Universitet rektorları Kooperasiya Universitetində toplaşıblar - FOTO

Bu gün Kooperasiya Universitetinin yaranmasının 50 illiyi, Bakı Biznes və Kooperasiya Kollecinin yaranmasının isə 75 illiyi ilə bağlı "Regional İqtisadi Siyasət və Kooperasiya Münasibətlərinin İnkişafı" beynəlxalq elmi-praktik konfrans keçirilib.
Universitetdə düzənlənən elmi praktik konfransda Azərbaycanın tanınmış dövlət xadimləri, ziyalıları, xarici qonaqlar və təhsil ocağının nümayəndələri, tələbələri iştirak ediblər.

BiG.AZ modern.az-ın məlumatına istinadən bildirir ki, konfransı universitetin rektoru, Milli Məclisin deputatı Eldar Quliyev açıb vəmötəbər gün münasibəti ilə hər kəsi təbrik edib, konfransa qatılanlara təşəkkür edib. Konfrans öz işinə Azərvaycan Dövlət Himni ilə başlayıb. Eldar Quliyevin təqdimatından sonra universitetin və kollecin bu günə qədər keçdiyi illərdəki fəaliyyətlərini əks etirən video-çarx nümayiş olunub.

Rektor E. Quliyev təhsil müəssisələrini təbrik etmək üçün iştirak edən qonaqları auditoriyaya təqdim edib.

Beynləxlaq konfransda dövlət müşaviri Vahid Axundov, Milli Məclisin İqtisadi Siayasət komitəsinin sədri, akademik Ziyad Səmədzadə, BDU-nun rektoru, millət vəkili, akademik Abel Məhərrəmov, Təhsil nazirinin müavini Firudin Qurbanov, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, Odlar Yurdu Universitetini rektoru, millət vəkili Əhməd Vəliyev, Türkiyənin Giresin Universitetinin rektoru Aygün Akkdar, İqtisadi Elmlər doktoru Vahid Novruzov və digərləri iştirak ediblər. Eyni zamanda konfransa Gürcüstandan, Qazaxıstandan, Poltavadan və digər ölkələrdən nümayəndələr qatılıblar.

Azərbaycan Respublikasının İqtisadi siyasət məsələləri üzrə Dövlət müşaviri Vahid Axundov çıxış prezident İlham Əliyevin təhsilə ayırdığı diqqəti xüsusu vurğulayıb. V. Axundov qeyd edib ki, ildönümünü qeyd edən təhsil ocağı özündə birləşdirdiyi yüksək elmə, pedaqoji təcrübəyə görə daim seçilir. "Bu universitetin elm xadimləri cəmiyyətdə həmişə diqqət mərkəzindədirlər. Onların ağıllı, təcrübəli pedaqoji fəaliyyətləri təqdirə layiqdir".

Vahid Axundov Pprezidentin sərancamı ilə universitetin əməkdaşlarına verilən fəxri adları, medalları təqdim edib. Təhsil Nazirinin müavini Firudin Qurbanov mötəbər yolda addımladıqları üçün universitet və kolleci yubiley münasibəti ilə təbrik edib.

O, Təhsil naziri Mikayıl Cabbarovun təhsil müsəssinə təbrikini çatırıb: "Mən ilk pedaqoji fəaliyyətimə məhz bu universitetdə başlamışam. Bunun üçün də fəxr hissi duyuram".

O, Heydər Əliyevin Azərbaycan təhsilində, həmçinin Kooperasiya univeristetinin yaranıb formalaşmasındakı fəaliyyətini xatırladıb: "Əvvələr universitetdə yalnız 2 fakültə olub. 2000-ci ildə isə univeristet olub.

Hazırda bu univeristetdə 27 kafedra və 19 ixtisas var. Bu, böyük uğurdur".

O, həmçinin universitetin bundan sonrakı fəaliyyətində qarşıda duran əsas məqsədələrdən də danışıb. "Hazırda yeni kadr hazırlığına ehtiyac var. Bunu yüksək səviyyədə təmin etməyə çalışmalıyıq". Firudun Qurbanov Prezidentin təsdiq etdiyi əsasnaməyə uyğun olaraq pedaqoji fəaliyyətləri ilə seçilən prorektorları, dekanları, kafedra və şöbə müdürlərini medal ilə təltif edib. İqtisadçı alim Ziya Səmədzadə ildönümü münasibəti ilə hər iki ali təhsil müəssisəsini təbrik edib. O, universitetin keçdiyi ağır və məsuliyyətli illərdən danışıb.

Onun sözlərinə görə, təhsil ocağı Ümummilli Lider Heydər Əliyevin dəstəyi ilə daha da təkmilləşib. Eldar Quliyevin rektorluq dövründə isə özünün ən yüksən inkişaf nöqtəsinə çatıb.

"Eldar Quliyev rektor vəzifəsinə gəldikdən sonra təhsil müəssisəsində hər şey dəyişib, inkişaf edib. Müasir dövrün ən yaxşı üniversitetləri sırasına daxil olub".

Akademik Əli Nuriyev rektor Eldar Quliyevi və universitet heyətini hədiyyələrlə təbrik edib.

Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov qeyd edib ki, Kooperasiyada rektorla işçilər arasındakı səmimi münasibət xüsusi diqqətə layiqdir. Onun sözlərinə görə, bəzən jurnalistlər Bakı Dövlət Universiteti haqqında yazmağa bir məqam tapırlar, amma burada olan səmimi münasibətə görə heç vaxt Kooperasiya universiteti baradə mənfi fikir söylənilməyəb. Bu münasibətlə o, başda rektor olmaqla, univeristetin və kollecin əməkdaşlarını təbrik edib. Türkiyənin Giresin universitetinin rektoru Aygün Akkdar da təbriklərə qoşulub. O, çıxışında Azərbyacan və Türkiyə təhsilinin ortaq əməkdaşlıqlarından danışıb.

