Hamiləlik zamanı qrip

Hamiləlik zamanı qripHamiləlik zamanı qadınların immuniteti zəifləyir.

Bu, fizioloji prosesdir.

Məsələ burasındadır ki, insanın immun sistemi orqanizmi yad hüceyrələrdən qoruyur və bu hüceyrələri məhv edir. Qadının orqanizmində inkişaf edən döl də onun immun sistemi üçün "yaddır" (axı onun hüceyrələrinin yarısı atanındır). Məhz bu səbəbdən hamiləlik zamanı qadının immun sistemi zəifləyir ki, dölə ziyan vurmasın.

Lakin bu zəifləmə qadına ucuz başa gəlmir. Zəifləmiş immunitet orqanizmdə yaşayan və həmçinin xarici mühitdən bura düşən virus, infeksiyalar, mikroblarla daha zəif şəkildə mübarizə aparır ki, bunun nəticəsində hamilə qadınlar daha tez-tez soyuqdəymə, infeksion xəstəliklərinə tutulur. Hamilə qadınları daha tez-tez herpes narahat edir (dodalqrın üstündə, ağız boşluğunda kiçik xoralar əmələ gəlir), göbələk infeksiyası "baş qaldırır" (cinsi yollarından ağ kəsmiyə bənzər ifrazatlar çoxalır).

Hamiləlik zamanı qadın virus xəstəliklərinə qarşı daha davamsız olur. Bu viruslardan biri qripdir. Qrip adi soyuqdəymə ilə müqayisədə hamilə qadın üçün heç də "ziyansız" deyil. Əksinə qrip virusu hamiləlik zamanı müxtəlif və çox ağır pozulmalara səbəb ola bilər - hamiləliyin erkən pozulması, döldə müxtəlif patologiyaların inkişafı və s.

Qrip yüksək hərarət (40-40,5 C kimi), oynaqlarda ağrılar, işığa qarşı dözümsüzlük, bəzən ürəkbulanması və qusma ilə müşayiət olunur. Bu intoksikasiyanın simptomlarıdır. 2-ci-3-cü gün quru öskürək, zökəm, boğazda göynəmə kimi simptomlar inkişaf edir. Xəstə güclü tərləyir, özünün çox zəif, yorğun hiss edir. Dodaqlarda herpes çıxa bilər (ağrılı kiçik xoralar), qadında qarın ağrısı və hətta ishal ola bilər. Belə vəziyyət 7 gün ərzində davam edə bilər.

Qrip virusu immun sisteminin daha da zəiflənməsinə səbəb olur ki, bunun nəticəsində qadında müxtəlif ağırlaşmalar inkişaf edə bilər - pnevmoniya, haymorit, ürəkdə və böyrəklərdə pozulmalar və s. Həmçinin qadında olan bəzi xroniki xəstəliklər (bronxial astma, xroniki bronxit, böyrək və ürək xəstəlikləri) kəskinləşə bilər. Bu səbəbdən hamilə qadına "qripp" diaqnozu qoyulubsa, qadın daim terapevtin ciddi nəzarətində olmalıdır ki, mümkün olan ağırlaşmaların qarşısı alınsın.

Qripin dəqiq diaqnozunu yalnız həkim qoya bilər. Bu səbəbdən xəstəliyin ilk simptomlarında qorxuya düşməyin (bu adi soyuqdəymə də ola bilər) və dərhal evə terapevti dəvət edin.
Hamilə qadınlarda qripin müalicəsi zamanı bəzi virusəleyhinə, öskürəyə və zökəmə qarşı olan bəzi preparatlar istifadə olunmur. Həkimlər təbii vasitələrə üstünlük verməyə çalışırlar. Belə ki, bir qədər turş bol maye intoksikasiya ilə çox yaxşı mübarizə aparır. İtburnu dəmləməsi, limonlu çay balla, moruqlu, zoğallı çay və s. istifadə etmək olar. Lazım olduqda həkim ot tərkibli öskürək əleyhinə dərmanlar və s. təyin edə bilər. Müalicəvi bitkilərlə olan inhalyasiyalar da (sürvə otu, evkalipt, nanə, çobanyastığı ilə) yaxşı kömək edir.

Yüksək hərarətlə mübarizədə tərkibində parasetamol olan vasitələr istifadə olunur. Parasetamol bütün dünyada hamilə qadınlar üçün ən ziyansız hərarətsalan vasitə hesab edilir.
Qripp virus infeksiyasıdır və bu səbəbdən bu xəstəliyin müalicəsində antibiotiklər istifadə olunmur. Antibiotiklər yalnız qripin fonunda bakterial infeksiyalar inkişaf etdikdə istifadə oluna bilər (pnevmoniya, haymorit və s. zamanı).

Qripp hamiləliyin 12-ci həftəsinə kimi xüsusilə təhlükəlidir. Bu müddət ərzində dölün əsas orqan və sistemləri formalaşır və bu zaman hamiləliyin normal keçməsi xüsusilə vacibdir. Bu müddət ərzində qripp infeksiyası hamiləliyə mənfi təsir etdikdə, hamiləlik bir çox hallarda özü-özündən pozulur. Lakin əgər hamiləlik qripdən sonra normal inkişaf edirsə (analizlər, USM normadadır), bu o deməkdir ki, ciddi narahatçılıq üçün səbəb yoxdur.
12-ci həftəsindən sonra qrippin hamiləliyə mənfi təsiri daha az olur.

ailem.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2901   Tarix: 28 dekabr 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Rusiyada məktəb dərsliyində porno sayta istinad tapılıb – FOTO

Rusiyada orta məktəb dərsliyində porno saytına aparan istinad tapılıb. -a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, neqativ hal altıncı sinif ingilis dili üzrə test tapşırıqları toplusunda üzə çıxarılıb. Həmçinin, eyni səhifədə porno aktrisasının vizit kartı da əks olunub. Müvafiq qurumları

14.09.2021 2022
.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə

16.09.2021 877
.

İnsanın ömrünü 50 il uzatmaq mümkün olacaq? - Yapon təcrübələri əsasında YENİ TEXNOLOGİYA

Dünyanın ən varlı adamı, Amazon -un qurucusu "Jeff Bezos", ölümsüzlüyə qədər qocalma ilə mübarizə texnologiyaları yaradan "Altos Labs" startapının sərmayəçisi olub. Bu barədə "MIT Tech Review" məlumat yayıb. Şirkət yaşlanma prosesini öyrənir və qocalmanı məğlub etmək üçü

11.09.2021 2356
.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

13.09.2021 1580
.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

14.09.2021 1495
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018
.

Qızıldan hazırlanan unitaz iki ildir tapılmır - FOTO

İngiltərənin Blenheim sarayından iki il əvvəl oğurlanan qızıldan hazırlanan unitaz hələ də tapılmayıb. -a istinadən xəbər verir ki, 2019-cu il sentyabrın 14-də sarayda sənət sərgisinin keçirildiyi vaxt oğurlanan qızıl unitazın dəyəri 1 milyon funt sterlinqdir (2 300 00 manatdan çox). Xatırladaq ki, unitaz

16.09.2021 3329
.

Borşa da abidə qoyulacaq

Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. -a istinadən xəbər verir ki, abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrin

10.09.2021 1189