Əhaliyə pulsuz aparatlar nə vaxt paylanacaq?

Əhaliyə pulsuz aparatlar nə vaxt paylanacaq?"Əhalinin aztəminatlı hissəsinə dekoderlərin verilməsi ilə bağlı cənab prezidentə etdiyimiz müraciətə baxılır".

Bunu açıqlamasında Milli Teleüviziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib.

O bildirib ki, bununla bağlı artıq bəzi işlər görülür: "Bu müraciətin müsbət həllinə inanıram. Hazırda bütün Azərbaycan ərazisində rəqəmsal yayım təmin olunub. Elə əsas məsələ də rəqəmsal yayımın təmin olunmasıdır.

O ki qaldı analoq yayımın dayandırılmasına, bizim 2015-ci ilin iyun ayına kimi vaxtımız var. O vaxta kimi bunu həll edə bilərik. Ona görə də bu məsələdə hər hansı bir problem yoxdur. Hazırda ölkə ərazisində az da olsa, dekoderlər var. Artıq müəyyən insanlar da dekoder alıb istifadə edirlər. Bu məsələ dediyim formada həyata keçirilərsə, biz rəqəmsal yayıma çox rahatlıqla keçəciyik".

MTRŞ sədri "ATV Plus" rəqəmsal efir-kabel televiziyasının istifadəçilərinin həmin televiziyanın keyfiyyətinin aşağı olması ilə bağlı narazılığına da münasibət bildirib. O qeyd edib ki, hansısa kabel televiziyasının keyfiyyəti zəif olduğu üçün MTRŞ onlara cəza kəsə bilməz: "ATV Plus" da kabel şəbəkəsidir. Əlbəttə, kabel televiziyaları daima maraqlı olmalıdırlar ki, əhali yüksək keyfiyyətli yayımla təmin olunsun, heç bir narazılıq olmasın.

Əgər müəyyən problemlər olarsa, çalışmalıdırlar ki, aradan qaldırsınlar. Bu o demək deyil ki, hansısa texniki problem olan kimi həmin kabel televiziyasının fəaliyyəti dayandırılmalıdır. "ATV Plus" da fəaliyyət üçün icazə alıb və tədricən fəaliyyətini genişləndirməyə başlayıb. Onlar nisbətən yeni kabel şəbəkəsidir.

"ATV Plus"un fəaliyyətə bağladığı heç bir il deyil. Amma xeyli ərazidə artıq müəyyən işlər görüblər. Bildiyimə görə, onlar yenə də maliyyə qaynağı axtarırlar ki, ölkə ərazisində geniş yayımlansınlar. Bu kimi problemlərin yaranması sistemlə bağlıdır. Bəzən hava şəraiti də buna bu və ya digər formada təsir göstərir".

apa.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2344   Tarix: 23 noyabr 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Alban-Udi dini icmasının sədri: "Pasxanı Qarabağda atalarımızdan miras qalmış kilsələrdə qeyd edəcəyik"

"İnanıram ki, gələcəkdə Pasxa bayramını Qarabağ və ətraf rayonlarda yerləşən, atalarımızdan miras qalmış kilsələrdə qeyd edəcəyik". Bunu "Report"a Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili deyib. "Bu gün Pasxa bayramı ilə əlaqədar xeyli təbriklər almışıq. Xüsusilə

05.05.2024 208
.

İlk dəfə xanımı ilə foto paylaşdı

Müğənni Vaqif Şıxəliyev ailəsi ilə fotolar yayımlayıb. Axşam.az xəbər verir ki, sənətçi həftəsonu istirahətindən şəkilləri instaqram hesabında yayımlayıb. Həyat yoldaşı, qızı və oğlunun yer aldığı fotoya V.Şıxəliyev "Həftəsonu ailəmlə istirahətdən. Allah hər kəsin ailəsini qorusun. Ailə candır"sözlərin

16:09 176
.

Mayın 8-də geomaqnit qasırğası gözlənilir

Günəş küləyinin sürətinin müsbət qütblü yüksəksürətli tac dəliyi axınlarının (YTDA) və tac kütlə atılmalarının (TKA) təsiri ilə artacağı gözlənilir. xəbər verir ki, bu barədə Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb. Məlumatda qeyd edilib ki, geomaqnit sahəsinin YTDA-nın və TKA-nın təsiri ilə aktivliyi

15:15 114
.

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - VİDEO

Müdafiə Nazirliyi ötən həftə baş vermiş hadisələrdən ibarət icmal hazırlayıb. Nazirliyin Mətbuat Xidməti tərəfindən hazırlanmış icmal video formatında yayımlanıb. Sözügedən videonu təqdim edirik:

05.05.2024 227
.

ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu

"Ər-Riyad İsraillə münasibətləri normallaşdırmadan ABŞ Səudiyyə Ərəbistanı ilə müdafiə paktı bağlamayacaq". Bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan deyib. Prezidentin köməkçisi bildirib ki, buraya ABŞ və Səudiyyə Ərəbistanı arasında anlaşmanın əldə edilməsi

05.05.2024 203
.

Bakıda yanğın: 1 nəfərin meyiti tapıldı

Bakı şəhərinin Xətai rayonunda açıq ərazidə 15 m² sahədə məişət tullantıları yanıb. Bu barədə BİG.AZ-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Məlumata görə, yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Ətraf ərazilə

05.05.2024 229
.

Yağış yağacaq

Mayın 7-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var

13:00 299
.

İsraildə "Əl-Cəzirə" rəsmən bağlandı

"İsrail hökuməti Qətərin "Əl-Cəzirə" telekanalının ölkədəki yayımını dayandırmaq qərarına gəlib". Bu barədə baş nazir Benyamin Netanyahunun "X" sosial şəbəkəsində (keçmiş "Twitter") səhifəsində dərc edilmiş bəyanatda deyilir. "Başçılıq etdiyim hökumət yekdillikl

05.05.2024 215
.

Cəsarət Valehova vəzifə verildi

Cəsarət Valehova yeni vəzifə verilib. "Qafqazinfo"nun məlumatına görə, o, mədəniyyət naziri Adil Kərimliyə müşavir təyin olunub. C.Valehov artıq bir müddətdir vəzifəsinin icrasına başlayıb. Qeyd edək ki, fəlsəfə doktoru, dosent Cəsarət Valehov daha əvvəl Elm və Təhsil Nazirliyinin İctimaiyyətl

13:44 268