Xumar Qədimovadan etiraf!

Xumar Qədimovadan etiraf!Müğənni istintaqa ifadəsində Emin Əmirovun ona 280.000 dollarlıq ev aldığını etiraf edib

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə dələduzluq yolu ilə 14 milyon manat pul mənimsəyən iş adamı Emin Əmirovla bağlı cinayət işi cəmiyyətdə maraq və səs-küy yaradıb.
Qalmaqalda zərərçəkmiş kimi adı hallandırılan millət vəkili Fərhad Qəribovun oğlu, Debüt Bankın Müşahidə Şurasının sədri Rəşad Qəribovla bağlı məsələyə aydınlıq gəlib. Lakin bu gün yerli mətbuatda məsələdə adı hallandırılan müğənni Xumar Qədimovanın özü və yaxınları onun Emin Əmirov adlı şəxs tanımadığını söyləyiblər. Məsələ ondadır ki, lent.az portalı ittiham aktını əldə edib. İttiham aktında Xumar ittifaq qızı Qədimovanın ifadəsi var.
Müğənni ifadəsində göstərib ki, E.Əmirovla təxminən 3-4 il münasibət saxlayıb və Eminlə söhbətində ona yeni tikilmiş yüksək mərtəbəli binalardan birində mənzil alması üçün köməklik etməsini xahiş edib. 2007-ci ilin əvvəllərində Emin ona Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsi ev 98 "A", mənzil 13 ünvanında yerləşən evi almaq üçün köməklik göstərib. O, tikinti şirkətinə 280.000 ABŞ dolları verərək, həmin evi alıb. Evi aldıqdan sonra Emin ondan evi banka girov qoyaraq pul götürməsi üçün mənzili onun adına rəsmiləşdirməsini xahiş edib. Emin Əmirov həmin vaxt pula ehtiyacı olduğunu bildirib. O da Eminlə dost münasibətində olduğu üçün razılaşıb. Belə ki, o, evi təmir etdikdən sonra ora köçüb, lakin daşınmaz əmlakın reyestr xidmətində evə dair şəhadətnamə alınarkən həmin ev E.Əmirovun adına rəsmiləşdirilib. Daha sonra E.Əmirov ona məxsus evi "Texnikabank"ın Paytaxt filialına girova qoyaraq, kreditə pul götürüb. Lakin X.Qədimova həmin pulun məbləğini bilməyib. Emin evi banka girov qoyana qədər həmin evə dair bütün hüquqları baş etibarnamə ilə ailəvi sürücüsü Ramazana həvalə edib.
Müğənni istintaqa onu da söyləyib ki, Eminin həbsindən sonra bank işçiləri onu narahat etməyə başlayıblar. Belə ki, bank işçiləri həmin evdə faktiki olaraq onun yaşamasını əsas gətirərək, kreditin faizlərini ödəməsini tələb ediblər. O da çıxılmaz vəziyyətdə qaldığı üçün həmin evi alqı-satqı yolu ilə almaq qərarına gəlib. Çünki bank birinci olaraq həmin evi almağı ona təklif edib. X.Qədimova da Ramazandan evi almaq qərarına gəlib.
O, E.Əmirovun onun konsertlərinin təşkil olunmasında sponsorluq etməsinin şayiə olduğunu bildirib, deyib ki, onun sponsoru öz sənətidir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
  Baxılıb: 7934   Tarix: 24 iyul 2008  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bakıda ekspres avtobus xətlərinin iş qrafiki dəyişdirildi

Bakıda sərnişinlərin rahatlığını təmin etmək məqsədilə ekspres xətlərin iş qrafiki dəyişdirilib. Bakı Nəqliyyat Ağentliyindən (BNA) -a verilən məlumata götə, gündəlik sərnişin axını, daha çox sərnişin tələbatı olan istiqamətlər, tələbatın günün saatlarına uyğun dəyişməsi ilə bağlı vəziyyət təhlil olunur

08.07.2020 1386
.

