Xəstəxanada daha bir faciə - VİDEO

Xəstəxanada daha bir faciə - VİDEOCəlilabadda ana olan gənc qadının sevinci göz yaşları ilə əvəz olub. Körpəsinin dünyaya gəlməsinə yalnız iki gün sevinə bilib. Bu həyata gözlərini əbədi yuman balacanın cansız bədənini görmək ailə üzvlərinə çox ağır olub. Onlar uşağın ölümündə həkimləri günahlandırır. Ağxalatlılar isə əllərindən gələni etdiklərini bildirir.

Cəliabad rayonun Fərzili kəndində Şükürovların ilk övlad sevinci cəmi ikicə gün çəkib. İki gündən sonra körpənin ölümü və ananın ağır durumu ailə üzvlərini həkimlərdən şikayətçi salıb.

Şikayətçi Yəhya Adıyev deyir ki, doğuşdan qabaq həkimlər onun yoldaşını yoxlamayıblar: "Həkimlər onu aparata da salmayıblar. Doğuş zamanı uşağı əziblər. Doğuş çətin olub. Uşaq ölü vəziyyətdə olub. Sonra uşağı ayıldıblar. Gecə uşaq həkimi çağırmayıblar. Səhəri günü həkim gəlib müalicə yazıb, xeyri olmayıb".

29 yaşlı ana Gülər Şükürova körpəsinin ölmündə mama-ginekoloqları günahlandırır. Deyir ki, doğuş əgər ağır idisə, niyə vaxtında qeysəriyyə əməliyyatı eləmədilər və ya doğulan uşağı müalicə edə bilməyəcəkdilərsə, niyə paytaxta aparmağa qoymadılar?.

"Uşağın ölümündə günahkar həkimdir. Məni də uşağımı da bu günə qoydu".

Məsələyə aydınlıq gətirmək üçün doğuşun həyata keçirildiyi Cəliabad Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində olduq. Şöbə müdiri Dilbər Əhmədova və ailənin şikayətçi düşdüyü mama-ginekoloq Lətifə Əliyeva işdə olmadığından məsələ ilə bağlı baş həkimin müavini Valeh Məmmədov açıqlama verdi.

Həkimin sözlərinə görə, çəkisi 3kq 800 qram olan oğlan uşağının doğuşu ağır kecdiyi üçün aparılan reanimasion tədbirlər heç bir nəticə verməyib. Uşağın ölməsindən hiddətlənən valideynlər heç kəslə razılaşmadan ananı və uşağı götürüb evə aparıblar. Amma baş həkimin müavini deyir ki, növbətçi həkimin məlumatından sonra dərhal kənddəki tibb bacısı, bazar günü isə təcili yardım maşını ilə mama-ginekiloq onların evinə göndərilib və zahı qadının səhhətində heç bir problem yoxdur.

"Uşağın ölümünə asfiksiya və beyin ödümü səbəb olub. Bu şikayəti biz özümüz araşdıracağıq. Tibb işçiləri barədə ciddi tədbir görüləcək, onlara cəza veriləcək. Görülən tədbir barədə əlavə sizə məlumat veriləcək", deyə V.Məmmədov bildirib.

Görülən tədbir isə çətin ki ölən körpəni dünyaya qaytara bilə.

anspress.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2321   Tarix: 18 noyabr 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən himayədar ailələrə verilən uşaqların sayı 12-yə çatıb. Qanunvericiliyə uyğun olaraq Nazirliklə həmin uşaqları himayəyə götürən şəxslər arasında uşağın himayədar ailəyə verilməsinə dair müqavilələr imzalanıb

02.05.2024 810
.

