Bu gün möhtərəm Prezident İlham Əliyevin doğum günüdür - FOTO

İlham Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olmuşdur. 1967-1977-ci illərdə Bakı şəhərindəki 6 saylı orta məktəbdə təhsil almışdır.

1977-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutuna daxil olmuşdur. Oranı bitirdikdən sonra institutun aspiranturasına qəbul edilmiş, 1985-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsi almışdır.

1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda müəllim işləmişdir.

1991-1994-cü illərdə özəl biznes sahəsində çalışmışdır. Bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik etmişdir.

1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti, birinci vitse-prezidenti olmuşdur. Heydər Əliyevin neft strategiyasının həyata keçirilməsində fəal iştirak etmişdir.

Suveren Azərbaycanın neft siyasətinin geosiyasi aspektlərinə dair bir sıra tədqiqat işlərinin müəllifidir. Siyasi elmlər doktorudur.

1995-ci və 2000-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilmişdir. 2003-cü ildə Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsi ilə əlaqədar olaraq deputat səlahiyyətlərinə xitam vermişdir.

1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidentidir. İdmanın və Olimpiya hərəkatının inkişafında böyük xidmətlərinə görə Beynəlxalq Olimpiya Komitəsinin ali ordeni ilə təltif edilmişdir.

1999-cü ildə Yeni Azərbaycan Partiyası sədrinin müavini, 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə isə partiyanın sədri seçilmişdir.

2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin rəhbəri olmuşdur.

2003-cü ilin yanvarında Avropa Şurası Parlament Assambleyası sədrinin müavini, AŞPA-nın Büro üzvü seçilmişdir.

2004-cü ilin aprelində AŞPA-nın fəaliyyətində fəal iştirakına və Avropa ideallarına sədaqətinə görə AŞPA-nın fəxri üzvü diplomu və AŞPA medalı ilə təltif edilmişdir.

2003-cü il avqustun 4-də Milli Məclis tərəfindən təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Baş naziri təyin edilmişdir.

2003-cü il 15 oktyabrda Azərbaycan Republikasının Prezidenti seçilmişdir. Prezident seçkilərində seçicilərin 76%-dən çoxu İlham Əliyevin lehinə səs vermişdir. 2003-cü il oktyabrın 31-də vəzifəsinin icrasına başlamışdır.

2008-ci ildə yenidən prezident seçilmişdir. 2013-cü ildə üçüncü müddətə prezident seçilmiş və hazırda prezident vəzifəsini icra edir.

Rus, ingilis, fransız və türk dillərini bilir

Ailəlidir. Üç övladı, üç nəvəsi vardır.

Mükafatları
28.04.2005 - "Heydər Əliyev" ordeni
"Kral Əbdüləziz" ordeni;
"Şərəf" ordeni;
"Mübarək əl-Kəbir" ordeni;
"Üç ulduz" ordeninin "Böyük xaç kavaleri" dərəcəsi.
Bolqarıstan Respublikasının ali mükafatı - "Stara Planina" ordeni.
Belarus Respublikasının Dostluq ordeni.
Beynəlxalq münasibətlər və sülh naminə İhsan Doğramacı mükafatı;
"İlin adamı" - 2010-cu ilin noyabr ayında Buxarest şəhərində Rumıniyanın "Balcanii şi Europa" ("Balkanlar və Avropa") jurnalı tərəfindən təqdim edilib.
Yunanıstan parlamentinin Qızıl medalı;
"Şeyxülislam" ordeni;
Rusiya Pravoslav Kilsəsinin "Prepodobnıy Serqiy Radonejskiy" birinci dərəcəli Ordeni;
Böyük Kordon" Şərəf Ordeni (Beynəlxalq Hərbi-İdman Şurası);
FİLA-nın Şərəf Zalının ən yüksək "İdman Əfsanəsi" ordeni;
Avropa Ədalətli Oyunlar Hərəkatının "Şərəf" nişanı;
MDB ölkələrin İdman Təşkilatlarının Beynəlxalq Konfederasiyasının "Şərəf Ordeni";
"Birlik" ordeni
İsmoili Somoni" ordeni.
"Xalqlar dostluğu" ordeni
Birinci Dərəcəli Türkiyə Respublikası Dövlət Ordeni (2013)
Fəxri doktoru olduğu universitetlər
Bakı Dövlət Universitetinin Fəxri doktoru;
Linkoln Universitetinin Fəxri Doktoru;
Moskva Dövlət Beynəlxalq Münasibətlər Universitetinin Fəxri Doktoru;
L.N.Qumilyov – Avrasiya Milli Universitetin Professoru;
Bilkənt Universitetinin Fəxri Doktoru;
Vergilər üzrə Milli Akademiyanın Fəxri Doktoru;
Ploesti Neft və Qaz Universitetinin Fəxri Doktoru;
Milli və Dünya İqtisadiyyatı Universitetinin Fəxri Professoru;
Kyung Hee Universitetinin Fəxri Doktoru;
İordaniya Universitetinin Fəxri Doktoru;
Korvinus Universitetinin ictimai elmlər üzrə Fəxri doktoru;
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Fəxri professoru;
Taras Şevçenko adına Kiyev Milli Universitetinin Fəxri doktoru;
Məxdumqulu adına Türkmənistan Dövlət Universitetinin Fəxri professoru;
Belarus Dövlət Universitetinin Fəxri professoru
Türk Hava Qurumu Universitetinin Fəxri Doktoru

