Manat ləğv edilir?

Manat ləğv edilir?Avrasiya İqtisadi İttifaqının üzv dövlətləri - Rusiya, Qazaxıstan, Belarus və Ermənistan dollar və avrodan imtina etmək niyyətində olduqlarını bildiriblər. Hələ bu ilin sentyabr ayında mətbuat Çin, İran və Rusiya dollardan imtina barədə təşəbbüs göstərmək istəklərindən yazmışdı. Yay aylarında isə Rusiya, Türkiyə və Azərbaycana ticarəti milli valyutalar ilə aparmağı təklif edib.

Rusiyanın "İzvestiya" qəzeti də yazmışdı ki, Aİİ təşkilatına üzv dövlətlərin milli valyutaya keçidi (rus və belarus rublu, tenge və dram) 2025-2030-cu illərdə baş tuta bilər. Bu təşəbbüsün məqsədi barədə ekspertlər deyiblər ki, Azərbaycan rublla alqı-satqıya keçsə itkiyə məruz qalacaq. Yaxın 10 illikdə ABŞ dollarından imtinası real və ciddi görünmür. Bu addım Rusiyanın siyasi təzyiqi, Avropaya və Qərbə qarşı iqtisadi blefi kimi dəyərləndirilməlidir.

Ümumiyyətlə, bu ideya nə dərəcədə real görünür və bu, yeni dünyada hansı proseslərin yaranmasına yol açacaq, Azərbaycanın bu prosesə qoşulması nə dərəcədə mümkün ola bilər.

Milli Məclisin deputatı, İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri Əli Məsimli bildirib ki, neft ixrac edən ölkə dollardan imtina etsə, özündən başqa heç kimə ziyan vura bilməz. Dar çərçivədə ölkələr öz aralarında dollardan imtina etməklə ticarət edə bilər. Amma həmin ölkələrin pulları "taxta pul" hesab olunduğundan, yenə də hesablaşmanın vasitəçi valyutası dollar və ya avro olacaq.

Onun sözlərinə görə, rus rublu pis günə düşdükdən sonra, indi Çin Rusiya ilə ticarətdə rubla ciddi valyuta kimi baxmır və hazırkı vəziyyətdəki rubla heç nə satmaq istəmir. Kimlərsə öz aralarında milli valyutalara əsasən ticarət aparmaq istəyirsə, bu, onların öz işidir, amma dolların dünya hesablaşmalarında, xüsusən də neft satışındakı hazırkı mövqeyi şəraitndə "taxta pullar"la ticarətlə qədim dövrlərin barterindən uzağa gedə bilməzlər. Çünkii "taxata pula" heç kimin ehtiyacı yoxdur, dünya dollar üzərində qurulub. Hələlik bu prinsip işləyir.

Ə.Məsimli deyib: "Kiminsə xoşuna gəlib-gəlməməsindən asılı olmayaraq hələlik buna alternativ yoxdur. Real alternativ olanda bəlkə də bu barədə ciddi düşünməyə dəyər. İndi isə yox. Çünki bir anlığa düşünün ki, biz neftimizi dollara yox, manata sataydıq və Dövlət Neft Fonduna 37 milyard dollar yox, onun ekvivalentində 29 milyard manat kağız pul toplayaydıq. Kataklizmli məqamlarda "təhlükəslik yastığı" adlandırdığımız strateji valyuta ehtiyatsızlığında nə edəcəkdik? Yaxud da Mərkəzi Bankla Dövlət Neft Fondunun birlikdə 55 milyard dollara yaxın srtateji valyuta ehtiyatı dollar, avro və digər valyutalarla yox, manat və rublla olaydı. Bu halda gərgin dövrlərdə maliyyə-pul sisitemimizi, manatın məzənnəsini necə tənzimləyəcəkdik? Deməli, belə məsələrə uymaq olmaz."

