Azərbaycan qadınları bəşəriyyətin ölüm kabusunda

Azərbaycan qadınları bəşəriyyətin ölüm kabusundaAzərbaycanda aparılan təxmini hesablamalara görə, kişilərin 40-60 faizi, qadınların isə 2-10 faizi siqaret çəkir.

Səhiyyə Nazirliyinin Sağlam həyat tərzi üzrə milli koordinatoru Azad Hacıyev bildirib.

A.Hacıyev deyib ki, qadınlar çox hallarda siqaret çəkdiklərini gizlədirlər.

Onun sözlərinə görə, bu gün ölkədə uşaqlar arasında siqaret çəkməyin çox yayıldığını demək olmaz: "Siqaretin çəkilməsinə 40-50 yaşda başlanmır. Bu, çox nadir hallarda olur. Siqaret çəkməyə əsasən uşaq yaşlarında - 12-16 yaşlarında başlayırlar. Ona görə də uşaqlar arasında mübarizə tədbirlərinə bu yaşdan başlamaq lazımdır. Əks halda, siqaret çəkməyə başlayan şəxsin bu vərdişini tərgitdirmək çox çətin olur".

Milli koordinator qeyd edib ki, erkən yaşlarda siqaret çəkməyə başlamağın əsas səbəblərindən biri uşaqların özlərini daha tez yaşda böyük hiss etmək istəyi ilə bağlıdır.

A.Haciyev deyib ki, valideyn oğlan uşağının yanında siqaret çəkdikdə həmin uşaq siqaret çəkmə vərdişinə daha tez yiyələnə bilər. Oğlanların siqareti tez çəkməyə başlaması onların orqanizminin inkişafına da təsir göstərir: "Siqaret tüstüsünün təsiri siqaret çəkməyənlərə onu çəkənlərdən bir neçə dəfə çox təsir edir. Uşaqları siqaretdən qorumağın ən əsas yolu onların yanında siqaret çəkməməkdir. Siqaret tüstüsündə 400-dən çox təhlükəli maddə var. Əgər uşaq siqaret çəkənin yanında olsa, onlar uşağın tənəffüs yollarına daxil ola bilər. Ona görə də ev şəraitində uşaqların yanında siqaret çəkilməsini qadağan etmək lazımdır. Ancaq siqaretin övladına necə təsir edəcəyini ilk növbədə valideyn fikirləşməlidir".

A.Hacıyev qeyd edib ki, tütünçəkməyə qarşı mübarizə tədbirləri kompleks şəkildə və dövlət dəstəyi ilə olsa, onun nəticəsi daha yaxşı olar.

Hazırda poliklinikalarda siqareti tərgitmək istəyənlər üçün xüsusi kabinetlərin açılması məsələsinin müzakirə edildiyini deyən koordinatorun sözlərinə görə, bu kabinetlərin açılması siqareti tərgitmək istəyən çox adama kömək edə bilər. Siqaret çəkilən yerlərin məhdudlaşdırılması, siqaretin qiymətinin bahalaşması, müxtəlif yerlərdə, o cümlədən restoran və kafelərdə siqaret çəkilməsinin qadağan edilməsi tütünçəkmə ilə mübarizədə effektiv olar. Ancaq bu yollar da əsasən siqaret çəkməyənləri onun təsirlərindən qoruya bilər. Sayı elə də az olmayan siqaret çəkən şəxslərə isə müəyyən müalicə proqramları kömək edə bilər.

axar.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1500   Tarix: 13 noyabr 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

II Ramzesin heykəlinin bir parçası İsveçrədən Misirə qaytarılıb

2023-cü ilin iyulunda Misirin Berndəki səfirliyinə təhvil verilən firon II Ramzesin heykəlinin bir parçası vətəninə qaytarılıb. "Report" xəbər verir ki, bu barədə Misir Xarici İşlər Nazirliyi məlumat yayıb. Misirin Berndəki səfirliyi azı 3,4 min il yaşı olan qədim artefaktı ölkəyə qaytarıb

21.04.2024 295
.

