8 mart Qadınlar Bayramı üçün açıqca dizaynı

8 mart Qadınlar Bayramı üçün açıqca dizaynı

Sabahkı bayramı nəzərə alıb, xanımlarımıza saytımızın ampulasına uyğun bir təbrik hazırladım. Dərs və dərsin sonunda alınan dizaynları xanımlarımıza hədiyyə olaraq qəbul edin. Ümid edirəm əks cinsə mənsub oxucularımız məndən inciməzlər ;). Beləliklə maraqlı mövzuya start verə bilərik.

Bu effekti Remir adlı Dağıstanlı dizayner dostum "fikirləşib" və bu haqda demiart.ru saytında da məqalə yazıb. Mən də dizayn işlərində bu effektə müraciət etmişəm və sizlər üçün də faydalı olacağını düşünüb bu gün sizə də bir az fərqli formada təqdim edirəm.

Açıqcanın dizaynı Corel Draw proqramında hazırlanacaq. İlk olaraq boş səhifə yaradıb, Ellipse Tool (F7) alətini aktiv edirik.

8 mart Qadınlar Bayramı üçün açıqca dizaynıAşağıda gördüyünüz formada ellips çəkin. Sonra zövqünüzə görə istədiyiniz bir rəngi verin.

8 mart Qadınlar Bayramı üçün açıqca dizaynıTransparency alətini aktivləşdirin.

8 mart Qadınlar Bayramı üçün açıqca dizaynıEllips aktiv olmaq şərtilə Transparency Tool alətiylə xətti qradient formasında obyektin üzərində şaquli hərəkət edirik. Oxun qara marker olan hissəsi şəffaf olacaq, ağ olan hissə isə olduğu kimi qalacaq - bir sözlə klassik maskalama prinsipi.

8 mart Qadınlar Bayramı üçün açıqca dizaynıNəticə aşağıdakı şəkildə aydın görünür.

8 mart Qadınlar Bayramı üçün açıqca dizaynıAlınmış yarımşəffaf ellipsi kopyalayıb aşağıda gördüyünüz formada yerləşdirin.

8 mart Qadınlar Bayramı üçün açıqca dizaynıHər iki ellpisi qruplaşdırıb (Ctrl G), kopyalayın. Kopyalanmış obyektin üzərində bir də klik edin ki, fırlanma markerləri aktiv olsun.

8 mart Qadınlar Bayramı üçün açıqca dizaynıCtrl düyməsini sıxıb saxlamaqla ikinci obyekti sağa doğru fırladın. Ctrl düyməsini saxlamaqla obyektin 15, 30, 45 və s dərəcə bucaq altında fırlanmasına nail olacaqsınız ki, belədə obyekt daha səliqəli alınacaq.
8 mart Qadınlar Bayramı üçün açıqca dizaynıƏməliyyatı aşağıdakı nəticəni alana kimi davam etdirin.

8 mart Qadınlar Bayramı üçün açıqca dizaynıZövqünüzə görə qarşı ellipsləri müxtəlif rəngli edin. Nəticədə aşağıda gördüyünüz kimi çox orijinal, rəngarəng bir gül şəkli əmələ gələcək.
8 mart Qadınlar Bayramı üçün açıqca dizaynıAlınmış gülü kopyalayıb, mərkəzə doğru kiçildib, gördüyünüz effekti ala bilərsiniz.
8 mart Qadınlar Bayramı üçün açıqca dizaynıAlınmış rəsmi müxtəlif formada açıqcada istifadə etdim. Bu birinci versiya:

8 mart Qadınlar Bayramı üçün açıqca dizaynıİkinci variant:

8 mart Qadınlar Bayramı üçün açıqca dizaynıSon versiya:

8 mart Qadınlar Bayramı üçün açıqca dizaynıBu günlük də bu qədər əziz oxucu...

Bir daha qadınlarımızı sabahkı bayram münasibəti ilə təbrik edirəm, onlara hər zaman gül kimi gözəl və təravətli, sağlam və xoşbəxt olmalarını arzu edirəm! Təbriklər...


BiG.Az Telegramda izləyin instagramda izləyin
Digər   Baxılıb: 21619   Tarix: 08 mart 2011  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Qızdırması olduğu üçün imtahana buraxılmayan şagirdlərin taleyi necə olacaq? -VİDEO

"Dünəndən etibarən 9-11-ci siniflər üçün buraxılış imtahanları başlanılıb. Bu onların taleyini və gələcək müqəddəratını müəyyən edən bir məsələdir. DİM məlumat verib ki, imtahan binasına daxil olarkən hər kəs qoruyucu maskadan istifadə etməlidir". BİG.AZ xəbər verir ki, bu sözləri təhsil üzr

11.06.2020 3040