəyi istisna deyil.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1332   Tarix: 29 dekabr 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678