Mətanət ölən keçmiş ərindən danışıb ağladı - FOTO

"O, son nəfəsinə qədər məni arzulayıb. Məni istəyib".

Əməkdar artist Mətanət İsgəndərli dünyasını dəyişmiş keçmiş həyat yoldaşı Oruc Həmidov barəsində danışaraq, göz yaşlarına hakim ola bilməyib.

"Öz aramızda" verilişinə qonaq olan ifaçı keçmiş həyat yoldaşının ölümü ilə barışmadığını deyib:

"Mən istəmirəm ki, indi mənim ağlamağımı görsünlər. Çox pisəm, əlimdə deyil, ağlayıram. Həyat yoldaşım dünyasını dəyişən gündən, ağlaya-ağlaya gəzirəm. O, son nəfəsinə qədər məni arzulayıb. Məni istəyib. Amma bunu məndən gizlətdilər, demədilər. Açığı getmək istəyirdim, amma getmədim. Dedim xəstədir, qorxuram ki, məni görüb, pis olar".

Əməkdar artist daha sonra deyib ki, qızı və oğlu atasının hüzur yerinə getmək istəməyib: "Qızım Ülkər heç atasını görməyib. Amma oğlum onu görmüşdü. Atasının ölümü oğluma pis təsir edib. Açığı oğlum Kərim atasının hüzur yerinə getmək istəmirdi. Özüm dedim ki, "oğlum, yaxşı deyil. Atanın hüzuruna get". Oğlumda sözümdən çıxmadı, getdi. Daha sonra dedi ki, "Ana, nə yaxşı ki, atamın hüzuruna getdim, indi rahatam".

M.İsgəndərli bildirib ki, dünyasını dəyişən keçmiş yoldaşı O.Həmidovucanlını kimlərsə ona əsəbiləşdirərək, canlı efirdə ona qarşı danışmağa dəvət etmişdilər:

"Onunla gənclik illərimizdə bir-birimizi başa düşmədik. Amma sonra barışdıq. Onunla aramızda anlaşılmazlıq aparıcı Nanə Ağamaliyevanın "Ulduz oldun" verilişində olmuşdu. Belə ki, mən o vaxtı səhv elədim, Nazənin verilişində onun barəsində danışdım. Canlı veriliş deyildi. Daha sonra Nanədən xahiş elədim ki, zəhmət olmasa çıxart. Amma çıxartmadı. O, da o vaxtı da efirə çıxası deyildi. Amma onu öyrətdilər, çıxıb, digər kanalda barəmdə danışdı. Yəni mənim səhvimdən istifadə edib, övladlarımı atası ilə düşmən elədilər".

oxu.az

Mətanət ölən keçmiş ərindən danışıb ağladı - FOTOMətanət ölən keçmiş ərindən danışıb ağladı - FOTOMətanət ölən keçmiş ərindən danışıb ağladı - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 5526   Tarix: 13 dekabr 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

"Ata tərəfim Azərbaycandandır" - Acun Ilıcalı

"TV 8"in rəhbəri, aparıcı Acun Ilıcalı "Müge ve Gülşen’le 2.Sayfa" proqramının qonağı olub. Axşam.az-a istinadən xəbər verir ki, aparıcılar Acuna gənc qalmasının sirrini soruşublar. O, isə söhbət zamanı ata tərəfinin Azərbaycan köklü olduğunu deyib. Acun bildirib ki, gənc qalmasını

16.09.2021 2120
.

Koronavirus bəlası sənət adamları arasında - Kimlər peyvənd olunub?

Son günlər bir neçə yerli sənət adamının koronavirusa yoluxma xəbəri medianın gündəminə çevrildi. Bütün dünyanı cənginə alan bu xəstəliyə yoluxub sağalanları görsək də, çox təəssüf ki, gözlənilməz şəkildə həyatını itirən sənətkarlar da oldu. Belə bir məqamda həmin sənətçilərin xəstəlikdən öncə peyvən

16.09.2021 1870
.

Zamiqin oğlunun ad günündən - FOTO

Müğənni Zamiq Hüseynovun oğlu Zeynin 2 yaşı tamam olub. Axşam.az-a istinadən xəbər verir ki, sənətçi övladı ilə obyektiv qarşısına keçib. Zamiq birlikdə çəkdirdikləri şəkilləri izləyiciləri ilə bölüşüb. İfaçı paylaşımına "Sən nə böyük sevgisən. Ad günün mübarək, əziz oğlum" qısa şərhini yazı

18.09.2021 5961
.

Xəyanət iddialarını yalanladı

Türkiyəli aktrisa Bensu Soral həyat yoldaşı Hakan Başla münasibətlərinin soyuq olması ilə bağlı xəbərlərə münasibət bildirib. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa xəyanət iddialarını yalanlayıb:. "Çətin bir dönəmdən keçirik, küsülü deyilik. Bu məsələnin 3-cü şəxslə heç bir əlaqəsi yoxdur"

17.09.2021 2431
.

Toydan 3 ay sonra ayrıldılar

Aparıcı Ece Erken 3 ay əvvəl ailə qurduğu Şafak Mahmutyazıcıoğlu ilə ayrılıb. Axşam.az-a istinadən xəbər verir ki, o, birlikdə olan fotolarını sosial şəbəkədən silib. Ece eyni zamanda soyadını da dəyişdirib. İyunda vəkil sevgilisi ilə uzun müddət davam edən münasibətini rəsmiləşdirən Erkenin bu addım

18.09.2021 5366
.

Serenaya görə Umutu sildi

Aktrisa Melisa Şenols keçmiş sevgilisi iş adamı Umut Evirgeni instaqramda izləmədən çıxarıb. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb cütlük ayrıldıqdan sonra Umutun aktrisa Serenay Sarıkaya ilə eşq yaşaması iddiaları olub. O, bütün birlikdə çəkdirdikləri fotoları da hesabından silib. Umut is

17.09.2021 2293
.

"Vüqarın ölüm səbəbiylə bağlı ekspertiza tələb edəcəyəm"

Mərhum meyxanaçı Vüqar Biləcərinin sevgilisi Samirə Nail Kəmərlinin "Youtube" layihəsinin qonağı olub. Axşam.az-a istinadən xəbər verir ki, Samirə sənətçi ilə bağlı bəzi məqamları açıb. O bildirib ki, Vüqar ömrünün son illərində anası üçün pis olub:. "Vüqarın yanında "ana" söz

17.09.2021 5564
.

Özcan Dəniz hakim qarşısına çıxdı

Keçmiş həyat yoldaşı Feyza Aktana şiddət göstərməsi səbəbi ilə məhkəməlik olan türkiyəli aktyor Özcan Dəniz hakim qarşısına çıxıb. Axşam.az-a istinadən xəbər verir ki, 1 il 6 ay həbsi tələb olunan aktyor Feyza Aktanın yalan dediyini bildirib:. "Övladımın qəyyumluğunu istədiyim üçün məni çətin vəziyyət

16.09.2021 1271
.

Aqil M.Quliyev cinayətdən danışacaq

Rejissor Aqil M.Quliyev də bu mövsüm aparıcılıq edəcək. Axşam.az-a istinadən xəbər verir ki, rejissor "Xəzər TV" ilə işbirliyinə başlayıb. Onun proqramı "Cinayət və cəza" adlanır. Aqil.M.Quliyev cinyyət hadisələrindən bəhs edəcək. Qeyd edək ki, Aqillə yanaşı bu mövsüm Əməkdar artis

18.09.2021 2371