İdmançılarımıza qarşı növbəti erməni həyasızlığı - FOTO

İdmançılarımıza qarşı növbəti erməni həyasızlığı - FOTO"Qoy cavab görüşü olsun və qoy güclü qalib gəlsin!".

Ötən şənbə Dağıstanda qaydasız döyüş (MMA) üzrə "Ulduzların döyüşü 3" adlı böyük turnir baş tutub.

Tədbir çərçivəsində 12 peşəkar döyüş baş tutub – 11-i MMA, 1-i isə K-1 üzrə.

Azərbaycan uğrunda "Azerbaijan Fight Club"u təmsil edən Elnar İbrahimov (57 kq), Hüseyn Əliyev (77) və Hikmət Abdullayev (70 kq) çıxış ediblər.

Yarışda həmçinin Braziliya, Ukrayna, Latviya, Belarus, Almaniya, Türkiyə, Moldovadan olan idmançılar çıxış ediblər.

Turnirin nəticələrinə görə, idmançımız Elnar İbrahimov S.Bulatova qalib gəlib.

Digər idmançımız – 77 kq çəki dərəcəsində çıxış edən Hüseyn Əliyev ilk raundda rəqibinə məğlub olub.

Digər döyüşçümüz Hikmət Abdullayevlə bağl isə xoşagəlməz hadisə yaşanıb.

Bir çox KİV həmin hadisə barədə dəqiq məlumat əldə etməyərək, yalan xəbər yayıblar.

"Azerbaijan Fight Club"un prezidenti Şəhriyar Abbasov məsələyə aydınlıq gətirib.

Ş.Abbasov Oxu.Az-a açıqlamasında bildirib ki, Hikmət ABdullayev dağıstanlı döyüşçü R.Xaybullayevlə görüşüb və ilk raund uğurlu keçib, ABdullayev döyüşü öz üstünlüyü ilə başa vurub. İkinci raunda rəqibi Abdullayevdən üstün olub.

Lakin Xaybullayev qayda pozuntusuna yol verib və buna görə, ona sarı vərəqə verilməli, ikinci raundun xalları ləğv olunmalı idi.

Lakin hakim erməni milliyətindən olduğu üçün bu qərara etinasız yanaşıb və döyüşü davam etdirməyə hazırlaşıb. Hikmət Abdullayev onun qərarından etiraz edərək, Xaybullayevə sarı vərəqənin verilməsini tələb edib.

Xaybullayev isə Hikmətin onu təhqir etdiyini düşünüb və ABdullayevin üzərinə hücum çəkərək, ona zərbələr endirib, bununla da, daha bir qayda pozuntusuna yol verib, çünki hadisə hakimin döyüşü dayandırmasından sonra baş verib.

Bu qayda pozuntusuna görə dağıstanlı döyüşçü yarışdan kənarlaşdırılmalı idi. Lakin hakim Xaybullayevə qarşı heç bir tədbir görmür. "Azerbaijan Fight Club"un döyüşçüləri öz yoldaşlarını qorumaq üçün rinqə çıxırlar.

Dağıstanda MMA idmanı federasiyasının prezidenti və məşhur "Dağlı" ("Qorets") MMA klubunun baş məşqçisi Şamil Alabatırov hər kəsdən rinqi etmələrini xahiş edərək, "Azerbaijan Fight Club"Un prezidenti Şəhriyar Abbasova problemi rinqdən kənarda həll etməyi təklif edir.

Şamil Alabatırov dağıstanlı döyüşçünün idmançıya yaraşmayan hərəkətinə görə üzr istəyib. Daha sonra Xaybullayev də öz hərəkətinə görə birbaşa efirdə üzr istəyib və qərara alınıb ki, döyüş heç-heçə hesabı ilə başa çatsın, cavab görüşü üçün vaxt təyin edilsin.

Dağıstanın bütün tanınmış döyüşçüləri və MMA promouterləri idmançımız Hikmət Abdullayevi dəstəkləyiblər.