İqtisadçı-ekspert Oqtay Haqverdiyev isə deyib ki, birincisi, Azərbaycan Avrasiya İqtisadi İttifaqına daxil olmayacaq. Həm iqtidarın, həm də müxalifətin bu məsələdə mövqeyi eynidir. Bizə iqtisadi nöqteyi- nəzərdən Aİİ maraqlı deyil. Çünki Azərbaycan ixracının 92-93%-i neft-qaz məhsullarının payına düşür və bu bazar Avropadr. Axı, bizim Aİİ-də nə işimiz, nə marağımız var?

İkincisi, Bu, sadəcə olaraq geosiyasi oyundur. Kimsə gedir buna, kimsə də getmir. Qazaxıstan buna gedirsə, demək onun öz maraqları var. Qazaxıstan Asiya qitəsinin ortasındadır. O, Rusiya vasitəsi ilə hansısa bazara çıxa bilər.

Onun sözlərinə görə, bu ideyaları verən adamlar ya ümumiyyətlə, iqtisadiyyatdan, maliyyədən başı çıxmır, ya da böyük oyunun vasitəçiləridir: "Bilərəkdən qıcıqlandırıcı ieyalar verərək qarşı tərəfin münasibətini öyrənməyə çalışırlar. Məgər, yeni valyuta asan işdir? Avropa İttifaqı avronu buraxmaq üçün 15-il danışıqlar apardı. Sonda qərar qəbul edilidi. Bu, elə də asan deyil ki, kağızı dəzgahın bu tərəfindən buraxasan digər tərəfdən pul çıxsın və bununla da problemi həll edəsən."

Tanınmış iqtisadçı deyib ki, bütün valyutaların tutumu var. Azərbaycanın valyutası dollardan güclüdür. Hamı elə bilir ki, doğöurdan da, bu, belədir. Amma Azərbaycan valyutasının tutumu neft-qaz məhsullarından ibarətdir. Onun içində ayrı bir şey yoxdur. Amma ABŞ iqtisadiyyatı çoxşaxəlidir. Hansısa sahədə problem baş verərəsə, digər sahələr vasitəsilə həmin problem aradan qaldırılır. Yəni, ABŞ iqtisadiyyatı harmonik iqtisadiyyatdır. Ona görə də dünyada iqtisadi əməliyyatların təxminən 80%-i dollar vasitəsilə aparılır. Çünki ondan güclü valyuta yoxdur.

Ekspert Aİİ dollarla rəqabət apara biləcək güclü valyuta yarada bilməyəcəyini önə çəkib: "Görürsüzmü, rubl nə günə düşüb. İndi onu götürüb yandırsınlar, əvəzinə yeni pul buraxsınlar, ona nə olacaq ki?! Bu, boş ideyadır. Əslində, pulun dəyərini, valyutanın güclülüyünü iqtisadiyyat müəyyənləşdiririr. Camaat elə bilir ki, təzə rubl çıxsa bütün problemlər həll olunacaq. Heç vaxt belə ola bilməz. Avro ilk buraxıldığı zaman dollardan ucuz idi. Amma sonradan dollar avroya nisbətdə ucuzlaşdı. Hazırda bu iki valyuta bir-birləri ilə rəqabət aparır. Dünya iqtisadiyyatı bu iki valyutanın nəzarətindədir. Çinin pulu öz regionunda qəbul edilir. Azərbaycanın manatı da qonşu ölkələrin sərhədyanı bölgələrində işləyir. Bunun üçün ayrıca pul buraqxmağa ehtiyac yoxdur. Çünki bazar özü bunu tənzimləyir."

Xatırladaq ki, bu il mayın 29-da Belarus, Rusiya və Qazaxıstan prezidentləri Avrasiya İqtisadi Birliyi barədə razılaşma imzalayıblar. Ermənistan isə təşkilata oktyabrda üzv olub. Birliyin 2015-ci ilin yanvarın 1-dən fəaliyyətə başlayacağı iddia olunur.

anspress.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 5327   Tarix: 18 dekabr 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Başqırdıstanda yol-nəqliyyat hadisəsində 4 nəfər ölüb

Rusiyanın Başqırdıstan Respublikasında iki minik avtomobilinin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində dörd nəfər ölüb. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə respublikanın prokurorluğu məlumat yayıb. "Bu gün Maqnitoqorsk – İra yolunun 346-cı kilometrliyində İbrayev

28.04.2024 126
.