Qeyd edib ki, Azərbyacan son illərdə təhsil sahəsində ən yüksək inkişaf zirvəsinə çatıb. A. Akkdar bunun Türkiyə prizmasından baxanda aydın göründüyünü deyib. Kooperasiya univeristetinin də inkişaf etmiş universitelər sırasında olduğunu qeyd edib.

Tədbirdə iştirak edən digər qonaqlar, kollecin və universitetin müəllimləri təhsil müəsssisələrini ildönümü münasibətilə ilə təbrik ediblər.

Sonda müəllimlərinin və univeristetin digər akkedemik nümayəndələrinin medalları və döş nişanları təqdim edilib.

Universitet rektorları Kooperasiya Universitetində toplaşıblar - FOTOUniversitet rektorları Kooperasiya Universitetində toplaşıblar - FOTOUniversitet rektorları Kooperasiya Universitetində toplaşıblar - FOTOUniversitet rektorları Kooperasiya Universitetində toplaşıblar - FOTOUniversitet rektorları Kooperasiya Universitetində toplaşıblar - FOTOUniversitet rektorları Kooperasiya Universitetində toplaşıblar - FOTOUniversitet rektorları Kooperasiya Universitetində toplaşıblar - FOTOUniversitet rektorları Kooperasiya Universitetində toplaşıblar - FOTOUniversitet rektorları Kooperasiya Universitetində toplaşıblar - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4994   Tarix: 22 noyabr 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Netanyahu girovların müqabilində Qəzzada atəşkəsə hazır olduğunu açıqlayıb

İsrail Qəzza zolağında atəşkəsdən əl çəkməyib və anklavda saxlanılan girovların azad edilməsi müqabilində hələ də atəşkəslə razılaşmağa hazırdır. "Report" xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib. "İsrail girovları azad etmək üçün döyüşü dayandırmağa hazır id

05.05.2024 242
.

Erməni hərbçi şərti sərhəddə özlərinin basdırdığı minaya düşdü

Ermənistan ordusunun hərbçisi Tavuş rayonunun Kirants (Günən) kəndi istiqamətində minaya düşüb. xəbər verir ki, məlumatı Ermənistan Müdafiə Nazirliyi təsdiqləyib. "Hərbçi mina partlaması nəticəsində xəsarət alıb", - Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan bildirib. Məlumatd

11:07 196
.

İsraildə "Əl-Cəzirə" rəsmən bağlandı

"İsrail hökuməti Qətərin "Əl-Cəzirə" telekanalının ölkədəki yayımını dayandırmaq qərarına gəlib". Bu barədə baş nazir Benyamin Netanyahunun "X" sosial şəbəkəsində (keçmiş "Twitter") səhifəsində dərc edilmiş bəyanatda deyilir. "Başçılıq etdiyim hökumət yekdillikl

05.05.2024 215
.

Latviyada təyyarə magistral yola qəza enişi edib

Latviyanın Tallin şossesində mühərriki nasaz olan təyyarə məcburi eniş edib. "Report" xəbər verir ki, bu barədə "La.lv" portalı məlumat yayıb. Belə ki, göyərtəsində iki nəfərin olduğu kiçik mülki aviasiya təyyarəsi Tallin şossesində Adazi yaxınlığında məcburi eniş edib. Latviya Təyyar

05.05.2024 203
.

FT: Britaniyanın neft və qaz şirkətləri Londonun vergi siyasəti səbəbindən böhran içindədir

Böyük Britaniyanın Şimal dənizi şelfində fəaliyyət göstərən müstəqil neft şirkətləri məhsullarının bahalaşmasına baxmayaraq, böhran içindədirlər. "Report" xəbər verir ki, bu barədə "Financial Times" qəzeti bazar ekspertlərinə istinadən yazıb. Sənaye assosiasiyaları və analitiklə

05.05.2024 188
.

Görüş üçün Almatı şəhəri məqsədli olaraq seçilib? - RƏY

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Qazaxıstanın Almatı şəhərində bu il may ayının 10-da görüşəcəklər. Beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev -a bildirib ki, görüş üçün Almatı şəhərinin seçilməsi maraqlıdır. Görüşdə delimitasiya v

12:28 162
.

Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək

Cənubi Koreyanın Kiber Əməliyyatlar Komandanlığı Şimali Koreyadan artan təhlükəsizlik təhdidləri fonunda ABŞ-ın rəhbərlik etdiyi çoxmillətli kiber təlimdə iştirak edəcək. "Report" xəbər verir ki, bu barədə Yonhap agentliyi məlumat yayıb. Qeyd olunub ki, Cənubi Koreyanın doqquz hərbi qulluqçus

05.05.2024 198
.

Azərbaycan və Ermənistan XİN başçılarının Almatı görüşünün tarixi açıqlanıb - FOTO

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanın Qazaxıstanın Almatı şəhərində görüşünün tarixi bəlli olub. Bu barədə Azərbaycan XİN sözçüsü Ayxan Hacızadə "X" hesabında paylaşım edib. Onun sözlərinə görə, görüş mayın 10-da Almatıda baş tutacaq

11:15 158
.

Xoşqədəmlə Doğuş efirdə əkizlərinə ad günü etdi - VİDEO

Aparıcı Xoşqədəm Hidayətqızı və türkiyəli müğənni Doğuşun əkiz övladlarının 8 yaşı tamam olub. xəbər verir ki, cütlük oğulları üçün "Günaydın Azərbaycan" verilişində ad günü ediblər. Həmin görüntüləri təqdim edirik:

05.05.2024 1116