Dünyaya yeni insan gəlir

Dünyaya yeni insan gəlirİnsan olmaq nə deməkdir? Biologiya, "Əgər DNT-niz Homo Sapienslərlə uyğundursa, insansınız" deyir. Lakin biz insan olmağın daha qarışıq mövzu olduğunu bilirik. Başqa elm sahələri isə insanı sosioloji və ya psixoloji davranışlarına görə qiymətləndirir. Bütün bunları bilməyimizə rəğmən bir sual ortaya çıxır:

"İnsan olmaq anlayışı necə kodlaşdırılır və ya necə müəyyənləşdirilir?" Bizi insan edən arzu və istəklərimizdir? Arzu anlayışını yox etsək insan olmaqdan çıxarıq? Əgər fiziki olaraq beynimizin fərqli, qeyri-standart davranışlar sərgiləməsini təmin etsək, hələ də insan ola bilərik?

Başlanğıcda bu suallar bizə şişirdilmiş və ya qeyri-real gələ bilər. Lakin alimlər hesab edir ki, önümüzdəki yüz ildə kompüter texnologiyası və tibb sahəsindəki nailiyyətlər bu məsələ ilə bağlı suallara cavab tapmağa kifayət edəcək.

"Transhumanizm" mədəni və intellektual bir hərəkətdir. Bu anlayış texnologiyanın inkişafı ilə insanların genetik inkişafına nail ola biləcəyimizə əsaslanır və bunu etmək məcburiyyətində olduğumuza inanır. Transhumanist düşüncələrin dəstəklədiyi əsas konsepsiya genetik mühəndisliyə, nanotexnologiya, klonlama və digər texnologiyalarla ölümsüz yaşamın mümkünlüyünü təmin etməkdir.

Transhumanistlər fiziki, intellektual və psixoloji olaraq insanları inkişaf etdirə bilir.

Məsələn: Amerikan snayperçilərinin hazırlanılması zamanı beyinə verdiyi zəif bir elektrik axın beyindəki reaksiyaları sürətləndirir. Bundan əlavə transhumanistlər daha da irəli gedərək insan zəkasından daha ağıllı bir kompüter yaradılması yönündə təcrübələrini davam etdirirlər. Burada da ən önəmli məsələ kompüterlərə şüurun yüklənməsidir.

"Ölümsüz super insan" ifadəsi xoş səslənə bilər. Lakin eyni zamanda insan artımı ilə bağlı bütün potensial təhlükələri və etik tələləri də göz önündə saxlamaq lazımdır. Dünyada hər kəsin sonsuz bir həyat yaşaması insan sayının həddindən artıq çoxalmasına səbəb olar ki, bu da sosial-iqtisadi fəlakətin başlanğıcı ola bilər. Transhumanistlərə görə bütün bu transhumanist hərəkətləri həyata keçirərkən bu fəlakətin qarşısının alınmasının tək yolu sonsuzluqdur. Bununla bağlı bir sual meydana çıxır:

"Doğumların və ölümlərin olmaması cəmiyyət və insanlığı daha da irəliyə aparacaq? Yoxsa ölümsüz intellektuallların və demaqoqların eqo mübarizələri nəticəsində sonu olmayan uçuruma yuvarlayacaq?

Digər bir problem isə sadəcə varlıların ölümsüz həyat əldə etmək imkanına malik olması ilə bağlıdır. Digər insanlar necə olacaq? Zəkasını inkişaf etdirmək haqqı hər kəsə verilməlidirmi? Hər kəsin IQ-nün 300 olduğu bir cəmiyyət necə idarə olunacaq? Gördüyünüz kimi transhumanist fikirlərin yaratdığı sualların cavabını tapmaq bir az əziyyət tələb edir. Lakin texnologiyanın bu cür sürətli inkişafı yeni infrastrukturlar yaradır.

Sadəcə dili kəşf etmək üçün milyon il səbr etmişik. Tibbi və elmi kəşf etmək isə daha çox vaxtımızı alıb. Ötən əsrə qədər insan həyatı iki dəfə çox inkişaf etdirilib. Lakin nevrologiya və fiziologiya hələ açılmamış qara qutu kimi idi. Günümüzdə isə insanoğlu həyatı yenidən 2 dəfə inkişaf etdi. Hərəkət edən exoskeletlər icad edildi, insan beyninin necə işlədiyini anlamağa başladılar. Və bütün bunların ardınca intellektual və fiziki üstünlükləri yaradacaq böyük işlər həyata keçirildi.

Transhumanizm təbii olmayanı mənimsəyir və dəstəkləyir. Və buna görə də texnologiyanın inkişaf sürətinin insanların təkamül sürətinə uyğunlaşdırılması fikrini deyil, insanın texnologiya yolu ilə inkişaf etdirilməsinin zəruri olduğunu müdafiə edir.

Bütün bu dediklərimizə rəğmən insanlar hər şeyə çox asan motivasiya ola bilirlər. Bəlkə bu gün robot texnologiyası bizə tetbiq edilsə buna müqavimət göstərənlər, istəməyənlər olar. Amma bir sonrakı nəsil "Iron Seb" adlandırılan robot insanların avtomobil qəzalarında insanları qurtarmasına, təyyarənin yanında təhlükəsizlik məqsədi ilə keçirilən uçuşlara asanlıqla adaptasiya olacaqlar.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2901   Tarix: 11 noyabr 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Qızıldan hazırlanan unitaz iki ildir tapılmır - FOTO

İngiltərənin Blenheim sarayından iki il əvvəl oğurlanan qızıldan hazırlanan unitaz hələ də tapılmayıb. -a istinadən xəbər verir ki, 2019-cu il sentyabrın 14-də sarayda sənət sərgisinin keçirildiyi vaxt oğurlanan qızıl unitazın dəyəri 1 milyon funt sterlinqdir (2 300 00 manatdan çox). Xatırladaq ki, unitaz

16.09.2021 3329
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

13.09.2021 1024
.

Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO

Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd

11.09.2021 1188
.

Ofis daxilində yaranan havasızlıq işçilərin yaddaşına və diqqətinə təsir edir

Mütəxəssislərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, işçilərin ofisdə iş zamanı yorğunluğunun və halsızlığının əsas bir vacib səbəbi var. Belə ki, bu səbəb təkcə işçilərin işləmək istəməməsi ilə əlaqədar deyil. Söhbət iş yerində olan havasız şəraitdir. ABŞ-dan olan tədqiqatçılar işçiləri

12.09.2021 489
.

Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA

MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur

14.09.2021 364
.

Ovuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?

Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin

16.09.2021 1627
.

Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL

Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A

11.09.2021 3168
.

Borşa da abidə qoyulacaq

Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. -a istinadən xəbər verir ki, abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrin

10.09.2021 1189
.

Bu üçəmlər "TikTok"da səs salıb, amma oğlanlar... - FOTO-VİDEO

İngiltərənin Qreyvzend şəhərindən olan 18 yaşlı Şerena, Keyli və Eliza Terri üçəmləri aktiv "TikTok" istifadəçiləridirlər. BİG.AZ xəbər verir ki, onlar barədə "Daily Mirror" yazır. Qızlar əks cinslə münsibətlərindən danışarkən bildiriblər ki, oğlanlar çox vaxt bacıların gözəlliyin

16.09.2021 3201