İrlandiya sahillərində naməlum heyvanın cəsədi tapılıb - FOTO

İrlandiyada çimərlikdə nəhəng naməlum heyvan cəsədi aşkar edilib. Adı floraya naməlum olan heyvan İrlandiyanın Ballibranaqan bölgəsinin çimərliyində tapılıb. Sahildə gəzişərkən naməlum dəniz canlısına rast gələn qadın onu heç nəyə bənzədə bilməyib. Həmin vaxt orada olan digər şahid isə qeyd edib ki

21.04.2024 769
.

Xidmət sifarişi üçün Xidmet.az saytı

saytı Azərbaycanda müxtəlif xidmətləri təklif edən saytdır. Bakıda və və ölkənin digər regionlarında fəaliyyət göstərən xidmətləri saytında tapa bilərsiz. Sayt istifadəçilərə lazım olan bütün xidmətlər bir saytda toplayaraq, asan və rahat sifariş imkanı yaradır. ilə siz, peşəkar xidmətləri ən ucuz qiymətlərl

23.04.2024 239
.

Şəhid atası möcüzə kimi hadisə danışdı - oğlunu yuxuda... - VİDEO

Şəhid atası oğlu ilə bağlı təsirli hadisədən danışıb. xəbər verir ki, o, şəhidin anası və xalasının eyni cür yuxu görməsini dilə gətirib. Dəfələrlə təkrarlanan yuxudan sonra şəhidin nə demək istədiyini anlayıblar. Görüntülər sosial şəbəkələrdə yayılıb. Daha ətraflı videoda:

28.04.2024 464
.

Braziliyada qadın ölmüş qohumunu banka gətirdi: İmzası ilə kredit almaq istədi - VİDEO

Braziliyanın Rio-de-Janeyro şəhərində qadın ölmüş dayısını banka gətirib və onun imzasından istifadə edərək kredit əldə etmək istəyib. Kişinin solğun və hərəkətsiz görüntüsü bank işçilərinin diqqətini cəlb edib. Qadından bunun səbəbini soruşduqda o, kişinin başını dik tutaraq, onun əli ilə öz adına kredi

21.04.2024 980
.

Nigeriyada tıxacda 300-dək avtomobil yandı

Nigeriyada magistral yolda yaranan tıxacda 100-dən 300-ə qədər avtomobil yanıb. Hələ ki, tələfat barədə məlumat yoxdur, lakin itkilər çox ola bilər. Çünki şahidlərin sözlərinə görə, insanlar çox vaxt qapıları açmağa vaxt tapmayıblar. İnsident Şərq-Qərb magistralının Rivers ştatı ərazisində baş verib

28.04.2024 264
.

ABŞ "TikTok"u qadağan etməyə hazırlaşır

ABŞ Konqresinin Nümayəndələr Palatası ABŞ-də "TikTok" sosial şəbəkəsinin tamamilə qadağan edilməsi ilə bağlı qanun layihəsini təsdiqləyib. Konqresmenlər tərəfindən təsdiqlənən sənəd artıq Senata göndərilib. Növbəti həftə Senatın "TikTok"un qadağası ilə bağlı hazırlanan qanun layihəsin

21.04.2024 273
.

Telefonunuzu masanın üstünə ekranı aşağı qoymalısınız – SƏBƏB

Bəzi istifadəçilər smartfonlarını həmişə ekranı aşağı vəziyyətdə qoyurlar. Çox vaxt başqaları elə düşünür ki, smartfon sahibi bunu bəzi məlumatları onlardan gizləmək üçün edir. Hətta el arasında belə bir məsəl də var: "Görünür, o, zəng edənlərin adlarını görməyimizi istəmir". Ancaq çox vax

21.04.2024 533
.

15 il 6 ay həbs cəzası alan şəxs divarı dələrək qaçmağa çalışdı: Türkiyədə şok əməliyyat

Türkiyədə 15 il 6 ay həbs cəzası alan cinayətkar divarı dələrək qaçmağa çalışıb, amma istəyinə nail ola bilməyib. Bu barədə Türkiyə hüququ mühafizə orqanlarından məlumat verilib. Bildirilir ki, polis əməkdaşları qəsdən adam öldürmə, oğurluq, fırıldaq, qarət, qəsdən yaralama, qaçaqmalçılıq, kibercinayət

20.04.2024 496