Şəxsi həyatım bir il əvvəlki kimidir

Şəxsi həyatım bir il əvvəlki kimidirMüğənni İlhamə Qasımova şəxsi həyatı ilə bağlı yayılan söz-söhbətlərə son qoyub.

BiG.AZ saytı axsam.az saytına istinadən bildirirki, açıqlama verən sənətçi bundan sonra heç bir qalmaqallı mövzularda yer almayacağını bildirib. O, qeyri-rəsmi nikahda yaşaması ilə bağlı yayılan xəbərlərə əsəbləşib:

"Mən o barədə bundan sonra artıq heç vaxt danışmayacam. Səmimi olub müsahibə verirəm. Müsahibənin bir dənə balaca ucunu götürüb başlıq edirlər. Barəmdə belə sözlər yazılmasına icazə verməmişəm. Mən bir o qədər maraq kəsb edən ifaçı olmamışam ki, yaradıcılığımdan yox, şəxsi həyatımdan yazsınlar. Mətbuatda yayılan xəbərlərdən yaxınlarım da narahatlıq keçirir. Düşünürəm ki, bunları məni sevməyən insanlar edir. Məqsədləri məni camaatın gözündən salmaqdır".

İ.Qasımova yaxınlarının ona qadağa qoyduğunu da deyib:

"Yaxınlarım bu barədə xəbərləri oxuyanda irad tuturlar: sən niyə bu haqda danışırsan? İzah edirəm ki, başlığa fikir verməyin, yazının içərisini oxuyun. Bundan sonra belə müsahibələr verməyəcəm. Şəxsi həyatım bir il bundan əvvəl necə idi, indi də elədir. Heç bir dəyişiklik yoxdur. Boş-boş qalmaqallar yaradırlar, mənə bu lazım deyil, heç ehtiyacım da yoxdur".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1912   Tarix: 18 dekabr 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bella Hadid sevgilisi ilə görüntüləndi - Foto

Məşhur ulduz Bella Hadid sevgilisi ilə görüntülənib. Axşam.az xəbər verir ki, model təxminən bir il əvvəl xroniki xəstəliyinin şiddətlənməsindən sonra karyerasına fasilə verib. Lakin bu yaxınlarda o, yeni məhsulunu təqdim edib. Bella və onun kovboy sevgilisi Adan Banuelos Nyu-Yorka öz brendi "Orebella"nı

04.05.2024 500
.

Ədalət Şükürovun qızının toyundan özəl görüntülər

Əməkdar artist Ədalət Şükürovun qızı Jalə ötən gün Ənvər adlı bəylə ailə qurub. OLAY yazır ki, sənətçinin övladının toyunda bir çox sənət nümayəndəsi iştirak edib. Məclisdən özəl görüntüləri təqdim edirik:

06.05.2024 1240
.

Xoşqədəmdən evliliyinin yalan olduğunu deyənlərə cavab

Aparıcı Xoşqədəm Hidayətqızı türkiyəli müğənni Doğuşla evliliyini saxta adlandıranlara cavab verib. Axşam.az xəbər verir ki, bu haqda o, proqramında danışıb. Xoşqədəm aparıcı Sərxan Kərəmoğlunun "Rusiyada mənə sual verirdilər ki, onlar doğrudan evlidirlər" sözlərinə belə reaksiya verib:. "Evliliyi

04.05.2024 704
.

Cennifer Lopez və Ben Afflekin evliliyi təhlükə altındadır: Yenidən ayrılırlar?

Məşhur müğənni Cennifer Lopezlə aktyor Ben Afflekin münasibətləri ciddi böhran yaşayır. Bu barədə "Life&Style" nəşri insayderlərə istinadən yazıb. Məlumata görə, Ben Afflek son zamanlar həyat yoldaşının şıltaqlığına görə depressiv vəziyyətə düşüb. Mənbələrin bildirdiyinə görə, cütlük hazırd

05.05.2024 609
.

Gəlini Zabit Nəbizadənin qohumu imiş

Əməkdar artist Mətanət İsgəndərli Xalq artisti Zabit Nəbizadə ilə qohum olub. Axşam.az xəbər verir ki, ifaçılar bu haqda "Maqazin plus" verilişinə deyib. M.İsgəndərli bildirib ki, oğlu Kərim xanəndənin qohumu ilə ailə qurub. "Təzə gəlinim Zabit qardaşımın anasının dayısı nəvəsidir. Gedi

06.05.2024 989
.

"Kızıl goncalar"ın aktyorları sevgilidir - Foto

"Kızıl goncalar" serialında yaşanan eşq gerçək olub. Axşam.az xəbər verir ki, aktyorlar Mert Turakla Melis Çınar sevgilidir. Cütlük ötən gün paparatsilərin obyektivinə tuş gəlib. Turak aralarındakı münasibəti təsdiqləyərək "Olan oldu. Ən azından birlikdə poz verək ki, yaxşı düşək"

05.05.2024 814
.

Gülşen Türkiyəni "Eurovision"da təmsil edəcək?

Gülşen Türkiyəni "Eurovision" mahnı yarışmasında təmsil etmək istədiyini deyib. xəbər verir ki, bu barədə türk mətbuatı bildirib. "Təklif gəlsə, qəbul edərəm. Ölkəm üçün edə bilməyəcəyim heç nə yoxdur" ,- deyə o qeyd edib

07.05.2024 184
.

Rəqsanənin bu fotosu MÜZAKİRƏLƏRƏ SƏBƏB OLDU

Müğənni Rəqsanə İsmayılovanın paylaşımı müzakirələrə səbəb olub. BİG.AZ xəbər verir ki, müğənni sosial mediada açıq-saçıq geyimdə yeni fotosunu paylaşıb. Foto bəzi izləyicilər tərəfindən birmənalı qarşılanmayıb. Paylaşımı təqdim edirik:

05.05.2024 1843
.

Nadir Qafarzadədən ÜZÜCÜ XƏBƏR

Müğənni Nadir Qafarzadənin səhhətində problem yaranıb. Bu barədə -a sənətçi özü məlumat verib. O bildirib ki, xəstəxanaya yollanıb və müalicə olunur:. "Çox nasazam. Bərk soyuq dəyib. Mənə elə gəlir ki, bir neçə gün əvvəl havada maqnit dalğası var idi, mənə təsir etdi, halsızlaşdım. Həkimə getdim

06.05.2024 1517