Xəzər rayonunda 45 yaşlı kişi öldürülüb, saxlanılan var

Aprelin 28-də saat 20 radələrində Xəzər rayonu Buzovna qəsəbəsində 1979-cü il təvəllüdlü Əhmədov Sadiq Hüseyn oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub. Bu barədə "Report"a DİN-in mətbuat xidmətindən bildirilib. Cinayət əməlini törətməkdə 1954-cü il təvəllüdl

28.04.2024 171
.

Amsterdamda keçirilən nümayişdə 100-dən çox ətraf fəal saxlanılıb

Amsterdam polisi şəhərin hərəkətli yollarından birini bağlayan Extinction Rebellion təşkilatının 100-dən çox ətraf mühit fəalını saxlayıb. "Report"un məlumatına görə, bu barədə NOS telekanalı məlumat yayıb. Belə ki, iki yerdə səkkiz avtomobil dairəvi yolu kəsib. Fəallar "ING Bank"ı

28.04.2024 166
.

Zəngəzurda iranlı turistlərin ölümünə və xəsarət almasına səbəb olan erməni sürücü saxlanılıb

Zəngəzurda iranlı turistləri daşıyarkən qəzaya urğayan avtobusun sürücüsü saxlanılıb. Bu barədə Ermənistanın İstintaq Komitəsinin mətbuat katibi Qoar Abramyan sosial şəbəkə hesabında bildirib. O, qeyd edib ki, qərar cinayət işi çərçivəsində qəbul edilib. Xatırladaq ki, hadisə dünən Ermənistanın Qərb

28.04.2024 174
.

İrtış çayında qayıq qəzasında iki nəfər ölüb

İrtış çayının Rusiyanın Omsk vilayətindən keçən hissəsində qayığın gəmilərin üzən duracağı ilə toqquşması nəticəsində su nəqliyyatı vasitəsinin sürücüsü və sərnişini yaralanıb. Daha bir sərnişinin isə axtarışı gedir. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Nəqliyyat üzr

28.04.2024 147
.

Xankəndidə çalışan peşə sahibləri - VİDEO

Xankəndi şəhərində mikrosahibkarlar işə başlayıblar. İTV xəbər verir ki, onların ilk müştəriləri Xankəndinin yenidən qurulmasında çalışan şəxslərdir. Artıq şəhərdə dərzi, saç ustası və digər peşə sahibləri çalışırlar. ( )

28.04.2024 207
.

İsrailin müdafiə naziri: HƏMAS-ı zərərsizləşdirmək üçün lazım olan qədər vaxt sərf edəcəyik

İsrailin müdafiə naziri Yoav Qalant bildirib ki, ökəsi HƏMAS qruplaşmasını zərərsizləşdirmək və girovları azad etmək üçün lazım olan qədər vaxt sərf edəcək. Bu barədə "Report" "The Jerusalem Post"a istinadən xəbər verir. "Biz bu vəzifələr üzərində işləyirik və hər ikisini yerin

28.04.2024 130
.

Britaniya deputatları Sunakı vəzifəsindən uzaqlaşdıra bilər

Böyük Britaniyanın hakim Mühafizəkarlar Partiyasının bir neçə deputatı mayın 2-də bələdiyyə, yerli və regional hakimiyyət orqanlarına seçkilər keçirildikdən sonra Baş nazir Rişi Sunakı vəzifəsindən uzaqlaşdırmaq niyyətindədir. "Report" xəbər verir ki, bu barədə "Financial Times" nəşr

28.04.2024 161
.

Ermənistan XİN: "Türkiyə ilə sərhəd məntəqəsi istismara hazırdır"

Ermənistan tezliklə Türkiyəyə iki ölkə arasındakı sərhəddə yerləşən Ani körpüsünün bərpası məsələsində öz yanaşmalarını çatdıracaq. Bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat verib. "Türkiyə Ani körpüsünün bərpasına dair protokolu Ermənistana təhvil verib. Hazırda sənəd üzərində iş yekunlaşma

28.04.2024 146