Qədim dövrlərin qəribə vergi siyasətləri

Qədim dövrlərin qəribə vergi siyasətləriVergilər bəşər tarixinin özü qədər qədimdir. İbtidai icma quruluşunun dağılması və ilkin dövlətlərin yaranması ilə vergilər də dövlətin maliyyə mənbələrinin əsas elementi kimi meydana çıxmışdir. Məğlub edilmiş xalqların qaliblərə ödədiyi bac-xərac verginin ilkin forması hesab olunur. Vergilər əsasən coğrafi şəraitə və iqtisadi vəziyyətə uyğun olaraq formalaşmışlar. Tarixi inkişaf dövründə müxtəlif vergilər və vergi sistemləri yaradılmışdır. Bununla belə tarixdə qədim zamanlardan müasir dövrümüzə qədər bəzi qəribə vergilər də mövcud olmuşdur.

Bizim eranın 70-ci illərində Roma imperatoru Tit Flavi Vespasian dövlətin maliyyə vəziyyətini yaxşılaşdırmaq üçün vergiləri artırmış, yeni vergilər tətbiq etmişdir. İctimai tualetlərin təmizlənməsi üçün təyin etdiyi "tualet vergisi" ni gülüş hədəfinə çevirənlərə Vespasian bir cümlə ilə cavab vermişdir: "Puldan iy gəlmir". Digər məlumata görə oğlu vergini iyrənc saydığından Vespasian qızıl pulu oğluna qoxlatdıraraq belə söyləmişdir.

Qədim Bizans imperiyasında "hava vergisi" olmuşdur. Bu vergi yaşayış evinin və binaların daxili həcminə görə alınırdı. Həcm nə qədər böyük idisə verginin miqdarı da artırdı.

Orta əsrlər Fransasında isə "qapı-pəncərə vergisi" mövcud olmuşdur. Evlərdə qapı və pəncərələrin sayına görə alınırdı. Bu dövrə aid evlərin əksəriyyətində pəncərə çox vaxt olmamış və ya çox balaca olmuşdur. İngiltərə və Şotlandiyada isə pəncərə vergisi olmuşdur. Əhalinin çoxu evlərdə pəncərənin yerini saxlasalar da onu nazik kərpic layla hörürdülər. Amma bu evlərin estetik görünüşünə xələl gətirdiyi üçün çöldən həmin yerə pəncərənin rəsmini çəkirdilər.

XII əsrdə İngiltərə kralı I Henri "qorxaqlığa görə vergi" təyin etmişdi. Bu vergi o adamlardan alınırdı ki, onlar kral uğrunda müharibəyə getməkdən imtina edirdilər. Sonralar onun varisi kral Corc bu vergini 300 faiz artırdı və vergi bütün cəngavərlərdən alınmağa başlandı.

XVI-XVII əsrlərdə İngiltərədə insanlar yeməkdən sonra kart oynamağı sevirdilər. Bunu xəzinəni doldurmaq üçün əlverişli sayan I Yakov "kart vergisi"ni tətbiq etdi. Bu vaxtdan başlayaraq tuz kartlarına verginin ödənildiyini bildirən ştamplar vurulurdu.

Yenə də İngiltərədə XVIII əsrdə "şlyapa vergisi" tətbiq edilmişdir. Hakim dairələr ingilislərin silindr və şlyapalara sevgisini bildikləri üçün büdcə doldurmalarında uğurlu bir vergi kimi istifadə etmişlər. Onlar bilirdilər ki, kasıblar bundan sonra papaq geyinməyəcəklər, varlılar isə özlərini göstərmək üçün daha bahalı baş geyimlərindən istifadə edəcəklər.

Böyük Pyotr Avropaya səfərindən sonra başa düşdü ki, ruslar avropalılardan mədəni cəhətdən xeyli geridə qalmışlar. Pyotr Avropada təmiz geyinmiş üzü qırxılı səliqəli adamlara rast gəldi. Amma Rusiyada əhali hələ də uzun saqqallar saxlayır, çox gec çimirdilər. Məhz buna görə 1704-cü ildə "hamam vergisi", 1705-ci ildə isə "saqqal vergisi" təyin edildi. Saqqalın uzunluğuna əsasən vergi daha da artırdı. Vergini ödəyənlər xüsusi nişanlar taxırdılar. Lakin saqqala görə vergini ilk dəfə İngiltərədə XVI əsrdə VIII Henrix təyin etmişdir. Kralın düşündüyünə görə saqqallı insanlar vəhşiyə oxşayırlar.

Bu vergilərin əksəriyyəti köhnə əyyamlarda tətbiq edilsə də XX əsrdə yaradılan vergilər qəribəliyinə görə heç də keçmişdəkilərdən geri qalmır. XX əsrdə Britaniya hakimiyyəti müstəmləkəsi Hindistanda 1930-cu ildə duza görə vergi təyin etdi. Buna etiraz olaraq əhali M.Qandinin çağırışı ilə kütləvi surətdə Ərəbistan dənizi sahillərinə "duz yürüşünə" çıxdılar. Qorxuya düşən hakimiyyət bu vergini ləğv etməyə məcbur oldu.