Şəhriyar Abbasov isə bu sözləri səsləndirib:

"Qoy cavab görüşü olsun və qoy güclü qalib gəlsin!".

oxu.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 3280   Tarix: 11 dekabr 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İbrahimoviçin qayıdacağı vaxt bilindi

"Milan"ın zədəli futbolçusu Zlatan İbrahimoviçin yaşıl meydanlara qayıdacağı vaxt məlum olub. İsveçli hücumçu milli komandalara görə yaranan fasilədən sonra əsas komanda ilə məşqlərə qoşulacaq. Bu barədə "Milan"ın baş məşqçisi Stefano Pioli klubun mətbuat xidmətinə açıqlamasında deyib

23.08.2021 954
.

Azərbaycan millisinin heyətində dəyişiklik baş verib

2022-ci il dünya çempionatının seçmə mərhələsində Portuqaliya ilə qarşılaşacaq Azərbaycan millisinin heyətində dəyişiklik baş verib. "Report" AFFA-nın saytına istinadən xəbər verir ki, "Qarabağ"ın futbolçusu Maksim Medvedev zədə, Polşanın "Visla" (Plotks) klubunun üzvü Anto

05.09.2021 898
.

Azərbaycan güləşçiləri gümüş və bürünc medal qazanıb

Azərbaycanın yunan-Roma güləşçisi Sərxan Məmmədov Rusiyanın Ufa şəhərində keçirilən gənclərin dünya çempionatında final görüşünə çıxıb. 130 kq çəki dərəcəsində mübarizə aparan idmançı türkiyəli Muhammet Bakirlə üz-üzə gəlib. Rəqibinə 1:3 hesabı ilə məğlub olan Məmmədov gümüş medalla kifayətlənib. 5

22.08.2021 758
.

Ronaldonun yeni klubu rəsmən açıqlandı

"Yuventus"dan ayrılan Kristiano Ronaldonun yeni klubu açıqlanıb. xəbər verir ki, portuqaliyalı futbolçu "Mançestr Yunayted"ə transfer olunub. Məlumatı İngiltərə klubunun rəsmi saytı yayıb. Qeyd edək ki, təcrübəli forvard daha öncə də "qırmızı şeytanlar"da çıxış edib

27.08.2021 1027
.

Avstraliyalı hücumçu "Neftçi"yə keçməkdən imtina edib

Avstraliyalı futbolçu Nikita Rukavitsanın "Neftçi"yə keçidi baş tutmayıb. Bu barədə "Report"a Bakı klubunun Media, marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Rüstəm Allahverdiyev məlumat verib. Onun sözlərinə görə, daha əvvəl razılıq əldə olunan 34 yaşlı hücumçu Bakıd

28.08.2021 641
.

Lorenzo Sotomayor karyerasını başa vurub

Azərbaycan Boks Federasiyasının (ABF) iclası keçirilib. ABF-dən "Report"a verilən məlumata görə, Tokio-2020 Yay Olimpiya Oyunlarının yekunu və növbəti Olimpiya tsiklinə hazırlıqla bağlı təşkil olunan toplantıda qurumun vitse-prezidentləri Süleyman Mikayılovla Rövşən Hüseynov, baş katib Nağ

12.09.2021 599
.

"Fənərbağça" Kresponu transfer etdi

İstanbul nəhəngi "Fənərbağça" daha bir futbolçunun transferini rəsmiləşdirib. "Fənər" Portuqaliyanın "Eştoril" klubunda çıxış edən Migel Kresponu heyətinə cəlb edib. 1996-cı il təvəllüdlü futbolçu bu gün İstanbulda tibbi müayinədən keçəcək.( )

05.09.2021 709
.

"Yuventus"un gənc futbolçusu öldü

İtaliyanın "Yuventus" klubunun gənclərdən ibarət komandasının oyunçusu Brayan Dodyen 17 yaşında vəfat edib. Bu barədə Turin klubu rəsmi "Twitter" hesabından məlumat yayıb. "Yuventus" Brayan Dodyenin ailəsi ilə birlikdə kədər hissi keçirir", - turinlilərin mətbuat xidmətini

05.09.2021 972
.

Güləşçilərimiz Avropa çempionatında 2 qızıl, 1 gümüş və bürünc medal qazanıb

Bu gün Yunanıstanın Katerini şəhərində çimərlik güləşi üzrə yeniyetmə və gənclərin Avropa çempionatı keçirilib. Azərbaycan Güləş Federasiyasından "Report"a verilən məlumata görə, qitə birinciliyində baş məşqçi Oyan Nəzəriani və məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında 4 güləşçimiz mübariz

12.09.2021 746