Mənim dostluğumdan sui istifadə etmək lazım deyil

Mənim dostluğumdan sui istifadə etmək lazım deyilMüğənni-bəstəkar Emin Ağalarov Rusiyanın "Komsomolskaya pravda" saytına müsahibə verib.

BiG.AZ axşam.az-a istinadən həmin müsahibəni təqdim edir:

- Sizə elə gəlmir ki, musiqi sahəsindəki uğurunuz ailəniz olmasaydı, gec parlayardı?

- Birinci, onu deyim ki, biznesin böyük hissəsi mənə yox, Araz İsgəndər oğluna aiddir. Onunla qohumluq əlaqələrimiz var (gülür). İkincisi isə, bu yalnız Moskvada hiss olunur. Məsələn, Yekaterinburqa gedəndə insanlar mənim Ağalarovlar ailəsi ilə əlaqəm olduğunu bilmir. Xaricdə bu daha rahatdır. Gitaranla çıxırsan, oxuyursan. Bunu irad tutan olmur.

- Siz Kseniya Sobçakla bənzəyirsiniz. O, Sankt-Peterburqun keçmiş merinin qızıdır, çox yaxşı ailənin övladıdır, amma hər şeyə özü nail oldu. Siz isə əksinə - səlahiyyətli insansınız, övladlarınız var, biznesmensiniz. Elə mahnılar oxuyursunuz ki...

- İradəsiz! (gülür) Sevgidən... Nə siyasətdən, nə də biznesdən...

- Demək istəyirdim ki, sizin sənət narkotiksiz və rok-n-rolsuz keçib. Heç vaxt yaradıcılığınıza "cəhənnəm ədviyyatı" qatmaq istəmədiniz?

- Yox. Mənim musiqim biznes deyil. Restoran açanda onu uğurlu etmək, çoxlu müştəri cəlb etmək üçün plan qurursan. Mən isə yalnız insanları təəccübləndirəcək mahnını necə yazacağımı düşünürəm. Həmin anda bəstəni yalnız sən qiymətləndirə bilirsən. Onun dinləyiciyə necə təsir edəcəyini fikirləşirsən. Bəxtim gətirdi ki, 2006-cı ildə işıq üzü görən "Still" mahnım heç bir narazılıq olmadan radiolarda səsləndirildi və sevildi. Bu da mənə məşğul olduğum bu sahəni davam etdirmək gücü verdi.

İndi isə mahnımın radio və televiziyada qəbul olunub-olunmamasını düşünmürəm. Artıq mən hər şeyi başa düşürəm. Amma bu, əsas deyil. Mənim üçün ən önəmlisi odur ki, mənim yaradıcılığım maddiyyatdan asılı deyil. Çalışmıram ki, mahnı yazım sevilsin, hansısa bir qonorara layiq görülsün. Çünki mənim əlavə qazancım var. Bax, indi burda oturub (müsahibə Eminin rəhbəri olduğu "Crocus City Hall"da alınıb – red.) biznesimlə məşğulam. Səhnəyə çıxır, mahnı oxuyuram, çünki bu mənə də, insanlara da xoş olur.

- Sizin ürəkdən oxuduğunuz mahnılarınız var. Amma məncə, sizin repertuarınızda səs-küy doğuran hit yoxdur ki, ondan mükafatlar, yüksək qonorar qazanasınız...

- Nə üçün? Xoşbəxt olmaq üçün? Qonorarımın miqdarını yüksəltmək üçün? Mən özüm istədiyim bir işlə məşğul oluram. Asta-asta, daşı daş üstünə qoya-qoya musiqi yaradıcılığımı qaldırmışam – həm burada, həm də xaricdə. 2006-cı ildən peşəkarcasına musiqi ilə məşğul oluram. Amma ilk albomumu 1998-ci ildə çıxarmışam. Onu hər yerdən yığışdırdım, ancaq yaddaşımdan silə bilmirəm (gülür).