1941-ci ildə SSRİ-də ən məşhur vergilərdən biri "sonsuzluq vergisi" alınmağa başlandı. Məqsəd çoxuşaqlı ailələrə əlavə yardımların edilməsi idi.

İtaliyanın Venesiya şəhərində 1993-cü ildən "kölgə vergisi" alınır. Bu vergi küçə kənarında yerləşən mağaza və kafelərə aid çardaq və zontlara görə yığılır. Qanuna görə onların kölgəsi kommunal mülkiyyətin üzərinə-səkiyə düşdüyü üçün vergi ödənməlidir.

Avstriyada turizm obyektlərində dağdan enən hər bir xizəkçi enmə zamanı "gips vergisini" ödəyir. Vəsait Avstriya klinikalarına köçürülür. Statiskaya görə hər il Alp dağlarında 150 min xizəkçi zədələnir. Onların müalicəsinə isə ildə 1 milyard şillinq pul xərclənir.

Belçikada "Qırmızı fənərlər" kvartalındakı vitrinli mağazaların qabağında duran fahişələrə görə mağaza sahibləri hökümətə "seks vergisini" ödəyirlər. Seks vergisi ildə büdcəyə 4 milyon frank gəlir gətirir.

İsveçlilər dünyada yeganə xalqdırlar ki, uşağa verilən qəribə adlara görə hələ də vergi verirlər. Dəfələrlə əhalinin etirazına baxmayaraq İsveç höküməti vergini ləğv etməkdən boyun qaçırır. Qanuna görə uşağa verilən qəribə adlar insanlarda diskomfort hissi yaratdığı üçün vergi təyin edilə bilər.

Müasir XXI əsrdə tətbiq edilən ən qəribə vergi bir sıra Avropa ölkələrində, xüsusən İrlandiya və Danimarkada fermerlərdən alınan "qaz vergisidir". Danimarka vergi komissiyasının hesablamalarına görə ildə hər bir avtomobil havaya atmosferdə "parnik effekti" yaradan 2,7 ton metan qazı buraxır. Fermerlərin saxladıqları inəklərin defakasiya zamanı buraxdığı qazın həcmi isə hər inək üçün 4 ton civarındadır. Atmosferi avtomobildən daha çox çirkləndirdikləri üçün inəklərin sahibləri bu vergini ödəməlidirlər.

Azərbaycan tarixində isə XIX əsrdə toyla bağlı vergilər olmuşdur. Əgər kəndli evlənərdisə torpaq sahibinə-yəni bəyə toypulu vergisini verməli idi. Əgər bəy evlənərdisə onun torpaqlarında yaşayan ümumi kəndlilər bəyə toyxərci vergisini ödəyirdilər.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 2573   Tarix: 08 noyabr 2014  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

Binanın qarşısından keçən qadının üstünə armatur düşdü – ANBAAN VİDEO

Türkiyənin Çorum şəhərində qadın tikintisi davam edən binanın qarşısından keçərkən ciddi təhlükə ilə üzləşib. -a istinadən xəbər verir ki, hadisə anbaan inşaat meydançasının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə qadının onun üstünə düşən armatur dirəklərdən yayınmağa çalışdığ

14.09.2021 1946
.

Prokuror küçədə çılpaq vəziyyətdə gəzdi: Sakinlər polisə şikayət etdi - FOTO

Polşanın cənub-şərqində yerləşən Svidnitsa şəhərində prokuror küçədə çılpaq vəziyyətdə gəzib. Ətrafdakı insanların çəkdiyi fotolarda çılpaq vəziyyətdə olan kişinin əlində dörd pivə butulkası ilə ərzaq mağazalarını gəzdiyi əks olunub. Digər görüntülərdə prokurorun tamamilə çılpaq bir vəziyyətdə küçələr

12.09.2021 1423
.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960
.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.

Peyvənd olunana pulsuz dönər təklifi

Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin

16.09.2021 1185
.

Nərimanov rayon Montin qəsəbəsində tam təmirli mənzil satılır!

TƏCİLİ ŞƏXSİ ƏMLAKIMI SATIRAM !Nərimanov rayonu Montin qəsəbəsi, Murtuza Nağıyev küçəsində yeni tikili 16 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Tikili sahəsi 52 kv.m olan mənzil yataq otağı, zal+studio mətbəx, sanitar qovşaq, dəhliz və iki eyvandan ibarətdir. Qaz, su, işıq daimidir. İstilik sistem

15.09.2021 1181
.

Yatağına ilan girən kişinin qorxu dolu anları - VİDEO

Hindistanda az qala faciə ilə nəticələnəcək hadisənin görüntüləri yayılıb. Kadrlar Racastanda, Bansvar məbədində qeydə alınıb. -a istinadən xəbər verir ki, videodan göründüyü kimi, kobra ilanı yerdə yatan insana tərəf sürünür. Sonra o, odeyalın altına girir. Bu vaxt kişi qəfil ayılaraq yerindən sıçrayır

10.09.2021 1704
.

TOP MP3