Fəxri vətəndaşlığı
Həştərxan şəhərinin fəxri vətəndaşı

Ölkə başçısı İlham Əliyevə səmimi qəlbdən gələn xoş arzular

Dekabrın 24-də ölkə Prezidenti İlham Heydər oğlu Əliyevin ad günüdür. Onun 53 yaşı tamam olur. Biz onun prezidentliyi dövründə Azərbaycanın hansı uğurlar qazandığını sadalamayacağıq.

Çünki uğurlar göz qabağındadır və hiss ediləndir.

Bizim şəhərlər və kəndlər gəncləşib, Bakı isə əsl gözələ çevrilib. Buna görə də dünyanın hər yerindən minlərlə qonaq bura gəlir ki, Xəzər üzərindəki bu şəhərin möcüzəsi ilə yaxından tanış olsun.

Azərbaycan dövlətinin başçısı tərəfindən düşünülmüş ASAN xidmət yalnız ölkədə deyil, onun sərhədlərindən də kənarda böyük populyarlığa malikdir. Bir çox dövlətlər də bu təcrübədən yararlanmaq istəyir. Çünki əhaliyə böyük yardımı ilə yanaşı, ASAN həm də korrupsiyaya güclü zərbədir.

İndi Bakıda özünəməxsus şəkildə tibbi ASANlar yaradılır, sonra isə Azərbaycanın başqa şəhərlərində bu tətbiq ediləcək. Burada həm tibbi müayinədən keçmək mümkün olacaq, həm də lazım olsa, orada yerləşən xəstəxanalarda müalicə olunmaq mümkün olacaq. Bütün xərcləri dövlət öz üzərinə götürür.

Demək olar ki, bütün postsovet respublikalarında milli valyutaların dəyərdən düşməsinin fonunda Azərbaycan manatı yetərincə möhkəmlənir, hətta neftin qiyməti ucuzlaşsa belə. Gerçəkdən, Azərbaycan valyutası bu gün etibar adasıdır. Bu isə o deməkdir ki, bizim prezident doğru yol tutub.

Hətta ədavət və tənqidi özünə əsas peşə seçmiş radikal müxalifət də öz azsaylı mitinqlərində iqtisadiyyat mövzusuna toxunmur.

İndi də müxalifət Azərbaycanın müstəqil kursunu xoşlamayan xaricin məsləhəti ilə müxalifət insan haqlarından danışmağa başlayıb. Sanki bizim Azərbaycanda polis dərisi həddindən qaraşın olduğuna görə gənc insanları öldürür.

Biz daha yaxşı yaşamağa, daha yaxşı geyinməyə, daha çox səyahət etməyə başladıq, fərdi avtomobillərin sayı isə həndəsi silsilə ilə artır.

Amma insanlar daha yaxşı yaşamaq istəyirlər və bu, onların konstitusion hüququdur. Buna görə də artıq Prezident öz komandası ilə bunun üzərində işləyir.

Hörmətli İlham müəllim! Siz bizim BiG.AZ lılar üçün çox doğma adamsınız.

Sizi ad gününüz münasibəti ilə təbrik edirik, can sağlığı, gələcəkdə yeni uğurlar arzu edirik.

Tanrı sizə uzun ömür versin! Siz Azərbaycan xalqına çox lazımsız!

Dərin hörmətlərimizlə BiG.AZ ailəsi.

Bu gün möhtərəm Prezident İlham Əliyevin doğum günüdür - FOTOBu gün möhtərəm Prezident İlham Əliyevin doğum günüdür - FOTOBu gün möhtərəm Prezident İlham Əliyevin doğum günüdür - FOTOBu gün möhtərəm Prezident İlham Əliyevin doğum günüdür - FOTOBu gün möhtərəm Prezident İlham Əliyevin doğum günüdür - FOTOBu gün möhtərəm Prezident İlham Əliyevin doğum günüdür - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 8193   Tarix: 24 dekabr 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568