"Son 3 ildə Azərbaycanda genişzolaqlı internetin sürəti 2 dəfə artıb" - Elvin Abbasov

"Beynalxalq statistika göstərir ki, son 3 ildə Azərbaycanda genişzolaqlı internetin sürəti 2 dəfə artıb". Bu sözləri -a açıqlamasında informasiya texnologiyaları üzrə ekspert Elvin Abbasov deyib. O qeyd edib ki, Azərbaycanda internetin sürətinin yaxşılaşmasının əsas səbəbi RİNN-nin həyata keçirdiy

02.05.2024 423
.

Çində qəzada ölənlərin sayı artıb

Dünən Çinin cənubunda yerləşən Quanqdonq əyalətinin Meycou əyalətində baş vermiş torpaq sürüşməsi nəticəsində ölənlərin sayı artıb. BİG.az xəbər verir ki, ölənlərin sayı 48 nəfərə çatıb, 30 nəfər xəsarət alıb. Yolun çökməsi nəticəsində açılan uçuruma 23 avtomobil düşüb. Meykou əyalətində həddindən artı

02.05.2024 139
.

Sabah bu ərazilərdə qaz olmayacaq

"Nardaran QPS" ölçü qovşağından qidalanan "Hacı Seyfəl" orta təzyiqli qaz kəməri üzərində ölçü qovşağının təftiş olunması və aşkar olunmuş qaz sızmasının aradan qaldırılması, həmçinin Səbail rayonu, Badamdar qəsəbəsinin 3-cü yaşayış massivində yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəy

02.05.2024 214
.

Makron Ukraynaya qoşun göndərməyi istisna etmədiyini bir daha təsdiqləyib

Fransa prezidenti Emmanuel Makron Ukraynaya qoşun göndərməyi istisna etmədiyini bir daha təsdiqləyib. xəbər verir ki, Makron the Economistə müsahibə verib. "Mən heç nəyi istisna etmirəm, çünki biz heç nəyi istisna etməyən biri ilə üzləşirik" ,- deyə o bildirib

02.05.2024 140
.

Türkiyənin iş yerində partlayış baş verib - VİDEO

Türkiyənin Başakşehir şəhərində iş yerində partlayış olub. BİG.AZ xəbər verir ki, partlayış nəticəsində 1 nəfər xəsarət alıb. Hadisənin baş vermə səbəbi məlum deyil. Əraziyə çoxsaylı yanğınsöndürənlər cəlb olunub. Həmin videonu təqdim edirik:

02.05.2024 193
.

Ülviyyə Fətəliyeva kimdir və nə qədər qazandı? - AVROPA ÇEMPİONU

Yunanıstanın Rodos şəhərində gerçəkləşən Avropa çempionatının qalibi olan 27 yaşlı qrossmeyster bunu 10 qarşılaşmada 8,5 xal toplamaqla bacarıb. Zəka sahibi sonuncu turda Gürcüstan təmsilçisi Nino Batsiaşvili ilə heç-heçə edib - 0,5:0,5. Ülviyyə Fətəliyeva Azərbaycanın Avropa çempionu titulunu qazana

02.05.2024 543
.

Tamstore Ağdaşda ilk mağazasını açdı – Açılışa özəl 100 məhsulda 50% endirim

Tamstore Marketlər Şəbəkəsi bu dəfə Ağdaş sakinlərinə tam xidmət, tam keyfiyyət, tam təzə və tam qiymət konsepsiyası ilə xidmət göstərmək üçün 3 may 2024-cü il tarixindən fəaliyyətə başlayacaq. Rəsmi açılış mərasiminə özəl üç gün ərzində 100 məhsulda tam 50% endirim kampaniyası və eyni zamanda 500 məhsuld

02.05.2024 218
.

Azərbaycanda yeni peyvənd vurulacaq

Azərbaycanda profilaktik peyvəndlər təqvimində dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı səhiyyə naziri Teymur Musayev əmr imzalayıb. Əmrə əsasən, təqvimə GDT Hib HepB İPV (heksavaksin) peyvəndi əlavə olunub. Təqvim Avropa İttifaqının maliyyə dəstəyi ilə ÜST-nin həyata keçirdiy

02.05.2024 477