Azərbaycan Forbes-in biznes üçün ən yaxşı ölkələr reytinqində irəliləyib

Azərbaycan Forbes-in biznes üçün ən yaxşı ölkələr reytinqində irəliləyib"Dağlıq Qarabağ münaqişəsi iqtisadi inkişafa mane olur".

Azərbaycan "Forbes" jurnalının 2014-cü ildə "Biznes üçün ən yaxşı ölkələr" reytinqində keçən illə müqayisədə 7 pillə irəliləyərək 146 ölkə arasında 60-cı yeri tutub.

BiG.AZ-ın məlumatına əsasən, jurnal qeyd edir ki, Azərbaycanın yüksək iqtisadi inkişafı artan nef və qaz ixracı ilə yanaşı, tikinti, bank və daşınmaz əmlak sahələrinin də ikiqat artımının hesabına baş verib.

"Bakı-Tbilisi-Ceyhan, Bakı-Novorossiysk və Bakı-Supsa kəmərləri vasitəsilə neft ixracı əsas iqtisadi faktordur, Azərbaycanın qaz ixracının artırılması ilə bağlı işlər isə davam etdirilir. Geosiyasi əhəmiyyətə malik olan Azərbaycan və Avropa arasında Cənub Qaz Dəhlizi ilə bağlı işlər yekunlaşandan sonra qazın ixracından gələn gəlirlərin mənbəyi artacaq," nəşrdə deyilir.

Forbes davam edən Dağlıq Qarabağ münaqişəsini Azərbaycanın iqtisadi inkişafına mane olan amil kimi qiymətləndirib.

Nəşr daha sonra qeyd edir ki, Azərbaycanın keçmiş sovet ölkələri və Rusiya ilə ticarət göstəriciləri azalır, Türkiyə və Avropa ölkələri ilə bu əlaqələr inkişaf etdirilir.

Reytinqə əsasən, biznes üçün ən yaxşı ölkə Danimarkadır. İlk üçlüyə həmçinin Honq Konq və Yeni Zelandiya daxil olub.

oxu.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 879   Tarix: 19 dekabr 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Qayda pozdu - 1678 manat cəriməsi olduğu üzə çıxdı

Avtomobili qeydiyyat nişansız idarə etməklə yanaşı, 1678 manat cərimə borcu olan şəxs saxlanılıb. BİG.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb. Bildirilib ki, "Khazar" markalı, 99-GJ-880 dövlət qeydiyyat nişanlı avtomobil

30.04.2024 364
.

Türkiyədə "TikTok" qadağan oluna bilər

"TikTok" platformasının Türkiyədə qadağan edilməsi üçün addım atıla bilər. Məlumata görə, Milliyyətçi Hərəkat Partiyasının Kırıkkale millət vəkili Halil Öztürk müvafiq təşəbbüslə çıxış edib. "Aydındır ki, çoxlu əxlaqsız paylaşımlar və milli dəyərlərimizi tapdalayan "TikTok" ə

29.04.2024 415
.

Əfqanıstanda məscidə hücum nəticəsində 6 nəfər öldü

Əfqanıstanın qərbindəki Herat əyalətində məsciddə namaz vaxtı silahlı hücum olub. BİG.AZ xəbər verir ki, hücum nəticəsində 6 nəfər ölüb. "Taliban" administrasiyasının Daxili İşlər Nazirliyinin sözçüsü Abdul Kani Metin sosial media platformasında verdiyi açıqlamada bildirib ki, dünən axşam yerl

30.04.2024 174
.

İmtahan nəticələri açıqlandı

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il aprelin 7-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub. Dövlət İmtahan Mərkəzindən (DİM) Axşam.az-a verilən məlumata görə, imtahanda iştirak edən 9-cu sinif şagirdləri verilmiş keçidə ( ) daxil olaraq iş nömrəsi və şəxsiyyəti təsdiq edə

30.04.2024 358
.

Əli Mirəliyev parik taxmasının səbəbini açıqladı - SƏHNƏARXASI VİDEO

Müğənni Əli Mirəliyevin illər sonra görünüşünü 180 dərəcə dəyişməsi marağa səbəb olub. Belə ki, uzun illərdir seyrək saçlarla dolaşan sənətkar başına protez saç qoyaraq yeni imicdə "El canlı" verilişinə qatılıb. -a istinadən xəbər verir ki, Ə.Mirəliyev bu görünüşdə olmasını verilişin aparıcıs

30.04.2024 596
.

"Bu səfər ikili münasibətlərin daha da yüksək səviyyəyə qaldırılmasına kömək edəcək"-DEPUTAT

"26 aprel tarixində Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri oldu. Almaniyanın paytaxtı Berlində keçirilən "15-ci Petersberq İqlim Dialoqu"nun Yüksək Səviyyəli Seqmentində iştirak etdi.Prezident İlham Əliyevin Almaniyaya səfəri mühüm xarakter daşıyır. Ölkə prezidentinin Almaniyay

30.04.2024 139
.

Azərbaycanlı general vəfat etdi

Uzun müddət Rusiyada Daxili İşlər orqanlarında rəhbər vəzifələrdə çalışmış, polis generalı Ramiz Abışov vəfat edib. xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb. Bildirilib ki, o, uzun sürən ağır xəstəlikdən sonra 67 yaşında vəfat edib. Qeyd edək ki, polis generalı Ramiz Ziyad oğl

30.04.2024 393
.

Mayın ilk gününün havası açıqlandı

May ayının ilk günündə Azərbaycanda hava şəraiti əsasən yağmursuz keçəcək. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperatur

30.04.2024 336
.

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı AÇIQLANDI

Bu il Azərbaycandan Həcc ziyarətinə ilk zəvvar qrupu iyunun 4-ü yola düşəcək. Bu barədə -a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem məsulu Vüsal Cahangiri məlumat verib. Onun sözlərinə görə, sonuncu zəvvar qrupunun isə iyunun 10-da yola salınması planlaşdırılır

30.04.2024 246