Mənim yaradıcılığımı qəbul etməsəydilər, heç kimin diqqətini çəkməsəydim də oxuyacaqdım. Əsas odur ki, musiqi qəlbimdə yaşayır və onu kimin üçünsə oxumaq mənə önəmli deyil. Deyə bilmərəm ki, mənim çatışmayan cəhətim yoxdur. Xeyr, mən yaradıcılığımda yeni mərhələyə qalxmağı arzulayıram. Mənim dinləyici auditoriyam genişlənib. "Krokus"u doldurmaq böyük uğurdur. Qriqoriy Lepsin, "Bi-2"nın konsertləri anşlaqla keçir. Bir müğənni üçün 2 min biletin satılması asan iş deyil. Məndə də bu alınır. Bölgələrdə də bunu etmək istəyirəm. Yayda tura çıxacam. İnanıram ki, o qədər tamaşaçı toplaya biləcəm. Zalın hamısı dolmasa da, 70 faizini dolduracam.

- Birdən o qədər tamaşaçı toplamasanız?

- Bu cür halla qarşılaşmışam. Hər bir yaradıcı insan belə halla qarşılaşıb. Əgər tamaşaçı yığa bilmirsənsə, demək, növbəti dəfə yığacaqsan.

- Atanız musiqi ilə məşğul olmağınızı nə vaxt ciddi qəbul etdi?

- O, məni tanıyır. Bilir ki, nəyəsə əl qoydumsa, ona çatmağa çalışacam. Başımı divara döyəcəm, amma edəcəm. Mən onun əməyinin bəhrəsiyəm. O, məni tərbiyə edib və necə varamsa, elə olmağı öyrədib.

- Bu sahədə sizin üçün Müslüm Maqomayev də çox şey edib...

- O, məni uşaqlıqdan tanıyırdı. Mənim oxuduğumu bilən kimi demişdi: "Bura gəl, oxu". O dərhal röyalın arxasına keçib, çalmağa başladı. Mən isə dayanıb əsirəm, hansı tonda oxuyacağımı bilmirəm: "Xahiş edirəm, mənə toxunmayın. Sizin yanınızda ağzımı belə açmaq, danışmaq belə istəmirəm". Üzüm qıpqırmızı olmuşdu. "Sən oxumalısan və heç nəylə fikrini dağıtma", - deyə bildirdi. Onun yubileyi olanda oxudu və sonra "İndi mikrofonu dostumun oğluna verirəm" deyib məni çağırdı. "My way" mahnısını oxuduq. Mənimlə çox ciddi davranırdı.

- Həmkarlarınızdan bəzilərinin dostluq adı altında əslində maddiyyat güddüyünü necə başa düşürsünüz?

- Bunu anlamaq çətin deyil. Bununla böyümüşəm. İnsanlar özləri də az keçmədən başa düşürlər ki, ya biz dostluq edirik, ya da biznesimiz. Mən hər zaman aydın görürəm ki, şou-biznesdəki kim mənimlə ciddidir, kim yox. Bəlkə də mən bu düşüncələrimdə təkəbbürlü və sözü üzə deyən olmuşam. Məsələn, deyə bilərəm: "Konkret deyin, nə istəyirsiniz?". Bu, qarşımdakı insanın da işini asanlaşdırır. Məsələn, deyir ki, konsert verməyimə kömək edin. Amma elə insanlar da var, başa düşürlər ki, mənim dostluğumdan sui-istifadə etmək lazım deyil.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1438   Tarix: 20 dekabr 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Tarixin ən davamlı avtomobilləri - SİYAHI

Tarixin ən davamlı avtomobilləri məlum olub. xarici mətbuata istinadən xəbər verir ki, siyahıda "Toyota 4Runner SUV" başçılıq edir. Avtomobil vaxtında texniki qulluqla 483 min kilometrdən çox məsafə qət edə bilən 20 modeldən ibarətdir. Ekspertlər 1983-1989-cu illərdə istehsal edilən "Toyot

21.04.2024 507
.