Bu universitet avaralıq üçün 1 600 avro qrant verir

Almaniyanın Hamburq şəhərindəki İncəsənət Universiteti özünü heç nə etməməyə həsr edənlərə 1 600 avro miqdarında 3 təqaüd təklif edir. "Report" "The Guardian"a istinadən xəbər verir ki, namizədlər (Almaniya vətəndaşları) sentyabrın 15-dək müsabiqədə iştirak etmək üçün müraciət etməl

27.08.2020 1111
.

Emin Ağalarov övladları ilə ƏYLƏNCƏLİ ANLARINI paylaşdı - FOTO

Xalq artisti Emin Ağalarov "İnstagram" hesabında yeni foto paylaşıb. xəbər verir ki, həmin foto da Eminin əkizləri və Əminə yer alıb. Əyləncəli anlarını çəkən Eminin bu fotosu olduqca maraqla qarşılanıb. Fidan Bayramova

09.09.2020 3394
.

Azərbaycanda qərargah rəisinin faciəli şəkildə ölümü ilə bağlı araşdırma başladı - FOTO

Xəbər verdiyimiz kimi, bu gün saat 08:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Xudat" sərhəd dəstəsinin Quba rayonunun Xınalıq kəndi yaxın­lığındakı sərhəd zasta­vasına xidməti tapşırığın icrası ilə əlaqədar hərəkət edən "UAZ" markalı xidməti avtomobil qəzaya uğrayıb

20.07.2020 2697
.

Çimərliklərə giriş qadağandır? - RƏSMİ AÇIQLAMA

Sosial şəbəkələrdə həftənin şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyət göstərmədiyi səbəb gətirilərək çimərliklərə girişin qadağan olunduğu ilə bağlı məlumat yayılıb. xəbər verir ki, məsələ ilə bağlı Unikal.org-a açıqlama verən Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədo

07.08.2020 2799
.

Arılar kütləvi şəkildə ölür - DÜNYANIN SONU YAXINLAŞIR - VİDEO

Böyük alim Albert Eynşteyn vaxtilə vurğulayıb ki, planetimizdə arılar yox olduğu zaman dünyanın sonu çatacaq. İnsanlar arılar olmadan cəmi 4 il yaşaya bilərlər. O, həmişə bəşəriyyətin Yer kürəsindəki bütün bal arılarını məhv etməklə özünü məhv edəcəyindən qorxub. BİG.AZ-ın -ya istinadən verdiyi xəbər

22.06.2020 7696
.

Düşmənin daha bir PUA-sı məhv edildi

Oktyabrın 14-ü günorta saatlarında cəbhənin Füzuli rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinə məxsus PUA bölmələrimiz tərəfindən məhv edilib. Bu barədə -a Müdafiə Nazirliyindən məlumat verilib

14.10.2020 1779
.

"Qızlar açıq geyimdə İnstaqrama şəkil qoyurlar, onun atası hara baxır?"

"12-13 il ərzində, sənətdə olduğum ərəfədə belə video çəkməmişəm. Ürəyim doludur. Maşınla evə qayıdanda polis bizi saxladı, tanışım idi. 8 Martda video paylaşmışdım ki, qədrinizi bilin, kişilərə aldanmayın. Polis soruşur ki, niyə belə demisən? Soruşuram ki, ola bilməz ki, kiməsə yalan vəd verməmisən

15.08.2020 1681
.

Təntənəli nikah otaqları yaradılıb - Gələn şəxslərin sayı...

"Qeydiyyat şöbələrində təntənəli nikahların qeydiyyata alınması ilə bağlı şərait yaradılıb və təntənəli nikah otaqları var". "Report"a istinadən xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin təşkil etdiyi canlı müzakirə zamanı 1 saylı "ASAN xidmət" mərkəzində Ədliyyə Nazirliyini

14.08.2020 1606