İstehsalın idxalı üstələdiyi sahə: Qiymətə təsir edən səbəblər - ARAŞDIRMA

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, 2024-cü il yanvar-fevral ayları ərzində Azərbaycana 19 milyon 266 min dollar dəyərində mebel və onun hissələri idxal edilib. 2023-cü ilin yanvar-fevral aylarında ölkədə 41.9 milyon manat dəyərində mebel istehsal edilib. Bu da o deməkdir ki, bu sahədə yerl

21.04.2024 316
.

Nigeriyada tıxacda 300-dək avtomobil yandı

Nigeriyada magistral yolda yaranan tıxacda 100-dən 300-ə qədər avtomobil yanıb. Hələ ki, tələfat barədə məlumat yoxdur, lakin itkilər çox ola bilər. Çünki şahidlərin sözlərinə görə, insanlar çox vaxt qapıları açmağa vaxt tapmayıblar. İnsident Şərq-Qərb magistralının Rivers ştatı ərazisində baş verib

28.04.2024 153
.

Bakıda ailə ilə şam yeməyi 200 manata başa gəlir: Qiymətlər niyə yüksəkdir?

Türkiyədə kafe və restoranlarda menyu qiymətlərinin yüksək olması böyük etirazlara səbəb olub. Ötən həftədən etibarən bu ölkədə yeməyin təxminən 2-3 dəfə bahalaşmasına etiraz edən vətəndaşlar sosial şəbəkələrdə evdən kənarda yeməyi kütləvi şəkildə boykot edən çağırışlar edirlər. Etirazçılar bildirirlə

27.04.2024 266
.

8 yaşlı qızın beynindən bir metr tük çıxarıldı

Şiddətli baş ağrısı ilə xəstəxanaya müraciət edən 8 yaşlı qızın beynindən təxminən bir metr uzunluğunda tük götürülüb. xarici mediaya istinadən xəbər verir ki, Qırğızıstanın Cəlal-Abad vilayətindən olan qız şiddətli baş ağrısı şikayəti ilə xəstəxanaya müraciət edib. Həkimlər 8 yaşlı uşağın MRT-sini çəkənd

21.04.2024 506
.

Şəhid atası möcüzə kimi hadisə danışdı - oğlunu yuxuda... - VİDEO

Şəhid atası oğlu ilə bağlı təsirli hadisədən danışıb. xəbər verir ki, o, şəhidin anası və xalasının eyni cür yuxu görməsini dilə gətirib. Dəfələrlə təkrarlanan yuxudan sonra şəhidin nə demək istədiyini anlayıblar. Görüntülər sosial şəbəkələrdə yayılıb. Daha ətraflı videoda:

28.04.2024 336
.

36 tarakan yeyib rekord qırdı

İnsanlar sırf məşhur olmaq və tarixə düşmək üçün çox şey edəcəklər. İdmançılar, musiqiçilər və ya rəssamlar - burada hər şey sadədir və istedadın olması ilə tənzimlənir. Əgər istedad yoxdursa, o zaman sadəcə sərt reallıqlara uyğunlaşmalı və normal insanların heç vaxt cəsarət edə bilməyəcəyi şeyləri etməlisən

28.04.2024 241
.

Meyiti kim daşımalıdır: Təcili tibbi yardım avtomobili, yoxsa qəzanı törədən maşın?

İki gün öncə baş verən yol-nəqliyyat hadisəsində qəribə bir hal yaşanıb. Hadisə nəticəsində dünyasını dəyişən şəxsi onu vuran avtomobilin yük hissəsinə qoyublar. Halbuki, əraziyə təcili tibbi yardım briqadası cəlb olunub. Bu görüntülər sosial şəbəkə istifadəçiləri tərəfindən tənqidlə qarşılanıb. insanla

27.04.2024 421
.

Polşalı morja yaxınlaşdı, 1100 dollarından oldu

Polşadan olan turist Norveçin Şpitsbergen arxipelaqında morja çox yaxınlaşdığı üçün cərimələnib. O, buz örtüyünün üzərinə düşərək heyvana yaxınlaşıb. Turist yerli hakimiyyət orqanları tərəfindən "buz örtüyü üzərində uzanmış morjun narahatlığına səbəb olmaqda" ittiham edilib. Arxipelaqda qüvvəd

28.04.2024 193